ÜÇÜNCÜ QAYDA:“qızıl balıq” təmrini
Artıq biz sizinlə düzgün qidalanmaq qaydalarını da bilirik,
düzgün yatmaq qaydalarını da. İndi qalır «hərəkət-bütün dərmanları
əvəz edir, amma bütün dərmanlar hərəkəti əvəz edə bilmir»
kəlamınm dürüstlüyünü araşdırmaq. Professor Nişi bu kəlamı hələ
XX əsrin əvvəlində sınaqdan keçirib və bu sadə həqiqəti təsdiq
142
edib. Alim onu da sübuta yetirib ki, heç də bütün hərəkətlər şəfa
vermir. Əksinə, elə hərəkətlər var ki, qaş qayıran yerdə, vurub gözü
də çıxardır.Yalnız qanı saflaşdıran
və qandövranını yaxşılaşdıran
hərəkətlər müalicəvi əhəmiyyət kəsb edir. Nişi saflaşdırıcı
hərəkətləri 4 təmrində düzmüş və birincisinə «Qızıl balıq» adı
vermişdir. Maraqlıdır:nə üçün məhz «qızıl balıq»?
Yapon əyalətlərinin birində balığı diriltmək üçün qəribə
bir üsuldan istifadə edirlər: balığın quyruğundan tutub onu
əsdirərək, suya salıb çıxardırlar. Nişi öz təmrinlərindən birinə
«qızıl bahq» adı verənə qədər bu oyunun mə'nasını kimsə aça
bilmirdi. Nişi bu hərəkətin orqanizmin yaşamaq qabliyyətini
artıran bir hərəkət olduğunu anladı və ilk məşqini balıq
çabalamasına (vibrasiya) bənzətdi. Bu dəyərli təmrin aşağıdakı
qaydada həyata keçirilir.
1.
Arxası üstə döşəməyə (yaxud bərk çarpayının üstünə)
uzanın. Ayaqlarınızı mümkün qədər çox qabağa uzadın,
pəncələrinizi tavana perpendikulyar şəkildə cütləyin. Əllərinizi
başınızın üstündən geri atın. Bədəninizi tarım dartıb «simə»
döndərin. Sağ dabanı yerə dirəyib, bədəninizi aşağı dartın və
eyni vaxtda bədəni əllərlə əks istiqamətdə dartın. Hər dəfə bunu
edərkən 7-yə qədər sayın. Eyni hərəkəti sol dabanla da edin. Hər
dabanla 10 dəfə dartmaq lazımdır.Məqsəd - burxulmuş fəqərələri
dartıb öz yerinə salmaq və düzəltməkdir.
2.
Qollarınızı dirsəkdə büküb, əllərinizi boyunun altına
qoyun.Pəncələri cütləyib,tavana perpendikulyar şəkildə saxlayın.
Dabanları, çanağı və kürəkləri yerə sıxın.Fikirinizi cəmləyib
məşqə başlayın.Cüt ayaqları sağa, başı isə sola tərəf hərəkət
etdirin. Fəqərə sütunu tərpənmir. «Vibrasiya»nı sür'ətlə etmək
lazımdır.Vaxt:1-2 dəqiqə. Yaxud 120-240-ə qədər saymaq. Vaxtı
uzatmaq da olar
«Qızıl balıq» bizə nə verir?
Fəqərə sütununun əyilməsi 2 formada baş verir: kifo-
lordoz forma və skolioz forma. Kifolordoz sağlamlıq üçün daha
təhlükəli forma sayılır. Bunlar necə baş verir?
Bədən uzun müddət qeyri-normal vəziyyətdə qalanda
fəqərələr əyilir və bu şəkildə bərkiyir. «Qızıl balıq» təmrini belə
əyilmənin tədricən aradan götürülməsi üçün şərait yaradır.
143
Əyilmə ləğv olunur, nəticədə, qan dövranı yaxşılaşır, əsəb
sistemi qaydaya düşür.
Nişi izah edir ki, fəqərələrin əyilməsi peşədən və
məşquliyyətdən asılıdır. Müxtəlif peşə xəstəlikləri mövcuddur.
