Ərşad Əzimzadə



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   ...   19   20   21   22   23   24   25   26   27

BƏS HƏKİMLƏR  NƏ  ETSİN? 
Demək  olmaz,birdən  bəşəriyyət,şeytanın  qıçını  sındırıb, 
Natural  Gigiyenanın  prinsiplərini  və  ecazkar  Nişi  Sistemini 
həyat norması kimi qəbul edər,sağlam həyat tərzi keçirər və azar-
bezarla  həmişəlik  vidalaşar,bəs  onda  nəhəng  tibb  ordusunun 
aqibəti necə olar, təbiblər çörəksiz qalmazmı? 
İnsanların pis vərdişlərdən heç cürə ayrılmaq istəmədik -
lərini  əsas  tutub,  tam  qətiyyətlə  deyə  bilərəm  ki,  tibb  işçilərini 
belə bir təhlükə gözləmir. İnsanların XXI əsrdə daha ağıllı,kamil 
olacağına,  haqq  yoluna  qayidacağına,  Ana  Təbiətə tapınacağına 
əsla əmin deyiləm. Təkcə bir fakta fikir verin: Natural Gigiyena 
kimi  çox  faydalı  bir  hərakat  150  ildə  yalnız  3-4  ölkəyə  yayıla 
bilib.Üstəlik,bu dəyərli hərəkat həmin ölkələrdə də sönməkdədir. 
Başı  pul  qazanmağa,var-dövlət  yığmağa,  müharibələrə  qarışan 
bəşəriyyət  irəli  getmək  əvəzinə  geri  gedir.Malın-Pulun  quluna 
çevrilmiş  İnsan  öz keçmişindən uzaqlaşdıqca, insan  qarınqulu- 
luğun,mail-pul  hərisliyinin,  şənbazlığın,  əşyabazlığın,moda- 
bazlığın  təsirinə  daha  çox  məruz  qalır:tənbəlləşir,laqeydlik  və 
biganəlik  onun  damarlarına  daha  çox  yeriyir,  “yaşamaq  üçün 
yeyənlərin”  sayı  azalır,“yemək  üçün  yaşayanların”  sayı 
kosmik  sürətlə  artır.Heç  gümanım  yoxdur  ki,  21-ci  yüzillik 
insanı Ana Təbiətə yaxınlaşdırsın.İnsanın Ana Təbiətdən astrono 
-mik  sürətlə  uzaqlaşması  simptomu  isə  üzdədir.Tamah 
ucundan,varlanmaq naminə sürətlə genişləndirilən bayağı elmlər 
və  biznes  insana  bolluca  süni  qidalar  bəxş  edərək,  onun 
sağlamlığını  amansızcasına  əlindən  alır,sürətlə  dərin  uçurumun 
qırağına sürükləyir.Bu proses ilbəil,aybaay güclənir. Küçələrdən 
keçərkən ətrafınıza diqqətlə baxsanız, dediyimin şahidi olarsınız. 
Mən  insanları  durmadan  zəhərləyən  zərərli  qidaların  bolluğunu 
nəzərdə  tuturam.  Hələ  25  il  bundan öncə  qələmə  aldığım  “Qara 
Kahada  həyacan”  adlı  fantastik  povestdə  İbtidai  Insanla  Sivil 
İnsanı  müqayisə  etmək  ağlıma  təsadüfən  gəlməyib.  Əsərdə 
birinciyə  olan  hüsni-rəğbətimi  gizlətməmişəm.  Sivil  İnsan  isə 

