119
QAN DÖVRANI HAQQINDA
YENİ FİKİR
Professor K.Nişi bir sıra tibbi məsələlərə tamam başqa
gözlə baxıb.Onun fikirincə,qanı bədənə vuran “baş mühərrik”
ürəkdə deyil, balaca kapilyarlarda qurulub.Bu baxış qan dövranı
haqqında mövcud olan klassik baxışdan köklü şəkildə fərqlənir.
Yeri gəlmişkən, qeyd edək ki,ürəyin funksiyası və fəaliyyəti
haqqında fikirlər zaman-zaman dəyişib.Hələ 1628-ci ildə Vilyam
Harvinin əsəri işıq üzü görəndən sonra hamı ürəyin qanı bədənə
vuran “nasos” olması fikirini,bir növ,mütləq həqiqət kimi qəbul
etmişdi.Tədqiqatçıların çox cuzi bir hissəsi bu nəzəriyənin səhih-
liyinə şək gətirdi.Lakin fakt budur ki,həmin nəzəriyyə qan döv-
ranı mexanizmini və digər oxşar fizioloji hadisələri şərh və izah
etmirdi.Üstəlik,bu nəzəriyyə ürəyin əsl həqiqətdə nə olması
barədə tam aydın təsəvvür yaratmırdı.Bu nəzəriyyə çoxdan,lap
çoxdan köhnəlmişdi!Məhz bu yanlış nəzəriyyənin təqsiri üzün-
dən ürək sirri indiyəcən açılmamış qalıb və indinin özündə də
ürək-tibb aləmində “öz sirrini verməyən” bir orqan kimi tanınır.
Ürək-damar xəstəlikləri isə bir nömrəli qatil kimi, bəşəriyyətə
bu günün özündə də divan tutmaqda davam edir.K.Nişi bu
barədə yazırdı:“Nə qədərki müasir tibb elmi öz ənənəvi baxı-
şından əl götürməyib,o,heç vaxt “sirr” deyilən mətləbi aça
bilmə-yəcək,ürək-damar xəstəliklərinin bəşəriyyətə vurduğu
ağır itkinin qarşısını ala bilməyəcək”.Professor Nişi təklif edir
ki, ürəyə yalnız nəzarətçi çən, yaxud qan axınını tənzimlə- yən
aparat kimi baxmaq lazımdır.Qəbul etməliyik ki, qanı hərəkətə
gətirən mexanizm kapilyarların özündədir.
Nişinin bir çox baxışları və mövqeləri o dövrdə yaşamış
mütərəqqi rus təbiblərinin ideyaları və baxışları ilə üst-üstə düşür.
A.Speranski ilə A.Zalmanov da, Nişi kimi,belə hesab edirdilər ki,
müalicə vaxtı orqanizmi müdafiə edən resursların fəaliyətini
yaxşılaşdırmağa xüsusi fikir vermək çox vacibdir. A.Zalmanov
“İnsan orqanizminin sirli müdrikliyi” adlı dahiyanə əsərində
“kapilyaro-terapiya”,yəni kapilyarlara dərin təsir göstərmək
120
ideyasını irəli sürmüş,bu metodla müalicə apararaq, gözəl
nəticələr əldə etmişdir.
Rusiyada, Almaniyada və İtaliyada 3 dəfə tibb elmləri
doktoru elmi adını müdafiə edən,bolşevik rejiminin dar düşün-
cəli məmurlarının və siyasiləşdirilmiş tibb elminin,onun “baş
qərərgahı” olan “Minzdrav”ı əlində möhkəm saxlayan dayaz
alimlərin təqibinə tab gətirə bilməyib,xaricə köçən və ömrünü
qürbətdə başa vuran bu dəyərli təbibin müalicə metodu haqqında
ayrıca bir fəsil verəcəyik. İndi isə qan dövranı haqqında fikir
tarixinə nəzər salaq.
