DİETANIN YENİ MƏRHƏLƏSİ
Artıq siz dietanın hazırlıq mərhələsini keçmisiniz və
psixologiyanızda müəyyən dəyişiklik baş verib. İndi siz
dünənəcən ən dəyərli qida növü saydığınız ətə, yağa, duza
165
şirniyyata, çörəyə və s. daha əvvəlki kimi səcdə etmirsiniz.
Bilirsiniz ki, bunların heç biri cansağlığına xidmət etmir,adamı
gümrah saxlamır,ona enerji vermir.Amma bir çox ağır xəstəlik-
lərin yaranması məhz bu qidalarla sıx bağlıdır.Qətiyyətli olun,
dietanın yeni və həlledici mərhələsinə tərəddüdsüz keçin. İlk
günlər daima aclıq hissi keçirəcəksiniz, hətta, başınız gicəllənə
bilər, müəyyən zəyifiik hiss edəcəksiniz. Qorxmayın və geri
çəkilməyin! İrəli, ancaq irəli-sağlamlığa doğru, xəstəliklər
üzərində tam qələbəyə qədər irəli! Dəqiq bilin ki, 2-3 həftə
ərzində düzgün qidalansanız, əvvəlki qüsurlardan çox asanlıqla
yaxa qurtaracaqsınız, dietanın şəfaverici qüdrətini hiss
edəcəksiniz. Amma unutmayın: hələ sağlam deyilsiniz, hələ ilk
addımı atıbsınız.
Arıqlamaqdan, zahiri görkəminizin pisləşməsindən, dost-
tanışın «niyə bu günə qalmısan» deməsindon utanmayın, dözün,
müvəqqəti haldır. Bilin: bədəninizdə təzələnmə prosesi başlayıb,
12-14 ay ərzində bütün hüceyrələrinizin yeniləşməsi (regene-
rasiya) baş verəcək. Canımızdakı bütün xəstəliklər, qorxaq tula
kimi, dabanına tüpürüb qaçacaq, özünə rahat, isti yuvanı
başqalarının-qarınquluların, tənbəllərin və acizlərin cismində
axtaracaq. Çünki onlar üçün nə bağırsaqda, nə də qanda qida
“anbarı” qalmayıb.Mənə inanın: bu,baş verəndə özünüz özünüzü
tanımayacaqsınız,özünüz özünüzə heyran qalacaqsınız. O zaman
dahi Nişiyə rəhmət oxumağı və sağlam həyat tərzini
Azərbaycanda qızğın təbliğ edən bu bəndənizə “sağ ol”
deməyi unutmayın.
İndi isə icazə verin sizi daha bir dəyərli alimlə, ötəri də
olsa, tanış edim.Görkəmli İsveçrə alimi professor Birher-Benner
özünün çox qiymətli dieta sistemini yarım əsr tədqiqat
apardıqdan sonra yaratmışdır. Onu diqqətinizə təqdim edirəm.
4 gün dalbadal çiy tərəvəz, meyvə, şülul, göy-göyərti,
meyvə qurusu (axşamdan isladın, suyunu da için), qoz-fındıq
(püstə, badam, şabalıd), tumlar, yarpaq dəmləmələri, yaşıl çay,
bal, bitki yağı (1-2 çay qaşığı), kartof şirəsi qəbul edin (vacib
deyil ki, bunların hamısını bir gündə yeyəsiniz). Bişmiş xörək
yeməyin! Dözə bilməyənlər 100 qram qurudulmuş çovdar çörəyi
yesin. Bu dörd gündə dilinizə ət, balıq, yumurta, kolbasa, ağ
166
çörək, xəmir xörokləri, şorba, ət suyu (bulyon), şokolad, halva,
şirniyyat, konfet, spirtli içkilər və bu qəbildən olan digər qidaları
vurmayın, papiros çəkməyin.
5-ci gün - eyni şeylər. Bir parça gündə qurudulmuş qara
çörək («suxarı») əlavə etmək.
6-cı gün - həmin şeylər. Günorta 2-3 dənə suda bişmiş
kartof (duzsuz) əlavə etmək. “Püre” kimi də yemək olar.