Məsələn, peşəkar idmançının, bir qayda olaraq, ürəyinin sol
tərəfı genişlənmiş olur. Çünki idmançı qaçarkən ürək nasos kimi,
yalnız sol tərəfı ilə işləyir.Nə qədərki idmançı məşq edir,
sağlamlıq üçün təhlükə yoxdur.İdmanı atandan sonra ürəyin
genişlənmiş hissəsi torba tək süzülür,lırt olur,bu da başqa
fəsadlar verir.Nəticədə:keçmiş idmançı plevrit xəstəliyinə
tutulur.
Şəkil 11. «Qızıl balıq» təmrini.
Rəqsi atan balerinanın isə, adətən, ayaqları ağrıyır. Yazı
masası arxasında çox oturanların da “özəl” xəstəliyi var.
Makinaçılar və çertyoj çəkənlər, adətən, qulaq ağrısından, burun,
boğaz, mə'də xəstəliyindən, cinsi orqanların xəstəliyindən
şikayət edirlər. Çəkməçilər - böyrək, ürək, ağ ciyər xəstəliklərinə
mübtəla olurlar. Bütün bunlar göstərir ki, xəstəliklərin
əksəriyyəti fəqərə sütununun vəziyyəti ilə bağlıdır. «Qızıl balıq»
fəqərə sütununun düzəlməsinə kömək edir.Nəticədə, bütün orqan
və sistemlərin funksiyası qaydaya düşür, xarici (parasimpatik) və
daxili (simpatik) əsəb sistemlərinin işi tənzimlənir, qan dövranı
yaxşılaşır, orqanizmin hər bir hüceyrəsi qanla daha yaxşı tə'min
olunur, adamın qaməti düzəlir, adam cavanlaşır. Bununla yanaşı,
144
yoğun bağırsağın, qara ciyərin, böyrəklərin, dərinin, ürəyin,
beyinin fəaliyyəti yaxşılaşır.
Biz heç vaxt ağlımıza gətirmirik ki, bişüur itlər, sağlamlıq
barədə heç bir ədəbiyyat oxumasalar da,Nişinin Sistemi ilə
yaşayırlar: bərk yerdə uzanıb yatırlar,başlarını bərk yerə
qoyurlar,yuxudan duran kimi yaxşı-yaxşı dartınıb,fəqərə sütu-
nunu düzəldirlər,başlarını silkələyirlər,bədənlərini «vibrasiya»
edirlər. Qardan, yağışdan, şaxtadan, çovğundan zərrə qədər
ehtiyat etmirlər.Küçədəki sahibsiz itin xəstələnməsi nadir hadisə
sayılırsa,tövlədə,hində insan tərəfindən bəslənilən malın,
davarın,toyuq-cücənin xəstələnməsi adi haldır.Çünki ev
heyvanları, çöl heyvanlarından fərqli olaraq, təbii şəraitdə deyil,
sahibləri kimi, sün'i surətdə yaradılmış kamfortda yaşayırlar.
Onların orqanizmindəki şəfaverici mexanizm tədricən kütləşir,
işləmir.Bu mə'nada ev heyvanlarını insanlara birləşdirən bir
cəhət var:kamfort üzərində cücərən xəstəlik və onun acı nəticəsi.
DÖRDÜNCÜ QAYDA:
kapilyarların qidalanması
Arxası üstə döşəməyə uzanın.Boynunuzun altına bərk
yastıq qoyun.Əllərinizi və pəncələrinizi bir-birinə yapışdırıb,
ikisini də paralel şəkildə göyə qaldırın.Pəncəniz tavana paralel
olmalıdır.Bu vəziyyətdə əllərinizi və ayaqlarınızı əsdirin
(vibrasiya edin). Vaxt: 1-3 dəqiqə. Yaxud 120-360-dək sayın.
Bu təmrinin hikməti nədədir?