 
275 
tamah  adlı qorxunc bir silahdan  istifadə edən şeytanların felinə 
uyaraq,  hərislik,  qarınqululuq,  şənbazlıq  və  modabazlıq  azarına 
tutulmuş  və  insanı  şeytanlardan  qoruyan  Günəşdən  üz 
döndərmişdir.  İnsanın  faciəsi  məhz  burdan  başlayır.  Mən  bu 
qənaətə dahi Nişinin yaratdığı Sağlamlıq Sisteminin mövcudluğu 
barədə  heç  nə  bilmədiyim  bir  vaxtda  gəlmişəm.  Lakin  o  vaxt 
Ana  Təbiətdən  üz  döndərməyimizin  acı  nəticələrini  bu  qədər 
dəqiq  təsəvvür  etmirdim,  onun  elmi  kökünü  görmür  və 
bilmirdim,  povesti  məni  əldən  salmış  ağır  xəstəliklərin  təsiri 
altında yazmışdım. 
Qayıdaq  təbiblər  məsələsinə.  Lap  tutalım,  başı  daşdan-
daşa dəyən insan, nəhayət, XXI əsrdə və yaxud başqa bir əsrdə 
ayıldı,  özü  özünə  kənardan  diqqətlə  baxdı,  “dədəm  vaaay,  mən 
özümü  nə  kökə  salmışam”  deyib,  öz  başına  bir  yekə  qapaz  da 
saldı,Ana  Təbiətin  ətəyindən  bərk-bərk  yapışdı,  azar-bezardan 
yaxa  qurtardı  (adicə  siqareti  ata  bilməyən  insanın  buna  gücü 
çatarmı?). Hətta, belə bir xoşbəxtlik baş versə belə tibb işçilərini 
işsizlik və onun labüd nəticəsi olan aclıq gözləmir. Çünki həyat 
gözlənilməz  hadisələrlə  doludur:  müharibələr,  təbii  qəzalar, 
terrorizm,  quldurluq,  qonşu  davası,  yol  qəzaları,  təsadüfi 
hadisələr  və  s.  Bütün  bunlar,  heç  şübhəsiz,  bu  əsrdə  də  davam 
edəcək, gələn əsrlərdə də. O biri əsrlərdə hələ bir az da artacaq. 
Deməli,  cərrahiyyə  əməliyyatlarına,  təbib  əllərinə  gələcəkdə  də 
ehtiyac  qalacaq,  bəlkə  də  artacaq.  Nümunə  üçün  deyim  ki,  bu 
sətirləri yataqda yazıram: sağ ayağım heç nədən, düzün ortasında 
burxuldu  və  vətər  dartılması  baş  verdi,  ilk  müraciət  etdiyim 
adam  cərrah  oldu.  Elə  buna  görədir  ki,  dərman-terapiyanın 
əleyhinə  olan  Nişi,  preparatı  yalnız  xəstəni  kritik  vəziyyətdən 
çıxarmaq üçün işlətməyi məsləhət görür. Mən professor Nişinin 
bu fikrinə də tam şərikəm. Böyük alimin ən böyük arzusu bu idi 
ki,  tibb  elmi  qibləsini  tamam  dəyişsin,  bütün  gücünü 
nəticəyə(xəstəlik)  qarşı  deyil,  səbəbə(qeyri-sağlam  həyat  tərzi)  
qarşı mübari-zəyə yönəltsin, təbiblər vaxt və enerjilərini ayrı-ayrı 

 
276 
xəstəlikləri  sağaltmağa  deyil,  xəstəliklərin  qarşısını  almağa- 
profilaktikaya  sərf etsinlər. 
Burada  bir  vacib  məsələni  xüsusi  vurğulamaq  istərdim: 
ən qiymətli dəyəri-sağlamlığı qoruyan tibb işçisi bütün ölkələrdə 
o  dərəcədə  yüksək  məvacib  almalıdır  ki,  çörək  pulu  qazanmaq, 
ailəni dolandırmaq dərdi çəkməsin,ancaq insanların sağlamlığını 
qorumaq  haqqında  düşünsün.Mənə  elə  gəlir  ki,təbibə  zəhmət 
haqqını  xəstələrə  qulluq  etdiyi  üçün  deyil,  sağlamlığı  qoruduğu 
üçün  vermək  lazımdır:sənə  tapşırılan  ərazidə  insanların 
sağlamlığını yaxşı qoruyursan-buyur,ən yüksək mavacibi də sən 
al.Haqqı-halalın olsun!..  
  
