Ərşad Əzimzadə


bütövlükdə  və  hər  bir  hüceyrə  ayrı-ayrılıqda  dünyanın



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

bütövlükdə  və  hər  bir  hüceyrə  ayrı-ayrılıqda  dünyanın 
bütün  akademiyalarından  müdrik  və  ağıllıdır”.Onları  pis 
günə özümüz qoyuruq,sonra da gözümüzü tikirik akademiyaların 
əlinə-nə vaxt xərcəng dərmanı tapacaq?..Gözləyin... 
 
 
   
 
ON  İKİNCİ  FƏSİL                                         
VİTAMİNLƏRİ  HARDA  AXTARAQ? 
 
 
A  vitamini(retinol  və  karotin).Retinol  maddələr  müba-
diləsini  yaxşılaşdırır,  boy  artımı  prosesində  fəal  iştirak  edir, 
dərini  və  selikli  qişanı  zədələməyə  qoymur,cavanlığı  uzadır.Bir 
çox  həkimlər  A  vitaminini  haqlı  olaraq  “xəstəliklər  əleyhinə 
birinci  müdafiə  xətti”  adlandırırlar.Bu  vitamin  çatmayanda-dəri 
quruyur, narın səpir, tüklər tökülür, görmə qabliyyəti zəyifləyir, 
“toyuq  korluğu”  (axşam  çağı  görə  bilmir)  baş  verir.  Retinoldan 
allergiya əleyhinə istifadə yaxşı səmərə verir.  

 
242 
 
Əsas  mənbə:  kök,  kələm,  bitkilərin  yaşıl  hissəsi,  qara 
ciyər, böyrəklər, dəniz balığı, balığın qara ciyəri, yumurta sarısı, 
kərə yağlar, qaymaq, qatıq məhsulları. 
 
Bu  vitaminə  olan  təlabatın  üçdə  bir  hissəsi  retinol  olan 
ərzaqlar (kərə yağı, qaymaq, yumurta sarısı, qara ciyər, böyrək, 
qatıq  məhsulları)  hesabına,  üçdə  iki  hissəsi  isə  karotin  olan 
qidalar  (ərik,kələm,kök,gavalı,balığın  qara  ciyəri,bitkilərin  yaşıl 
hissələri, kartof, bütün sarı meyvələr) hesabına ödənilməlidir. Bu 
vaxt  nəzərə  almaq  lazımdır  ki,  qidada  olan  karotinin  fəallığı 
retinoldan  üç  dəfə  zəyifdir.  Ona  görə  də  çiy  meyvə  və  tərəvəzi 
bişmiş xörəkdən üç dəfə artıq yemək gərəkdir. 
 
Aptekdən  alınmış  A  vitaminini  və  balıq  yağını  ehtiyatla 
qəbul  edin.  Onların  artıq  qəbul  edilməsi  onkoloji  xəstəliklər 
törədə  bilər.  Elə  bu  faktın  özü  də  göstərir  ki,  qidanı  natural 
şəkildə qəbul etmək daha çox faydalıdır. 
 
B  qrupu  vitaminləri-sağlamlığı  qorumağa  və  həyatı 
uzatmağa xidmət edir. 
 
B
1
  (tiamin).  Bütün  B  vitaminləri  bir-birinə  bağlıdır,  siz 
onların birini qəbul edərkən, başqalarına olan ehtiyacı artırırsınız. 
Tiamin əsəb sisteminin normal işləməsi üçün lazımdır,çatmayan- 
da  əsəb  pozğuntusu  əmələ  gəlir.Qəbz  olursunuzsa,  yəqin  bilin: 
qidada tiamin çatmır. Bu halda kobud üyüdülmüş unun çörəyini 
yeyin,dən  yarmalarının  çiy  sıyığını  (isti  suda  azca  dəmləyərək) 
salatla, yaxud tərəvəz şirəsi ilə qəbul edin. 
 
