KONTRAST HAVA VANNASI
Dərimiz Kainatla bədən arasında həm sərhəddir, həm də
körpü. Dəri maddələr mübadiləsi prosesinə güclü təsir göstərir,
bədənin hərarətini tənzimləyir. Lakin dünyaya lüt gələn insan
Yer üzünü buz örtəndən sonra, öldürdüyü heyvanların dərisinə
bürünmək, bu yolla soyuqdan qorunmaq məcburiyyətində qalıb.
Hazırda paltar təkcə soyuqdan qorunmaq vasitəsi deyil, ondan
daha çox bər-bəzək rolu oynayır, zənginlik və kübarlıq atributu
kimi çıxış edir. İndi biz bədənimizi sintetik mallarla bərk-bərk
“bələyib”, Ana Təbiətin saflaşdırıcı qüvvəsindən –oksigendən və
şəfalı Günəş şüalarından təcrid edirik. Geyim–keçim bir yana,
modabazlıq qadınlarımızın açıq qalan bir parça dərisini-əllərini
və üzlərini də Kainatdan təcrid edib:ənnik-kirşan, zəhərli boyalar,
yağlar,pudra,pamada, karandaş və s. dərini nəfəs almağa qoymur,
onu boğur.Orqanizm zəyifləyir,xəstəlik törədən amillərin
hücumuna tab gətirə bilmir.
Dəri ilə tənəffüsü təmin etmək, yaxud gücləndirmək üçün
“kontrast hava vannası” əvəzsiz vasitədir.İcazə verin, möcüzəsini
öz üzərimdə sınadığım bu proseduranın yerinə yetirilməsi
qaydasını diqqətinizə təqdim edim.Onun mahiyyəti lüt soyunub,
191
aşağıda göstərilən qaydada bədəni gah soyuq havaya vermək,
gah da isti paltarla (yaxud isti yataqda) qızdırmaqdan ibarətdi.
sıra
soyuqda
(saniyə)
Istidə
(dəqiqə)
1
20
1
2
30
1
3
40
1
4
50
1,5
5
60
1,5
6
70
2
7
80
2
8
90
2
9
100
2
10
110
2
11
120
2
12
130
2
Sonra düz yataqda (bərk yastıqda) bir qədər sakitcə
uzanmaq lazımdır.Bu metodu ilk dəfə tətbiq edənlər,ahıl adamlar
və orqanizmi zəyif olan xəstələr aşağıdakı sxemə əməl etməlidir:
birinci gün-soyuqda 20-70 saniyə,ikinci gün 20-80 saniyə,
üçüncü gün 20-90 saniyə, dördüncü gün 20-100 saniyə, beşinci
gün 20-110 saniyə və altıncı gün 20-120 saniyə vanna qəbul edə
bilərlər. Bu proseduranı 12 dəfə və daha çox yerinə yetirmək
istəyənlər saniyələri artıra bilərlər. Bu proseduranı uşaq, yaxud
ağır xəstə yerinə yetirirsə,onda hər dəfə çılpaq vəziyyətdə
qalmaq maksimum 80-90 saniyə çəkməlidir. Soyuq yerdə
dayanarkən ayaqlara ev başmağı geymək məsləhətdir.
Lüt vəziyyətdə olarkən pəncərəsi açıq qalan soyuq otaqda,
paltar geyinərkən pəncərəsi bağlı olan isti otaqda qalmaq
lazımdır. Bərk və düz yataqda uzanmaq da olar. Bürünəcəyiniz
192
paltar kifayət qədər isti olmalıdır. Lakin bədəni tərlətmək lazım
deyil.Əlləri şişin,digər xəstə yerin üstündə saxlamaq lazımdır.
“Konrast hava vannası” qəbul etməyin ideal vaxtı-dan
yeri sökülən çağdır. Hər halda, səhər saat 10-dək proseduranı
bitirmək məsləhətdir.Mümkün olmasa,onu axşam saat 21-ə
keçirin. Proseduranı yemək ərəfəsində və yeməkdən 40 dəqiqə
keçməmiş qəbul etmək fayda verməz.Su vannası,duş qəbul
edəndən 1 saat sonra onu yerinə yetirmək olar.
