İSTİLİYİ ARTIRAN VANNA
Çox da halsız olmayan xəstə yarıya qədər doldurulmuş
vannada uzanır. Suyun hərarəti 37
0
-dir. Halsız xəstə üçün 36
0
və
ya 35
0
nəzərdə tutulub. Vannaya hər üç dəqiqədən bir isti su
əlavə edərək, hərarəti bir dərəcə qaldırın və 39
0
-yə çatdırın.
203
Maddələr mübadiləsinin xroniki xəstəliyi zamanı 39
0
yaxşı
səmərə verir, “revmatiklər” isə 38,5
0
ilə kifayətlənə bilər. Şişləri
müalicə edən xastələr istiliyi 38
0
-39
0
-dən aşağı olan vannaya
girməsinlər.
Bütün hallrda vannadan sonra bədəni silmədən, mələfəyə
bürünüb, yatağa girmək, bir-iki saat istirahat etdikdən sonra
geyinmək lazımdır.
HİPERTERMİK VANNALAR
Hipertermik vannaların iki variantı var:
1. Xəstəni qızdırılmış boş vannaya uzatmaq, vannaya 36-
37
0
istiliyi olan su buraxmaq. Suyun hündürlüyü 7,5 santimetrə
çatanda 43
0
istiliyi olan suyu yavaş-yavaş əlavə etmək (15-30-40
dəqiqə ərzində), xəstənin üzündə tər əmələ gələndə su tökməyi
dayandırmaq. Bundan sonra suyu 0,5-1,5
0
soyutmaq, xoşagələn
komfort yaranacaq. Vannadan sonra duşun altında dayanmaq və
suyun hərarətini xoş ovqat yaranana qədər aşağı salmaq,
qurulanmadan isti yatağa girmək.
2. Xəstəni yarıyacan doldurulmuş vannaya uzatmaq –
yalnız onun üzü çöldə qalıb. Bundan sonra birinci variantda
olduğu kimi hərəkət etmək və hərarəti 39
0
-yə çatdırmaq. Suyun
hərarəti 42
0
-yə çatana qədər hər 3 dəqiqədən bir isti su əlavə
etmək. Bu zaman əsas göstərici xəstənin üzündə tər əmələ
gəlməsidir. Xəstənin üzü nisbətən aşağı hərarətdə də tərlə örtülə
bilər. Bu zaman isti su əlavə etməyə ehtiyac yoxdur, bu pis
nəticə verə bilər.
Burada da sonluq birinci variyantdakı kimidir, quru
mələfəyə və yaxud xalata bürünmək də olar.
Diqqət! Vərəmin aktiv fazası, hipertireozun ağır dərəcəsi,
qara ciyərin (orqanın spesifik toxuma elementləri) parenxinlə-
rinin zədələnməsi, ürəyi zədələyən fəal revmatik proseslər və ya
psixoz vaxtı bu vannaları qəbul etmək olmaz.
204
Hər iki variantda suya müalicəvi bitkilər, xörək duzu,
dəniz duzu, skipidar və sairə qatmaq müalicəninn təsir gücünü
artırır. Hər əlavənin öz xüsusi təyinatı var.
Kəpək horrası. Dərisi quru olan və öz funksiyasını yaxşı
yerinə yetirə bilməyən adamlar kəpək horrasından istifadə edə
bilər: 900 qram buğda və ya başqa dənin kəpəyini parça torbaya
tökmək, qaba salmaq, 2-3 litr soyuq su əlavə etmək, qaynatmaq,
qaynayan kimi dərhal ocağın istiliyini azaltmaq,15-20 dəqiqə
zəyif odda dəmləmək.Vanna qəbul etməzdən öncə məhlulu 39
0
isti su olan vannaya tökmək.Xəstə 15 dəqiqə vannada qalır,
vannada istiliyin azalmasına imkan verməyin. Sonra suyu
buraxın, ayağa durun. Içində kəpək olan torba ilə bədəninizi 5
dəqiqə masaj edin-masajı ayaqların və əllərin ucundan başlamaq
lazımdır. Vannadan çıxıb hər iki əlinizlə bədəni yaxşı-yaxşı
şapalaqlayın. Bunu dəri quruyana qədər davam edin. Mələfəyə
bürünüb,yatağa girin. Bədəni yalnız sabah səhər yumaq olar.
Palıd qabığı əlavəsi. Padaqra,poliartrit,revmatizm,dəri
xəstəlikləri,sidik-cinsi orqanların xəstəliyi vaxtı tətbiq olunur.