Yada salaq: klassik tibb elmindən fərqli olaraq, professor
Nişi belə hesab edir ki, qanı hərəkətə gətirən və dövr etdirən
qüvvə ürəkdə deyil, kapilyarlardadır. Ona görə də Nişi məsləhət
görürdü: yaralanmış əlinizi başınızın üstündə mümkün qədər
yuxarı qaldırıb, əsdirin. Əliniz yuxarı qalxanda venadakı qan
aşağı cumacaq və tədricən əmələ gələn boşluq (vakuum) qanın
sür'ətlə dövr etməsinə səbəb olacaq, bu da öz növbəsində,
irinləmənin qarşısını alacaq və yara dərhal sağalacaq. Dördüncü
Qayda məhz bu prinsipə əsaslanır. Nişi onu kapilyarların
müalicəsi adlandırmışdır.
145
Şəkil 12. Kapilyarlar üçün təmrin.
Nişi ilə bir dövrdə yaşayan, bütün dünyada tanınmış
istedadlı rus həkimi A.S.Zalmanov kapilyarlar haqqında çox
maraqlı fıkirlər yazırdı:«Hər tələbə biləndə ki,yaşlı adamın
kapilyarlarının ümumi uzunluğu 100.000 km, böyrək
kapilyarlarının uzunluğu 60 km, bütün kapilyarların ümumi
sahəsi 600 kv metrdir, o vaxl tələbə həqiqi fizioloji anatomiyanı
yaradacaq. O zaman bir çox klassik doğmatizmin və mumyalan-
mış xarabazarlığın dirəkləri hücumsuz və döyüşsüz yıxılacaq».
Bunu bilən Nişi kapilyarların qidalanması məsələsinə olduqca
böyük əhəmiyyət verirdi. Onun yaratdığı dördüncü təmrin qan
dövranını təkcə uclarda deyil, bütün bədəndə fəallaşdırır. Bunun
səbəbi çox sadədir: qan damarları qan dövranının vahid sistemini
yaradır, ona görə də lokal (məhdud məkanda) yaxşılaşma - bütün
bədəndə yaxşılaşmaya səbəb olur. Bundan əlavə əllər və ayaqlar
kapilyarlarla çox zəngindir, əl-ayaq damarlarında baş verən
146
hərəkət bütün bədəndəki damarların fəallaşmasını stimullaşdırır.
Təsadüfi deyil ki, ta qədim zamanlardan xəstəlikləri əl və ayaql-
rın vəziyyəti ilə bağlayırlar.«Ürəyiniz ağrıyırsa-ayaqlarınızı
müalicə edin» - yapon məsəli buna sübutdur.
Nişi yorğa qaçmağın faydasını qeyd edərək, soruşur:
yatağa buxovlanmış ağır xəstə necə qaçsın? Kapilyarlar üçün
nəzərdə tutulan təmrinin özü elə qaçış deməkdir - meydansız,
məsafəsiz qaçış. Bunun adi qaçışdan fərqi ondadır ki, ürəyə zərrə
qədər də ağırlıq düşmür. Bu təmrini müntəzəm yerinə yetirən hər
kəs həm ürəyini, həm dərisini, həm də ayaqlarını və əllərini,
deməli, bütövlükdə öz orqanizmini müalicə etmiş olur.
BEŞİNCİ QAYDA:
əllərin və pəncələrin təması
Arxası üstə döşəməyə uzanın. Bərk yastığı boynunuzun
altına qoyun.Pəncələri və əlləri iç-içə yapışdırıb sıxın.Dizləri
mümkün qədər yanlara gen açın.Əlləri sinə üzərində tutun.
Məşqə başlayın.
1.
Əl barmaqlarının ucunu bir-birinə sıxm - 10 dəfə.
2.
Sağ əlin barmaqları ilə sol əlin barmaqlarını sıxın-10
dəfə. İndi də əksinə-10 dəfə.Sağ əllə sol əli sıxın-10 dəfə.
Əksinə-10 dəfə.Yarıbükülmüş əllərin qıraqlarını 10 dəfə sıxın.
3. Bitişik əlləri başdan yuxarı uzadıb, qollarınızı tam açın,
yavaş-yavaş,müqavimət göstərə-göstərə geri,qurşağacan qayta-
rın.Barmaqlar baş tərəfə tuşlanıb-10 dəfə.Eyni hərəkəti əks
istiqamətdə edin.Barmaqlar ayağa tuşlanıb - 10 dəfə.