SKEPTİKLƏRƏ   CAVAB 
 
Mən  məclislərdə,  görüşlərdə  Nişi  təliminin  mahiyyətin  -
dən danışarkən,adamlar onun səmərəli olması fikrinə şərik çıxır, 
amma  təəssüflə  qeyd  edirlər  ki,  təlimin  tələblərini  yerinə 
yetirmək  hər  kişinin  işi  deyil.  Bunun  üçün  möhkəm  iradə  və 
dözüm  lazımdır.  Bu  fikirlə  dərhal  razılaşıram,  deyirəm,  bəli, 
iradə lazımdır, özü də lap möhkəmindən. Sonra da əlavə edirəm: 
“Nişi  Sistemi  möhkəm  iradə  “istehsal”  etməkdə  sizə  ən  etibarlı 
köməkçi olacaq. Təki, siz bunu istəyin, özü də ürəkdən istəyin”. 
Amma məni dinləyənlərin arasında elələri də olur ki, gözünü bic-
bic  qıyıb,  mənə  altdan-altdan  şübhə  ilə  baxır.  Yəqin,  ürəyində 
fikirləşir: ayə, görəsən, bu dələduzun nə planı var, hansı ölkənin 
agentidi?  Belə  adam  mənə,  “Jelezni  Feliks”  kimi,  köndələn 
suallar  verir,  sözümdə  zərrəbinlə  söz  axtarır.  Elə  dəmir-beton 
adamlar  da  var  ki,  verdiyim  cavabların  birini  də  beyninə  yaxın 
buraxmır.  Öz  “həqiqətindən”  başqa  bütün  həqiqətləri  rədd 
etməyə  həmişə  hazır  olan  “ayıq-sayıq”  skeptiklərin  də  öz  aləmi 
var.Onların  mənə  tez-tez  verdikləri  bir  sualı,əziz    oxucum, 
səninlə  bərabər  şərh  etmək  istəyirəm.Mənə  acıqlı-acıqlı  baxıb 
deyirlər:“Ay  müəllim,əgər  sənin  o  Nişin  heylə  güclüdürsə, 
hətta, xərçəng kimi dəhşətli xəstəliyi sağalda bilirsə, niyə ona 

 
277 
Nobel  mükəfatı  verməyiblər,  niyə  onun  sistemi  bütün 
dünyaya yayılmayıb?”.Çox maraqlı sualdır.Doğrudan da: niyə? 
Belə  baxırsan,  sağlam  məntiqdən  xali  olmayan  suala 
oxşayır.Axı,sağlam  məntiqə  görə  hər  bir  faydalı  fikir  və  ideya 
tez yayılmalıdır və bəşəriyyət tərəfindən yüksək qiymətləndiril -
məlidir.Bəli,sağlam  məntiq  belə  deyir  və  belə  də  olmalıdır.Bəs 
həyatda necədir?..Möhtərəm Skeptik, icazə ver,səndən soruşum: 
bəyəm  insanların  sülh  və  əminamanlıq  şəraitində,təmiz  səma 
altında, dost və qardaş kimi,bir-birini sevə-sevə yaşaması ideyası 
ən  gözəl    ideya  deyilmi?  Bütün  işıqlı  zəkalar  bu  gözəl  ideyanı 
vəsf etmirmi? Hələ eramızdan xeyli əvvəl yaşamış Zərdüşt sülhü 
və  əminamanlığı  xoşbəxtliyin  əsas  təminatçısı  hesab  edirdi. 
Minlərlə, milyonlarla başqa dahilər də onun kimi.Bəs hanı, niyə 
Yer  üzündə  sülh,  əminamanlıq,  ədalət,  bərabərlik  ideyası  deyil, 
işqalçılıq  ideyası  hökm  sürür?  Niyə  torpaq  üstə,Süleymana  
qalmayan  dünya  malı  üstə  insanlar  bir  birini  qırır?  Qardaşlıq 
ideyası kimi gözəl ideya isə kağız üzərində qalıb. Amma kütləvi 
qırğın  silahı  yaratmaq  ideyası  ildırım  sürəti  ilə  bütün  dünyaya 
yayıldı və bəşəriyyətin şüuruna hakim kəsildi. 
Başqa misal. Dünyanın ən mütərəqqi dini olan Islam bizə 
öyrədir:yalan  danışmaq,  oğurluq  etmək,kasıbın  malın  yemək 
günahdır,  zinalıq  etmək  olmaz.Dinimiz  bərabərlik  ideyasını  ilk 
gündən  uca  tutub.Bəşəriyyət  bu  tələbləri  yerinə  yetirirmi? 
Rüşvətxor məmurların, fırıldaqçı işbazların, bizə moizə oxuyan, 
iman  dərsi  keçən  bəzi  din  xadimlərinin  bəd  əməlləri  kimə  bəlli 
deyil?..Mənə  deyin,bəraərlik  ideyasından  da  gözəl  ideya  ola 
bilərmi? Bəşəriyyət bərabərlik yolu ilə getsə,planetimizdə heç bir 
faciə  baş  verməz,  bütün  insanlar  sülh  və  əminamanlıq  içində 
xoşbəxt  yaşıyar.Çünki  Yer  üzündə  kifayət  qədər  torpaq,hava,su 
və  ruzu  var-Tanrı  hamının  qismətini  verib.Bunun  müqabilində 
qardaş qardaşın canına qəsd edir,eyni dinə mənsub olan insanlar, 
o cümlədən,müsəlmanlar, xristianlar, katoliklər də, dünya malına 
görə bir-birini “uf” demədən kütləvi şəkildə qırır,üstəlik, hərə öz 
qəddarlığını qəhrəmanləq sayir, bu barədə əsər yazır, film çəkir, 