Qeyd edək ki, qanın hərəkəti problemi ta 1930-cu ilədək,
yəni, tanınmış təbib Laubri Fransa Akademiyasında qan dövranı
mexanizminə dair öz parlaq əsəri barədə məlumat verənə qədər
toxunulmaz,“bağlı” qalmışdı.Laubri təsdiq etdi ki,ürək qanı
hərəkətə gətirən yeganə qüvvə deyil,ürək -qanı yalnız arteriya və
kapilyar sistemində irəli itələyən hərəkətverici qüvvədir.Vena isə
ikinci ürək kimi fəaliyyət göstərir,qanın venoz hərəkətini, yəni
qanın ürəyə qayıtmasını təmin edir.Nişi bu məsələyə öz müna-
sibətini belə bildirmişdir:“Əlbəttə,Laubrinin nəzəriyyəsi-qan
haqqında elmdə irəli atılmış mütərəqqi addımdır.Lakin onun bu
yeni nəzəriyyəsi, nə qədər parlaq olur-olsun, qan dövranı barədə
həqiqətin yalnız yarsını açıqlamışdır. Çox təəssüf ki, o, yalnız
bununla kifayətlənmişdir”.Belə bir qənaətə gələn Nişi tam
müstəqil şəkildə öz qan dövranı nəzəriyəsini hazırlamağa başladı.
Məlumdur ki,arteriya həm quruluşuna görə,həm də funk-
siyasına görə venadan seçilir.Arteriya qalın və elastik daxili
örtüyə(divara) malikdir,dartıla və genişlənə bilir.Venanın isə
nazik divarı və klapanı vardır.Bu klapan ona xidmət edir ki,vena
boyunca üzü yuxarı, bu və ya digər orqandan ürəyə qalxan qan
geri qayıdıb, aşağı tökülə bilməsin (şəkilə bax).
Vena maksimum darala və vakuum (tam boşluq) yarada
bilir.Əgər biz qan dövranı mexanizmini nasosla müqayisə etsək,
deməliyik ki,arteriya sorucu borucuğu xatırladır,çünki sorucu
borucuq,itələyən borucuğa nisbətən,daha yoğun və elastik divara
121
malikdir(“pipetka” kimi).Nişi yazırdı:Heç şübhəsiz,nasos bu iki
borucuğun birləşdiyi yerdə yerləşir.Lakin nasosdan fərqli olaraq
arteriya və vena hər iki ucdan birləşir:bir ucu ürəyə,o biri kapil-
yarlara.Sual oluna bilər:bunlardan hansı nasosu təmsil edir-ürək,
yoxsa kapilyarlar?Nişinin cavabı qətidir:Əlbəttə,kapilyarlar!
Bunun alternativi yoxdur.Çünki arteriya-soran borcuğa uyğun
gəlir,vena isə itələyən borucuğa.Ürəyin nasos ola biləcəyi
ehtimalı bizi yanlış nəticə çıxarmağa sövq edir: guya, ürək soran
borucuqdan (arteriyadan ) istifadə edir ki, qanı itələsin, itələyici
borucuqdan (venadan) isə qanı daxilə qovmaq üçün istifadə edir.
Şəkil 4. Qan dövranı sxemi.
1- beyin,
2- ağ ciyər,
3- böyrəklər,
4- qara ciyər,
5- həzmetmə orqanları,
6- limfatik axınlar,
7- ağ ciyər arteriyası,
8- aorta.
Şəksiz,insan bədənindəki
fizioloji “nasos” süni nasosdan
fərqlidir.Bununla belə, qalın və
elastik divara malik olan arteri-
yanın əks-təsirə malik olan hər
cür qüvvənin qarşısını almağa
göstərdiyi cəhd çox önəmlidir.