Əsas  mənbə:  arpa,lobya,kartof,qara  ciyər,araxis,fındıq, 
qoz,badam, böyrək, kobud üyüdülmüş undan çörək, buğda (yaxşı 
olar ki, cücərdilsin), qarğıdalı dəni, qarabaşaq (bütöv). 
 
B
2
 vitamini. Orqanizmdə bu vitaminin qıtlığı gec yaranır. 
Lakin  insanın  ömrünü  gödəldən  məhz  bu  qıtlıq  olur.  Ona  “dəri 
vitamini”  də  deyirlər:dərinin  təmiz  və  hamar  olması  üçün  çox 
lazımdır. Dəri haqqında bildiklərimizə onu da əlavə edək ki, dəri 
orqanizmin 25 faizini təşkil edir,səhhətimiz dəridən çox asılıdır. 
B

çatmayanda-görmə  qabliyyəti  zəyifləyir,əsəblər  pozulur, 
həzmolma  pisləşir,xroniki  kalit  və  qastrit  yaranır,  halsızlıq, 

 
243 
ümumi  zəyifləmə  baş  verir,  orqanizmin  xəstəliklərə  qarşı 
müqaviməti  zəyifləyir.Dəriniz  sağlam  və  hamar  deyilsə,tez-tez  
civzə  çıxırsa,onu  yara-xora  basırsa  bilin:qidada  ya  B
2
  vitamini, 
ya da riboflavin çatışmır. 
 
Əsas mənbə: kələm, çiy noxud, alma, badam, göy lobya, 
pomidor,turp,yulaf,pivə mayası(droj),yumurta, kartof, çiy buğda, 
pendir, mal əti, qara ciyər, qatıq məhsulları. 
 
B

vitamini  (nikotin  turşusu).  Bu  vitamin  allergiya 
əleyhinə  işlədilir.  Maddələr  mübadiləsini  yaxşılaşdırmaq  üçün 
əvəzsiz vasitədir, bir çox reaksiyalarda iştirak edir. Onun qıtlığı 
yeknəsək  qidalanma  ilə  bağlıdır  (məsələn,  əsasən,  dənli  bitkilər 
və kartofla) və gətirib pellaqra adlı qorxunc xəstəliyin törəməsi-
nə çıxardır.Bu xəstəlik dərini,selikli qişanı,hətta,beyin hüceyrə -
lərini bərk zədələyir, əsəb xəstəliyi və ishal törədir. 
 
Əsas mənbə: mayalar (pivə mayası),ət,böyrək,qara ciyər, 
qatıq məhsulları,göbələklər,soya,cücərmiş buğda, yulaf (vələmir) 
dəni, qarğıdalı, arpa və ya buğdadan hazırlanan sıyıqlar. 
 B
5
  vitamini  (pantoten  turşusu).  Ömrün  uzadılmasına 
xidmət edir.Bu vitamin  çatmayanda-maddələr mübadiləsi pozu -
lur, boyun inkişafı dayanır və müxtəlif xəstəliklər baş verir. 
 
Əsas mənbə:mayalar (pivə mayası), yumurta sarısı, qara 
ciyər,böyrək,qatıq  məhsulları,bitkinin  yaşıl  hissələri(turpun, 
kökün yaşıl hissəsi,göy soğan),araxis,bütöv dənlərdən hazırlan -
mış sıyıq. 
 
B

vitamini  (piridoksin).  Əzələ  üçün  (o  cümlədən,  ürək 
əzələsi üçün) çox gərəkdir. 
 
Əsas mənbə: bütöv dənlərdən sıyıq,cod undan çörək, ət, 
balıq,  bitki  qidalarının  əksəriyyəti,  mayalar,  qatıq  məhsulları, 
paxlalı bitkilər, qara ciyər, yumurta sarısı. 
 
B
9
  vitamini  (folium  turşusu)  və  B
12 
(siono-kobalmin). 
Bunlar  qan  yaratmaqda  iştirak  edir,  karbohidratın  və  yağın 
mübadiləsinə yardımçı olurlar,çatmayanda qan azlığı yaranır. 
 