 
278 
qəddar  sərkərdələrin,qaniçən  ölkə  başçılarının  heykıli  ucaldılır. 
Hansı məntiqlə qiymətləndirək bütün bunları?  
Bir  sualım  da  var,  möhtərəm  Skeptik.  Papiros çəkməyin 
həm  orqanizmə,həm  cibə,həm  də  ətraf  mühitə  vurduğu  böyük 
zərəri  bilməyən  adam  yoxdur.Amma  ali  şüurlu  insan  bu  gün  də 
siqaretlə  vidalaşmaq  niyyətində  deyil.Əksinə,ağıllı  zəkalar  onu 
pislədikcə,zəhərli  tüstü  udanların  sayı  sürətlə  artır.Bunu  hansı 
məntiqin ayağına yazaq?  
Əlbəttə,  biz  burada  insanları  təmizləmək  istəyən,  onları 
bir-birinə sevdirməyə çalışan (“lyubi blijneqo”) və buna görə də 
çarmıxa  çəkilən  İsa  peyğəmbəri  də  yada  sala  bilərik,  “Allah 
təkdir,  hamı  Allah  qarşısında  bərabərdir”  dediyi  üçün  daşa 
basılan Məhəmməd peyğəmbəri də, “yer günəşin başına fırlanır” 
kimi  adi  həqiqəti  dilinə  gətirdiyi  üçün  diri-diri  tonqolda 
yandırılan alimi də. Onlardan hansı biri, heç olmasa ölümündən 
sonra,  Nobel  mükafatına,  yaxud  hər  hansı  bir  başqa    mükəfata 
layiq görülüb? Möhkəm yadında saxla, möhtərəm Skeptik: bütün 
dünyanı barmağında oynadan biznesə, dələduzların varlanmasına 
xidmət  etməyən  hər  bir  ideya,bəşəriyyət  üçün  nə  qədər  faydalı 
olursa olsun, ölümə məhkumdur. Çünki dünyanı gözü-könlü tox 
olan  nəcib  adamlar  idarə  etmir,  bəşəriyyətin  4-5  faizini  təşkil 
edən  var-dövlət,  şan-şöhrət  hərisləri-özlərini  hamıdan  ağıllı  və 
hamıdan güclü sayan zəyif iradəli nanəciblər idarə edir.  
Nişi  Sisteminin  dünyada  pis  yayılmağının  səbəbi  budur 
ki,  dahi  alimin  ümümbəşəri  ideyası-biznesə  xidmət  edən  tibb 
elminə  qarşı  çıxıb,Nişi,səbəbi  deyil,nəticəni  aradan  qaldırmağa 
uğursuz  cəhd  göstərən  tibb  elmini  bir  elm  kimi  qəbul  etmir, 
natəmiz pul hərislərinin cibini doldurmağa xidmət edən dərman -
terapiyanı  rədd  edir,  dərmanla  müalicənin  orqanizmə  vurduğu 
böyük  zərəri  tam  çılpaqlığı  ilə  açıb  göstərir.  Bununla  da  özünə 
nəhəng  və  qüdrətli  tibb  işçiləri  ordusunun  və  səhiyyəni  təchiz 
edən  möhtəşəm  inhisarçılar  ordusunun  timsalında,  çox  güclü  və 
çox  qorxulu  bir  düşmən  qazanıb.Nəzərə  alın  ki,  yüksək  rütbəli 
dövlət xadimi də, millət vəkili də, mətbuat və televiziya işçisi də, 