7-ci gün - eynən. Əlavə 2 «suxarı» və 0,5 litr qatıq.
8-ci gün – eynən. Əlavə - 1 yumurta sarısını çiy içmək.
9-cu gün - həmin şeylər.
10-cu gün - həmin şeylər. Əlavə - 1 çay qaşığı kərə yağı
və 2 xörək qaşığı kəsmik (1 çay qaşığı bitki yağı ilə
qarışdırmaq). Bu menyunu 4 gün davam etdirmək.
15-ci gündə 100 q soyutma ət (həftədə 2 dəfədən çox
olmasın) yemək olar.
Həftədə 2 dəfə 1-ci günün rejimini təkrar etmək.
Damarları təmizləmək üçün limonla sarımsağm qarışığını
içmək faydalıdır. Bir limonu qabığı ilə birlikdə ət maşınından
keçirmək və 1 baş sarımsağı horra halına salıb, ikisini də şüşə
qaba tökmək, 60 ml su əlavə etmək, 3-4 gün saxlamaq, süzmək,
hər gün ac qarnına 50 ml qəbul etmək. Bunun üçün 4 kq limon
tələb olunur. Bu içki damarları təmizləməklə yanaşı, immuniteti
də gücləndirir, üstəlik-orqanizmi çox qiymətli A, B, S
vitaminləri ilə təchiz edir.
Hər dieta bir konkret məqsədə xidmət etməlidir. Məsələn,
«qurucu dieta» - fiziki inkişaf üçündür. O, boy atan uşaqlara,
hamilə qadınlara və sağalmaqda olan xəstələrə daha çox
gərəkdir. Bu dieta zülalların, karbohidratların, mineralların,
vitaminlərin zəngin olmasını tələb edir. «Köməkçi dieta» -
minerallarla, vitaminlərlə və karbohidrat-larla zəngin olmahdır.
Lakin zülalsızdır. Yaşlılara gərəkdir. «Müalicəvi dieta» (yaxud
təmizləyici dieta) minerallarla və vitaminlərlə zəngindir, lakin
nişastadan, şəkərdən və yağlardan məhrumdur. Xroniki
xəstəliklərin müalicəsində əvəzsizdir.
Agah olun: xəstəni çox qüvvətli yeməklər yeməyə
məcbur edən «xeyirxahlar» onun son gününü yaxınlaşdırır.
Xəstəyə «güclü» qida yox, aclıq lazımdır. Naturopat alimlər tam
167
əmindir: xəstəliklərin sağalması üçün aclıq qədər heç nə belə tez
və gözəl səmərə verə bilməz. Naturopat alimlərin fikirini
dəstəkliyərək, tam qətiyyətlə deyirəm ki, aclıqla müalicə-
səmərəli metoddur. Lakin Nişi Sistemini əvəz etməyə qadir
deyil. O, Nişi sistemi ilə birləşdikdə möcüzə yaratmağa qadir
olur.
BİZ TƏBİƏTİN BİR PARÇASIYIQ
Bizi yaşadan Təbiətdə hər şey vahid ritmə tabedir. Təbiətin
ayrılmaz tərkib hissəsi və bioenergetik sistem olan İnsan da
həmin bioritmə və fizioloji sikllərə (dövrlərə) tabedir. Sosioloji
sistemin bu qüvvələrə heç bir tə'siri ola bilməz. İnsan bunu
birdəfəlik dərk etməli və Təbiətlə öz münasibətini bu baxımdan
qurmalıdır. Bütün canlıların varlığını tə'min edən təbii bioritmin
ziddinə edilən hər bir hərəkət – disbalansa (balansın
pozulmasına) və canlı orqanizmin sistemlərində harmoniyanın
pozulmasına gətirib çıxarır. Bu da, son nəticədə, daha ciddi
pozğuntulara, ağır xəstəliklərə və ömrün gödəlməsinə səbəb olur.
Yadda saxlayın: hər 4 saatdan bir dəyişən ritmdə mövcud
olan bir neçə təbii qüvvə sutka boyunca insana ciddi təsir
göstərir. Həmin tə'sirləri aşağıdakı qaydada təsnifləşdirmək olar.