Suyun hərarəti 40-44
0
olmalıdır.Vanna bir saat çəkir.Vannadan
sonra 19-24
0
istiliyi olan su ilə bədəni soyutmaq lazımdır.
Yulaf samanı əlavəsi. Padaqra xəstəliyi, sidiklikdə daş
olanda, sidiyə getmək çətinləşəndə tətbiq olunur. Suyun hərarəti
32-37
0
olmalıdır. Bu vanna əllər və ayaqlar üçündür. Əl-ayağı 15
dəqiqə ərzində məhlul vannasında saxlamaq, 30 saniyə ərzində
10-12
0
-li soyuq suya salmaq lazımdır. Bunu bir neçə dəfə
təkrarlayın.Tədbiri soyuq vanna ilə tamamlamaq və dərhal
yatağa girmək lazımdır.
Ağac külü əlavəsi. Bir çox xəstəliklərin müalicəsində
tətbiq edilir.
Duzlu vanna. Həm əl-ayaq üçün, həm də bütün bədən
üçün yarayır. Suya natrium xlorid, dəniz duzu, maqnezium sulfat
və odun külünü qatmaq olar. Bu əlavələri həm ayrı-ayrılıqda,
həm də birlikdə etmək olar.
205
Vannaya 3 sm hündürlüyündə 39
0
-li istilikdə su tökmək,
450 qr maqnezium sulfat (ingilis duzu) qatmaq. Xəstə vannaya
oturduqdan sonra həmin istilikdə suyu əlavə etmək və səviyyəni
daha 3 sm qaldırmaq, məhrabanı duzlu suda isladıb bədəni
silmək. Yenidən 39
0
su əlavə etmək. Suyun səviyyəsi 10 sm
qalxan kimi yenə də 450 qr maqnezium sulfat qatmaq, məhraba
“əməliyyatını” davam etdirmək. Üzdə tər əmələ gələn kimi
vanna qəbulunu dayandırmaq, bədəni 18-24 dərəcə istiliyi olan
“duş”la yumaq, kobud quru məhraba ilə bədəni surətlə silib
qızdırmaq, yatağa girmək. Bu müalicəni həftədə iki dəfədən çox
qəbul etmək olmaz. Belə vanna revmatizm, artrit, lyumbaqa,
nevrit xəstəlikləri və soyuqdəymə üçün nəzərdə tutulub.
Natrium hidrokarbonatla kvas qatışığının vannası. Bu
vanna venanın varikoz genişlənməsi, varikoz trofik yara,
ayaqların tuluqvari şişməsi xəstəlikləri üçün nəzərdə tutulub. Bu
vanna sinir sisteminə sakitləşdirici təsir göstərir, dərini və
bütövlükdə orqanizmi “skipidar” vannalarının qəbuluna hazırla-
yır. Natrium hidrokarbonat (içməli soda) iltihab əleyhinə təsirə
malikdir, qanın qələvi ehtiyatını yüksəldir.Alminium-kalium
kvası isə zahirdə olan iltihablı xəstəliklərə müsbət təsir göstərir,
qanaxmanı dayandırmaq xassəsinə malikdir.
Vannaya 38,5
0
istiliyi olan su doldurun, 200 qr sodanı
suda əridin, 70 qr kvası parça torbaya töküb, vananın dibinə atın.
Xəstə 15 dəqiqə vannada qalır.Çıxan kimi, yuyunmadan
mələfəyə bürünüb, yatağa girir.
Roş-Poze vannası. Dəri quru olanda və dermatoz vaxtı
tətbiq olunur.İstiliyi 38,5
0
olan suya 35 qr natrium hidrokarbonat,
20 qr maqnezium karbonat, 15 qr maqnezium perborat qatıb, 15
dəqiqə vannada uzanmaq.
Natrium xlorid və dəniz duzu vannası. Bu vanna
xroniki revmatizm, raxit və zəyif fiziki inkişaf vaxtı tətbiq
olunur. Onu hazırlamaq üçün 250 litrlik suya 5 kq duz qatmaq
lazımdır. Suyun istiliyi 38,5 dərəcədir.
206
Dv vannaları əl-ayaq üçün də düzəltmək olar: müəyyən
qaba istiliyi 32
0
olan su tökmək, bir ovuc duz əlavə etmək, əl-
ayağı 15-20 dəqiqə suda saxlamaq. Silmədən yatağa girmək.
Belə vannalar dəri xəstəliklərinin, vərəmin, osteomelit
xəstəliyinin, revmatizmin və müxtəlif qadın xəstəliklərinin
müalicəsində yaxşı səmərə verir.