 
279 
yazıçı  da,  süpürgəçi  də  bu  möhtəşəm  ordunun  ağır  qapazı 
altındadır.Belə olduqda,Nişi Sisteminin geniş yayılmaması deyil, 
onun başarıb sağ qalması və yaşaması təəccüb doğurmalıdır. 
Daha bir “Çin Səddini” yada salaq. Nişi Sistemi adamdan 
bir çox zərərli vərdişlərlə qəti və həmişəlik vidalaşmağı, Sağlam 
Həyat  Tərzinə  keçməyi  tələb  edir.Bu  da  bir  sıra  mərhumiyyət- 
lərlə  bağlıdır:  papirosdan,spirtli  içkilərdən  imtina  etmək,başın 
altına tük balış əvəzinə ağac parçası qoymaq,yağlı kabab əvəzinə 
çiy  tərəvəz  yemək,kofe  və  çay  əvəzinə  itburnu,  yaxud  qarağat 
dəmləyib  içmək.İnsanların  əksəriyyəti,hətta,ölüm  ayağında  da 
pis vərdişlərdən əl çəkmək istəmir. İstəsə də, bunu etməyə hünəri 
çatmaz.Bədənini  uzun  illər  duz  basdığı  üçün  nəhəng  duz 
çəlləyinə dönmüş,güc-bəla ilə nəfəs alan, gündə bir ovuc dərman 
ataraq  bədənini  təkrarən  zəhərləyən  ifrat  dərəcədə  kök  qadın 
məsləhətimə qulaq asıb qəti qərarını verdi:“Bircə il yaşasam da, 
yeməyimdən  qalan  deyiləm.Dadlı  xörəklərdən  yeməyəndən 
sonra,yaşamağın  nə  mənası  var?”...Kişilərdən  tez-tez  eşidirəm: 
“Nə deyirsiniz, eləyim, amma siqareti ata bilmərəm”. 
Bəli,insan  qüdrətli  olduğu  qədər  də  aciz  və  gücsüzdür. 
İnsan  hər  şeylə  bacarsa  da,  nəfsi  və  tamahı  ilə  bacara  bilmir.  
Yəqin,aqillər buna görə deyiblər:”Ən  böyük  qələbə-insanın  öz 
üzərində  çaldığı  qələbədir”.Mən  isə  tam  əminəm  ki,  özünə 
qalib gələn insan -bütün dünyaya qalib gələ bilər. 
Bunların  hamısı  ümumi  mülahizələrdir.  Elmi  əsaslara 
müraciət  etsək,deməliyəm  ki,  Nişi  Sistemi  nəticələrinə  görə 
möcüzəli olsa da, qeyri-adi bir şey deyil. O, sintez etməyi gözəl 
bacaran istedadlı yapon aliminin məharətlə topladığı,öz üzərində 
sınaqdan  keçirdiyi  çoxlu  sistemlərin,nəzəriyyələrin,  fərziyyələ- 
rin,  təcrübələrin  toplusudur.Şəfalı  bal  düzəldən  arı  hər  çiçəkdən 
bir zərrə şirə çəkdiyi kimi,zəhmətkeş Nişi də özünün 6 Qaydasını 
yaratmaq üçün 70 min ədəbiyyat oxuyub.  
Bir şeyi də xatırladaq ki, onkoloji xəstəlikləri Nişidən də 
qabaq  dava-dərmansız  sağaldan  həkimlər  olub.Amerikalı  həkim 
Maks  Herson  gəncliyində  dietanın  köməyi  ilə  o  vaxtacan 