Əsas mənbə: qatıq məhsulları, yumurta, soya, mayalar (o 
sümlədən, pivə mayası), turpun və kökün gövdəsi və yarpaqları, 

 
244 
göy soğan,mal ciyəri, yaxud paştet (onu həftədə bir dəfədən artıq 
yemək olmaz, paştetdən üç dəfə çox tərəvəz yemək lazımdır). 
 
İnozit. Əsəb sisteminə müsbət təsir göstərir, mədənin və 
bağırsağın funksiyasını tənzimləyir. 
 
Əsas mənbə: portağal, göy noxud, yemiş, kartof, ət, balıq, 
yumurta. 
 
Xolin.  Bu  vitamin  çatışmaynda  qara  ciyəri  piy  basır, 
böyrəklər zədələnir. 
 
Əsas mənbə:ət, kəsmik, pendir, kələm, çuğundur, paxlalı 
bitkilər. 
 
Əgər  “ölü”  qidalardan  imtina  etməyə  iradəniz  çatmırsa, 
heç olmasa, mümkün qədər çox təzə qatıq məhsulları (bir sutka 
ərzində  hazırlanmışını)  yeyin.Sıyığa  3-4  xörək  qaşığı  quru  pivə 
mayası  əlavə  etsəniz-B  qrupundan  olan  bütün  vitaminləri qəbul 
etmiş olacaqsınız. Quru südün xidmətindən geniş istifadə edin. O, 
kalorini və qanda xolosterini artırmadığı üçün çox qiymətlidir. 1 
litr  südə,  kefirə,  prostokvaşaya,  ayrana  və  s.  yarım  fincan  quru 
süd əlavə etsəniz-dadlı və faydalı qida alarsınız. Amma hər halda, 
qatıq məhsullarını təmiz şəkildə qəbul etmək daha faydalıdır. 
 
S vitamini(askorbin turşusu). Bu vitaminin faydasından 
danışarkən,  təkcə  onu  göstərmək  kifayətdir  ki,  Nişinin  gəldiyi 
qənaətə görə, xərçəngi törədən 3 vacib səbəbdən biri-orqanizmdə 
S  vitaminin  çatışmamasıdır.  Onu  da  deyək  ki,  bu  vitaminsiz 
sağlamlaşdırıcı-bağlayıcı toxumalar əmələ gəlmir,heç bir turşu -
laşdırıcı(bərpaedici) proses baş vermir.Qandakı toksin maddələri 
blokadaya  alan  S  vitamini  orqnizmi  müxtəlif  infeksiyalardan 
qoruyur. vitamini olmasa, biz soyuqdəymələrdən heç vaxt yaxa 
qurtara  bilmərik.Adam  nə  qədər  çox  zülal  qəbul  edirsə,  
vitamini  bir  o  qədər  artıq  gərəkdir.  Bu  vitamini  hər  gün  qəbul 
etmək zorundayıq: askorbin turşusu bədəndə yaranmır və yığılıb 
ehtiyyat  yaratmır.İnsan  yalnız  ana  bətnində  S  vitamini  istehsal 
edə  bilir,  sonra  bu  qabliyyətdən  məhrum  olur.  Lazım  olan  
vitamini  qida  ilə,  özü  də  gündəlik  daxil  olmalıdır:  yaşlılar  üçün 
50-100  mq,  uşaqlar  üçün  30-70  mq.  Təbii  şəkildə  qəbul 

 
245 
edildikdə-çox  olması  qorxulu  deyil.  Qeyd  edək  ki,  görkəmli 
Amerika biokimyaçı alim,2 dəfə Nobel mükafatı laureatı Laynus 
Polinq (1901-1994) askorbin turşusunu toz və həb şəkilində, özü 
də  külli  miqdarda  qəbul  etməyin  ən  qızğın  tərəfdarı  idi.  93  il 
ömür sürmüş bu istedadlı alim elə gün olmazdı ki, 12-18 qram 
vitamini (toz və həb şəkilində) qəbul etməsin (bu məlumat alman 
istehlakçılar  üçün  informasiya  instutunun  “Ştiftuks  Varantest” 
jurnalının xüsusi buraxılışında çap etdirdiyi materialdan götürül -
müşdür).  Müqayisə  üçün  deyək  ki,  beynəlxalq  səhiyyə  təşkilatı 
gündəlik  S  vitamininin  normasını  30  mq,  Nişi  isə  50-100  mq 
müəyyən etmişdir. 
 