SKİPİDAR VANNALARI
Skipidar-adi şam ağacindan alınan qətranın təmizlənmiş
formasıdır.Təsərrüfat dükanlarında satılan quru skipidar ağ və
sarı məhlul düzəltmək üçün yaramır.Canlı qətran bioloji fəallığı
ilə seçilir, şam qabığının çatlarını və yaralarını sağaltmağa
xidmət edir. Rusiyada “jivitsa” adını da buna görə qazanıb. Onu
böyük həcmdə almaq üçün ağacın budaqlarında yarıq açırlar,
bura yığılan materealı götürüb dərman düzəldirlər.
Skipidar şəffaf,rəngsiz,hərəkətdə olan mayedir. Iynəyar-
paq bitki (xvoy) iyi verir, yandırıcı tamı var, suda həll olmur, 12
hissədən ibarət olan, spirtdə həll olunur, efirin, xloraformin və
benzolun bütün tənasüblərinə qarışa bilir.
Skipidar yerli qıcıqlandırıcı, başqatıcı (ağrıkəsici) və
antiseptik təsirə malikdir. Qədim xalq təbibləri onu nevralgiya,
padaqra,sümük ağrıları,miozit, revmatizm, lyumbaqa xəstəlikləri
vaxtı sürtmə dərmanı kimi istifadə etmişlər. Müasir
formakoloqlar ondan maz kimi istifadə edirlər.
AĞ SKİPİDAR VANNALARI
Ağ vannanı yalnız qan təzyiqi aşağı və normal olanlar
qəbul edə bilərlər,təzyiqi 150/90-dan yuxarı olanlar sarı vanna
qəbul etməlidir.Ağ skipidar qəbul edərkən təzyiq normanı aşarsa,
dərhal qarışıq (ağ-sarı) vannaya keçmək lazımdır.
Ağ vanna belə hazırlanır. Vannadan öncə tualetə getmək
lazımdır.Kişilər cinsi orqanlarının dərisinə,yumurtaların dərisinə,
207
anusun ağzına, qadınlar isə cinsi orqanın qalın dodaqlarına və
anusun ağzına nazik təbəqə vazelin sürtməlidir ki, skipidar onlari
yandırmasın.Vannada suyun hərarəti 37
0
(dözə bilməyənlər üçün
35-36
0
) olmalıdır.Ağ emulsiya olan butulkanı çalxalamaq
lazımdır. Birinci vanna üçün 10-15 ml (bir xörək qaşığı) məhlul
töküb 175-200 litr suya qatmaq lazımdır.Bundan qabaq emulsi-
yanı 3-5 litr su tutan qaba tökmək, qaynar su əlavə etmək, yaxşı-
yaxşı çalxalamaq vacibdir.Məhlulu vannaya tökdükdən sonra
həmin qabla vannadan 6-7 dəfə su götürüb hər kəs öz boyu
səviyyəsində hündürdən vannaya tökməlidir-məqsəd məhlulu
yaxşı qarışdırmaqdır. Xəstə vannaya uzandıqdan 3 dəqiqə sonra
vannaya su əlavə etmək və suyu qarışdırmaq. Hər 3 dəqiqədən
bir suyun istiliyini 1 dərəcə artırmaq və hərarəti 39
0
-yə çatdır-
maq. Xəstə vannada sakit və rahat uzanmalıdır.Yaxşı olar ki,bu
işdə ona kim isə kömək etsin.
Qeyd edək ki, hərarətin 37
0
-dən 39
0
-a qldırılması şərtidir:
hər xəstə öz səhhətinə və durumuna uyğun hərarət seçməlidir.
Əsas göstərici ovqat və üzün tərləməsi olmalıdır. Üzdə tərin ilk
nişanəsi meydana çıxan kimi vannanı dayandırmaq lazımdır.
38-39
0
istilikdə vanna qəbul edən bəzi xəstələrin dərisinin
müxtəlif hissələrində qıcıqlanma, “yandırma” (göynətmə) baş
verir. Bu hal bir saat davam edə bilər. Ondan qorxmaq lazım
deyil.Belə hallarda-sonrakı vannaları qəbul edərkən suya tökülən
emulsiyanın həcmini artırmayın.Belə hal baş vermirsə, yaxud
“yandırma” 10-20 dəqiqə çəkirsə, sonrakı hər vannaya yarım
xörək qaşığı ağ emulsiya əlavə etmək vacibdir. Bu minvalla
emulsiyanın həcmini 120 ml-ə (8 xörək qaşığı) çatdıra bilərsiniz.