4. Bitişik əlləri bədənə perpendikulyar şəkildə yuxarı
qaldırıb qolları tam açın, havanı yara-yara baş tərəfdən ayağa
tərəf aparın və müqavimət göstərə-göstərə geri qaytarın (sanki
havanı qılınclayırsınız) - 10 dəfə.
5. Bitişik əlləri dik yuxarı qaldırıb endirin (elə bil havanı
süngüləyirsiniz) - 10 dəfə.
6. Bitişik əllər sinə üzərində qalıb. Bitişik pəncələri 1
qarışa qədər aşağı aparıb, qaytarın - 10 dəfə. Bunu edərkən
pəncələrin aralanmasına imkan verməyin.
7. Bitişik əlləri və bitişik pəncələri eyni vaxtda əks
147
istiqamətdə uzadıb, çəkirsiniz. Qollar tam açılır. Pəncələr isə
1 qarışa qədər uzanır. Pəncələrin aralanmasına imkan verməyin.
Elə bil, fəqərə sütununu dartıb uzatmaq istəyirsiniz: 10 dəfədən
61 dəfəyədək. Çox eləmək də olar.
8. İlkin məşqlərdən sonra əvvəlki vəziyyəti alın. Əllər
sinədə antenna kimi dayanıb. Gözləri yumub, 5-10 dəqiqə
«lotos» vəziyyətində sakit qalın. Dizlər yanlara tərəf mümkün
qədər gen açılıb.
Şəkil 13. Əllərin və pəncələrin təması təmrini.
İndi isə gəlin,bu təmrinin tə'sir mexanizmini öyrənək.
Bitişik əlləri və pəncələri hərəkət etdirməklə, biz nəyə nail
oluruq? Çoxumuz heç xəyalımıza da gətirmirik ki, ürəyi
mə'dədən ayıran diafraqmanın özü elə ikinci ürəkdir. Sağlam
bədəndə diafraqma bir dəqiqə ərzində 18 dəfə hərəkət edir: 4 sm
yuxarı qalxır və 4 sm aşağı enir, yə'ni: diafraqmanın amplitudası
8 santimetrdir. Bu da bir sutka ərzində 24.000 hərəkət deməkdir.
Bədənimizdə ən böyük əzələ sayılan diafraqmanın gördüyü iş
belədir. Diafraqmanın hərəkəti say etibarilə ürək hərəkətinin
dörddə biri qədər olsa da, böyük sahəyə malik olan bu nəhəng
nasos aşağı enəndə qara ciyəri, dalağı, yoğun bağırsağı sıxır və
qan dövranını yaxşılaşdırır. Qarın boşluğunda olan bütün qan
damarlarını və limfatik damarları sıxan diafraqma, venoz
sistemini boşaldır və qanı irəli, döş qəfəsinə tərəf itələyir. Onun
gemodinamik təzyiqi güclü olduğu üçün qanı, ürəyə nisbətən,
daha çox vura bilir. Bu təmrinin hazırlıq hissəsini yerinə
148
yetirərkən, biz diafraqmaya yardımçı oluruq, onu daha fəal
işləməyə sövq edirik.Bu təmrini yerinə yetirərkən necə nəfəs
almaq lazımdır?Nişi Sistemi dərin nəfəsalmanı və hüceyrələrlə
«tənəffüs etməni» gücləndirir. Ona görə də bütün bədənlə, dəri
ilə nəfəs almaq məsləhətdir. Amma əynimizdəki paltar dəri ilə
tənəffüs etməyə imkan vermir. Bu da müxtəlif xəstəliklər törədir.
Nişinin tərtib etdiyi və sınaqdan keçirdiyi təmrinlər hər bir
hüceyrəni dərindən nəfəs almağa məcbur edir. Odur ki,
paltarınızı nə qədər çox soyunsanız, məşqlərin səmərəsi bir o
qədər artıq olar.
Bəs 5-10 dəqiqə sakitlik bizə nə verir?