Bədəni zəyif olanlar bir müddətdən sonra proseduranı
dayandırıb dincəlməli və təzədən başlamalıdır.Ən azı 3 ay
davam edin,nə qədər çox məşğul olsanız,bir o qədər yaxşıdır.
Qara ciyəriniz,yaxud digər daxili orqanlarınız xəstədirsə,
proseduranı günorta,hava qızanda qəbul etmək məsləhətdir.
Bədən alışandan sonra vaxtı tədricən dəyişin, səhərə tərəf
sürüşdürün və səhərlər, mədəniz boş, hava soyuq olanda başlayın.
Bir aylıq müalicədən sonra 3-4 gün ara verin. Xəstələr müalicə
ilə müntəzəm 1 il məşğul ola bilər.
Diqqət: “çılpaq-terapiya” müxtəlif formada reaksiya verə
bilər. Çəkinməyin. Bəzən xəstələrin dərisi gicişir, qaşınır, səpir.
Müvəqqəti simptomlardır və yaxşı əlamətdir:qana dolmuş
müxtəlif zərərli maddələr bədəni tərk edir,dəri məsamələri
vasitəsilə kənar olunur.Dərini qaşımayın, qaşınan yerə heç nə
qoymayın,alma sirkəsi ilə silə bilərsiniz. Xəstə gigenik alt paltarı
geyməli, onu tez-tez dəyişməli və çoxlu su içməlidir. Yaxşı olar
ki, imalə müalicəsindən istifadə edəsiniz. Bir neçə gündən sonra
qaşınma keçəcək.
Baş verə biləcək mədə ağrısı da sizi narahat etməsin-hətta
kəskin şəkil asla da! Müvəqqəti xarakter daşıyan bu hal sübut
edir ki, müalicə uğurla gedir. Davam edin!
HAVA İLƏ MÜALİCƏ
Hava ilə müalicə “Konrast hava vannası”na çox yaxındır.
Fərq bundadır ki, onu açıq havada yerinə yetirmək lazım gəlir.
Metodika da eynidir, təsir mexanizmi də. İsti və soyuq bir-birini
193
əvəz etməlidir.Bədəni qızdırmaq üçün geyəcəyiniz paltar o
dərəcə isti olmalıdır ki, tərləməyəsiniz. Çılpaq qalma müddətinə
dəqiq əməl etmək vacibdir. İstidə qalmaq vaxtını isə uzatmaq da
olar, ziyanı yoxdur.Ağır xəstələr proseduranı yaxın adamların
köməyi ilə yerinə yetirsələr yaxşıdır.
Birinci seans: arxası üstə- 40 saniyəyədək, sağ yan üstə-
40-70 saniyə, sol yan üstə- 70-100 saniyə, yenidən arxası üstə
100-120 saniyə uzanın. Lüt olarkən keyləşən yerləri masaj edin,
yaxud Nişi təlimindəki 3-cü, 4-cü və 5-ci Qaydalardan birini
yerinə yetirmək olar. Prosedura bitəndən sonra 10 dəqiqə “lotos”
vəziyyətində sakit və rahat uzanmaq lazımdır.
Müalicəni gün doğandan sonra, yaxud gün batmamış
başlayın.Xəstəsinizsə,üşüyürsünüzsə onu günorta başlayın, sonra
hər gün vaxtı 30-60 dəqiqə səhərə tərəf “sürüşdürün”.Tədbiri
günün altında yerinə yetirmək zərərdir.Onu yeməkdən 1 saat
qabaq,yaxud 30-40 dəqiqə sonra,su vannası qəbul etməzdən
qabaq istənilən vaxtda, ya da vannadan 1 saat sonra yerinə
yetirmək olar.