Saat 06-l0.İnsan zəyifləyib, ağırlaşıb, tənbəlləşib. Saat 6-
da yuxudan duranda adam əzgin olur.
Saat 10-14. Yüksək fiziki fəallıq dövrüdür. Maddələr
mübadiləsinin, enerjinin, həzmolmanın yüksələn vaxtıdır.
Onların (ələlxüsus iştahın) ən yüksək zirvəsi günortaya düşür.
Saat 14-18. Sinirin, xüsusilə zehni sinirin ən fəal çağıdır.
Saat 18-22. Bu vaxt adam zəyifləmiş olur, tənbəlləşir,
ləng hərəkət edir, gün batandan sonra isə istirahət etmək istəyir,
xəstə adamlarda ağrı-acı güclənir. Bu hissənin sonu yuxuya
hazırlıq üçün əlverişli vaxtdır.
Saat 22-02. Dərin yuxu dövrüdür. Axşam qəbul etdiyiniz
qida bu vaxt həzmə gedir, toxumalar bərpa olunur.
Saat 02-06. Dayaz, tez-tez dəyişən yuxu dövrüdür. Əsəb
sistemi fəal işləyir. 06-da oyanan adam gimnastika etdikdən və
168
yuyunduqdan sonra özünü bütün gün ərzində çox gümrah hiss
edir, yüksək əhval-ruhiyyəyə malik olur.
Bütün bunları nəzərə alaraq, həyatınız üçün çox faydalı
olan aşağıdakı mütərəqqi rejimi seçməyi məsləhət görürük.
Səhər. Yataqdan durmaq: saat 5-6. Zəngli saatsız durmağa
vərdiş edin.Tualet.Ağzınızı,dişlərinizi təmizləyin,boğazınızı qar-
qar edin, mə'dəni stimullaşdırmaq məqsədilə 1 stəkan çiy suyu
ilıq şəkildə qurtum-qurtum için.Sonra Nişi Sisteminin 4
qaydasına(3-6 qaydalar) əməl edin.Bu Təmrinləri yerinə
yetirəndon sonra kontrast hava və su vannaları qəbul edin. Buna
imkanı olmayanlar bədənlərini soyuq su ilə silsinlər.
Səhər yeməyindən tam imtina edə bilmirsinizsə, çox
yüngül yeyin, unutmayın ki, axşam yedikləriniz hələ tam həzmə
getməyib, məhz bundan sonra gedəcək. Odur ki, itburnu, moruq,
qara qarağat yarpağından,qaragilə və yemşəndən dəmlənmiş çay
içməklə kifayətlənin,belə çaya bir çay qaşığı bal və o qədər də
alma sirkəsi qata bilərsiniz. Yarım saatlıq gəzinti- insana hava və
su kimi lazımdır.
İş (yaxud təhsil). Saat 12-l3-dək əmək fəaliyyəti. 12-13
(yaxud 13-14) nahar fasiləsi. İlk dəfə doyunca yemək. Yeyəndən
sonra 15-20 dəqiqə təmiz havada gəzmək çox faydalıdır.
Mümkün olmasa, bir rahat guşəyə çəkilib, sakitcə oturun. İşin
(təhsilin) davamı. Tez-tez çiy su içməyi unutmayın. İşdən sonra
yarım saat piyada gəzin.
Axşam.Evə çatan kimi döşəmənin üstünə uzanıb, bir
neçə saniyə əzələlərinizi yumuşaldın. Sonra Nişi Sisteminin
təmrinlərini yerinə yetirməyə başlayın. Kontrast hava və su
vannaları qəbul edin.
Şam yeməyi. Saat-18-19 (yaxud 19-20). Qida çox ağır
olmasın, fermentsiz qidalardan istifadə edin. Yatmazdan əvvəl
yarım saat təmiz havada sakitcə gəzişin.
Yuxu vaxtı: 21-22 (uzaq başı- 22-23).