Lakin bu cür müqavimət gücünə
və böyük ciddi-cəhdə baxma-
yaraq, arteriya-kapilyarların təsiri altında yaranan və qanı
damarlardan geri soran boşluqla müqayisədə çox zəyifdir. Yalnız
122
kapilyarların qanı arteriyadan sorması ehtimalını qəbul
etdikdə, anlaya bilərik: nə üçün arteriya öz qurluşuna və
funksiyasına görə sorucu borucuğa bənzəyir? Bu,bir daha onu
göstərir ki,insan bədənindəki nasosu ürək deyil, məhz kapilyarlar
təmsil edir.
Bu mətləbi tibbi təhsili olmayan sıravi oxuculara loru
dildə izah etmək istəyirəm. Bina ayrı-ayrı daşlardan, taxtalardan
ibarət olduğu kimi,insan bədəni də kiçicik hüceyrələrdən
ibarətdir.Hər bir hüceyrə əyninə tüklü borucuqların torundan
tikilmiş“libas” geyib.Bu “libas”-kapilyarlardır.Arteriya və vena
damarları məhz kapilyarlara bitişib. Hüceyrələrə qida daşıyan da
elə bu tüklü borucuqlardır. Sağlamlıq üçün gərək olan hər şeyi –
oksigeni, enerjini, vitaminləri, zülalı, yağı, mineral maddələri,
karbohidratları daşıyıb,hüceyrələri yedizdirən möhnətkeş kapil-
yarlardır.Məhz onlar hüceyrələri,maddələr müba diləsi vaxtı
əmələ gələn, gərəksiz və zərərli parçalanma məhsul-larından
təmizləyir.A.Zalmanov kapilyarların fəaliyyətindən bəhs edərkən
yazırdı: “Hüceyrələrin daima ölməsi, yarpaqların və ləçəklərin
tökülməsi zəruri olduğu kimi, vacibdir”.
Uzunluğu 100.000 kilometr, ümumi sahəsi 600 kvadrat
metr olan kapilyarların diametri günün, ayın və ilin müxtəlif
vaxtlarında müxtəlif cür olur.Bu mənada onu çay məcrasına
bənzətmək olar:çay məcrası baharda genişlənir,yayda,qışda,
sular azalanda daralır.Kapilyarlar səhər çağı, axşama nisbətən,
çox yığılmış olur,ümumi tutumu azalır.Bunu səhərlər bədənin
ümumi hərarətinin azalması, axşam isə çoxalması ilə izah etmək
lazım gəlir. Qadınlarda aybaşı ərəfəsində açıq kapilyarların sayı
çoxalır, odur ki, maddələr mübadiləsi fəallaşır, bədənin hərarəti
artır. Sentyabr-yanvar dövründə kapilyarların sıxılması (spazma)
və durqunlaşma baş verir. Mövsümi xəstəliklər (mədə xorası ən
çox sentiyabr və mart aylarında baş verir) başlayır.
Kapilyarların xəstələnməsi-bütün patoloji proseslərin
əsasıdır.A.Zalmanov“İnsan orqanizminin sirli müdrikliyi”
kitabında yazırdı:“Kapilyarların fiziologiyası olmadığı halda-
123
təbabət hadisələrin səthində durur,həm ümumilikdə,həm də
xüsusi patalogiyada bir şeyi dərk etməyə qadir deyildir”.Nişi
kimi,A.Zalmanov da belə qənaətə gəlmişdir:“Bütün xəstəliklərin
müalicəsini kapilyarların müalicəsindən başlamaq lazımdır”. Bu
məsələ ilə bağlı daha bir məsləhətə qulaq asaq.A.Zalmanov
öyrədirdi:”Əgər siz tənəffüs həcmini genişləndirsəniz,beyinə və
bütün orqanlara oksigen axınını gücləndirsəniz, əgər siz xüsusi
rejimin köməyi ilə (dərmanın yox, məhz xüsusi rejimin! -Ə.Ə),
yüz minlərlə kapilyara işıq aça bilsəniz, belə müalicənin köməyi
ilə dəf edilməyən bir xəstəliyə də rast gəlməyəcəksiniz”. Başqa
sözlə desək: Yer üzündə müalicəsi mümkün olmayan xəstəlik
qalmayacaq.