 
280 
“sağalmıyan”  xəstəlik  sayılan  miqrendən  xilas  olmuş,  sonra  da 
xərçəng  xəstəliyinə  tutulan  bir  qadını  həmin  üsulla  1928-ci  ildə 
sağaltmışdır.Sonrakı 30 il ərzində Herson dieta ilə müalicə meto-
dunu  təkmilləşdirmiş,  xərçəngin  müalicəsində  gözəl    nəticələr 
əldə  etmişdir.Deyilənlərə  onu  da  əlavə  edək  ki,  istər  Nişidən 
əvvəl, istərsə də ondan sonra yaşayan bir çox görkəmli təbiblərin 
fikiri onun fikiri ilə tam üst-üstə düşür.Su və havanın müalicəvi 
əhəmiyyəti haqqında S.Kneyp (“Mənim su müalicəm”, Moskva, 
1901),V.Kaminski(“Sağlamlıq dostu”,Kiyev,1908), çiy bitkilərin 
və  çiy  tərəvəz  şirələrinin  fəal  müalicə  vasitəsi  olması  barədə 
A.Zinkovski(“Çiy dieta vasitəsilə vərəmin,mədənin, böyrəklərin, 
qara  ciyərin,  ürəyin,  sklerozun,ekzemanın,  qanoreyanın,  siflisin, 
xərçəngin  müalicə  edilməsi”,  Moskva,  1914),  Herbert  Şelton 
(“Ortotrofiya”,  “xərçəngin  təbii  vasitələrlə  müalicəsi”,  Texas, 
ABŞ,  1969),bədəni  möhkəmlətməyin  müalicəvi  əhəmiyyəti 
barədə M. Kotlyarov (“Fizkultura i sport”, № 12,1971, “Leqkaya 
atletika”,  №  3,1973),  yenə  də  çiy  tərəvəz  barəsində  Norman 
Uoker  (“Çiy  tərəvəz  şirələri”,  Nyu-York,  1972),  S  vitamininin 
müalicəvi  funksiyası  haqqında  Laynus  Polinq  (“S  vitamini  və 
sağlamlıq”,Moskva,1974),şlakların  təmizlənməsində  vibrogim-
nastikanın  rolu  haqqında  A.Mikulin(“Fəal  uzunömürlülük”, 
Moskva, 1977), dərmansız müalicə üsulları barədə akademik N. 
Amosov (“Sağlamlıq haqqında düşüncələr”, “Nauka i jiznğ”, № 
8,  1977),  qocalığı  yubadan  vasitələr  haqqında  akademik  N. 
Emmanuel  və  onlarla  digər  tanınmış  təbib  çox  dəyərli  əsərlər 
yaratmış  və  müalicə  vaxtı  gözəl  nəticələr  əldə  etmişlər.  Bu 
nailiyyətlər Nişi təliminin  böyük  dəyərini  təsdiq  edən  danılması 
mümkün olmayan şahidlərdir. 
Skeptiklərin  nəzərinə  onu  da  çatdırmaq  istəyirəm  ki,  bu 
gün  Tokioda  və  Havay  adalarında  Nişinin  adını  daşıyan  Tibb 
instutunun  hospitalları  xərçəng  xəstəliyini  dava-dərmansız 
uğurla müalicə edir.Bu da danılması mümkün olmayan reallıq -
dır.Əminəm  ki,  güclü  müqavimətə  baxmayaraq,  gələcəkdə  belə 
sağlamıq ocaqları bütün ölkələrdə,o cümlədən, gözəl təbii şəraitə 

 
281 
malik olan doğma Azərbaycanımızda da geniş fəaliyyət göstərə-
cək.Özü də gözəl abhavası,şəfalı suları,dadlı meyvələri, tərəvəzi 
xaricdən  gələn  qonaqları  heyran  qoyan,  uzunömürlülər  diyarı 
sayılan  məmləkətimiz  dərmansız  müalicə  sahəsində  bütün 
ölkələrə  nümunə  ola  bilər.Əgər  ölkəmizdə  dövlət  tərəfindən 
Naturopatik  mərkəz  açılarsa,səhiyyənin  yönü  tamam  dəyişər, 
çörək  pulu  qazanıb  külfət  dolandırmaq  naminə  və  öz  iradələri 
ziddinə “cari təmirlə” məşğul olmaq zorunda qalan zəngin bilikli 
təbiblərimiz,nəhayət,xəstəliklərin  yaxasından  əl  çəkib,  üzlərini 
tamamilə Insana tərəf çevirərlər və cansağləğına xidmət edərlər. 
Bu  halda  Azərbaycan  xalqı  sağlam,gümrah,şən,möhkəm  iradəli, 
cəsarətli,dərin  zəkalı,nikbin,xarüqələr  yaratmağa  qadir  olan  bir 
kamil  xalq  kimi  formalaşar,cismən  və  ruhən  çox  güclü  və 
yenilməz olar, torpaqlarımıza göz tikən bədxahlar bizə “köçəri”, 
“nadan”  xalq  deməyə,sadəcə,cürət  etməz...Mənim  istədiyim 
budur, həmişə ayıq-sayıq olan möhtərəm Skeptik!.. 
Allahın  rəsulu  Məhəmməd  peyğəmbər  yaxşı  ideyanın 
insan  beyninə  çox  ləng  yeridiyini  hələ  VII  əsrdə  duymuşdu. 
Amma  sözünü  deməkdən  usanmırdı.  Qurani-Kərimin  Əl-leyl 
(“Gecə”)  surəsinin  12-ci  ayəsində  deyilir:“Bizim  öhdəmizə 
düşən  yalnız  doğru  yolu  göstərməkdir.  Mömin  və  ya  kafir 
olmaq isə hər kəsin öz işidir”. 
Həyatda  20  il  əvəzinə(həkimlər  ona  bu  qədər  ömür 
vermişdilər)  düz  75  il  yaşayan,bütün  həyatını  insanı  sağlam 
etmək  problemlərinə  həsr  edən  dahi  yapon  alimi  professor 
Katsudzo Nişi də ali şüurlu insanlara sağlamlıq,paklıq,xeyirxah-
lıq  yolunu  göstərib.Sağlam  və  ya  xəstə,imanlı,yaxud  kafir,oğru 
yaxud  doğru,cəsur  ya  da  qorxaq,mübariz  yaxud  aciz  olmaq  hər 
kəsin öz işidir.Hər  kəsin qabağında iki yol var.     
 