Vannadan çıxarkən qurulanmayın, köhnə xalat geyin,
yaxud mələfəyə bürünün,elə bu cür də yatağa girin,çox bələnmə-
yin,dərhal yuxuya getmək yaxşı deyil. Vannanı düzgün qəbul
edibsinizsə, 1-2 saat yataqda uzanıb dincəlin.
Ağ vanna miokard infarktı keçirmiş xəstələrə (6 aydan
sonra), işias xəstəliyi, sınıq vaxtı, əzələlərin atrofiyası, sümük
toxumalarının “seyrəkləşməsi”, osteoparoz prosesində, raxit,
208
deformasiya törədən revmatizm xəstəliyi vaxtı, cavanlaşmaq
istəyənlər üçün yaxşı səmərə verir.
SARI SKİPİDAR VANNALARI
Sarı məhlulu çalxalayıb, qarışdırmağa ehtiyac yoxdur.
Onu litirlik qaba tökün, üstünə qaynar su əlavə edin, yaxşı-yaxşı
qarışdırın, 37
0
istiliyi olan su ilə doldurulmuş vannanın səthinə
tökün, həmin qabla vannadan suyu götürüb, hündürdən tökün- 5-
7 dəfə bəs edər. Birinci vannaya 10-15 ml (1 xörək qaşığı)
məhlul qatmaq lazımdır. Suyun hərarəti (37
0
) narahatlıq yaratsa,
36
0
və ya 35
0
-dən başlamaq olar. Hər 3 dəqiqədən bir hərarəti bir
dərəcə qaldırın və onu 42
0
-yə çatdırın. Vannada üzünüzdə tər
əmələ gəlnə qədər uzana bilıərsiniz. Suyun hərarəti 40
0
və ondan
yüksək olanda xəstənin halına (nəbzə, tənəffüsə) xüsusi fikir
vermək lazımdır.Vannadan çıxarkən qurulanmayın, köhnə xalat
geyib, yaxud köhnə mələfəyə bürünüb dərhal yatağa girin və 1-2
saat istirahət edin.
Növbəti vannalarda məhlulu artırarkən mütləq xəstənin
qan təzyiqinə fikir vermək lazımdır-təzyiq hansı surətlə və nə
qədər düşür?Yaşlı xəstələrin təzyiqini fərdi qaydada aşağı sal-
maq lazımdır-özünü tam rahat hiss edənə qədər.
Təcrübə göstərir ki, sarı məhlulun miqdarını hər üç
vannadan bir 5-10 ml. qaldirmaq yaxşıdır. Son hədd 120 ml. (8
xörək qaşığı) olsa kifayətdir.
Sarı məhlulla aşağıdakı xəstəlikləri müalicə etmək olar:
arteriit (arteriyaların iltihabı), əzələlərin atrofiyası, hemiplegiya
(beyinə qan sızmasının nəticəsi), hipertoniya, arterial təzyiqin
qalxması,qloukoma, retinit(göz xəstəliyi), iridosklit(göz xəstə-
liyi),tramboz,diabet,miokard infarktının nəticəsi,yolxucu xəstəlik
-lər,skorlatina,koklyuş(göyöskürək),difteriya,qızılça,işias,mastid,
monqolizm(ağıl zəyifliyi),otit(orta qulağın iltihabı),sümük sınma
-sı,oynaqların anklozu(bitişməsi),plevraya maye yığılması, poli-
209
nevrit(qarışıq vannadan istifadə etmək),poliomelitin nəticəsi
(qarışıq vanna),salpingit,uşaqlıq çıxıntısının iltihabı, septiseme-
ya (qanın yoluxması),daxili orqanların siflisi,inkişaf edən
paralic, sümük beyninin quruluğu, spondilyoz, spondiloartroz.
Vərəmin fəal forması, hipertirezin ağır dərəcəsi, qaraciyər
parenximasının zədələnməsi,psixoz,revmatizmin kəskin forması-
nın ürəyi zədələməsi-bu hallarda sarı vanna qəbul etmək əks
nəticə verir. Aterioskleroz, koronar və ya ürək xəstəlikləri ürəyin
ehtiyat imkanlarını pozanda çox ehtiyatlı olmaq lazımdır.
QARIŞIQ VANNALR
Ağ və sarı məhlulların qarışığından hazırlanmış vannaları
iki variantda qəbul etmək olar: ya ağ emulsiyanı müəyyən
nisbətdə sarı məhlula qatmaq, ya da bir dəfə ağ vanna, o biri dəfə
sarı vanna qəbul etmək.