Çox ağıllı məsləhətdir!Məhz ona qulaq asdığım üçün,
məhz dava-dərmana həmişəlik “yox” dediyim üçün,xüsusi
rejimin köməyi ilə kapilyarları işə saldım,hüceyrələrimi yaxşı-
yaxşı qidalandırdım və ağır xəstəliklərin, o cümlədən, ürək-
damar xəstəliyinin,şəkərli diabetin cəngindən qurtardım.
Bütövlükdə tibb elminin, eləcə də ayrı-ayrı həkimlərin və bizim
hər birimizin fikir vermədiyimiz, necə deyərlər, adam yerinə
qoymadığımız kapilyarlar belə böyük qüdrətə malikdir.
Bu yerdə mən bir ibratamiz müqayisədən vaz keçə
bilməyəcəm.Mən kapilyarları cəfakeş əskərlərə,ziyalılara,kəndli
lərə, fəhlələrə oxşadıram. Dövləti (yəni orqanizmi) yedirən də,
geydirən də,yaşadan da, qoruyan da müsəlləh əskər, əli qabarlı
fəhlə və kəndli, gecə-gündüz beynini çalışdıran ziyalıdır. Onların
vəziyyəti ağır olanda-dövlətin(orqanizmin) vəziyyəti də ağırlaşır,
dövlət(orqanizm) “xəstələnir”.Deməli,ölkənin,dövlətin “səhhəti”
onu yedizdirən qara camaatın vəziyyətindən asılıdır.Ona görə də
ağıllı millətlər və ağıllı dövlət başçıları çalışırlar ki,məmləkətin
sağlamlığının və rifahının əsas dayağı olan qara camaat
(kapilyarlar) sağlam olsun, yaxşı işləsin, öz dövlətini (orqanizmi)
gümrah saxlamağa, qorumağa qadir olsun.Bu hikməti unudan
dövlətlər isə,öz kapilyarlarının qeydinə qalmağı unudan
tamahkır, acgöz və qarınqulu adamlar kimi, gününü ah-zar içində
124
keçirir, vəsaiti müxtəlif bəlalardan yaxa qurtarmaq üçün həyata
keçirilən lüzumsuz tədbirlərə xərcləyir.
Indi isə yenidən keçmişə qayıdaq.Bayaq qeyd etdik ki,
Nişi Sistemi yaranana qədər dünyanın bir çox istedadlı alimləri
və qabaqcıl həkimlər kapilyarlar barəsində dəyərli fikirlər
söyləmiş, kapilyaro-terapiya ilə məşğul olmağın zəruriliyini
əsaslandırmışlar.Hətta, kapilyarların fiziologiyasının tədqiqatı ilə
məşğul olan alman alimi A.Kroq Nobel mükafatına layiq
görülmüşdür.Lakin yalnız Nişi Sistemi yaranandan sonra bəşər-
iyyətin əlində tam və dolğun metodika oldu,insanlar kapilyar-
ların bərpası yolunu tanıdılar. Nişi bu məqsədlə xüsusi vibrasiya
(titrəmə) təmrinləri yaratdı, onların köməyi ilə kapilyarları bərpa
etmək,möhkəmlətmək,təmizləmək,enerjisini artırmaq,bunun sa-
yəsində immuniteti yüksəltmək,müdafiə qüvvələrini,bütün orqa-
nizmin həyat qabiliyyətini gücləndirmək mümkün oldu.Bu
sistem,bir növ,bütün “arxları” təmizləyir ki,hüceyrələrə qida
daşıyan qan maneəsiz, tam sərbəst şəkildə hərəkət etsin, lazımsız
maddələri bədəndən rahat çıxartsın.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm:Nişinin Sağ-
lamlıq Sistemi xəstələr üçün nə qədər vacibdirsə, sağlam
adamlarlar üçün,xüsusilə də uşaqlar,yeniyetmələr və gənclər
üçün də bir o qədər vacibdir: xəstələrə-ağır dərddən qutar-
maq üçün,sağlamlara-heç vaxt xəstələnməmək, uzun müddət
gənc qalmaq və çox yaşamaq üçün.