KONTRAST SU VANNASI
İsti vannada tərləyərkən adam külli miqdarda S vitamini
itirir, turşu-qələvi tarazlığı pozulur,onu bərpa etmək asan iş deyil.
Konrast su vannası isə orqanizmi normal vəziyyətdə saxlayır, S
vitamininə və turşu-qələvi balansına xələl gətirmir.
Bəs nə verir? Konrast su vannası-nevralgiya, revmatizm,
baş ağrısı,diabet,hipertoniya,ürək-damar və qara ciyər xəstəliklə-
ri, soyuqdəymə, Addison xəstəliyi, Bexteryev xəstəliyi, anemiya,
qan dövranı xəstəlikləri üçün gözəl şəfa mənbəyidir.Lakin hər
kəs elə vanna forması seçməlidir ki, ona maksimum fayda versin.
Məsələn,zöhrəvi xəstəliyə tutulanlar əvvəlcə “çılpaq- terapiya”-
dan başlamalı,2-3 ay davam etdikdən sonra su vannasına keçməli
-dir. Orqanizmi zəyif olanlar və yaşı 30-u keçənlər yaxşı olar ki,
əvvəlcə əl-ayaq vannasından başlasın: ilk vaxtlar dizə və dirsəyə
194
qədər suya girin, sonra suyu tədricən qasığa və çiyinə çatdırın.
Bunu bir neçə dəfə edəndən sonra bütöv vanna (yaxud duş)
qəbul etmək olar.Hər bir halda soyuq və isti suları növbə ilə
dəyişmək lazımdır.Bədəni isti və soyuq suya tədricən alışdırmaq
vacibdir. İlk günlər hərarət bədən temperaturuna yaxın olmalıdır.
Sonda isti suyun hərarəti 40-43 dərəcə,soyuğunku isə 14-15
dərəcə olmalıdır. Bütün hallarda başı islatmayın.
Ağır xəstələr və zəyif adamlar “qasıq-çiyin” vannasını
qəbul etməzdən öncə,adi vanna qəbul edir: bütün bədəni suya
salır.Bədəni yaxşı-yaxşı silib qurulayır, sonra kontrast vannanı
başlayır.Vannaların ümumi sayı 5-7-9-11 və daha çox ola bilər:1
dəqiqə soyuq vannada uzanırsınız, ardınca 1 dəqiqə isti vannada.
Soyuq vannadan başlayıb,soyuq vanna ilə bitirmək lazımdır.
Bədəni yaxşı-yaxşı qurulayıb,lüt dayanmaq lazımdır:arıq adam-
lar 6-15 dəqiqə,orta köklər 15-20 dəqiqə,köklər isə 30 dəqiqə.
Aterioskleroz xəstəliyindən əzab çəkənlər aşağıdakı sxem
üzrə vanna qəbul edə bilər.
Bizi yaradan Ulu varlıq bizə 4 cür qida verib:Günəş
işığı,Hava,Su,Meyvə-Tərəvəz.Biri çatmıyanda cismimiz və
ruhumuz xəstələnir.Bütün pislikləri təmizləyən Su-mikrobla-
rın qənimidir.Açıq havada çox gəzin,tez-tez çimin,gündə 2-3
litr çiy su için.Faydalı hərəkətləri unutmayın...
isti su
(hərarəti)
soyuq su
(hərarəti)
günlərin sayı
39
35
3
40
30
3
41
25
2
42
20
2
43
14-15
Həmişə
195
ODÜNYALIQ ADAMLAR
Bir də yada salaq ki,D-r Nişinin adını daşıyan Tibb
İnstitutunun Tokioda və Havay adalarında fəaliyyət göstərən
hospitalları xərçəngi təbii üsullarla müalicə edir. “Vatanabe”
hospitalının (Nişinin ardıcılı olan Vatanabenin adını daşıyır)
uğurları sevindiricidir. Nişi institutunun və “Vatanabe”
hospitalının ölümün caynağından xilas edib, həyata qaytardığı
“odünyalıq” adamların sayı ilbəil çoxalır. Xərçəng kimi dəhşətli
xəstəliyin caynağından xilas olan adamların müalicə kursu bir-
birindən az fərqləndiyi üçün hamısı haqqında söz açmaq
niyyətində deyilik. Lakin bir-iki nümunəyə müraciət etmək,
zənnimcə, yerinə düşər .
76 yaşlı cənab Mayra aşağıdakı müalicə kursundan
sonra ağ ciyər xərçəngindən yaxa qurtara bilmişdir.
1. Kontrast hava vannası-gündə 8-10 dəfə.
2. Kontrast su vannası.
3. Xurmadan dəmlənmiş çay -2 litrdən çox.
4. Nişinin 6 Qaydası.
Mədə xərçəngindən əzab çəkən 69 yaşlı cənab Yumigi
yuxarıdakı sxemə bir neçə tərəvəz növündən çəkilmiş şirə və
bolluca çiy kələm də əlavə etmişdir.
Mədə xərçənginə tutulmuş 65 yaşlı cənab Takao İşin
bu rasiona bəzi əlavələr etmişdir.
1. Kontrast hava vannası.
2. Kontrast su vannası.
3. Nişinin 6 Qaydası.
4. Xurmadan dəmlənmış çay (onu qara qarağat, yaxud
moruq, yaxud itburnu yarpaqları ilə əvəz etmək olar).
5. Kələm şirəsi.
6. Duru düyü sıyığı (əsas qida) və yulaf sıyığı.
7. Turşuluq törədən qidalar.
8. Beş növ tərəvəzin şirəsi.
9. Maqnezium hidroksidi.
196
Adlar,yaşlar,müalicə sxemləri,menyular müxtəlif olsa da,
nəticə bir olub: “odünyalıq” adamlar kəfəni yırtıb yenidən həyata
qayıdıblar.Çox qəribədir ki,onların əksəriyyəti Nişi Sistemi ilə
başqalarını müalicə etməyə başlayıblar və bu sistemin qızğın
təbliğatçılarına çevriliblər.Burada heç bir qəribəlik yoxdur:başqa
cür hərəkət etmək qeyri-mümkündür. Sadəcə, ürəyin istəyir ki,
kiminsə sənə bəxş etdiyi xoşbəxtliyi sən də başqalarına bəxş
edəsən və sənə nicat yolunu göstərən Ulu Tanrı qarşısında öz
borcunu yerinə yetirəsən.Gözəl istəkdir!Deyilmi?..Mən bu kitabı
məhz belə bir istəyin hökmü ilə yazmışam.
Yenidən vurğulamaq istəyirəm:Nişi öz Sistemini təkcə
dəhşətli xəstəliklərdən yaxa qurtarmaq üçün yaradılmayıb, heç
vaxt xəstələnməmək, həmişə sağlam olmaq, gümrah yaşamaq,
həm daxilən, həm də zahirən saf və gözəl olmaq üçün yaradılıb.
Lakin sağlam və gözəl olmaq üçün bu sistemə kor-koranə əməl
etmək kifayət deyil.Gərək biz qanımızı saflaşdırmağın,hüceyrə-
ləri Günəş enerjisi ilə qidalandırmağın,vitaminləri,mineral
maddələri hansı qidalarda axtarmağın yolunu dəqiq bilək,öz
menyumuza yalnız faydalı qidaları daxil edək.
197
ONUNCU FƏSİL
KAPİLYARO-TERAPİYA:
Zalmanov metodu ilə müalicə
Sən demə,həyatda heç kəsin fikir vermədiyi bir qəribə
qanunauyğunluq var imiş: müasir tibb elminin acizliyini,
dərmanların insan orqanizminə və ailə büdcəsinə, bütövlükdə
bəşəriyyətə vurduğu zərbənin miqyasını dərindən dərk edən
dərrakəli və vicdanlı həkimlərin hamısı, başı daşdan daşa
dəyəndən sonra çönüb natruopat alim olur, dava-dərmana qənim
kəsilir,insanları Ana Təbiətin əbədi və dəyişməz Qanunlarına
düzgün əməl etməyə çağırır. Bu da qanunauyqun bir haldır ki,
belə təbiblər tibb elminin gücsüzlüyünü özlərini, yaxud əzizlərini
müalicə edərkən anlayırlar -başları daşa dəyəndə. Nəticədə, bir el
məsəlində deyildiyi kimi, başına gələn dönüb olur başmaqçı.
Xəstə cismini sağaltmaq üçün üsullar axtaran və tapan
belə istedadlı təbiblərdən biri də üçqat tibb elmləri doktoru (ayrı-
ayrı vaxtlarda Rusiyada,Almaniyada,İtaliyada doktorluq disserta-
siyası müdafiə etmişdir) Abram Solomonoviç Zalmanov olmuş-
dur. Öz əsrinin parlaq dühalarından biri sayılan A. Zalmanov 20
iyun 1875-ci ildə Belarusiyanın Qomel şəhərində anadan
olmuşdur. 1883-cü ildə gimnaziyanı qızıl medalla bitirərək,
Moskva universitetinin tibb fakültəsinə daxil olmuşdur. Lakin
buradakı təhsil səviyyəsi, elmə-biliyə böyük acgözlülüklə can
atan tələbənin günbəgün artan tələblərini tam ödəyə bilmirdi.
A.Zalmanov III kursu bitirdikdən sonra bu fakultəni tərk etdi.
“Yalniz professor Zaxarin öz mühazirələrində təfəkkür və
təsəvvür oyada bilirdi” dəyən A.Zalmanov,itirəcəyi 3 ilə heyifsi-
lənmədən,hüquq fakültəsinin I kursuna dəyişilir.Burada təhsil
almaqla yanaşı,əlavə olaraq,görkəmli professorların filalogiya və
rus tarixi,müqayisəli dilçilik,filasofiya və ümumi tarix fənnlərinə
dair mühazirələrinə sərbəst şəkildə qulaq asırdı. Eyni zamanda
seminariyada işləyirdi. “Professor Boqolepovun Roma hüquqları
198
haqqında mülahizələri mənim dəqiq məntiq təfəkkürümü inkişaf
etdirirdi”.
A.Zalmanov 1899-cu ildə ümumrusiya tələbə tətilini
təşkil etdiyi üçün universitetdən qovulur və həbs olunur.
Azadlığa çıxandan sonra Almaniyanın Qeydelberq şəhərinə
gedərək tibb fakültəsi kursunu bitirmiş və ilk dəfə tibb elmləri
doktoru diplomunu almışdır. Ikinci doktorluq diplomunu
Rusiyaya qayıtdıqdan sonra 1903-cü ildə Xarkovda almışdır.
1914-cü ildə yenidən vətənə qayıdan A.Zalmanov birinci dünya
müharibəsində, həkim kimi, fəal iştirak edir və tezliklə
məhşurlaşır. “1918-ci ilin oktyabrında Nadejda Konstantinovna
Krupskaya və Mariyya İliniçna Ulyanovanı müalicə etmək üçün
Kremlə çağırılmaq şərəfinə nail olmuşam. B.İ.Lenin həkim
məsləhəti almaq üçün bir neçe dəfə mənə müraciət etmişdir”.
Zəngin tibb biliyinə malik olmasına baxmayaraq,
A.Zalmanov XX əsrin əvvəllərində tüğyan edən viruslardan və
epidemiyalardan dərmanın köməyi ilə qoruna bilmirdi. O, 1914-
ci ildə tif xəstəliyinə tutuldu, 1940-cı ildə infark keçirtdi, sonrakı
illərdə beyində qansızma və ikitərəfli pnevmaniya, mədə-
bağırsaq traktının ağır xəstəliyi baş verdi.
24 yanvar 1964-cü ildə 95 yaşlı alimin böyük ürəyi
vətəndən uzaaqlarda əbədi susdu.
Allahın və Ana təbiətin əbədi qanunlarına qarşı, Don
Kixot kimi, vuruşan komminist rejiminin sadiq qulları dahi
alimin çox dəyərli əsərlərinin SSRİ məkanında yayılmasına
nəinki sağlığında, uzun müddət ölümündən sonra da imkan
vermədilər. Bolşevik rejimi dağıldıqdan sonra vəziyyət dəyişdi.
Qərb tibb elminin gücsüzlüyünü dərindən dərk edən hərbi həkim,
tibb elmləri namizədi Yuri Kamenyev 2003-cü ildə Sankt-
Peterburqda öz həmkarları ilə birlikdə A.Zalmanov adına fond
yaratdı. Dahi alimin böyük elmi irsini dərindən öyrənən və geniş
yayan naturopat həkim Y.Kamenyev indiyəcən 60-dan çox elmi
əsər və bir neçə manoqrafiya dərc etmişdir. Bunların hamısının
kökündə- “Heç vaxt unutmayın ki, ümumilikdə orqanizim və
199
ayrı-ayrılıqda hüceyrə dünyanın bütün akademiyalarından
müdrik və ağıllıdır” deyən A.Zalmanovun həmişəyaşar və işıqlı
ideyaları durur.
Maraqlana bilərsiniz: A.Zalmanovun hansı ideyaları
bolşevik rejiminə qul kimi xidmət edən yüksək rütbəli sovet
alimlərinin və tibb üzrə “Baş qərargah” sayılan “Minzdrav”ın
xoşuna gəlmirdi?
A.Zalmanov öz müalicə metodunun təməlinə-tibb
elminin banisi Hippokratın “Həkim müalicə edir, şəfanı isə təbiət
verir” fəlsəfəsini qoyaraq, təkid edirdi:” Mən böyük, sadə və
adamı utandıran bir həqiqəti açıram: ibtidai, orta və ali
məktəblərdə təhsili kökündən dəyişmək, bütün bəhrəsiz və
səmərəsiz bilikləri atmaq lazımdır, yaddaşı həddən artıq
yükləmək lazım deyil, təfəkkürü inkişaf etdirmək lazımdır.
Əzələ idmanını geniş yaymaq əvəzinə, ağıl idmanı təşkil etmək
lazımdır. Ona görə də yaddaşı yüngülləşdirən və təfəkkürü
inkişaf etdirən üsullar axtarın.Fikiri inkişaf etdirən,fikiri müka-
fatlandıran,beynimizin tənzimləyici funksiyasını oyadın.Bununla
da,siz çox güc sərf etmədən, özünümüalicəyə nail olacaqsınız,
onda siz yeni nəsl böyüdə biləcəksiniz-güclü və dinamik nəsl.
Lakin siz tələsməlisiniz”.
Sovet alimləri tələsirdilər, amma başqa istiqamətdə-
“çürüməkdə olan imperializmə çatmaq və ötüb keçmək” üçün
tələsirdilər və tələsə-tələsə də bolluca əzələ gücü yetişdirirdilər.
Çünki bolşevik rejiminə vicdanlı mütəfəkkirlər deyil, vicdanlı
ziyalılar deyil, qeyri-insani ağır əl əməyinin öhdəsindən yaxşı
gələ bilən “Staxanovçular” -qoluzorlu fəhlələr, gün çıxandan gün
batanacan tər tökən kolxozçular, Allahın yaratdığı insanı bir an
tərəddüd etmədən öldürməyə hazır olan “cəsur” və döyüşkən
əsgərlər lazım idi.
A.Zalmanov daha nə deyirdi?
Kapilyarların-bu balaca möhnətkeşlərin-cansağlığı məsə-
ləsində və müalicədə rolunu çox yüksək qiymətləndirən böyük
alim “Vahid xəstəlik və vahid müalicə” konsepsiyasını həyata
200
keçirərək, əsası İtaliya təbibi Pyer-Nikolye Qreqoroçi tərəfindən
qoyulmuş “eretik” təbabətin tərəfini saxlayırdı: “Xəstəliyi yox,
xəstəni müalicə etmək”. Zalmanov tam əmin idi: elə bir xəstəlik
yoxdur ki, kapilyarların əzab çəkməsi üzündən törəməsin.
İstedadlı alim “Minzdrav”ın qəbul etmədiyi daha bir
güclü ideyanı qızğın təbliğ edirdi.Deyirdi: mikrob-heç nədir,
zəmin hər şeydir.Onun fikrincə,infeksiyaların öhdəsindən
antibiotikləri tətbiq etmədən də gəlmək olar.Bunun üçün,sadəcə,
mikrobların əlindən “komfort” mühiti almaq kifayətdir.Başqa
sözlə desək,sən həyətdəki zibili təmizlə,ora nə milçək gələcək,nə
siçan,nə siçovul,nə də it-pişik.
A.Zalmanovu “Minzdrav”ın gözündən salan bir ideya da
belə səslənirdi: “Lokal xəstəliklər,ayrı-ayrı orqanların xəstə-
liyi mövcud deyil.Bütün hallarda bütövlükdə insan xəstədir”.
Deməli,ayrı-ayrı orqanları müalicə etmək cəhdi əbəs- dir.
Çünki,orqanizm-tamdır,bölünməzdir,vahiddir.Zalmanov da, dün-
yanın bir çox dahi naturopat alimləri kimi,xəstəliyə “ orqanizmin
tamlığının pozulması” kimi baxırdı və təbii üsullarla tamlığı
bərpa etməyə çalışırdı.
Natuopat alimin müalicə metodunda, insanın əsas qidası
sayılan çiy su mərkəzdə dururdu: hüceyrələri qidalandırmaq,
metobolitləri(zəhərli materialları) vücuddan çıxartmaq üçün
insan gün ərzində 2,5-3 litr çiy suyu ilıq şəkildə və qurtum-
qurtum
içməlidir.Müalicə
prosesində,sağlamlıq
uğrunda
mübarizədə suya geniş meydan verilməlidir.
SU İLƏ MÜALİCƏ
Çox vaxt əhəmiyyət vermədiyimiz, mahiyyətinə dərindən
varmadığımız bir məqamı gəlin bu gün yada salaq: biz üzümüzə
su vuranda xeyli yüngülləşirik, çiməndən sonra böyük ləzzətlə
“oxay,necə yüngül oldum!” deyirik.Amma heç vaxt fikirləşmi-
rik: vücudumuzda nə baş verdi?
201
Elmə məlumdur ki, insan ana bətnində olarkən mayedən
ibarət olan “mənzildə” yaşayır və həmin mayenin tərkibi okean
suyunun tərkibi ilə eynidir. O da məlumdur ki, bu dünyanı xəlq
edən Ulu Tanrı yaratdığı ali şüurlu insana 4 mükəmməl qida
bəxş edib:Günəş işığı,Hava,Su və Bitki Səltənəti.Əfsuslar olsun
ki,özünü “dünyanın əşrəfi” sayan müasir insan-qondarma sviliza
-siyanın qurbanları-bu qidaların heç birindən səmərəli istifadə
etmir. Çoxları axırıncı dəfə çiy su içdiyini yadına sala bilmir. Bu
gərgin və narahat həyatımızda şəfalı suyun yerini çay, kofe,
kakao, kokakola, pepsikola, fanta və digər zəhərlər tutub. Bəzi
adamların canına su həftədə bir dəfə dəyir. Yalnız bizim millətin
ağlına gələ bilən bir lətifəni xəcalət çəkə-çəkə yada salıram.
Birisi soruşur:“İldə neçə dəfə çimirsən?”.Cavab:“Ayda bir dəfə”.
Sual verən heyrətə gəlir: “Pah atooonan! Ə, sən lap su quşusan
ki!”.Bəlkə də zarafatdır.Amma çox şit, əttökən zarafatdır...Nə isə
keçək əsas mətləbə.
Kontrast su vannalarından bəhs edərkən suyun əhəmiy-
yətini və təsir mexanizmini açıqlamışam. Həmin bölmədə dedik
ki,su ilə müalicə çox qədimdən məlumdur.Insan özünü tanıyan
gündən sudan bir şəfaverici qüvvə kimi istifadə etmişdir. Tibb
elminin atası sayılan Hippokrat,eləcə də onun istedadlı ardıcılları
Qalen, İbn-Sina və bir çox başqaları öz müalicə metodlarında
suya mühüm yer ayırmışdılar. Lakin su ilə müalicəni sistem
şəkilinə salan və məhşurlaşdıran-almaniyalı keşiş Sebostian
Kneypp olmuşdur.
1821-ci ildə Bavariyada anadan olmuş Sebostian çox
erkən, səhhəti ilə bağlı, bir sıra çətin problemlərlə üz-üzə gəlmiş
və onu əldən salan azar-bezardan yaxa qurtarmaq üçün yollar
axtarmışdır. Su ilə müalicə metodu haqqında oxuduğu bir kiçik
braşura onun işgənclərinə bir dəfəlik son qoydu.Suyun şəfaverici
qüdrətinə möhkəm inanan gənc Kneypp onun köməyi ilə özünü
sağaltmış,köhnə sistemi təkmilləşdirib ,öz metodunu yaratmışdır.
S.Kneyppin müalicə metodunu dərindən öyrənən iti ağıllı
A.Zalmanov ona bir çox əlavələr etmişdir. İstedadlı alimin bizə
202
təklif etdiyi hidroterapiya (su ilə müalicə) orqanizmə oyadıcı
(vozbujdayuşşiy) və sakitləşdirici, bədəni isidən və soyudan təsir
göstərir.Yerli(əl, ayaq, əl-ayaq) vannalar isə fikiryayındırıcı
(otvelekayuşşi) təsirə malikdir.Bütün vannalar qan dövranını
yaxşılaşdırmağa,qanı təmizləməyə və daxili “masaja” xidmət
edir. Qabaqlar vannaları şirin suda (presnaya vada) edərdilər.
Zalmanov isə suya dəniz buzu, skipidar və bəzi bitkiləri qatmağı
tövsiyyə edir. 6
0
-dən 42
0
-yə qədər istiliyi olan su vannaları
soyuq, ilıq, isti, çox isti və qaynar vannalara bölünür. Bunların
hərəsi bir məqsədə qulluq edir. Çox soyuq vannalar sağlam
adamı gümrahlaşdırdığı halda, xəstələrə pis təsir göstərə bilər.
Orqanizmi çox zəyif olan,xroniki xəstəliklərdən əzab çəkən
adamlar çox soyuq vannalardan istifadə edə bilməzlər. Belələri
yüksələn istiliklə ilıq və kontrast vannalar qəbul edə bilər. Belə
vannalar sakitləşdirici, ağrıkəsici,spazma götürən təsirə malikdir.
Orqanizmin ehtiyat qüvvələrini işə salan və maddələr mübadilə-
sini yaxşılaşdıran bu cür vannalar orqanizmi soyuq vannalara
hazırlaşdırır.Bir məsələyə xüsusi fikir vermək lazımdır:xəstə nə
qədər zəyifdirsə,su bir o qədər isti olmalıdır. Soyuq su çox halsız
xəstənin bədən hərarətini qaldıra bilər.Bu,orqanizmin soyuğa
qarşı müdafiə olunmaq reaksiyasıdır.
Isti vannaların başlanğıc hərarəti 37
0
olmalıdır. Lakin
bəzi xəstələr bu istilikdən titrəyir,dərisi “qaz dərisi” halına düşür.
Belələri 36
0
və ya 35
0
-dən başlasalar yaxşıdır. Istiliyi tədricən
qaldırmağı unutmayın.Vannanı yeməkdən dərhal sonra və
yeməkdən dərhal qabaq qəbul etmək olmaz, yeməklə vanna
arasında, ən azı, bir saat fasilə olmalıdır.
Dostları ilə paylaş: |