 
 
          
 

 
282 
İ K İ   Y O L 
Qədim  yunanların  şəfa  Allahı  Asklepiyin  (romalılar  onu 
Eskulap adlandırıblar) iki qızı vardı-Panakeya(yaxud Panatseya) 
və  Gigiya.Hər  iki  qız  şəfa  vermək  qabiliyyətinə  malik  idi  və 
atalarına  bütün  işlərdə  kömək  edirdilər.  Amma  baciların  tez-tez 
mübahisəsi  düşürdü:lovğa,təkəbbürlü  Panakeya  özünü  hər  dərdi 
müalicə  etməyə  qadir  sayırdı,durub-oturub  deyirdi:“Mən  bütün 
xəstəlikləri  sağalda  bilən  yeganə  dərman  tapıb,insanlara  bəxş 
edəcəm”.İşıqlı  zəkaya  malik  olan  Gigiya  isə  lovğa  bacısını  boş 
vədlər  verməkdən  çəkindirməyə  çalışırdı:“Bütün  dərdlər  üçün 
təkcə  bir  dərman  ola  bilməz.Dərmana  ehtiyac  da  yoxdur.İnsana 
ağıl və yaradıcılıq qabiliyyəti nəyə görə verilib? Allahlar (Zevs 
və digər yunan allahları-Ə.Ə.) insanın özünü azardan xilas edə 
bilməsi  üçün  ona  hər  şey  bəxş  ediblər.  Sadəcə,  insanın  fəlakəti 
ondadır  ki,Həyat  Qanunlarını  bilmir.Bizim  vəzi  -fəmiz-insana 
Təbiət Qanunlarını dürüst öyrətməkdir. Öyrətməliyik ki, insanlar 
səhv etməsin və Yer üzündə dəhşətli fəlakətlər baş verməsin”. 
Panakeya  kiçik  bacısını eşitmək  belə istəmirdi.  Bacıların 
yolları  ayrıldı.O  gündən  Panakeya  dərman  axtarmaqla  və  bəşə-
riyyəti  zəhərləməklə  məşquldur.Gigiya  isə  insanları  maariflən-
dirir,Həyat  Qanununu,Təbiət  Qanununu  onlara  öyrədir,bizi-ali 
şüurlu bəndəni başa salır ki,hər hansı xəstəlik-Təbiətin əbədi və 
dəyişməz qanunlarını hər addım başı pozan ali şüurlu insana-Ana 
Təbiət  tərəfindən  verilən  cəzadan  başqa  bir  şey  deyildir(hər  bir 
ana  doğma  balasını,canından  çox  istəsə  də,cızıqdan  çıxanda 
cəzalandırır).  Bəşəriyyət  ağıllı  bacının  tövsiyə  efdiyi  yolu  tutsa, 
hamımızın  vahid  evi  sayılan  Yaşıl  Planetin  üstünə  gələn  ağır 
fəlakətdən-qlobal istiləşmənin fəsadlarından qurtara bilərik, azar-
bezar burulğanında 60-70 il çobalayan insan 300-400 il və daha 
çox, özü də tam sağlam, gümrah, dərd-sərsiz və bəxtiyar yaşıyar. 
XXI  əsrə  qədəm  qoymuş  bəşəriyyətin  iki  yolu  var:  ya 
gödənin  qulu  kimi,pis  vərdişlərin  girdabında  çabalamaq,  “ölü 
qidaları”  qarnına  dolduraraq,öz  əlilə  qanını  zəhərləyərək,  çox 
çeşidli xəstəliklər üçün zəmin yaratmaqla məşqul olmada davam 