Vurğulamaq istəyirəm ki, qarışıq vannalar fizioloji
müalicənin üfüqlərini xeyli genişləndirir. Beləki ağ emulsiya dəri
və daxili oraqan kapilyarlarının gimnastikasını təşkil edir, qanın
arterial təzyiqini tədricən və sakitcə qaldırır, orqanizmin ümumi
vəziyyətini yaxşılaşdırır. Sarı məhlul isə bədənin hərarətini ağ
emulsiyadan çox qaldırır, kapilyarları genişləndirir, qan təzyiqini
aşağı salır, patoloji yığıntıları, mayedəki, toxumadakı və
damarlardakı metobolitləri (toksik materialları) əridir və tər
vastəsi ilə bədəndən kənarlaşdırır. Qarışıq vannalar həm də
oqranizmə ağrıkəsici təsir göstərir.
Hər iki skipidarın dozasını müəyyən edərkən təzyiqin
səviyyəsi, iltihablı prosesin xarakteri və təbiəti nəzərə
alınmalıdır.Qan təzyiqi 150/90-dan yuxarı olduqda vannaya sarı
məhlul əlavə etmək,təzyiq aşağı düşdükdə isə ağ emulsiya
qatmaq lazımdır. Ilkin doza hər skipidarın növü üçün 10 ml.
olmalıdır,onu tədricən qaldırıb 120 ml.çatdirmaq lazımdır. Qanın
təzyiqi 140-dan aşağı düşdükdə 2 ağ vannadan sonra 1 sarı vanna
210
qəbul etmək məsləhətdir.Qarışıq vannaların sayı və tezliyi
xəstənin ümumi vəziyyətindən asılıdır.Xəstəlik kəskin forma
aldıqda-vannaların tezliyini dəyişmək lazımdır, onları tamam
kəsməyə ehtiyac yoxdur. Xatırladım ki, ardıcıl həyata keçirilən
vannalar daha yaxşı effekt verir və bütün müdafiə vasitələrini
orqanizmə qaytarır.
Ilk vaxtlar, xəstənin vəziyyətindən asılı olaraq, ağ, sarı və
qarışıq vannaları 10 gün ardıcıl qəbul etmək məsləhətdir, bundan
sonra günaşırı, axırda isə həftədə 2 dəfə qəbul edə bilərsiniz.
Bəzi həkimlər vanna qəbul edən xəstəyə məsləhət görürlər ki,
bütün bədənə vazelin sürtsün. Buna ehtiyac yoxdur. Göynəmənin
nə vaxt başlaması və nə qədər davam etməsi – mikrosirkulyasiya
haqqında gözəl informasiyadır, həm də skipidar dozası seçmək
üçün yaxşı göstəricidir.
Eyni vannadan bir neçə dəfə istifadə etmək olmaz!
Kəskin reaksiya (ağrı, hərarət, dəri səpməsi, qaşınma) xoşa gələn
hal olmasa da yaxşı əlamətdir, çalışıb dözmək lazımdır. Dözə
bilmirsinizsə, vannaları müvəqqəti dayandırın.
BUXAR VANNALARI
Bədən soyuqdursa, xəstəni üşütmə tutubsa soyuq sudan
heç bir formada (bədəni yumaq, silmək, soyuq suda isladılmış
mələfəyə bürünmək, kompres qoymaq, vanna qəbul etmək)
tətbiq etmək olmaz.Soyuq ayaqlar və əllər,isti baş-qan dövranı-
nın pozulmasını xarakterizə edən əsas “üçlük”dür. Əl-ayaqda
qanın az olması-qanın daxili orqanlarda normadan çox olmasına
dəlalət edir. Bu halda soyuq orqanları qızdırmaq lazımdır.
Nə qədərki kiçik halsızlıq xəstəliyə çevrilməyib, buxar
vannaları bu halsızlığı aradan qaldırmağa qadirdi.Buxar vanna-
ları həm ümumi (sauna, buxar hamamı), həm də avtonom (baş,
ayaqlar, əllər üçün) ola bilər. Buxardan kompres kimi də istifadə
etmək mümkündür. Hətta qaynayan çaydanın lüləyinə rezin boru
salıb, buxarla müəyyən hissələri müalicə etmək olar.
211
Buxar vannasını yeməkdən və ağır fiziki işdən dərhal
sonra qəbul etmək düzgün deyil. Ürəkdə patoloji proseslər baş
verəndə, tənəffüs çatışmamazlığının hər cür formasında, mitral
stenoz, yüksək qızdırma vaxtı buxar vannası qəbul etməkdən
çəkinin. Sinir sisteminin ağır formada pozulması, qan azlığı,
ürəkkeçməyə meyilli olmaq hallarında isə buxar vannasını çox
ehtiyatla qəbul etmək lazımdır. Buxar vanansını xəstənin
vəziyyəti yaxşılaşana qədər davam etdirmək məsləhətdir. Xəstə
diskomfort (sinənin sıxılması, qanın beyninə artıq axması) hiss
etdikdə vannanı dərhal kəsmək lazımdır.
Vanna qəbul olunan yerdə hava həmişə təmiz olmalıdır.
KAPİLYARO-TERAPİYANIN TƏTBİQİ
METODİKASI
Bir daha yada salaq: xalça kiçik ilmələrdən toxunduğu
kimi, biz canlılar da balaca canlılardan-mikroorqanizm sayılan
70 trilyon hüceyrədən “toxunmuşuq”. Səhhətimizin, ruhumuzun,
təfəkkürümüzün və əxlaqımızın durumu bu mikro-canlıların
vəziyyətindən asılıdır.Orqanizmin funksional detalı olan hüceyrə
həm öz mövcudluğunu təmin etməli, həm də bütün orqanizmi
yaşatmalıdır. Bunun üçün hüceyrə yaxşı nəfəs almalı, yaxşı
qidalanmalı, şlakları vücuddan kənara yaxşı çıxarmalıdır. Bu
balaca canlıların öz funksuyasını pis və ya yaxşı yerinə yetirməsi
iki şeydən asılıdır: qanın keyfiyyətindən və qanın hüceyrələrə
necə çatdırılmasından. Əgər qanın keyfiyyəti qida rejimindən,
həzmolma prosesindən və maddələr mübadiləsindən asılıdırsa,
hüceyrələrin qanla və oksigenlə təhcizatı bir başa kapilyarlardan-
ağacların dibinə su aparan arxlardan asılıdır. Dünya şöhrətli
təbib A.Zalmanov sübut etdi ki, bütün xəstəliklərin kökündə
kapilyarların korlanması durur. Qocalığı orqanizmin quruması
kimi xarakterizə edən böyük alim qurumanın səbəbini kapilyar-
“arxların” zibillənməsi kimi qiymətləndirir.Kapilyar hər bir
212
hüceyrə ilə birbaşa təmasda olan zərif damarcıqlardır.Onlar bircə
-bircə hüceyrələrin qapısını döyür və xoş avazla deyir: “Salam.
Ey bizi yaşadan möhnətkeş mikrocanlılar! Sizə bolluca oksigen,
vitaminlər və çox faydalı mikroelementlər gətirmişəm. Buyurun,
nuş edin, sağlam və gümrah olun, bizi uzun illər sağlam
yaşadın”.Biz qidalanma qaydalarını pozanda,mədəmizi zibillə
dolduranda kapilyarlar bizi yaşadan hüceyrələrin qapısını çox
məyus halda döyür: “Bağışlayın məni! Sizə zəhər gətirmişəm.
Amma günah məndə deyil, sahibimiz nə verib onu da
gətirmişəm”.Kapilyarlar zəhər daşıyanda hüceyrələr kütləvi
şəkildə qırılır.Onda kapilyarlar da zəhərlənir, sıradan çıxır,balaca
“arxları” zibil basır, “ağaclar” qidasız qalır və quruyur.
Kapilyarları bərpa etmədən hüceyrələri dirçəltmək və
yenilərini yaratmaq mümkün deyil.Bu halda Zalmanovun
“skipidar” vannaları köməyə gəlir. Vanna qəbul etmək üçün
nədən başalamq lazımdır? Birinci növbədə, əczaxanadan tibbi
vazelin və su termometri alın... İndi başlamaq olar.
Vannanı 36-37
0
istiliyi olan su ilə elə doldurun ki,vanna-
ya girəndə daşıb tökülməsin. Suyun həcmi vannanın tutumundan
və xəstənin qabaritindən asılıdır. Uzananda su sinəni örtməlidir.
Suya ağ və sarı, yaxud qarışıq “skipidar” tökməyin qaydasını
artıq bilirsiniz. Standart doza 50 ml. sarı məhlul və 50 ml. ağ
emulsiyadır. Onları yaxşı qarışdırsanız suyun üzündə nazik yağ
örtüyü əmələ gələcək. Suyu əllə qarışdırsanız, sabunla əllərinizi
yaxşı-yaxşı yuyun ki, təsadüfən gözünüzə, ağzınıza, burnunuza
və qulaqların içinə toxunsanız, fəsad verməsin. Dedik ki, kişilər
cinsi orqanlarını, yumurtaların dərisini və anus deşiyinin ağzını,
qadınlar isə cinsi orqanın böyük dodağını və anusun ağzını
vazelinlə yağlamalıdırlar.
Vannada suyun hərarətini mütəmadi olaraq, ya da hər 2-3
dəqiqədən bir qaldırın, əl-ayaq hərəkəti ilə isti suyu soyumuş
suya qarışdırın. Suyun hərarətini nəzarət altında saxlamaq üçün
termometri vannaya buraxın. Artıq suyu buraxmaq üçün
vannadakı tıxacı ara-sıra qaldırın. Proseduranın sonuncu hərarət
213
fərqi 4-5
0
olsa yaxşıdır. Lakin orqanizmin durumunu (qan
təzyiqi, tənəffüs, nəbz, ürək döyüntüsü) nəzərə almaq vacibdir.
İlk mərhələdə (təxminən, 4-5 prosedur) suyun başlanğıc
hərarəti 36-37
0
olmalıdır, proseduranın sonunda hərarət 39-40
0
–
yə çatsa yaxşıdır.Adaptasiya müddəti bitdi,indi başlanğıc hərarəti
37-38
0
olmalıdır, seansin sonunacan hərarəti 41-43
0
çatdırmaq
gözəl səmərə verir.Seansın müddəti 12-30 dəqiqədir: ilk seanslar
qısadır-12 dəqiqə, sonrakılar uzundur-20-30 dəqiqə. Bir daha
təkrar edirəm:suyun hərarəti və seansın uzunluğu hər bir fərdin
psixoloji və fiziki durumundan asılıdır,universal təyi- nat vermək
mümkün deyil.Yüksək hərarətdən qorxmursunuzsa-dərhal çox
isti vannalardan başlıya bilərsiniz.
Təxminən,3-7 dəqiqədən sonra bədənin müəyyən hissələ-
rində yüngül göynətmə hiss edəcəksiniz.Əksər hallarda ayaqlar,
yumşaq ət, omba və kürək daha tez reaksiya verir.Vanna qəbul
edərkən çalışın ki, “skipidar” gözünüzə, burun deşiyinə, ağzınıza
və qulağınızın içinə dəyməsin.Tədbiri qurtaran kimi suyu
buraxın, bədəninizi isti su ilə sabunsuz, əllərinizi isə sabunla (2-3
dəfə) yuyun. Bütün bədəninizi pambıq məhraba və ya mələfə ilə
silin, əvvəlcədən hazırlanmış isti yatağa girin.
Proseduranı günün ikinci yarısında,ən yaxşısı isə
yuxudan qabaq həyata keçirmək məsləhətdir. Skipidar vannasını
ac qarnına və ya qida qəbulundan dərhal sonra qəbul etmək
olmaz,qida qəbulundan,ən azı,bir saat keçməlidir.Axşam yüngül-
vari şam etmək və bundan bir saat sonra vanna qəbul etmək
yaxşıdır.Vannadan sonra yemək olmaz,lakin otlardan dəmlənmiş
çay faydalıdır. Vannadan sonra 20-40 dəqiqə ərzində bədənin
müxtəlif nahiyyələrində yüngülcə göynətmə hiss olunur,bədən-
də,elə bil, qarışqa gəzir, hətta, müxtəlif zonalarda puls vurması
baş verir.Qorxulu deyil.Çox güman: vannadan sonra kapilyarlara
axan qanın güclənməsi,güclü axının bərpa olunması baş verir.Siz
yataqda 90-120 dəqiqə ərzində bərk tərləyə bilərsiniz. Bu vaxt
dərinizdən çıxan mayenin həcmi-böyrəkdən bir sutka ərzində
çıxan mayenin həcminə bərabərdir. Tərlədikdən sonra məlafəni
214
dəyişməyi unutmayın.Yatın.Bəzi xəstələr göynəmə və “qarışqa
gəzməsi” hallarını keçirmir, bir neçə vannadan sonra tərləmir.
Belə hissiyyatlar vegetativ sinir sisteminin fəaliyyəti ilə bağlıdır.
Bu hissiyyat vannadan vannaya dəyişir.
Yüksək müalicə effekti almaq üçün müalicə kursu 24-30
proseduradan ibarət olmalıdır. Profilaktika üçün 10 prosedura da
bəs edər.Bütöv müalicə kursu keçmək üçün 1,5 litr sarı məhlul
və o qədər də ağ emulsiya kifayətdir. Müalicəni uzun (30 vanna)
kursla başlamaq,hər yarım ildən,yaxud bir ildən bir 10 vanna ilə
kifayətlənmək məsləhətdir.Vannaları günaşırı, yaxud hər iki
gündən bir keçirmək də olar.Hər hansı bir səbəbdən ümumi
vanna qəbul etmək mümkün deyilsə, həmçinin ürək-damar
sistemində ciddi problemləri olan ahıl xəstələr ”yerli” vannalar
qəbul edə bilər. Bu halda su xəstənin döş gilələrinə qədər qalxır,
ürək bütövlükdə açıq qalır. Suya ümumi vannaya töküləndən 10-
15 faiz az “skipidar” qatmaq lazımdır. Qalan hər şey yuxarıda
göstərilən qaydada qalır.