Nişi öz sistemini yaradarkən tam əmin oldu ki,sonsuz
Kainatın ayrılmaz tərkib hissəsi olan insan bədəni,böyük
Kainatın özü kimi,müxtəlif mikrobların və bakteriyaların
məskunlaşdığı məkandır.Orqanizm yorulmayıbsa,qıcıqlandır-
ılmayıbsa,zədələnməyibsə,çirklənmiyibsə-heç bir mikrob təhlü-
kəsi yoxdur,onun çalışqan hüceyrələri çoxsaylı mikroorqa-
nizmlər dünyasında rahat yaşaya bilər.Çünki mikroblar və
bakteriyalar, əlverişli mühit yaranmadığı halda, məskunlaşdığı
məkanla(ayrı-ayrı orqanlarla) deyil,paxıl millətlər kimi, öz
aralarında didişməklə məşğul olacaqlar.
125
Nişinin yaratdığı təmrinlər yorğunluğu çıxarır, bütün
fizioloji prosesləri səhmana salır,orqanizmdə enerji balansını,
turşu-qələvi balansını tənzimləyir,bədəni,hər bir hüceyrə
səviyyəsində, təmizləyir və masaj edir.
Qəribədir,nə üçün Nişi bu qədər hərəkət növü içində
məhz vibrasiyanı seçmişdir?Bu sualın cavabını N.Arinçinin “Hər
gün kemokibernetika” adlı məqaləsində tapmaq olar:“Çoxdan
bəlli idi ki, orqanlar-istər zehni iş vaxtı beyin,istərsə də mədə-
bağırsaq traktı qidanı həzm edərkən-sakit vaxta nisbətən daha
çox qan alır.Özü də qana olan belə böyük təlabat ürəyə düşən
yük və ağırlıq kimi qiymətləndirilir.İnfarkt xəstəliyinə tutulan
adamı yatağa uzadır və ona, hətta, bircə barmağını tərpətməyə də
icazə vermirlər.Belə rejimdə xəstələr özlərini pis hiss edirlər və
çox vaxt ölürlər.Təyin olunmuş rejimin ziddinə hərəkət edənlər
isə özlərinə xidmət göstərmiş olurlar və tez sağalıb əmək
fəaliyyətinə qayıdırlar. Beləliklə də kliniki təcrübə əzələ sakitliyi
rejimini inkar etdi,onun yerini erkən hərəkət fəallığı, idman
tutdu”.Müəmma olaraq qalırdı:nə üçün həkimlərin belə bərk
qorxduğu hərəkət orqanizmə şəfaverici təsir göstərir? Mətləbi bir
qədər xırdalayaq.
Təbiblər yaxşı bilir:skelet əzələləri əzələ liflərindən
ibarətdir.Bu liflər səs tezliyinə uyğun sürətlə yığılır.Bunu hiss
etmək üçün qulaqlarınızı əllərinizlə möhkəm qapayın və
dişlərinizi qıcayın.Bu vaxt çeynəmə əzələləri yığılacaq və
onların uçan arının çıxardığı səsə bənzər,uğultusunu eşidəcək-
siniz.Çənə nə qədər bərk sıxılarsa, əzələlərin səsi bir o qədər
güclü olacaq.Deməli, skelet əzələləri, bir növ, “fizoloji vibirator”
rolunu da oynayır.
Əlavə edək ki, skelet əzələlərinin mikronasos fəaliyyəti
uşaq dünyaya gələndə başlayır, yetkinlik dövründə inkişaf edir
və daha yüksək səmərəli olur.Qocaldıqda-sönür.Bu fəaliyyəti
fiziki təmrinlər vasitəsilə gücləndirmək mümkündür. Əksinə, o,
fiziki passivlik vaxtı zəiyfləyir, bu da orqanizmin məhvinə səbəb
olur. Çünki hərəkət passivliyi dövründə skelet əzələləri ürəyə pis
126
kömək edir, ürək vaxtından qabaq “köhnəlir”. Ürək–damar
xəstəliklərinin ən mühüm səbəblərindən biri məhz budur. Bunu
yaxşı dərk edən professor Nişi hələ 1927- ci ildə bəyan etmişdir:
hər hansı ürək-damar xəstəliyini dava–dərmansız sağaltmaq
mümkündür.Mən bu danılmaz həqiqəti 1995-ci ildə, xəstə
ürəyimə şəfa verəndən və mükəmməl mühərrik kimi
işləməyə vadar edəndən sonra dərindən dərk etdim.
Təzada fikir verin: insan əsrlər boyu “sağlamlıq açarı”
axtarır, Kosmosu “fəth edən qüdrətli” elmə və texnikaya malik
olan bəşəriyyət çox çeşidli xəstəliklərdən əzab-əziyyət çəkməkdə
davam edir, açar isə çoxdan bəllidir, amma, nə fayda, ondan
istifadə etməyə tələsənlər çox azdır.
Bir vaxtlar xərçəng kimi, ürək-damar xəstəlikləri də XX
əsrin ən dəhşətli bəlası sayılırdı. Niyə “bir vaxtlar”? Elə bu
günün özündə də belədir. Yeganə təsəllini onda tapmaq olar ki,
dahi Nişi bu geniş yayılmış xəstəlikdən tam sağalmağın çarəsini
tapıb və bizə çox mükəmməl və çox qüdrətli bir təlim bəxş edib.
Ondan istifadə edib-etməmək hər kəsin öz işidir.
QLOMUS
Nişi Sistemi qlomusa da tamam yeni nəzərlə baxmağı
təklif
edir.Qlomus-ehtiyat
yoldur,arteriyadan
çıxan qan,
kapilyardan vaz keçərək, həmin yolla venaya daxil olur. Qlomus
müxtəlif orqanlarda, ələlxüsus da, əllərin və ayaqların dərisinin
ucunda mövcuddur.Dırnaqların altında,barmaqların ucunda,
birinci, ikinci və üçüncü əl barmaqları buğumlarının iç tərəfində
çox kütləvi şəkildə yerləşmişdir.Ana bətnində olan uşaqda
qlomus yoxdur, doğuşdan dərhal sonra yaranır və qırx yaşa
çatanadək müntəzəm olaraq çoxalır, sonra azalmağa başlayır.
Qlomusa dair çoxlu əsərlər yazılmasına baxmayaraq
(1924-cü ildə Fransada Pyer Massonun gözəl əsəri çıxdı, 1948-ci
ildə Amerika alimləri bir neçə əsər buraxdılar, nəhayət, Nişi ona
öz münasibətini bildirdi), “qlomus nə üçün və necə fəaliyyət
göstərir” sualına hələ də mükəmməl cavab verilməyib. Nişinin
127
fikirincə, qlomus kapilyarlar , arteriya, vena, ürək və limfa kanalı
ilə birlikdə vahid, tam qan dövranı mexanizmini təşkil edir:
kapilyarlar-baş hərəkətverici qüvvə kimi, qlomus - ehtiyat
nəzarətçi kimi, vena ilə ürəyin sağ kameraları - əlavə qanqovucu
qüvvə kimi, arteriya-qansoran boru kimi. Bunlardan hər hansı
birisi pis işləyərsə, qan dövranı pozular.
Ən sıx əlaqə qlomusla kapilyarlar arasında mövcuddur.
Biz qəflətən qorxanda- “rəngimiz qaçır”, bənizimiz solur.Ona
görə ki, həmin yerdə kapilyarlar gözlənilmədən sıxılır və yüksək
sürətlə dövran edən qan birdən kəsilir.Əgər belə fövqaladə
hallarda əlavə nəzarətçi kimi çıxış edən qlomus olmasaydı,
qarşısı kəsilmiş güclü qan seli vurub vena kapilyarlarının zərif
divarlarını dağıdardı və dərialtı qansızma baş verərdi. Belə kritik
hadisələr, çox güman ki, qlomusların dağılması və iflic olması
vaxtı baş verir. Beləliklə də qəti deyə bilərik: qlomus-kapilyarlar
üçün etibarlı müdafiəçidir.
Bəs qlomus harada yerləşir və onun sayı nə qədərdir?
Cavablar müxtəlif və mübahisəlidir.Yəqin ona görə ki,
qlomusu tapmaq çox çətindir.Bəzən digər mikroskopik arteriya
və vena damarlarını da qlomus kimi qəbul edirlər. Bildiyimiz
dəqiq şey odur ki, qlomus doğuşdan dərhal sonra yaranır, yaş
artıqca onun sayı çoxalır, insan qocaldıqda isə atrofiyaya uğrayır.
Ən önəmli sual isə budur: qlomusu sağlam saxlamaq üçün nə
etmək lazımdır?
Bu həyat əhəmiyyətli suala düzgün cavab tapmaq üçün
insan oranizmində olan alkoqolla şəkərin müştərək,əlaqəli
fəaliyyətini qiymətləndirmək çox vacibdir.Professor Nişinin
fikirincə, sağlamlığın ən vacib şərtlərindən biri də orqanizmdə
mövcud olan alkoqolla şəkər arasındakı kövrək tarazlığı qoruyub
saxlamaqdır.Bu tarazlıq su və duz(söhbət xörək duzundan,
natrium-xlordan getmir) arasında fermentlərin, harmonların,
vitaminlərin köməyi ilə yaradılır.Məhz suyun və duzun
biokimyəvi təsiri altında bədənimizdəki alkaqol və ya şəkər
yığıntısı yaranır. Alkaqolun miqdarı şəkərin miqdarını üstələyən-
128
də fəsad-arterioskleroz şəklində baş verir, qlomus bərkiyir,
degenerativ olur. Şəkərin miqdarı alkoqolun miqdarından çox
olduqda isə pozquntu diabet şəkilində baş verir, qlomus yumu-
şalır, atrofiyaya uğrayır və yoxa çıxır. Buradan aydın olur ki,
alkoqolla şəkərin tarazlığını qorumaq-qlomusu qorumaq demək-
dir. Bu da bütövlükdə can sağlığını qorumaq deməkdir.
Ortalığa daha vacib sual çıxır: bəs bu kövrək tarazlığı
necə saxlamalı və pozulanda necə bərpa etməli? Bu arxivacib
suala cavab almaq üçün Nişiyə müraciət edək: “Heç şübhəsiz,
qlomus daxili orqanların divarında normal vəziyyətdə olduqda,
heç bir parazit bağırsaqda yaşaya bilməz.Üstəlik,divarlarında
qlomus yaxşı vəziyyətdə olan mədəni nə xora, nə də xərçəng
zədələyə bilər”. Məhz buna görə də Nişi düzgün qidalanmağı,
faydalı hərəkəti və gün ərzində 2-3 litr çiy su içməyi məslhət
görürdü.