Əsas  mənbə:  tərəvəz,  meyvə,  şülul,  göy-göyərti,  şirin 
göy bibər, qırmızı bibər, qara qarağat, çiyələk, quzuqulağı, limon, 
portağal  və  s.Vurğulayaq  ki,  S  vitamini  konsentrat  şəkilində 
itburnu giləsində və yarpağında cəmləşib -100q quru gilədə 1500 
mq vitamini var. İtburnu yarpağında olan vitamini gilədən də 
çoxdur.  Qış-yaz  aylarında  onun  əvəzi  yoxdur.  Bir  xörək  qaşığı 
giləni,  yaxud  qurudulmuş  yarpağı  termosa  atıb,  üstünə  200  ml 
qaynar  su  tökün,10-15  saat  dəmləyin.Sutkalıq  S  vitamini 
norması  hazırdır.Nuş  edin!Bəşəriyyəti  əldən  salmış  qripdən 
yalnız  S  vitaminin  köməyi  ilə  yaxa  qurtara  bilərsiniz.  Məni  və 
həyat yoldaşımı heç vaxt qrip tutmur. 
 
Evdar  qadınların  və  aşbazların  nəzərinə  çatdırmaq 
istəyirəm  ki,  qidanın  tərkibində  S  vitamininin  qalıb-qalmaması 
sizdən  asılıdır.Göy-göyərtidəki  S  vitamininin  miqdarı  bir  sutka 
qalandan sonra 40-60 faiz azalır.Təmizlənən tərəvəzdə vitami -
ni tez məhv olur(hətta,suda saxlasanız da). Alma üç ay qaldıqdan 
sonra 16 faiz, yarım ildən sonra 25 faiz, bir ildən sonra 50 faiz 
vitaminini  itirir.Duzlama,marinadlaşdırma  S  vitaminini  tamam 
məhv edir. Kartof təmizlənərkən tərkibindəki vitaminini 16-20 
faiz  itirir.  Lakin  soyulmuş  kartofu  və  tərəvəzi  dərhal  qaynayan 
suya töksəniz, vitaminini tamam saxlayır. Soyuq suya saldıqda, 
yaxud  tədricən  qaynatdıqda  vitaminin  25-30  faizi  itir. 

 
246 
Quzuqulağı kimi zəngin göyərti suda qalarkən S  vitamininin 70 
faizini, buxarda isə 8-12 faizini itirir. 
 
S  vitamini  turş  mühitdə  yaxşı  qalır.  Qidaya  duz,  yaxud 
soda vurduqda S  vitamini dərhal azalır.Boyat xörəklər qızdırılar 
-kən  S  vitamini  daha  böyük  sürətlə  məhv  olur,  əgər  kartof 
şorbası  bişirərkən  askorbin  turşusunun  yarısı  itirsə,  təzədən 
qızdırıldıqda daha 20-30 faizini itirir. 
 
S  vitamini  sink,  mis  və  qurğuşunla  təmasda  olarsa,  daha 
tez məhv olar. Alüminium və paslanmayan poladdan hazırlanmış 
qablar, eləcə də saxsı qablar bu vitamini yaxşı saxlayır. 
 
Papiros  çəkənlərin  nəzərinə!  Yadda  saxlayın:  siz  bir 
siqaret çəkərkən, həyat üçün çox qiymətli olan S vitamininin 
25 mq-nı (sutkalıq normanın dörddə biri!) itirmiş olursunuz. 
Papiros çəkərkən siz təkcə öz canınıza qəsd etmirsiniz, ətraf 
mühiti  korlamaqla  öz  yaxınlarınızın  ömrünə  balta 
vurursunuz. Siz ətrafdakı oksigeni də məhv edirsiniz. 
 