Ayaq vannaları-ayaq damarlarının xəstəliyi vaxtı, əl-ayaq
vannaları isə-oynaq xəstəlikləri, xüsusilə də poliartrit xəstəliyi
əllərin kiçik oynaqlarını və daban oynaqlarını zədələdikdə qəbul
edilərsə yaxşı səmərə verər.
Plastik, yaxud emal taz götürün. Ayaq üçün, təxminən, 30
litr (dizəcən), əl vannaları üçün 10 litr (dirsəyəcən) su bəs edər.
Əl-ayaq vannası üçün suya 20 ml sarı məhlul və 20 ml ağ
emulsiya qatmaq lazımdır. Qalan hər şey ümumi qaydada olduğu
kimidir. Lakin əl və əl-ayaq vannalarını hər gün qəbul etmək
lazımdır.Evdə vanna olmasa,bu tədbiri “duş” altında keçirə
bilərsiniz.Bunun üçün 20 ml ağ emulsiyanı 20-30 ml isti suya
qatın, isti “duş” altında 15-20 dəqiqə dayanıb bədəni qızdırın.
Sonra hazırladığınız məhlulu ürək nahiyyəsindən başqa,bədənin
hər yerinə sürtün, 5-7 dəqiqədən sonra məhlulu yuyun, mələfəyə
bürünüb, yatağa girin, çay için. Bunu hər gün etmək lazımdır.
Emulsiya ilə bələnmə prosedurunu da həyata keçirmək
olar.Bu tədbir sellyulit xəstəliyi vaxtı yaxşı səmərə verir.
215
Pambıq, yaxud kətan mələfə götürün (sintetik material olmaz ), 5
litr isti suya 10 ml. sarı məhlul və o qədər də ağ emulsiya qatın,
yaxşı-yaxşı qarışdırın, suyun hərarəti 45
0
-47
0
olmalıdır. Mələfəni
məhlula hopdurun və bələnin.Mələfənin üstündən tibbi klyonka
və ya polietilen məhraba, ardınca da ədyal sarıyın, 20-25 dəqiqə
dayanandan sonra bədəni (sabınsız) və əlləri (sabınla) yaxşı-
yaxşı yuyun, yatağa girib,ot dəmləmə-lərindən çay için.
Emulsiya vannalarını uşaqlar da qəbul edə bilərmi, edə
bilərsə, hansı yaşdan başlamaq olar? Əgər uşaq skipidar vannası
qəbul etməyin vacibliyini anlayırsa, yüngül “göynətmələrə”
dözməyə hazırdırsa, ona vanna vermək olar. Bu şərtlə ki, belə
vannalar uşaq üçün mənfi emosiya mənbəinə çevrilməsin, bu
halda fayda verməz. Uşaqlar vannanı böyüklərin nəzarəti altında
qəbul etməlidir ki, skipidarlı əllə gözlərə, burun deşiklərinə, ağız
boşluğuna, qulaq deşiklərinə toxunmasın və qulaqlara su
dolmasın.Vanna qəbul edən ahıllara da qayğı göstərmək
vacibdir.Hər iki halda vanna otağının qapısını içəridən bağlamaq
lazım deyil. Arterial təzyiqi vannadan qabaq və sonra ölçmək
məsləhətdir. Hər hansı xoşagəlməz hal baş verdikdə (ürək
nahiyyəsində ağrılar,baş gicəllənmə, baş ağrısı və s.) tədbiri
dərhal dayandırın.Ehtiyac olsa, adətən belə hallarda qəbul
eydiyiniz “öz” dərmanınızı içə bilərsiniz.
Pr.Zalmanovun uğurla sınaqdan keçirdiyi və geniş tətbiq
etdiyi skipidar vannaları,təbibin o vaxt yaşadığı Fransada, mütə-
rəqqi müalicə metodu kimi,qeydiyyatdan keçib və pasport alıb.
Qeydiyyat nömrəsi: G.H.D. 26889, 24 iyun 1952-ci il və
C.V. 23008, 28 iyun 1952-ci il.
Dostları ilə paylaş: |