Moskvalı alim A.Qurviç 1923-cü ildə çox qəribə bir sirr
açdı: yan-yana basdırılmış iki baş soğanın hüceyrələri tək
basdırılmış soğanlara nisbətən tez ayrılmağa və çoxalmağa
başladı. Bu sür'ət fərqi 50-75 faiz təşkil etdi. Alim təcrübəni
davam etdirərək, müəyyənləşdirdi ki, hüceyrələrin sür'ətli
ayrılması soğan qabığının buraxdığı dalğaların (190-230
millimikron) sayəsində baş verir. Bu tədqiqatı Almaniyanın,
Fransanın, İngiltərənin alimləri də davam etdirdilər və bir addım
da qabağa getdilər: müəyyənləşdirdilər ki, əgər çömçəquyruğun
başını soğanın yanında saxlasan, soğan dalğası bu canlıya da
tə'sir göstərir. Soğanla bir sıra xəstəlikləri, o cümlədən, xərçəngi
sağaltmaq ideyası meydana çıxdı. Sonra aydm oldu ki, digər
canlılar kimi,elə insan da belə gücə malikdir. Barmaqları ilə
müxtəlif xəstəlikləri sağaldan adamları yadınıza salın.
Nişi yazırdı: «Öz körpəsinə böyük məhəbbət və nəvazişlə
süd verən ananın döşü ətrafında şəfəq əmələ gəlir. Uşağı laqeyd,
acıqlı yedirdən zaman bu hal baş vermir». Müəyyən edilib ki,
bədəndən çıxan belə işığın mənbəyi enzimlərdir, yə'ni,
fermentlər və yaxud biokatalizatorlardır. Onlar bütün canlı
hüceyrələrdə mövcuddur və orqanizmdə həyat prosesini qat-qat
sür'ətləndirmək qabliyyətinə malikdir. İnsanın həyatı, sağlamlığı
enzimlərdən asılıdır. Əgər bir orqan sıradan çıxıbsa, yəqin bilin:
enzimlərin balansı pozulub.
Biz əllərimizi və pəncələrimizi bir-birinə yapışdırıb
gözlərimizi yumarkən, iki antoqonik qüvvə, yə'ni, konstruktiv və
destruktiv (qurucu və dağıdıcı) enzimlər üstünlük uğrunda
149
rəqabət aparırlar. Nəhayət, onların arasında arzuolunan tarazılıq
bərqərar olur. Ruh və bədən qüvvələrinin müvazinəti yaranır.
Buna daxili müvazinət deyilir. Beləliklə, daxili kamfort təmin
edilir.
Şəkil 14. Əllərin birləşməsi
Bu təmrin əzələlərin, əsəblərin, damarların, bədənin sağ və
sol hissələrinin, əl və ayaqların funksiyasını tənzimləmək üçün
çox faydalıdır.Bundan əlavə,böyrəküstü orqanların,cinsi orqan-
ların,yoğun bağırsağın və böyrəklərin funksiyasını da xeyli
yaxşılaşdırır. Hamilə qadınlar bu məşqdən səmərəli istifadə
etsələr, ana bətnində olan uşağın normal inkişafı, əyri vəziyyətdə
olan uşağın düzəlməsi üçün şərait yaratmış olarlar, doğuş xeyli
yüngülləşər.K.Nişi bu barədə yazırdı:«Osakalı əczaçının iki oğlu
vardı. Arvadları eyni vaxtda doğmalı idi. Həkim kiçik oğlanın
arvadına baxarkən demişdi ki, mütləq Keser əməliyyatı aparmaq
lazımdır. Çünki çanaq stazı (durğunluq) normal doğuşa imkan
vermir. Xoşbəxtlikdən mən bu vaxt Osakada oldum. Qadına
məsləhət gördüm ki, əllərini və pəncələrini birləşdirsin, 40
dəqiqə arxası üstə uzansın, bundan əlavə «qızıl balıq» təmrinini
150
yerinə yetirsin. Zavallı qadın bütün gecəni mən dediyim qaydada
təmrinləri yerinə yetirdi. Sabahısı günü öz ərini və ondan da çox
Keser əməliyyatı keçirməyi təklif edən həkimi təəccüb və heyrət
içində qoyaraq, heç bir əzab çəkmədən rahat doğdu». Nişi bu
mö'cüzəni onunla izah edir ki, çanağın stazı əsəb pozğuntusuna
gətirib çıxardır, digər həyati faktorların mütənasibliyini pozur,
bu da uşağı ana bətnində qeyri-normal vəziyyətə gətirir. Ana
bədəni normal hala düşən kimi, uşaq və çanaq öz təbii
vəziyyətini alır.
Hər gün rastlaşdığınız bir şeyi yadınıza salmaq istəyirəm:
bir yeriniz ağrıyan kimi əlinizi dərhal ora qoyursunuz. Çünki
əldə şəfaverici qüvvə var. Hər kəs öz əllərindən müalicə
məqsədilə istifadə edə bilər. Bunun üçün dizlər üstə oturmaq,
bədənin bütün ağırlığını baldırlara salmaq, əlləri və qolları üz-
üzə birləşdirərək (bax:şəkil 14),əqli enerjini(həyat gücünü) 40
dəqiqə barmaqların ucuna cəmləmək lazımdır. Bu proseduranı
uğurla başa vuran adam ömrünün sonunadək onu bir daha təkrar
etməyə bilər. Bundan sonra barmağı ağrıyan yerə toxundurmaq
kifayət edər - ağrı dərhal kəsəcək.
Əllər
birləşdirilərkən orqanizmdəki ümumi maye
(hüceyrəarası,hüceyrə tərkibindəki mayelər,qan və limfa)
neytrallaşır və tarazılıq yaranır.İnamsızlar (skeptiklər) bunu
asanlıqla yoxlaya bilər: əvvəl qan təzyiqini ölçün, sonra əllərinizi
3-4 dəqiqə birləşdirib bu vəziyyətdə qalın, sonra təzyiqi yenidən
ölçün.İkinci halda qan təzyiqi birincidən yaxşı olacaq.
Məsləhət görürəm: yeməkdən qabaq əlləri bir dəqiqə
yarım vaxt ərzində birləşdirib diz üstə oturun-çox faydalıdır!..
Bu hərəkət orqanizmdə turşu-qələvi tarazlığını bərpa edir. Əgər
bu məşqi yatağa uzanarkən etsəniz, onda bunu yalnız səhər
yeməyindən qabaq təkrar etmək kifayətdir. Daha bir məsləhət:
əzələləri iflic olmuş xəstə (genipleksiya) öz yaxınlarının köməyi
ilə ayaqlarını və əllərini birləşdirməli və bu məşqi yorulana
qədər davam etməlidir. Mütləq şəfa tapacaq.
151
ALTINCI QAYDA:
kürək və qarın üçün təmrin
Dizlərinizi döşəməyə dayayıb, pəncələrinizin üstündə
oturun. Fəqərə sütununu düzəldib şux görkəm alın. Bədənin
bütün ağırlığını baldırların üstünə salın. Heç yana əyilməyin.
Qulaqlarınız çiyinlər üzərində asılıb, diliniz üst damağa
söykənib, dodaqlarınız kip qapanıb, gözləriniz gen açılıb,
tənəffüs rəvan və sakitdir. Bu vəziyyəti aldıqdan sonra dərindən
nəfəs alın və təmrinin hazırlıq hissəsinə başlayın.
1. Çiyinlərinizi 10 dəfə mümkün qədər çox yuxarı qaldırıb,
aşağı salın. Bunun ardınca 2 hissədən ibarət olan hərəkətləri
(onlara şərti olaraq nəqarət adı vermişik) həyata keçirin:
a)
əllərinizi qabağa uzadın, kəskin hərəkətlə çönüb, sol
çiyin üstdən geriyə, büzdümünüzə baxın, xəyalən fəqərələrinizi
aşağıdan yuxarı, boyunadək seyr edin (və yaxud aramla 10-dək
sayın). Başınızı əvvəlki vəziyyətə gətirib, eyni hərəkəti sağ çiyin
üzərindən təkrar edin. Hər çiyin üzərindən bir dəfə etmək
lazımdır.
b)
əllərinizi dik qaldırın, bədəni yuxarı dartıb, qəddinizi
düzəldin, bayaqkı qaydada hər iki çiyin üzərindən büzdümünüzə
baxın və fəqərə sütununu aşağıdan yuxarı seyr edin (və yaxud
aramla 10-dək sayın).
«Nəqərat»i bu qaydadakı hər əsas hərəkətdən sonra təkrar
edin.
2. Başı 10 dəfə sağa, 10 dəfə sola əyib düzəldin.
3. Başı 10 dəfə qabağa, 10 dəfə arxaya əyib düzəldin.
4. Başı 10 dəfə sağa-geri, 10 dəfə sola-geri çcvirin.
5. Başı 10 dəfə sağa əyib, qulağı çiyinə toxundurmağa
çalışın. Boynunuzu mümkün qədər çox uzadaraq, başı geriyə
fırladın, fəqərə sütununa çatdırmağa çalışın. Bunu edərkən
yoxlayın: başınız son həddə qədər əyilibmi? Eyni hərəkəti 10
dəfə sola edin.
6. Qollarınızı çiyin bərabərində açın. Əllərinizi baş üstə
dik qaldırın. Dirsəkləri çiyin önündə bükün, yumruqları düyün-
ləyin, başınızı son həddədək geri atın, çənəni tavana tuşlayın.
Bunu edərkən 7-yə qədər sayın və dirsəklərinizi kürəyə tərəf
152
dartın. Sanki onları bir-birinə yapışdırmaq istəyirsiniz: 10 dəfə.
Hazırlıq mərhələsi başa çatdı. İndi əsas təmrinə keçmək
olar. Qollarınızı bir qədər boşaldın. Bədəninizi düzəldin. Başı
əymədən gövdəni sağa-sola yellədin. Bu an qarını irəli-gcri
verin: qarınla nəfəs alın. Vaxt 10 dəqiqə.
Bu hərəkəti edərkən deyin:«Mən sağlamam! Əhvalım
yaxşıdır! Sabah bundan da yaxşı olacaq!Hər bir hüceyrəm təzələ-
nir! Qanım təzələnir, qanım saflaşır. Daxili sekresiya vəzilərim
əntiqə işləyir! Əzələlərim,damarlarım,dərim sağlam,möhkəm və
elastik olur.Bütün orqan və sistemlər beynimə tabedir. Beynim
əntiqə işləyir. Beynim bütün orqan və sistemləri çox gözəl idarə
edir.Mən daha sağlam,daha müdrik, daha rəhmdil, daha xeyirxah
oluram. Mən istedadlıyam,böyük yaradıcılıq işləri üçün qadir
oluram. Əhvalım yaxşıdır! Sabah bundan da yaxşı olacaq!”.
Bu mətnə istədiyiniz hər hansı bir əlavəni edə bilərsiniz.
Yuxarıda dedim ki, mən hər səhər və hər axşam bizi yaradan
Tanrıya dua və şükr edirəm,ondan dilək diləyirəm.Bunu hər
biriniz edə bilərsiniz.Vacib deyil ki,siz dindar olasınız,oruc
tutub,namaz qılasınız.Vacib budur ki,Allaha sidqi-dildən inanıb,
onunla ünsüyət bağlayasınız,bunun köməyi ilə içinizdəki şeytanı
qovasınız,daxili inamı gücləndirəsiniz,iradənizi möhkəmlədəsi-
niz,o zaman təmrinlər və təbii qida daha yaxşı fayda verəcək.
İnam-hər bir işdə qüdrətli silahdır,amma müalicədə
onun,sadəcə, əvəzi yoxdur.Allaha inanan-Ana Təbiətin
qüdrətinə inanır,Ana Təbiətə inanan özönə inanır.Özünə
inanan-hər bir xəstəliyə qalib gələ bilir.
153
Hazırlıq hissəsi
Hazırlıq hissəsi
O rta vəziyyət Əsas hissə
Şəkil 15. Kürək və qarın üçürn təmrin.
154
Altıncı Qayda hər şeydən əvvəl, turşu-qələvi tarazlığını
bərpa edir.Təmrin,əsasən,fəqərə sütunu ilə edilərkən orqaniz-
mdəki mayenin təzyiqi azalır. Bunun qarşısını almaq üçün Nişi
eyni vaxtda qarın vasitəsilə nəfəs almağı tətbiq edib-
yırğalanarkən qarını dombaldıb çəkmək lazım gəlir.
Əsəb sistemini qaydaya salan,tənzimləyən,koordinasiya edən
Altıncı Qayda bizə böyük xidmət göstərir. Onun əhəmiyyətindən
danışarkən bir incə mətləbi açmaq lazım gəlir.
Əsəb sistemini iki yerə bölürlər: heyvani əsəblər və bitki əsəb
–lər.Heyvani əsəblər-üzdə yerləşir. Bitki,yaxud vegetativ əsəblər
isə daxildə.Heyvani əsəblər əllərin, üzün, ayaqların, boyunun,
döşün,qarın boşluğunun əzələlərində yayılmış olur. Bitki əsəbləri
isə daxili orqanlarda,damarlarda,vəzilərdə yerləşir.Biz, lazım
gələndə,əlimizi uzadıb,üzümüzü,boynumuzu qaşıya, əsəblərimizi
sakitləşdirə bilirik. Lakin daxili orqanları, damarları, vəziləri
qaşımağa imkanımız yoxdur.Burda Altıncı Qayda dadımıza çatır.
Eyni vaxtda həm fəqərə sütununun, həm də qarnın hərəkət
etməsi simpatik (daxili) və parasimpatik (üzdə olan) əsəblərin
qarşılıqlı surətdə razılaşdırılmış əlaqəsini təmin edir. Onlar öz
funksiyalarını -hormonik funksiyalarını, diplomatlarm dili ilə
desək, qarşılıqlı anlaşma şəraitində yerinə yetirirlər. Buradan
aydın olur ki, Nişinin Sağlamlıq Sistemi öz qarşısında fiziki
sağlamlıqla yanaşı, həm də mə'nəviyyata tə'sir etmək, insanın
hormonik, iste'dadlı, yüksək əxlaqi keyfiyyətlərə malik bir
şəxsiyyət kimi formalaşmasına kömək etmək vəzifəsi də qoyub.
İnsan sağalacağına, xəstəliyə qalib gələcəyinə ürəkdən inanır,
daha cəsarətli, daha rəhmdil, daha xeyirxah, gülərüz, zarafatcıl
olur. Öz təcrübəmdən deyə bilərəm: Nişi Sistcmi ilə yaşayan
sağlam həyat tərzi keçirən adam çox qısa vaxtda pis vərdişlərdən
asanlıqla ayrılır, mə'nən güclü olur, öz gücünə inamı qat-qat
artır, onun üzü həmişə gülür. Nişi tam əmindir: sağlam əsəb
sistemi hər cür tufana, qasırğaya, həyatın hər cür eybəcərliyinə
qalib gəlməyə qadirdir. Sağlamlaşma və saflaşma barədə sözləri
ürəyinizdə pıçıldayarkən, hökmən inanın: sabah bu gündən
sağlam, gümrah, ağıllı, iradəli, iste'dadlı və xeyirxah olacaqsınız.
Ona görə inanın ki, bunların hamısı baş verəcək. Xərçəng
xəstəliyindən Nişi Sisteminin köməyi ilə yaxa qurtaran
155
adamların həyatı buna canlı sübutdur. Hər şey sizin iradənizdən
asılıdır. Sizi üzüb əldən salan, ailə üzvlərini, qohum-qardaşı
mə'yus edən hər hansı bir xəstəliyə Ulu Tanrının və Nişi
Sisteminin köməyi ilə qalib gələ bilərsiniz!..
Bir vacib məsələni yenidən vurğulamaq istəyirəm: Nişi öz
Sistemini təkcə dərd-bəladan xilas olmağa çalışan xəstələr üçün
yaratmayıb. Bu Sistem həm də, bəlkə də daha çox-xəstələnmək
istəməyən sağlamlar üçündür. Bu Sistem xəstəliyin nə olduğunu,
onun verdiyi əzabların ağırlığını, gətirdiyi bədbəxtliklərin
miqyasını hələ xəyalına gətirməyən uşaqlar, yeniyetmələr və
gənclər üçün daha çox vacibdir. Öz körpəsini bu sistemin
tələbləri əsasında tərbiyə edən ana övladına möhkəm cansağlığı
və xoşbəxtlik bəxş etmiş olur. Heç şübhəsiz, real həqiqət budur
ki, Nişi Sisteminə daha çox xəstələr üz tutacaqlar.
YEDDİNCİ FƏSİL
Dostları ilə paylaş: |