Bu rejimə riayət edən hər kəs təbii ritm ilə həmahəng
yaşayır və Ana Təbiətlə münaqişəyə girmir,Təbiət də onu
cəzalandırmır, belə adam həmişə sağlam, gümrah, iradəli, şən,
xoşrəftar və ədalətli olur, baş verən təbii və ictimai hadisələrin
əsirinə çevrilmir. Biz dərk etməliyik:insan öz orqanizmini
169
fizioloji qanunlardan başqa heç bir qanuna tabe etdirə
bilməz! Etdirsə, hökmən altını çəkəcək - xəstələnəcək.
Beləliklə də qarşımızda iki yol var: ya bu qanunlara dəqiq
əməl edərək uzun illər sağlam, gümrah və bəxtiyar yaşamaq, ya
da “kef çəkə-çəkə” dəhşətli xəstəliklərin burulğanına atılmaq,
onların əlində girinc olmaq, Tanrının verdiyi ömrün onda birini,
özü də zillət içində sürünə-sürünə yaşamaq. Üçüncü yol yoxdur.
Axtarmayın!
Biz, təəssüflər olsun ki, çox vaxt ikinci yolu tuturuq.
Faydasız adətləri, zərərli vərdişləri, bə'zən insana zidd olan sosial
normaları can-başla yerinə yetiririk. Çox vaxt tamam unuduruq
ki, insan yaşamaq üçün işləyir,işləmək üçün yaşamır.Digər
tərəfdən də şənbazlığın, lovğalığın, əşyabazlığın, modabazlığın,
arvadbazlığın, kişibazlığın diqtəsi altında özümüzə qəsd edirik.
Müdriklər deyib ki, hər bir sosial qanun, adət-ən'ənə yalnız
o vaxt yaşamaq hüququ qazana bilər ki, o, Təbiətin Qanunları
əsasında formalaşsın. Əks halda, Təbiət cəmiyyətdən və onun
ayrı-ayrı üzvlərindən intiqam alır. Məhz buna görə də biz Təbiət
Qanunları üzərində qurulmuş Nişi Sistemini hər birimizin həyat
normasına çevirmək zərurəti qarşısında qalmışıq.
NƏDƏN BAŞLAMALI?
Bir müdrik kəlam var, deyirlər, üzməyi öyrənməyin ən
yaxşı yolu-üzməkdir.Başqa bir müdrik deyim də var: yolu-
yeriyən qət edər. Bu iki kəlamı Nişinin Sağlamlıq Sisteminə
tətbiq etsək, deməliyik: onu öyrənməyin ən yaxşı yolu -dərhal
təmrinləri başlamaqdır. Şəxsən mən kitabı oxuyan kimi, ona
baxa-baxa təmrinləri yerinə yetirməyə başladım. Bundan öncə
çarpayını və yastığı dəyişdirdim. Yoluma bir sıra çətinliklər
çıxdı. Xatırladıram ki, 60 illik ağır həyat və 30 ilin xəstəliyi öz
işini görmüşdü: dizlərim bükülmürdü, qıçlarımı gen aça
bilmirdim, oynaqlarım ağrıyırdı. Ən çətini isə psixoloji səddi
aşmaq idi: axı mən düz 60 il tamam başqa cür yaşamışdım, yəni
səhv yolla getmişdim. İlk vaxtlar sizin də yolunuza bəzi
maneələr çıxa bilər. Onları dəf etməyə qadirsiniz. Tutduğunuz
yoldan geri dönməyin!
170
Siftə vaxtlar proqramı qismən yerinə yetirin,orqanizmi çox
yükləməyin, cisminizi,şüurunuzu, həyat tərzinizi Sağlamlıq
Sisteminə tədricən uyğunlaşdırın. Sonra proqramı tam şəkildə və
dəqiq yerinə yetirin. «Vaxtım yoxdur» kəlməsini dilinizə
gətirməyin. Poliklinikalarda, əcza-xanalarda, stasionarlarda, tanış
həkimlərin yanında, türkə-çarələrin evində və s. yerlərdə
itirdiyiniz vaxtın kiçik bir qismini Nişi Sisteminə sərf etsəniz,
boş vaxtınız daha çox olacaq, çünki siz sağlam,gümrah,iradəli və
nikbin olacaqsınız,iş qablyyətiniz birə beş artacaq. Dərmana,
həkimlərə, fırıldaqçı «şəfa verənlər»ə xərclədiyiniz pul cibinizdə
qalacaq. Onu cisminizə Günəş enerjisi, vitamin və digər faydalı
elementləri daşıyan meyvvə-tərəvəzə xərcləyin.