D  vitamini  (kalsiferol).Həyat  və  sağlamlıq  üçün  S 
vitamini  qədər  önəmli  olan  kalsiumun  orqanizm  tərəfindən 
mənimsənilməsinə kömək edir,fosfor-kalsium balansını tənzimlə 
-yir.D  vitamini  qanın  laxtalanması  üçün,sümüklərin  düzgün 
inkişaf etməsi, ürəyin normal işləməsi, həmçinin, əsəb sisteminin 
oyanmasını  tənzimləmək  üçün  gərəkdir.  Onun  köməyi  ilə  göz 
xəstəliklərini  və  artritlərin  bəzi  növlərini  müalicə  edirlər.  O, 
orqanizmdə  çatışmayanda  uşaq  raxit  olur.  Lazım  olan  dozanı 
(böyüklər  üçün-0,0025  mq,  uşaqlar  üçün-0,0125  mq)  təkcə 
qidalardan almaq mümkün deyil. D vitamini qidalarda az trapılır. 
Onun əsas mənbəi Günəşdir. 
 
Əsas mənbə: yumurta, süd, kərə yağı, qara ciyər, balıq. 
 
D  vitaminini “Günəş vitamini” adlandıranlar haqlıdır. O, 
ultra-bənövşeyi  şüanın  təsiri  altında  əmələ  gəlir.  Onu  kvars 
lampası  ilə  əvəz  etmək  olar.  Lakin  günəşin  səxavətindən  sui 
istifadə etmək lazım deyil. Dərisini Günəşin altında çox qaraldan 
(“zaqar”)  adamın  bədənində  D  vitamininin  “istehsalı”  dayanır, 
dəri öz normal rəngini alandan sonra bu proses davam edir. 

 
247 
 
Yaddaş:D  vitaminini  orqanizmdə  çox  saxlamaq  istəyir-
sinizsə, əlinizi və bədəninizi sabunla mümkün qədər az yuyun. 
 
Nişinin təklif etdiyi kontrast su vannası həm dərini masaj 
edir,həm  də  orqanizmdə  D  vitamininin  yaranmasını  gücləndirir, 
dərini  sağlam,  hamar,  gənc  və  gözəl  saxlayır.  Bu  işə  Nişinin  4 
təmrini  də  böyük  köməklik  göstərir  (daxili  orqanları  masaj 
edərək). 
 
E vitamini(tokoferol).Ona “cinsi məhsuldarlıq vitamini” 
də  deyirlər.O,ürək  əzələsinin  düzgün  funksiyasını  təmin  edir. 
Astma  və  diabet  xəstəliklərinin  müalicəsi  üçün  səmərəlidir. 
Damarlarda tromb (düyün) əmələ gəlməsinin qarşısını alır. 
 
Əsas mənbə: dənlər, bitki yağları, yumurta, qara ciyər. 
 
Xatırladırıq:  onu  çox  qəbul  edəndə-qan  təzyiqi  qalxır. 
Yaşlılar sutkada 10-20 mq,uşaqlar isə öz çəkilərinin hər kilosuna 
0,5  mq  qəbul  etməlidir.Onu  A  vitamini  (kartof,  kələm,  kök, 
tərəvəzlər,  göy-göyərti,  yaşıl  hissələr)  ilə  birlikdə  qəbul  etmək 
çox faydalıdır. 
 
Vitaminlərin  bir  qismi  ilə  qısa  tanışlıq  burda  başa  çatır, 
onlar  haqqında  geniş  və  dolğun  məlumatı  çapa  hazırladığım 
“Vitaminlər  haqqında  hər  şey”  kitabında  verəcəyəm.  İndi  isə 
taleyimizdə  vitaminlər  qədər  önəmli  rol  oynayan  üzvi  duzlar 
haqqında yığcam məlumat vermək istəyirəm. 
 
DUZ  VAR – DAĞIDIR, DUZ VAR – QURUR 
 
Xörək duzunu və şəkəri narkotik maddələrlə bir cərgəyə 
qoyub,onlara  “ağ  ölüm”  adı  verən  təbiblər    haqlıdır.  Natrium-
xlor  birləşməsi  dağıdıcı  duzdur!Ondan  istifadə  etməyən  adam 
xəstəlikdən  başqa  heç  nə  itirmir.Amma    şəfa  mənbəi  olan  elə 
duzlar  da  var  ki,  onlarsız  yaşamaq  mümkün  deyil.  Belə  duzları 
tanımağımız və uşaqlara tanıtmağınız çox önəmlidir. 
 
Kalsium  duzu.  Qan  yaratmaq,  maddələr  mübadiləsini 
yaxşılaşdırmaq,mikrobların damarlara daxil olaraq,qanı çirklən -
dirməsinin  qarşısını  almaq,sümüklərin(skletin  və  dişlərin) 

 
248 
normal inkişafını  təmin  edir.Əsəb sisteminə yaxşı  təsir  göstərir, 
soyuqdəyməyə mane olur,hava dəyişəndə orqanizmi tənzimləyir: 
bədənində kifayyət qədər kalsium olan şəxs nə istidən qorxur,nə 
soyuqdan,nə də infeksiyadan və epidemiyadan. 
 
Əsas mənbə:meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər, 
noxud,göy noxud,mərci,soya,paxlalı bitkilər,lobya,kök,turp, ərik, 
alma,albalı,çiyələk,kələm,kartof,qara  qarağat,yumurta,xiyar,göy-
göyərti,cücərmiş buğda,portağal,ananas,şaftalı,turpun,kökün    və 
çuğundurun  yaşıl  hissələri,üzüm,  yulaf  yarması,  soğan,  badam, 
çuğundur, böyürtkən, qatıq məhsulları. 
 
Kalium  duzu.Bədəndəki  bütün  əzələlərin  normal  funk-
siyasını təmin edir (xüsusilə də ürək əzələlərinin), orqanizmdən 
suyun  ifraz  olunmasına  yardımçı  olur,  sklerozun  qarşısını  alır. 
Kalium  duzunun  insana  göstərdiyi  böyük  xidmətlərdən  biri  də 
budur  ki,  natrium  duzunun  yaranmasna  səbəb  olur,  bunula  da 
tuluqvari şişlərin çəkilməsini təmin edir. 
 
Əsas  mənbə:  xiyar,  kartof,  kök,  soğan,  cəfəri,  ispanax, 
kərəviz,  sarımsaq,  qara  qarağat,  mərci,  noxud,  kələm,  turp, 
pomidor, ərik qurusu, kişmiş, qara gavalı, paxlalı bitkilər, çovdar 
çörəyi, yulaf yarması.  
 
Maqnezium  duzu.  Antiseptik  və  damar  genişləndirici 
təsir göstərir, qan təzyiqini aşağı salır, qanda xolesterini azal-dır. 
Beyin qabığında tormozlaşma prosesini gücləndirdiyi üçün əsəb 
sisteminə  sakitləşdirici  təsir  göstərir.  Xərçəng  xəstəliyinə  qarşı 
mübarizədə güclü rol oynayır. 
 
Əsas  mənbə:badam,çiy yumurta sarısı, qara ciyər, nanə, 
zeytun,cəfəri,araxis,kartof, boranı, gavalı, qoz, buğda, yulaf dəni, 
qarabaşaq, çovdar çörəyi, kəpəklər, lobya. 
 
Dəmir  duzu.  Qan  yaratmaq  üçün  lazımdır,  oksigeni  ağ 
ciyərdən  alıb,  bütün  orqanların  toxumalarına  (o  cümlədən, 
beyinin)  paylayır.  Gemoqlabinin  tərkibinə  daxildir.  Məlumat 
üçün deyək ki, qırmızı qan kürəcikləri altı həftə ərzində damarda 
qanla  bərabər  hərəkət  etdikdən  sonra,  bir  neçə  tərkib  hissəyə 
bölünür.  Onda  olan  dəmir  isə  qara  ciyərə  və  dalağa  daxil  olub 

 
249 
orada  qalır,  tələb  olunacağı  anı  gözləyir.  Dəmiri  dəyərli  edən 
odur  ki,  hüceyrə  nüvəsini  yaratmaq  üçün  lazım  olan  əsas 
materiallardan biridır
 
Əsas  mənbə:göy-göyərti,kök,cavan  turpun  və  kökün 
gövdəsi və yarpağı,yumurta sarısı,qara ciyər,böyrək, quzuqulağı, 
göy noxud,kələm,pomidor,sarımsaq,mərci, xiyar, armud, çiyələk, 
gavalı, quru meyvələrin bütün növləri. 
 
Fosfor  duzu.Kalsium  kimi,o  da  sümük  toxumasının 
tərkib hissəsidir.Kalsiumla fosfor ayrılmaz dostlardır və bədəndə 
kalsiumdan  2  dəfə  artıq  tələb  olunur.Bu  iki  duzun  balansını 
pozmaq  olmaz.  Pozulsa,  orqanizm  “yaşamaq  üçün”  sümük  (diş, 
dırnaq,böyük oynaqlar) “ambarından” (əslində isə belə bir ambar 
yoxdur)  kalsium  “qoparmağa”  məcbur  olacaq.  Xoşbəxtlikdən  D 
vitamini  fosfor-kalsium  balansını  tənzimləyir  və  bizi  sümük 
xəstəliklərindən,  sümük  ağrılarından  qoruyur.  Qida  ilə  kifayyət 
qədər  fosfor-kalsium  qəbul  edənlər-sümüyün  sınacağından, 
oynaq, dəri və əsəb xəstəliklərinə tutulmaqdan ehtiyat etməsin. 
 
Əsas  mənbə:göy  noxud,buğda,mərci,soya,yulaf,paxlalı 
bitkilər,çovdar,arpa,alma,armud,xiyar,rəngli  kələm,pendir,balıq, 
ət,yumurta,araxis,soya,qoz,fındıq,turp,treska  balığının  ciyəri, 
göbələk, cücərmiş buğda. 
 
Kobalt.B
12
  vitamininin  tərkib  hissəsidir,  çatışmayanda  -
qan xərçəngi baş verir. 
 
Əsas mənbə:qatıq,yumurta,qara ciyər,böyrək,ərimiş yağ, 
kərə yağı (qızdırılmadan, sutkada 17-20 qram). 
 
Sink.Vacib  mikroelementdir,qanın  və  əzələ  toxumasının 
tərkibinə  daxildir,kimyəvi  reaksiyaları  gücləndirən  katalizator 
rolunu oynayır,turşunun səviyyəsini saxlayır. İnsulinin tərkibinə 
daxildir, qanda şəkəri tənzimləyir. 
 
Diqqət!  Əgər  çox  ağ  çörək  yeyirsinizsə,  tam  əmin  ola 
bilərsiniz: orqanizminizdə mütləq sink qıtlığı yaranacaq. Bu 
halda  diabet  və  dəri  xəstəliklərinin  baş  qaldırması  təhlükəsi 
mövcuddur. 
 
Əsas mənbə: buğda kəpəyi, cücərmiş buğda. 

 
250 
 
Mis.Qan tərkibinin normal qalmasında mühüm rol oyna -
yır.Mis çatmırsa-qara ciyərdə yerləşən vəzi hemoqlabin hazırla -
maq prosesində iştirak edə bilməyəcək. 
 
Əsas mənbə:qoz,fındıq,püstə,badam, yumurta sarısı, qara 
ciyər, qatıq məhsulları. 
 