Yeyib-içməyi həyatın mənasi sayan “ceyillər” məndən
tez-tez soruşurlar:“Sənin o Nişin “vurmaq” məsələsinə necə
baxır?” Deməliyəm ki, Nişi Sistemi alkoqolun nə dostudur, nə də
düşməni, onu nə təqdir edir, nə də inkar. Lakin Nişi bütün “ölü”
qidaları orqanizmin tamlığını pozan, onu sarsıdan bir yad,
düşmən qüvvə kimi qiymətləndirir. Alkoqol da, şəkər də “ölü”
qidadır. Amma bu “ölü” qidalardan tam imuina edən şəxsin
orqnizmində də artıq alkoqol və ya artıq şəkər konsentratı əmələ
gələ bilər.Bunun üçün kifayət qədər mənbə vardır.Çiy şəkildə
qəbul olunmuş meyvə və tərəvəzdən orqanizmin “zavodunda”
istehsal olunan alkoqol və şəkər orqanizm üçün çox vacib
qidadır. Təbii ki,norma daxilində.Orta hədd- qızıl hədd! Bir daha
yada salıram: orqanizmin özü qəbul etdiyimiz çiy qidalardan
həm kifayət qədər alkaqol, həm də kifayət qədər şəkər istehsal
edir. Bizim vəzifəmiz qida balansını qorumaqdır. Yəni, çiy
qidaları elə düzməliyik ki, rasionda həm kifayət qədər alkoqol
olsun, həm də kifayət qədər şəkər.Süni alkaqolun və süni şəkərin
zərərli nəticələrini aradan qaldırmaq üçün professor Nişi
məsləhət görür ki, onların qəbulundan sonra, 4-7 sat ərzində
129
alkaqolun 3 misli qədər, şəkərin 2,5 misli qədər çiy suyu ilıq
şəkildə içmək lazımdır.Təzə su-gözəl durulaşdırıcı və təmizləyici
qabiliyyətə malikdir, onu içdikdə alkoqolun və şəkərin yığıntısı
(konsentratı) öz-özünə azalır
QAN TƏZYİQİ
Aydınlaşdırdıq: ürək tərəfindən itələnən və kapilyarlar
tərəfindən sorulan qan müəyyən təzyiq altında hərəkət edir.
Adətən, qan təəzyiqini çiyin nahiyəsi arteriyasındakı nöqtədə
civə dirəyi hündürlüyündə müəyyən edirlər.Lakin real qan
təzyiqini, 4 şeyi nəzərə almadan dəqiq müəyyən etmək qeyri-
mümkündür: yuxarı və aşağı təzyiq, nəbz və yaş. İxtisasca
mühəndis olan Nişi differensial-inteqral hesablamaların köməyi
ilə müəyyən etmişdir ki, yuxarı və aşağı təzyiqlə nəbz təzyiqi
arasında ideal mütənasiblik (sootnoşeniye) mövcuddur. O, bunu
“qızıl mütənasiblik” adlandırmışdır. Sağlamlığın açarı da “qızıl
mütənasibliyin” mövcud olmasıdır. Nişi yuxarı təzyiqi 1, aşağı
təzyiqi 7/11, nəbz təzyiqini isə 4/11 qiymətləndirərək, belə bir
tənasüb qurmuşdur: 1: 7/11: 4/11. Gəlin birlikdə həll edək:
aşağı təzyiq vurulsun 11/ yuxarı təzyiq =X
X-in 7-yə yaxın olması- sağlamlıq vahididir. Yaponlar
üçün X- 6,5 - dir, amerkanlar üçün – 7,5- dir. Bu, o deməkdir ki,
yaponlar
mədə
xəstəliklərinə
və
vərəmə
meyillidirlər,
amerkanlar isə ürək-damar xəstəliklərinə. “Qızıl mütənasiblik”
dəyişməz qaldıqda-insan özünü çox yaxşı hiss edir və qan təzyiqi
onu maraqlandırmır.
Nişini yaxşı dərk etmək üçün bir misal həll edək.
Əvvəlcə, 66 yaşlı kişinin normal yuxarı təzyiqini hesablayaq:
Dostları ilə paylaş: |