Bir vacib məsələni də yadda möhkəm saxlayın: digər
müalicələr və sistemlər müvəqqəti kömək edir, professor Nişi isə
sağlamlığın metodologiyasını yaradıb.Nişi sistemi sağlamlıq
haqqında bütöv bir elmdir. Çox demirəm, ikicə həftə Nişi
Sistemi ilə yaşasanız, onun bəxş etdiyi dincliyi, rahatlığı,
gümrahlığı hiss etsəniz, sizi bu sistemdən heç tankla da qopara
bilməzlər. Buna əmin ola bilərsiniz.
SƏKKİZİNCİ FƏSİL
TƏMİZLƏNMƏ
Yoğun bağırsağın təmizlənməsi
Tükənmək bilməyən qayğıların, əndişələrin, ziyafətlərin,
ad günlərinin,bəzilərinin həyat normasına çevrilmiş eyş-işrətin
əlindən macal tapıb,öz keçmişinizi göz qabağına gətirsəniz,bir
şeyin şahidi olacaqsınız:bir qisminiz qabağına nə çıxdı yeyib,o
biri qisminiz isə xörəklərin ən dadlısını nuş edib. Bəzən iştahınız
çəkmiyəndə də basıb yemisiniz: gödən doyub, göz doymayıb.
«Saman sənin deyil, samanlıq da sənin deyil» iradını ya qulaq
ardına vurubsunuz,ya da «qoy, keçinin ölümü palıddan olsun»
misalı ilə (inanmıram ki,belə misal başqa millətlərin folklorunda
da tapılsın!) cavab vermib “mərəyi” ağzınacan doldurubsunuz.
171
Əmin olmusunuz ki, qanlı kababla araq vurmaq, kef çəkmək ən
böyük səadətdir.Nadanlığın və cahilliyin embleması olan “kef
çəkmək” fəlsəfəsi ilə yaşayan hər kəs kef çəkmir,ömrü boyu
əzab çəkir,oturduğu ağaca mütəmadi olaraq balta vurur.
Əzablarla dolu həyatımıza “ağ ölüm” adlandırılan narkotik
maddələrlə yanaşı,”dərman narkomaniyası”, “papiros narkoma-
niyası”,“şirniyyat närkoma- niyası”, “içki narkomaniyası”, “duz
narkomaniyası”,“çörək narkomaniyası”, “ət narkomaniyası”,”çay
narkomaniyası” da soxulub.Bunların hər biri təklikdə, narkotik
maddələr qədər dəhşətli bəladır.Hamısı bir yerdə isə on qat,yüz
qat artıq bəladır!
Gündə neçə dəfə qida qəbul etmək faydalıdır? Nişi yemək
məsələsində bir müdrik kəlamı həmişə rəhbər tutub. Deyirlər:
yoqlar 1 dəfə yeyirlər, qurmanlar (ləziz yemək pərəstişkarları)-
2 dəfə, xəstəlikpərəstlər-3 dəfə. Nişi belə hesab edirdi ki, dəb
dalınca qaçmaq,təqlidçilik, aludəçilik, şənbazlıq bütün sahələrdə
zərərlidir.Amma modabazlıq qidalanma prosesinə soxulanda əsl
fəlakət baş verir, çünki paltar modası dalınca qaçan adam təkcə
pulunu itirirsə, qidalanmada modabazlıq edən adam Ana
Təbiətin bəxş etdiyi ən əziz neməti-sağlamlığını itirir.İnsan,
cansağlığı ilə bərabər,gülmək, sevinmək və sevindir- mək,
xeyirə-şərə yaramaq, sevib-sevilmək, fəal vətəndaş olmaq,
xalqın, planetimizin dərdinə qalmaq kimİ yüksək keyfiyyətlərini
də itirir. Bu itkinin miqyasını və dəhşətini yalnız mənim kimi
uzun illərin xəstəsi olmuş adamlar dərindən dərk edə bilir.
Qadınlar və qız-gəlin qida modabazlığı bəlasına çox tez
mübtəla olurlar, bunun acı nəticə verəcəyini əsla dərk etmirlər.
Çünki onlara nə orta məktəbdə, nə ali məktəbdə, nə də ailədə
qidalanma ilə bağlı dərs keçiblər. Düzgün qidalanma qaydalarını
onlara öyrədən olmayıb. Onlar,sağlam qidanı,pulgir televiziya
kanallarının köməyi ilə, sıxışdırıb aradan çıxardan, heç bir haqqı
olmadan, süfrədə onun yerini tutan və insanları min bir dərdə
mübtəla edən qida modabazlığının eybəcərliyini və zərərini
görüb, qiymət verə bilmirlər. Ona görə də uzun illər qidalanma
problemləri ilə məşğul olan Breqq, Şelton, Birher-Benner,
172
Uoker, Çarviz, Qlass, Ozavı, Çuprin, Semyonova və s. kimi
vicdanlı təbiblərin qopardığı fəryad, göndərdikləri SOS asılıb
havada qalıb (ələlxüsus da «Sovet səhiyyə sistemi - ən qabaqcıl
sistemdir» şüarının hökm sürdüyü keçmiş SSRİ məkanında).
Nəticədə biri-digərindən ağır, biri-digərindən əzablı xəstə
-liklərə düçar olur. Bu işdə gündə bir təzə yemək növü «icad»
edən, süfrənin faydasından daha çox gözqamaşdırıcı zahiri
effekti, yaraşığı barədə düşünən, süfrəni son dəbə uyğun
bəzəməyə çalışan şənbaz xanımların «xidmətləri» böyükdür.
Onlar ərlərinə, istəkli balalarına, əziz qonaqlarına yaxşılıq etmək
istərkən, özləri bilmədən, onlara böyük pislik etmiş olurlar. Hər
gün yeni bir xörək resepti, şirniyyat növü, qidanın zərərli növləri
ilə onsuz da çox zəngin olan həyatımıza məhz onların «böyük
qayğısı» sayəsində daxil olur.Sözdə “xalqının xoşbəxtliyi üçün
çalışan”, əməldə isə millətə çox böyük məharət və xüsusi
canfəşanlıqla qarınqululuq dərsi keçən, xalq kütləsinin onsuz da
həddən ziyada aşağı olan qidalanma mədəniyyətini qaldırmaq
əvəzinə, qat-qat aşağı salan “vətənpərvər” teleşirkətlərin qazanc
naminə apardıqları geniş miqyaslı kampaniyaları ayrıca qeyd
etmək istərdim!..”Ölü” qidaları bütün sutka ərzində, böyük
həvəslə və xüsusi ustalıqla təbliğ edən teleşirkətlər, qarınqulu,
acgöz millətimizi hərifləyib, öz çürük mallarını camaata sırıyan
vicdansız işbazlarla cinayət əlaqəsinə girib. Buna başqa ad
vermək olmaz. Qarınqulu kütlə, “qeyrətli” jurnalistlərin köməyi
ilə, gündə bir zəhərli menyu tərtib edir, öz cismini və ruhunu
zəhərləyir, ailə büdcəsinə ciddi zərbə vurmuş olur. Beləliklə də
millətimizin həyatına daha bir «sağalmayan» xəstəlik soxulur və
biz min bir əziyyətlə qazandığımız pulu dava-dərmana
xərcləyirik. Özü də nə dələduz işbazlar, nə də teleşirkətin çoxlu
pul qazanan başbilənləri dərmana pul xərcləmək prosesindən
kənarda qala bilir. Şüurlu İnsanın bu hərəkətinə nadanlıqdan
başqa nə ad verəsən?
Bəli, qarnımızı “ölü” qidaların köməyi ilə toksik
materialların cəmləşdiyi «zəhər anbarına» özümüz çevirmişik.
Bu “anbarı” pinti şəhərlərdəki zibilxanalarla müqayisə etmək
çox yerinə düşər. Gözünüzün qabağına gətirin: səfil itlər,
pişiklər, siçovullar, siçanlar, müxtəlif həşəratlar hamısı pinti
173
zibilxanaya cumur-yem axtarır. Bədəndəki çoxsaylı mikroblar və
bakteriyalar da bağırsaqda yığılıb qalan zərərli kütlənin üstünə o
cür cumurlar. Burada özləri üçün kifayət qədər yem tapa bilirlər,
çünki qidalanma qaydalarını pozan hər insan öz bədənində 8
kiloqramdan 25 kiloqramadək “şlak” gəzdirir. Bu zərərli
maddələr bizim “zibilxanamıza” necə yığışır?
Çoxumuz bilmirik ki, müxtəlif qida növü müxtəlif də
mə'də şirəsi tələb edir. Bilmirik ki, bir neçə xörəyi eyni vaxtda
yeyərkən-həzmolma pozulur, həzm olunmayan qida bağırsağa
tökülür, parçalanır və çürüyür. Qarındakı eybəcər qurultular,
qəbzlik,ishal,köp bunun ilk əlamətləridir. Sezilən əlamətlərdir.
Gözə görünməyən əlamətlər odur ki, qanımız zəhərlənir,
zəhərli qan bütün bədənə yayılaraq, hüceyrələri qidalandırır və
zəhərləyir.Hüceyrələr məhv olur və biz xəstələnirik. Bağır-
saqda yığılıb qalan qazlardan, konserogenlərdən, şlaklardan,
çürüntülərdən əmələ gələn zəhərli qanla təzə sağlam hüceyrə
yaratmaq qeyri-mümkün olduğu üçün, zəhərlənib ölən
hüceyrələrin yerini doldura bilmirik. Orqanizm xəstələnir və
insan tez qocalır,tez də ölür. D-r Breqq “bizi öldürən qocalıq
deyil,bizi öldürən pis vərdişlərdir” deyəndə, birinci
növbədə,qidalanma qaydala-rının pozulmasını nəzərdə
tutmuşdur.
Daima üst-üstə yığışan zir-zibil bağırsağı ağır və hərə-
kətsiz bir çuvala döndərir. Qana şəfalı elementlər əvəzinə zəhər
ötürən bu “çuval”, üstəlik şişərək, digər daxili orqanları öz
ərazilərində sıxışdırıb kənara itələyir, normal işləməyə qoymur.
Normal
tənəffüsü
və ürəyin fəaliyyətini tə'min edən
diafraqmanın hərəkətini məhdudlaşdırır, tənəffüs prosesindən
uzaqlaşdırır,qara ciyər qanı təmizləyə bilmir. Ağ ciyərin də
hərəkəti məhdudlaşır, qara ciyər, böyrəklər öz yerlərini
dəyişirlər, nazik bağırsağın çevik hərəkət etmək imkanı azalır,
sidik-cinsi sistemində pozquntular baş verir(kişilərdə-adeno-
malar,qadınlarda-fibromalar əmələ gəlir).Düz bağırsağın aşağı
hissəsi bərk xəstələnir: sıxılmış venalar qan şəbəkələri şəkilində
qabarır. Bu cür hallardan yaxa qurtarmaq,üçün ilk növbədə,
«zibil anbarını» təmizləmək lazımdır. Bunun ən yaxşı yolu-imalə
174
və aclıqdır. Bu faydalı proseduranı aşağıdakı qaydada yerinə
yetirmək məsləhətdir.
Əvvəlcədən 2-3 litr qaynamış su hazırlayın. 2 litr suya 1-2
xörək qaşığı alma sirkəsi, yaxud limon şirəsi əlavə edin. Bir
çimdik limon turşusunu suda əritmək də olar. Bir baş sarımsağı
əzib, üstünə soyuq su tökün və qarışdırın, dördqat tənzifdən
süzün,indi ümumi suya tökə bilərsiniz.Xatırladırıq:turşu çürü-
mə törədən mikrobları məhv edir, sarımsaq - xəstəlik törədən
mikrobları.Hazır mayeni Esmarx parçına tökün. Rezin borunun
müştüyünü günəbaxan yağına salın. Təmizlənmənin ən yaxşı
vaxtı səhər 5-7-dir. İmaləni «qruşa» deyilən rezin torba ilə
etmək düzgün deyil.