 
283 
etmək,həyatı  ağrı-acı  və  qüssə  içində  sürünə-sürünə  bir  təhər 
başa  vurmaq,  ya  da  Təbiət  Qanunlarına  dəqiq  əməl  edərək, 
Gigiyanın və Nişinin göstərdiyi yolla xoşbəxt addımlamaq.  
Azərbaycan  xalqının  ikinci  yolla  getmək  şansı  daha 
böyükdür. Bütün əsrlər boyu bir əlilə müdrik Şərqin, o biri əlilə 
çevik  Qərbin  əlindən  tutan,  hər  iki  tərəfin  yaxşı  cəhətlərini 
götürən  xalqımızın  ixtiyarında  çox  zəngin  torpaq,  saf  hava, 
mineral  maddələrlə  zəngin  olan  sular  var,  müdrik  xalqımız 
qabaqlar təbii qidalara -çiy meyvə-tərəvəzə həmişə öz süfrəsində 
xüsusi  yer  verib.  Bizim  kənardan  ət,  yağ,  şəkər,  un,  kolbasa, 
şokolad,çay,kofe gətirib, öz cismimizi və ruhumuzu zəhərləməyə 
ehtiyacımız  yoxdur.Onların  hamısını  təbii  zülallarla,  yağlarla, 
nişastalarla,karbohidratlarla,vitaminlərlə,duzlarla,digər 
faydalı 
mikroelementlərlə  əvəz  etməyə  geniş  imkanımız  var.  Sadəcə, 
bizdən həyat tərzimizə, öz vərdişlərimizə kənardan, Gigiyanın və 
Nişinin gözü ilə baxmaq tələb olunur.  
Bizi yaradan Ulu Tanrının qarşısında diz çöküb, yalvarı-
ram ki,müdrik xalqım və bütün bəşəriyyət,insanı zəyif və gücsüz 
edən  qeyri-sağlam  həyat  tərzini  deyil,azar-bezar  yolunu  deyil, 
müdrik kamillik və sağlamlıq yolunu seçsin.Amin!..  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
284 
ON  ALTINCI  FƏSİL 
M Ə K T U B L A R 
 
 
Azərbaycan Respublikasının prezidenti 
Zati-Aliləri Heydər Əliyev cənablarına 
 
 
Möhtərəm cənab prezident! 
 
Məni  qiymətli  vaxtınızı  almağa  sövq  edən  problem  o 
qədər  mürəkkəb  və  qlobaldır  ki,onu  yalnız  Sizin  tükənməz 
enerjiniz  və  dərin  zəkanız  sayəsində  həll  etmək  mümkündür. 
Dəyərli  diqqətinizə  çatdırmaq  istəyirəm  ki,  mən  düz  30  il  ağır 
xəstə  olmuşam,Bakının  və  Moskvanın  klinikalarında  aldığım 
müalicə heç bir səmərə verməmişdir, əksinə, xəstəliklərimin sayı 
ilbəil artmışdır,40 yaşımda iş qabliyyətimi tamam itirərək, I qrup 
əlil kimi,təqaüdə çıxmalı olmuşam.Düz 30 il dərmanın ümidinə 
qalmışam.Lakin  1995-ci  ilin  payızında,60  yaşım  tamam  olanda 
həyatımda əsl möcüzə baş verdi.Mən dahi yapon alimi Katsudzo 
Nişinin  Sağlamlıq  Sistemi  ilə  tanış  olub,özümü  təbii  üsullarla 
müalicə  etdim,“Bextereyev  xəstəliyi”,ürək-damar,  mədə-
bağırsaq,hipetoniya,şəkərli diabet, artrit və s. xəstəliklərdən yaxa 
qurtardım. Hazırda dərmansız yaşayıram. Orqanizimimdə sürətlə 
cavanlaşma prosesi gedir.  
Diqqətinizə  təqdim  etmək  istədiyim  Nişi  sistemi  həm 
xəstələr  üçün,həm  də  sağlamlar  üçün  eyni  dərəcədə  zəruri  və 
faydalıdır. Qeyd edim ki, Nişinin adını daşıyan Tibb İnstitutu və 
hospital Tokioda və Havay adalarında uğurla işləyir, xərçəngi və 
digər çarəsiz dərdləri dava-dərmansız sağaldır. Tibbə aid 70.000 
(!) ədəbiyyat oxuyaraq, dünyada analoqu və alternativi olmayan 
Sağlamlıq  Sistemi  yaradan  Nişi  sübüt  etmişdir  ki,  sağalmayan 
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin