ACLIQLA MÜALİCƏ
Aclıqla müalicə - ən qədim, ən sürətli, həm də ən ucuz və
ən səmərəli müalicə metodudur. Özü də bunu hər adam ev
şəraitində, hətta, işləyə-işləyə də həyata keçirə bilər.
Ömrünün böyük bir hissəsini qidanın insan orqanizminə
təsirini araşdıran və aclıqla müalicə metodunu zənginləşdirən
görkəmli Amerika gigienisti Herbert Şelton bu qənaətə gəlmişdir
ki,insan aclığın köməyi ilə bütün xəstəliklərdən tam sağa və
gəncliyini qaytara bilər.Böyük alim 30.000 nəfərdən çox xəstəyə
şəfa vermişdir. Alimin öz kitabında təsvir etdiyi hadisələrdən
birini, nümunə üçün, oxuculara təqdim etməyi lazım bildim.
Elmi laboratoriyada bakterioloq işləyən bir gənc yüksək
peşəkarlığı ilə tanınan həkimlərlə hər gün təmasda olduğu halda,
artrit xəstəliyinin caynağından yaxa qurtara bilmirdi. Düz 28 il
sər-tamam canına yeriyən və bədənində lövbər salan bu böyük
bəla onu yumağa döndərmişdi. Bütün orqanları sıradan çıxmışdı,
beli əyilmişdi, yalnız qoltuq ağacının köməyi ilə gəzə bilirdi,
ağrıdan boynunu, başını döndərə bilmirdi. Şiddətli ağrılar ondan
hcç vaxt əl çəkmirdi. Bəzi oynaqları artıq ankiloz olmuşdu -
156
bitişərək bərkimişdi. Aclıqla 4 il aparılan müalicənin nəticəsində
xəstənin fəqərə sütunu, demək olar, tam düzəldi, oynaqları
sağaldı, əlləri və ayaqları normal işlədi. Ağacı atdı. Nə ağrı qaldı,
nə acı. Dizlərindəki şiş çəkildi. Səhhəti o dərəcə yaxşılaşdı ki,
siyasətlə də fəal məşğul olmağa başladı.
Belə misallara Şeltonun «Aclıq həyatınızı xilas edəcək»
adlı kitabında çox rast gələ bilərsiniz. Onları sadalamağa ehtiyac
yoxdur. Lakin Texaslı həkimin aclıqla müalicə olunmaq
istəyənlərə verdiyi 9 məsləhətin hamısını oxucuya çatdırmağı
yersiz saymıram.
1.
Hazırlıq. Əgər aclıqla müalicənin müdrikliyini dərk
etmişsinizsə, heç bir hazırlıq görmədən (qida hazırlığından
başqa) proseduraya başlaya bilərsiniz.
2.
Qorxu hissi. Qorxu üçün heç bir əsas yoxdur. Aclıqla
müalicə olunan bircə nəfər də bu səbəbdən ölməyib. Əksinə, bu
işi inadla başa vuran adamların hamısı şəfa tapıb. Lakin müalicə
olunarkən fıziki və zehni fəallığı məhdudlaşdırmaq vacibdir:
orqanizmə qida daxil olmadığı üçün, ehtiyatda olan qida sərf
olunur. Ən yaxşı-hal sakitlikdir. Mübahisədən,cansıxan söhbətlər
-dən uzaq olun,oxumayın, yazmayın,ancaq əyləncəli proqram-
lara baxın,musiqiyə qulaq asın, evdə tam sakitlik yaradın.
Əlbəttə, «ölü həyat» keçirmək də lazım deyil. Sadəcə, əsəbləri
qıcıqlandıran hallardan uzaq olun. Fəal şəkildə istirahət edin.
3.
Fəaliyyət.Qısamüddətli aclıq vaxtı(3-7 gün) gimnastika
etmək olar. Uzunmüddətli müalicə vaxtı belə məşqlər boş yerə
enerji itirməkdən başqa bir şey deyil. Fəaliyyəti maksimum
məhdudlaşdırın!Açıq havada sakit gəzmək faydalıdır.
4. İsti. Aclıq keçirən adamın soyuğa davamı zəyifləyir, o
üşüyür. Üşümə-təmizləmə prosesini zəyiflədir, enerji məsrəfıni
gücləndirir. Odur ki, bədəndəki istini mümkün qədər qoruyun.
Hətta yayın qızmarında da. Ən çox ayağı isti saxlamaq lazımdır.
Ayaq üşüyəndə - yuxu qaçır.
5.
Su. Könlünüz istədiyindən artıq içməyin. Yalnız təmiz
su için. Mineral su içmək olmaz. Yağış suyu, distilə edilmiş su,
filtirdən keçirilmiş su məqbuldur. Çox soyuq su sağalma
prosesinin qarşısını alır. İsti su (otaq temperaturundan yuxarı) -
daha faydalıdır.
157
6.
Çimmək. Mümkün qədər tez çimib çıxın. Su nə qaynar,
nə də soyuq olsun-ilıq yaxşıdır. Xəstə zəyifdirsə, özü çimə
bilmirsə, bədənini yaş dəsmalla (yaxud «qubka» ilə) silin.
7.
Günəş vannası.Günəş-ən dəyərli və ən vacib qidadır,
bütün qidaların şahıdır.İsti fəsillərdə günəş vannası qəbul etmək
məsləhətdir. Yayda vannanı səhər tezdən və axşama yaxın, hava
çox isti deyilsə -günorta qəbul edin. Birinci gün bədənin bir
üzünü 5 dəqiqə, sonra da o biri üzünü 5 dəqiqə günəşə verin.
Sonrakı günlər hər tərəfin vaxtını 1 dəqiqə artırın. Hər tərəf 30
dəqiqəyə çatanda, proseduranı dayandırın. Aclıq 20 gündən artıq
çəkərsə günəş vannasının vaxtını tədricən hər tərəf üçün 8
dəqiqəyə endirmək lazımdır. Günəş vannası pis tə'sir göstərsə
onu dayandırın.
8.
İşlətmə dərmanları.Aclıq keçirərkən bağırsağı yumaq,
yaxud işlətmə dərmanları ilə təmizləmək zərərlidir. Aclıq
prosedurası bu funksiyanı öz boynuna götürür.
9.
Halsızlıq. Müalicə olunan adamın halı pisləşirsə,
proseduranı saxlamaq lazımdır. İş rəvan getdikdə isə onu xəstəyə
güclü iştah qayıdanda dayandırın. İştah - daxili ehtiyat tam
tükənəndə qayıdır. Aclıq bitən kimi nə gəldi, necə gəldi və nə
qədər gəldi yemək olmaz! Bu - pis nəticə verə bilər, çəkdiyiniz
zəhməti puç edər, əzabınızı əlinizdə qoyar. Ona görə də
müalicəni - bu işi yaxşı bilən adamların nəzarəti altında aparmaq
lazımdır.
Cavanlaşmaq istəyənlərin nəzərinə: Şelton hesab edir ki,
nə Braun-Sekvardın tum mayası, nə Steynexin dərialtı borusu
(bədənə heyvan sekresiyası daşımaq üçün qoyulur), nə
Brankleyin keçi vəzi köçürmək metodu, nə də Funkun
cavanlaşdırma vitaminləri yaşlılara cavanlıq qaytarmaq
problemini həll etməyə qadirdir. Son söz aclıqla müalicənindir.
Bu işlə məşğul olanların uzun illərdən bəri apardıqları
müşahidələr göstərir ki, əksər hallarda əqli cavanlaşma ilə
müşayət olunan fıziki cavanlaşma məhz aclıqla müalicə vaxtı baş
verir: uzun illər eşitmək qabliyyətini itirmiş adamların qulağı
açılır, görmə qabliyyəti yaxşılaşır, eynəyi atırlar, qırışlar yox
olur, dərinin rəngi açılır, yanaqlara sağlam qızartı gəlir, daxili
enerji və yaşamaq həvəsi artır, zəka dərinləşir, həzmolma
158
qabiliyyəti mükəmməlləşir, qan təzyiqi düzəlir, cinsi fəallıq
yüksəlir və sairə...
Şeltondan fərqli olaraq bə'zi mütəxəssislər məsləhət görür
ki, aclıqla müalicəyə keçməzdən öncə bir neçə gün yalnız çiy
ərzaqla (qoz-fındıq,mer-meyvə,tərəvəz və s.) qidalanmaq
lazımdır.Bundan sonra imalənin,yaxud zərərsiz işlətmə
dərmanlarının köməyi ilə bağırsağı yaxşı-yaxşı təmizləyin. Bu,
ona görə edilir ki, ac qalarkən bağırsaqdakı qida qalığı çürümə
verib qaz əmələ gətirməsin. Uzun müddət ac qalmaqdan qorxan
adam qısa müddətli acqalmadan istifadə edə bilər, 24, yaxud 36,
yaxud 48 saat ərzində qidalanmamaq olar. Bunu həftədə 1-2 dəfə
təkrar etmək məsləhətdir.
Acqalmaya günorta yeməyini yeyəndən sonra başlamaq
əlverişlidir. Şam yeməyindən imtina edib bağırsağı təmizləmək
lazımdır.Aclıq vaxtı ancaq su içmək olar.Aclıq qurtarandan
sonra yalnız təzə çəkilmiş meyvə şirəsi, yaxud meyvə qəbul
etmək lazımdır. İlk günlər şirəni yarıbayarı su ilə qarışdırmağı
unutmayn.
Xəstələr və qocalar, ələlxüsus da ətə vərdiş edənlər
ehtiyatlı hərəkət etməli, aclığa yaxşı-yaxşı hazırlaşmalıdır.
Kəskin dəyişiklik xeyir əvəzinə zərər verə bilər.
Aclıqla müalicə aparan həkimlərin hamısı prinsipcə eyni
metoddan istifadə etsələr də, bu və ya digər məsələlərdə (aclıq
müddəti,sutka ərzində içilən suyun miqdarı,bağırsağın yuyul-
ması və s.) fərqlənirlər. Hərənin öz təcrübəsi və öz məktəbi var.
Faydalı ola biləcəyini nəzərə alaraq, məşhur həkim M.Qartenin
fıkirlərini də oxucuya təqdim edirik.
M.Qarten yazır ki, aclıqla müalicə çoxlarını qorxudur.
Məndən soruşurlar:yeməsəm, ayaq üstə necə dayanaram?
Ölərəm ki! Əslində isə burada qorxulu bir şey yoxdur. «Aclıq
əzabı» cəmi iki-üç gün-birinci günlər çəkir. Sonra çox qəribə
yüngüllük, rahathq və xoş ovqat başlayır. Bə'zən beşinci gün
adama iştah gəlir. Iradəli adam üçün onu dəf etmək heç nədir.
Dözən adam sonralar çox vaxt yeməyə baxmaq belə istəmir.
Bə'zən onda yeməyə qarşı ikrah hissi oyanır. Elə hallar olub ki,
aclıqla müalicə olunan adam xörək görəndə ürəyi bulanıb. Yaxşı
159
ovqat-müalicənin sonunadək, həqiqi iştah qayıdana qədər davam
edir.
Çox vaxt müalicə olunan adamın nəbzi 120-yə qalxır, ya
da 40-a enir. Ürək bulanması, baş gicəllənməsi, ağız boşluğuna
tüpürcək dolması, boğazda quruluq, yüngülvari soyuqdəymə,
qısa müddətli ishal baş verir. Xoşagəlməz hallardır, amma
qorxulu deyil: orqanizm təmizlənir. Narahat olmağına dəyməz.
Aydın məsələdir ki, aclıq keçirən adam çəkisini itirir. İlk günlər
çəki itməsi sür'ətlə baş verir (kök adamlar daha böyük sür'ətlə
arıqlayırlar), sonra sür'ət tədricən aşağı düşür.Müalicə olunan
şəxs, orta hesabla, sutkada 360-720 q çəki itirir. Çəki itirmə
dedik ki, müxtəlif adamlarda müxtəlif cür olur: 180 qramla 1,5
kiloqram arasında.
Aclıqla müalicə olunarkən aşağıdakıları bilmək vacibdir:
1.
Orqanizmə mümkün qədər çox dinclik vermək. Xoş
istirahət. Lakin enerjini qorumağa, qənaətlə işlətməyə lüzum
yoxdur.
2.
Qısamüddətli (3-7-10 gün) aclıq vaxtı işləmək olar -
orqanizmi yormamaq şərtilə.
3. Bədəni, ələlxüsus ayaqları isti saxlamaq. Üşümək olmaz.
Bədəni soyuqlatmaq təhlükəlidir.
4. Suyu yalnız ürəyiniz istəyəndə və meyliniz çəkən qədər
için. Çiy bulaq suyu olmasa, distilə edilmiş su için.Aclıq vaxtı
mineral su, şirələr, süd içmək - bütün zəhməti yerə vurar.
5. Aclıq vaxtı yoğun bağırsağı yumaq - müalicəyə yalnız
yaxşı tə'sir göstərə bilər.
Göründüyü kimi, M.Qarten metodunda Şelton metodu ilə
uyğun gələn cəhətlər də var,uyqun gəlməyən fərqli cəhətlər də.
M.Qarten yazır: Məndən tez-tez soruşurlar: «İnsan neçə gün ac
qala bilər? Ümumiyyətlə, neçə gün ac qalmaq məsləhətdir?
Cavab verirəm: insan aylarla ac qala bilər.
İnsan orqanizmində kifayət qədər gərəksiz toxumalar
mövcuddur. İnsan qidalanmayanda - orqanizm həmin gərəksiz
və zərərli toxumaları daraşıb yeyir - təmizlənmə belə baş verir.
Bilmək lazımdır ki, orqanizm aclıq vaxtı gərəkli və faydalı heç
bir şeyi itirmir. Mağaraya girən ayı aylarla «ehtiyat anbarı»ndan
– öz orqanizmindən qidalanır, bahara çox yüngülləşmiş formada,
160
gümrah və çevik vəziyyətdə çıxır. Nümunə üçün deyə bilərəm ki,
Şeltonun bir xəstəsi 94 sutka, bir neçə xəstəsi 70 sutka, əksər
xəstələri isə 40-45 sutka ac qalıb. Mən özüm isə hələlik cəmisi 21
sutka ac qalmışam.Pol Breqq isə qısamüddətli (3-5-10 sutka) aclıq
tərəfdarıdı.
Amma, hər halda, hər şeyin bir son həddi var. Qarten
aclıqda bu həddi belə müəyyənləşdirib: 3 günlə, 45 gün arasında.
Ağır fiziki işlə məşğul olan adamlar 3-7 gün ac qala bilər. Ağır
xroniki xəstələr isə tam sağalmaq üçün uzun müddətli aclığı
seçməlidir. Əks halda, belələri öz ağır və əzablı yükündən azad
ola bilməzlər.Uzun müddəti seçənlər müalicəni bu işdən başı
çıxan adamların nəzarəti altında aparmalıdır. Şelton kimi Qarten
də xəbərdarlıq edir ki, aclıq başa çatdıqdan sonra necə gəldi
qidalanmaq təhlükəlidir.Aclıq günlərinin sayı qədər dieta saxla-
maq, natural şirələrlə, meyvə püresi ilə, meyvələrin özü ilə və
tərəvəzlə qidalanmaq lazımdır.Aclıqla müalicə-bəşəriyət üçün
böyük bəlaya çevrilmiş köklüyü aradan qaldırdığı kimi, çox
arıqlığı da aradan qaldırır.Qanda qırmızı-kürəciklərin sayını
artırır, normadan yuxarı olan ağ kürəcikləri azaldır, gemoqlabini
düzəldir, qanı normal hala salır.
Deyilənlərə onu da əlavə edək ki, orqanizmin şlaklardan,
müxtəlif bakteriya və mikrob mənbələrindən təmizlənmə prosesi
bir neçə gün ardıcıl ac qaldıqda və yalnız limonlu suyu qurtum-
qurtum içdikdə daha da güclənir. Aclığın dördüncü günündən
sonra bir qədər tərəvəz, meyvə, yaxud salat yemək olar. Lakin
həmin günün axşamı yoğun bağırsağı mütləq əsaslı surətdə
təmizləmək lazımdır. Xatırladıram: 2-3 litr suya 1-2 xörək qaşığı
limon şirəsi və ya alma sirkəsi qatıb imalə etmək.
XƏSTƏLƏR ÜÇÜN DİETA
Təkcə ümidini hər yerdən üzmüş uzun illərin xəstələri
deyil, bir çox savadlı və vicdanlı həkimlər də bu qənaətə gəliblər
ki, dərmandan nicat yoxdur. Ona görə ki, dərman səbəbə qarşı
deyil, nəticəyə qarşı yönəldilib. Yə'ni: başın ağrıyır - bir həb at,
ağrı kəssin. Əslində ağrı kəsmir. Sadəcə, sən onu duyan mərkəzi
161
keyləşdirirsən, bu mərkəz ağrı duymaq qabiliyyətini müvəqqəti
itirir. Yaxud, dişin ağrıyır - çək qurtar. Böyrəyin sözünə baxmır -
kəs,at.Bəs sonra?Böyrək kimi vacib bir orqanı nə əvəz edəcək?
Həm də dərman bir yeri «düzəldəndə»,yüz yeri zədələyir. Çünki
kimyəvi maddələrdən hazırlanan hər bir dərman-orqanizm tərə-
fındən həzm edilməyən və mənimsənilməyən zəhərdir.
Dərmansız ötüşməyin ən e'tibarlı və ucuz yolu hərəkət və
dietadır. Burada Peyqəmbərimiz Məhəmməd Əleyhissalamın
hələ 7-ci əsrdə söylədiyi dahiyanə kəlamını bir daha yada salmaq
yerinə düşər: “Bütün fəsadların yuvası mədədir, bütün dərdlərin
çarəsi pəhrizdir”. Pəhriz saxlayarkən bir həqiqəti yaddan
çıxarmayın: insan üçün ən dəyərli qida-Ana Təbiətin
hazırladığı qidadır, ən yaxşı süfrə - Ana Təbiətin açdığı
süfrədir. Bundan yaxşısını tapmaq cəhdi əbəsdir. Meyvə və
tərəvəzi, şülulu, tumları, zoğları, yarpaqları, çiçəkləri çiy şəkildə
yeməklə bərabər, 2-3 litr çiy su için, təmiz havada mümkün
qədər çox gəzin, çox bürünməyin, imkan verin bədənə hava
dəysin. Qüdrətli Günəşlə mehri-ülfət bağlayın, kontrast hava və
su vannaları qəbul edin. Buna imkanınız yoxdursa, heç olmasa,
bədəninizi səhər-axşam nəm dəsmalla silin.
Tədqiqatlar göstərib ki, bəzi maddələr orqanizmə daxil
olan zərərli və təhlükəli radionuklidlərin əl-qolunu bağlayır,
onların qana keçməsinə, bədəni zəhərləməsinə yol vermir, sonra
da onları orqanizmdən kənarlaşdırır. Bunlar pektinlərdir. Pek-
tinlərin hansı qidalarda cəmləşdiyini bilməyiniz çox vacibdir:
alma, gavalı, tərəvəzin bütiün növləri, şülullar (yabanı
meyvələr). Onu da yadda saxlayın ki, pektinlər uşağa daha çox
lazımdır. Odur ki, təzə meyvəni, şülulu, tərəvəzi, turpun və
çuğundurun yaşıl gövdələrini və yarpaqlarını özünüz və
övladlarınız üçün əsas qida hesab edin.
Orqanizmin təmizlənməsini sür'ətləndirmək üçün kalium
duzu gərəkdir.Onu hansı qidalarda axtarmaq lazımdır? Cəfəridə,
çiy(yaxud odda bişirilmiş) kartofda,üzümdə,kökdə, çuğundur-
da,ərikdə,cücərmiş buğdada,kələmdə, xiyarda, turpda, pomidor-
da,ərik qurusunda,kişmişdə,tut qurusunda,qara gavalı quru-
sunda,sarımsaqda,qara
qarağatda,çovdar
çörəyində,vələmir
162
yarmasında, mərcidə. Təbii ki, bütün bunlar hamısı (çörəkdən
başqa) çiy şəkildə qəbul edildikdə - bizə üzvi kalium duzu verir.
Bu duzun sutkalıq dozası 2-3 q olduğu üçün onu toplamaq çətin
deyil.
Bədənə kalsium duzu da gərəkdir. Orqanizmdə kalsium
qıtlığı yarananda, o başlayır qanı, əsəb hüceyrələrini və sümük
toxumlarını stronsiya adlı çox zərərli bir materialdan düzəlt-
məyə. Bu halda adamm sümükləri qeyri-normal vəziyyətə düşür.
Stronsiyanın molekulları kalsiumun molekullarından qat-qat iri
olduğu üçün orqanizmdə kalsium çatmadıqda, bədən onun
əvəzinə həmin stronsiya adlı «tikinti materialı» ndan istifadə
etməli olur, qanın və əsəblərin hüccyrələrini kalsiumla tə'min
etməkdən ötrü iri oynaqlardan kalsium götürür və onları
stronsiya ilə təzələyir. Buna yol vermək olmaz. Bəs nə etməli?
Yeganə düzgün yol- yuxarıda adları çəkilən meyvələri və
tərəvəzləri, özü də qabıqlı və tumları ilə bərabər yeməkdir.
Bədənə yod, mis, kobalt, maqnezium və digər mikro-
elementlərin daxil olması çox vacibdir. Onları qara ciyərdə,
paxlalı bitkilərdə, yumurtada, dəniz ne'mətlərində (balıq, dəniz
kələmi və s.) axtarın. Yadda saxlayın: uşaqlara sutkada 300-400
qram çiy tərəvəz yedirtmək, yaxud beş cür təzə hazırlanmış
şirəni (40 q kök, 40 q kələm, 40 q xiyar və s.) içirtmək, 150-
500q. meyvə, 100-250 ml. şirəni meyvə horrası ilə qarışdırıb
vermək məsləhətdir. Bundan əlavə 500 ml. qatıq və qatıq
məhsulları, 40-50q. kəsmik (yaxud 10-15 q. bərk pendir), 100 q.
ət məmulatı, 30-60q yarma, 1 yumurta, 90-200q qara çörək
versəniz, övladlarınızın sağlamlığını tə'min etmiş olarsınız. Bu
şərtlə ki, meyvə və tərəvəzi çiy qəbul etsinlər, qatıq və qatıq
məhsulları isə 24 saat ərzində hazırlanmış olsun.
Kartof haqqında. Ən yaxşı vitamin çiy kartof şirəsi
içməkdir. Ya da onu odda bişirib qabıqlı-qabıqlı yeyin. Əgər
könlünüz küftə-bozbaş istəyirsə, kartofsuz ötüşə bilmirsi-nizsə,
onda kartofu 3-4 saat duzlu suda saxlayın. Bu halda zərərli
radionuklidlərin miqdarı 40 faiz azalacaq. Həm kartofu, həm də
çuğunduru, vineqred hazırlamaq istəyəndə, yaxud duru xörəyə
tökəndə, mütləq 5-10 dəqiqə ayrı suda qaynadın və suyu atın.
163
Göbələk yeməsəniz-bir şey itirməzsiniz. Çünki göbə-ləklər
radionuklidlərlə daha çox zəngindir.İşdir,nəfsinizi saxlaya
bilməsəniz,onda göboləyi 2 dəfə(hərəsində 10 dəqiqə) qaynadın,
suyunu atın.
Qoz-fındıq ailəsi və tumlar barədə. Qoz-fındıq ailəsi
(badam, püstə və s.) ən zəngin və ən faydalı zülal bitki yağı, E
vitamıni
və B qrupu vitaminləri ilə diqqəti çəkir. Qozlar qəbzliyə
meyilli adamlar üçün daha çox faydalıdır. Amma həddi aşmaq
olmaz: çox yemək ziyandı.
Qozdan hazırlanan «süd» böyrəklərin yaxşı işləməsinə
kömək edir. Bu qida böyük zəhmət və xərc tələb etmir: 50 q qoz,
yaxud fındıq ləpəsini həvəngdəstədə döymək, qatıqla (yaxud
ayranla, kefirlə) qarışdırmaq, üstünə bir çay qaşığı bal əlavə
etmək. Belə süddə orqanizm üçün çox gərəkli olan kalsium,
kalium və fosfor vardır. Özü də çox rahat həzmə gedir.
Bal haqqında.Ağlı başında olan hər kəs siqaretə, arağa,
ətə,yağa,şirniyyata,qəndə, şəkər tozuna, çaya, çörəyə, kolbasaya,
makarona və s. xərclədiyi pulun hamısını verər qoz - fındığa,
badama, meyvəyə, tərəvəzə, göyərtiyə, əlbəttə, dünyanın ən
zəngin qidası olan şəfalı bala.
Gözəl həzmolma və həzmetmə qabliyyətinə malik olan bal
vitaminlərlə, hormonlarla, fermentlərlə, efir yağı ilə, üzvi
turşularla, mineral maddələrlə və antibiotiklərlə zəngindir. Fikir
verirsinizmi: şüursuz arı təkcə bir qida növündən – nektardan
istifadə edərək, özü üçün necə zəngin «xörək» hazırlayır? Bal-
bütöv bir əczaxanadır! Bütöv bir klinikadır! Bu «klinikada»
təkcə bir «dərmanla» mə'də yarasını, qara ciyər xəstəliklərini,
böyrəkləri, hipertoniyanı, hipotoniyanı və s. müalicə etmək olur.
Bir ay hər dəfə yeməkdən sonra 1 çay qaşığı bal yeyən II və III
dərəcəli ürək-damar xəstəliyi olan adamın halı xeyli yaxşılaşar.
Bal gemoqlabinə gözəl tə'sir göstərir, qanın tərkibini
yaxşılaşdırır. Balı digər faydalı qidalarla birlikdə qəbul edərkən
onun səmərəsi daha da artır. Məsələn, balla soğanın qarışığı
öskürəyin qarşısını yaxşı alır, xəstəliklərə qarşı immuniteti
gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, qan damarlarını
təmizləyir. Belə gözəl dərmanı hazırlamaq üçün bir baş soğanı
maşında çəkib horraya döndərmək və üstünə hər kəsin zövqünə
164
uyğun miqdarda bal tökmək lazımdır. Bu şirəni gündə 3 dəfə bir
çay qaşı ilə içmək olar. Əhvalmız dərhal yaxşılaşacaq.
Portağal, yaxud limonla qatışan balın isə öz tə'yinatı var.
Bu sadə dərman vitaminlər kompleksi ilə zəngin olduğu üçün
maddələr mübadiləsini yaxşılaşdırır. Hazırlamaq üsulu belədir:
bir portoğalı və yaxud limonu qabığı ilə bərabər maşından
keçirib, horraya döndərmək və üstünə bal tökmək (hər kəsin
zövqüno uyğun), 12 saat saxlamaq. Gündə 3 çay qaşığı içmək.
Bəli, bal təkcə şirin və dadlı qida deyil, böyük loğmandır,
şəfa mənbəyidir. Min dəfə, milyon dəfə təəssüflənirik ki, gözəl
Təbiəti, arıçılığın inkişaf etdirilməsi üçün əlverişli şəraiti olan
Azərbaycanda təmiz bal tapmaq, həm də münasib qiymətə
tapmaq - müşkül məsələdir. Halbuki bal yüzlərlə dərmanı əvəz
etməyə qabirdir!
Bəs süd haqqında nəyi bilmək vacibdir? Birmənalı
deyirəm: süd içməyin! Yaxşısı budur qatıq çalın,çünki qatıq
məhsulları qara ciyərin fəaliyyətini yaxşılaşdırır,orqanizmin
müqavimətini artırır, onu infeksiyalı xəstəliklərə qarşı davamlı
edir. Qatıqda və qatıq məhsullarında orqanizm üçün lazım olan
bütün amin turşuları mövcuddur. Qatıq məhsullarından ürək,
böyrək və əsəb xəstəliklərini sağaltmaq üçün istifadə edirlər.
Onların tərkibində kalsium duzu, dəmir, mis, kobalt vardır.
Digər birləşmələrə nisbətən tez həzm olunur və qana tez sorulur.
Qatıq məhsulları həm də ona görə qiymətlidir ki, mə'də-bağırsaq
traktında potogen mikroorqanizmlərin inkişafına mane olur.
Kəsmiyi hökmən bitki qidaları və qoz-fındıqla bir vaxtda
yemək faydalıdır: 2 xörək qaşığı kəsmiyə 1 çay qaşığı bitki yagı,
yaxud 1-2 qaşıq qoz-fındıq ləpəsi qatmaq və tərəvəz salatı ilə
birlikdə yemək çox faydalıdır. Amma bir şərtlə: kəsmik də, digər
qatıq məhsulları da köhnə olmasın. Xatırladıram: qatıq
məhsulları və qatığın özü 24 saatdan sonra öz keyfıyyətini itirir.
Dostları ilə paylaş: |