Esmarx parçını elə asmaq lazımdır ki, müştüyü daxilə
yeridəndə rezin boru dartılmasın. Dizlərinizi yerə qoyub,
dirsəklərinizdən birini ona yaxınlaşdırın. Digər əlinizlə müştüyü
anus dəliyinə yeridin və saxlayın. Babasılı olan adam müştüyü
ehtiyatla yeritməlidir (müştüyü çıxartmaq da olar, onda su tez
axacaq). Müştük daxil olandan sonra çanağınızı qaldırın,
başınızı aşağı əyin və dərindən nəfəs alın, havanı içinizə bol-bol
çəkin, buraxanda az-az buraxın, özü də ağızdan. Qarnınızı 7 dəfə
içəri çəkin və dincəlin. Havanı nə qədər güclü çəksəniz, su bir o
qədər tez daxil olacaq. Su tam daxil olmadığı halda qarnınızda
güclü təzyiq hiss edirsinizsə və daha dözə bilmirsinizsə, borunun
krantını bağlayın (yaxud,onu “şpilka” ilə sıxın),müştüyü
çıxartmadan ayağa qalxın, qarnınızı altdan yuxarı sığayın,
bundan sonra əməliyyatı davam etdirin. Çalışm ki,su tam daxil
olsun.
Nəhayət,sü
tükəndi.Müştüyü anusdan çıxardın,
əvvəlcədən hazırlanmış tıxacı anus dəliyinə taxın, onu
dəliyin əzələləri ilə bərk-bərk sıxın, suyu 7 dəqiqə içinizdə
saxlamağa çalışın,qarnınızdakı narahatlığı aradan qaldırmaq
üçün onu sığayın, qarnı üstə uzanın. Ya da unitazın
yaxınlığında gəzişin. Çox güman ki, birinci dəfə suyu çox
saxlamaq sizin üçün çətin olacaq. Bu çətinliyi aradan
qaldırmaq üçiün müəyyən hazırhq işləri aparmaq olar:
imalədən öncə sün'i yollarla ayaq yoluna getmək həvəsi
oyatmaq lazımdır. Bunun üçün anus dəliyinə «beskodil»
175
şamı qoymaq (bala batırdıqdan sonra) olar. Babasıl
şamından da istifadə etmək mümkündür.
Vaxt darlıq edəndə imaləni təxirə salın. Tələsik
həyata keçirilən prosedura pis nəticə verə bilər: bağırsaqda
qalan su nəcisə hoparaq qana sorular və orqanizmə zərər
verər.
Proseduradan sonra mə'dənizdə boşluq, bədəninizdə
isə yüngüllük hiss etsəniz, demək, tədbir səmərəlidir. Hiss
etsəniz ki, «zibil anbarı» tam təmizlənməyib, onda
proseduranı bir neçə gün təkrar edin.
Xroniki qəbzlik vaxtı «böyük klizma»dan öncə qarına
yarım litr su yeritmək və dərhal tualetə getmək tələb olunur.
Bunu 2-3 dəfə etmək daha faydalıdır-yoğun bağırsaq ağır
yükdən azad olmahdır. Sonra yuxarıda deyilənlərə əməl edin.
Suyun hərarəti 37 dərəcə olmalıdır. Ürək patalogiyası və mədə
yarası olmayan adamlar imalə ilə yanaşı, 1-2 həftə ərzində bir diş
sarımsağı ac qarnına mümkün qədər çox çeynəyib udmalı, yaxud
sümürməlidir.Çeynəməyi, yaxud sormağı bacarmayanlar əzib
ağızlarında saxlasınlar.Sarımsaq mümkün qədər çox vaxt
kəsiyində tüpürcəyə qarışmalıdır.Onu qəbul etdikdən sonra
nahara başlamaq olar. Şam yeməyindən 2 saat sonra eyni qayda
ilə sarımsaq qəbul etmək faydalıdır. Bundan sonra dilinizə heç
nə vurmayın.
Dostları ilə paylaş: |