Yod.İmmuniteti qaldırmağa xidmət edir,”patrul” hüceyrə 
-lərin  yaradılmasında  iştirak  edir.Onların  vəzifəsi-zərərli  virusla 
-rın qana daxil olmasının qarşısını almaqdır.Uşaqlara və yeniyet 
-mələrə  yaşlılardan  daha  çox  gərəkdir.Yod  qıtlığı  maddələr 
mübadiləsini pozur və ur (zob) xəstəliyini törədir. 
 
Əsas mənbə:dəniz balıqları,dəniz bitkiləri,bitkilərin yaşıl 
hissələri,turp,  dəniz  kələmi,  yemiş,sarımsaq,kələm,quzuqulağı, 
kök,kartof, soğan, pomidor, lobya, yulaf, çiyələk, üzüm. 
 
Kremnezem.Bitişdirici,birləşdirici toxumaların tərkib his 
-səsidir.Qanda az miqdarda olur.Bu miqdar azaldıqda-adam hava 
dəyişikliyini tez hiss edir, onun psixoloji durumu pisləşir, başının 
tükü nazikləşir və tez qırılır, tezliklə dazlıq prosesi başlayır, dəri 
öz elastikliyini itirir. 
 
Göz  büllurunda  gözün  əzələlərinə  nisbətən  25  dəfə  artıq 
kremnezem  vardır.  Əvvəllər  kremnezemlə  astma  xəstəliyini  və 
soyuqdəyməni  müalicə  edirdilər.  İndi  distrofiya,  epilepsiya, 
revmatizm, piylənmə, ateroskleroz xəstəliklərini də onun köməyi 
ilə  müalicə  etmək  olur.  Kremnezem,  dəmirə  və  kalsiuma 
nisbətən rahat həzm olunur. Hətta, ahıl adamlar da onu çox yaxşı 
həzm edə bilir. 
 
Əsas mənbə:xiyar,selder balığı,pamidor,qatıq məhsulları, 
turp, günəbaxan tumu, bir sıra çöl otlarından dəmlənmiş çaylar. 
Mışyak(arsen).Bu  mikroelement,şəkərdən  başqa,bütün 
bitki  və  heyvanat  məhsullarında  var.Bitkilərdə  olan  miqdar 
insanlar  üçün  kifayətdir.Mışyak  fosfor  itkisinin  qarşısını  alır  və 
fosfor mübadiləsini tənzimləyir. 
Diqqət!Bişmiş  xörəyi  çox  yeyən,  tərəvəzdən  və  göy-
göyərtidən  az  istifadə  edən  adamlarda  allergiyanın  güclü 
olmasını alimlər mışyak qıtlığı ilə izah edirlər. 

 
251 
Vanadium.Orqanizmin  müdafiə  funksiyasını  gücləndir-
məkdə  müstəsna  rola  malikdir.O,xəstəlik  törədən  mikrobları 
udmağa  qadir  olan  hüceyrələri  (fiqositləri)  düzgün  istiqamət-
ləndirir,  bununla  da  orqanizmi  infeksiyalara  qarşı  qeyri-həssas 
edir,digər mikroelementlərlə birlikdə,qocalma prosesini yubadır. 
Əsas  mənbə:  çəltik,  yulaf,  arpa,  buğda,  qarabaşaq,  çiy 
kartof, çovdar, kök, çuğundur, üzüm, armud, çiyələk. 
Kükürd. Orqanizmi təmizləmək funksiyasını daşıyır. 
Əsas  mənbə:  kələm, sarımsaq, soğan, turp, boranı, kök, 
kartof, gavalı, əncir. 
Xörək  duzu.  İstifadə  etməsəniz  yaxşıdır!  Bu  mümkün 
deyilsə,heç olmasa,ifrata varmayın.Gündəlik norma 4-8 q olduğu 
halda, adamlar bundan 20 dəfə çox xörək duzu qəbul edir. Bu da 
böyrəklərin  fəaliyyətini  pisləşdirir,  ürək-damar  xəstəliklərini 
törədir,  maddələr  mübadiləsinə  pis  təsir  göstərir.Sevdiyiniz 
xörək duzu “ağ ölüm” adını buna görə almışdır. 
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin