Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "



Yüklə 139,49 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix16.02.2017
ölçüsü139,49 Kb.
#9068
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

■"•SİsB 
186
£a^f<»-
Coşğun  axan  gözəl  suyun  qurumasın! 
Q anadlarının  ucları  qırılmasın!
Ç aparkən  ağ-boz  atın  büdrəməsin!
D öyüşəndə  böyük,  iti  polad  qılıncm  gödəlm əsin! 
V uruşarkən  uzun  nizən əyilm əsin!
A ğ  birçəkli  ananın  yeri  behişt  olsun!
A ğ  saqqallı  atanın  yeri  cənnət olsun!
H aqq  yandıran  çırağm   daim yansm!
Q adir Tanrı  səni  nam ərdə  möhtac  eyləm əsin, 
xanım ,  hey!..

SALUR QAZANIN  EVİNİN 
YAĞ M ALANDIĞ I BOY
B ir gün Tüklü quşun balası,  yazıqların ümidi, A m it soyunun aslanı, 
Qaracığm  qaplanı, Qonur atın yiyəsi, U ruz xanm ağası,  Baym dır xanm  
kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Q azan 
yerindən  durmuşdu.  Doxsan  otaqlı  uca  evlərini  qara  yer üzərində  tik - 
dirmişdi.  Doxsan  yerdə  böyük  ipək  xalı  döşətdirmişdi.  Səksən  yerdə 
küplər  qoyulmuşdu.  Qızıl  qədəhlər-sürahilor  düzülmüşdü.  D oqquz 
qara gözlü, göyçək üzlii,  saçı  arxada düyünlənmiş, köksü qızıl d üym ə- 
li,  əlləri  biləyindən xmalı, bannaqları naxışlı,  gözəl kafır qızları  Qalın 
Oğuz bəylərinə  şərab paylayırdılar.
Ulaş oğlu Salur Qazan  içdi-içdi,  axırda şərabın təsiri  başına vurdu. 
O,  qaba  dizləri  üstiinə  çökdü,  dedi:  “Sözümü  dinləyin,  səsim ə  səs 
verin,  bəylər!  Y ata-yata  yam m ız  ağrıdı.  D ura-dura  belimiz  qurudu. 
Duraq  gedək,  a  bəylər!  Ov  ovlayaq,  quş  vuraq,  sığın-keyik  yıxaq, 
qayıdıb  otağım ıza düşək:  yeyib-içək,  günümüzü xoş  keçirək!” .
Qıyan Səlcik oğlu Dəli Dondaz deyir: “Bəli, xan Qazan, m əsləhətdir”.
Q aragünə  oğlu  Qarabudaq  deyir:  “Ağam  Qazan,  m əsləhətdir” . 
O nlar  belə  dedikdə  Atağızh  A nız  qoca  ıki  dizi  üstünə  çöküb  dedi: 
“Ağam   Qazan,  sası  dinli  Gürcüstan  sərhəddinə  gedirsən,  qərargahının 
üstündə  kimi  qoyursan?” .
Qazan deyir:  “Oğlum Uruz üç yüz igidlə evimin keşiyində dursun” . 
Qonur  atını  çəkdirdi,  mindi.  Doli  Dondaz  Təpəlqaşqa  ayğırını  mindi. 
Qazan  bəyin qardaşı  Qaragünə  Göy  bodəvi  atını  tutdurub  mindi.
Bayındır  xanın  düşmənini  məğlub  edon  Şir  Şəm səddin  Ağ  atını 
çəkdirib  mindi.
Parasarın  Bayburd  hasarından  sıçrayıb  aşan  Beyrok  Boz  ayğırına 
mindi.
Q onur atlı Q azana “keşiş” deyon boy Yeynok Duru ayğırma mindi.
Saym aq  istəsom ,  tükonon  dcyil;  Qalın  Oğuz  boyləri  atlandılar. 
Böyük  qoşun  Ala  dağa ova  çıxdı.
Kafirlərin casusu bunu gördü; çuğul gcdib, Şöklü M əliyə xəbər ver- 
di.  Yeddi  min  qaftanının  arxası  cırıq,  kosik  qara  saçlı,  sası  dinli,  din 
düşm əni,  alaca  atlı  kafır  mindi  çapdı,  geco  yarısı  Q azan  bəyin  düşər- 
gəsinə  gəldi.  Kafırlər  onun  qızıl  tağlı  evlorini  çahb-çapdılar,  qaza
bənzər qız-gəlinini  çığırışdırdılar.  Tövlə-tövlə şahanə  atlarını  mindilər. 
Q atar-qatar qızılı  dovələriııi  vedəkləyib  apardılar.  Qiymətli  xəzinəsini, 
bol  pulunu  talan  etdilər.  Qırx  incə  belli  qız  ilə  Boyu  uzun  Burla  xatun 
əsir getdi.  Oazan bəyin  qarımış  anası  qara dəvə boynundan asılı  getdi.
Qazan xamn oğlu Uruz bəy üç yüz igidlə əli bağli, boynu bağlı getdi. 
İlək qoca oğlu San  Qalmaş Qazan bəyin evi üstündə döyüşdə həlak oldu.
Qazanın  bu  işlərdən  xəbəri  yox  idi.
K afır  deyir:  “ B əylər,  Q azanın  tö v lə -tö v lə   şahanə  atlarını 
m inm işik,  qızıl-güm üşünü  talan  etmişik, qırx  igidlə oğlu  Uruzu  dustaq 
etm işik.  Q a tar-q atar  d əvələrini  gətirm işik,  qırx  incə  belli  qızla 
Q azanm   arvadını  tutmuşuq.  Biz  bu  heyfləri  Q azana  vurm uşuq” . 
K afırlərdən  biri  dedi:  “Qazan  bəydə  bir heyfımiz qaldı” .
Şöklü  M əlik  dedi:  “Ədo,  aznavur,  nə  heyfımiz  qaldı?” .
Kafir:  “Qazanın  Qapılı  D ərbənddə  on  min  qoyunu  vardır.  O  qo- 
yunları  da  götürsək,  Qazana  çox  böyük  ziyan  vurardıq”,  -  dedi.  Şöklü 
M əlik:  “Altı  yüz  kafir getsin,  qoyunu  gətirsin”  -  dedi.
Altı  yüz kafır  atlandı,  qoyun  üzərinə  yürüş  etdi.
G ecə  yatarkən  Qaraca  çoban  yuxuda  qara  qayğılı  əhvalat  gördü. 
flövlnak ayağa durdu.  Qabangücü və  Dəmirgücü  adlı  iki  qardaşını  y a- 
nına çağırdı.  Ağılın  qapısını  bərkitdi.  Üç yerdə təpə kim i  daş yığdı,  a)a 
qollu  sapandını  əlin ə  aldı.
Qaraca  çobanın  üstünü  qəflotən  altı  yüz  kafır aldı.  Onlar dedilor:
Qaranhq  axşaın  olanda  qayğılı  çoban!
Q ar-yağış  yağanda  od-ocaqh  çoban!
Südü,  pendiri  bol,  qaymaqlı  çoban!
Qazan  boyin  qızıl  tağlı  uca evlorini  biz yıxmışıq.
l'öv lo -tö v lo   şahano  atlarını  biz  minmişik.
Q atar-qatar qızıl  dovosini  biz ycdoklomişik.
Qarıcıq  anasını  biz  gotirmişik.
Qiym otli  xozinosini,  bol  pulunu  biz  talan  ctmişik.
Qaza  bonzor qız-golinini  biz  osir ctmişik.
Qırx  igidlo  Qazanın  oğlunu biz  tutmuşuq.
Qırx  inco  belli  qızla  Qazanın  arvadını  biz  gotirmişik.
Ay  çoban,  uzaqdasan-yaxındasan,  bəri  gəl!  Baş  endirib  tozim  et! 
Bizə  salam  ver,  öldürm əyək!  Səni  Şöklü  M olikin yam na  aparaq,  b ə y - 
lik  ahb  verək.  Çoban  dcyir:

B oş-boş danışma,  itim kafir!
İtim lə bir yalaqdan yal  içən azğın kafir,
Altmdakı  alaca atmı nə öyürsən?
Ala başlı keçimcə  görünm əz m ənə!
Başındakı  dəbilqəni  nə  öyürsən,  ay kafir?
Başımdakı papağım ca görünm əz m ənə!
Altmış  tutam nizəni  nə öyürsən,  m urdar kafir?
Qırmızı  dəyənəyim cə görünm əz m ənə!
Qıhncım  nə  öyürsən,  ay kafır?
Əyri başlı  çövkamm ca görünm əz m ənə!
B elində doxsan oxunu nə  öyürsən,  ay kafır?
A la qollu sapandım ca görünm əz m ənə!
U zaqdasan-yaxındasan,  bəri  gəl!
İgidlərin zərbəsini  gör,  sonra get!
Kafırlər  sakitcə  irəli  cumub  ox  atdılar.  İgidlər  igidi  Qaraca  çoban 
sapandınm  ağzına  daş  qoydu,  atdı.  Birini  atanda  ikisini-üçünü  yıxdı. 
İkisini  atanda  üçünü-dördünü  yıxdı.  K afirlərin  gözünə  qorxu  düşdü. 
Qaraca çoban  kafirin üç  yüzünü  sapand  daşı  ilə  yerə  yıxdı.  İki  qardaşı 
isə  oxlandı,  həlak oldu.
Çobanın  daşı  tükəndi;  qoyun  dem ir,  keçi  dem ir,  sapandın  ağzına 
qoyur atır, kafıri yıxırdı.
Kafırin  gözü  qorxdu,  dünya-aləm   başm a  qaranlıq  oldu.  Dedilər: 
“Arzusu  gözündə  qalsın,  bu  çoban  birdən  bizim   ham ım ızı  qırar?!”. 
Daha durmayıb  qaçdılar.
Çoban  həlak  olan  qardaşlarmı  dəfn  etdi.  K afirlərin  leşindən  bir 
böyük təpə düzəltdi, çaxmaq çaxıb odda yandırdı.  Yapıncısından kəsib 
yandırdı,  qurum unu yarasına basdı.  Yolun  əyrisini  tutub  oturdu.  Ağla- 
dı,  sızladı.  Dedi:  “Salur  Qazan,  bəy  Qazan!  Ö lüsənm i,  dirisənmi?  Bu 
işlərdən xəbərin yoxdurm u?” .
Sən  dem ə,  xanım,  o  gecə  Qalın  Oğuzun  dayağı,  Bayındır  xanın 
kürəkəni,  Ulaş oğlu Salur Qazan yuxuda qarm a-qarışıq əhvalat gördü, 
hövlnak ayağa durdu. Dedi:  “Qardaşım  Qaragünə, bilirsonmi yuxumda 
nə göründü?  Q ara-qayğılı  ohvalatlar gördüm.  Gördüm   ki,  yumruğum- 
da  bir  şahin  çırpmıb,  quşum u  əlim dən  alır.  H ündür  evimin  üzərinə 
göydən ildırım çaxdığım  gördüm.  Qatı,  qara dum anın düşərgəm in üs- 
tünü  bürüdüyünü  gördüm.  Quduz  qurdların  evim i  dəldiyini  gördüm.
Q ara  dəvənin  ənsəm dən  qapdığını  gördüm.  Gördüm  ki,  qara  saçım 
qarğı  kimi  uzanır,  uzandıqca  gözümü  örtür.  Ə llərim də  on  barmağırnı 
qan içində gördüm.  Bu yuxunu görəndən bəri ağlım ı-huşum u yığa  bil- 
m irəm .  Xan  qardaşım ,  m ənim   bu yuxumu yoz m ənim çin!” .
Q aragünə  deyir:  “Qara  bulud  dediyin  sənin  taleyindir.  Q ar  ilo 
yağm ur  dediyin  sənin  qoşunundur.  Saç  qayğıdır,  dərdi-sərdir.  Q an- 
qanqaralıqdır.  Qalanın  yoza  bilm ərəm , Allah  yozsun” .
B elə  dedikdə  Qazan  deyir:  “Mənim ovumu pozma,  qoşunuınu  d a - 
ğıtma!  M ən  bu  gün  Qonur  atı  çapıb,  üç  günlük  yolu  bir  gündə  gedo- 
rəm ;  ev ə  doym ədən  yurdum a  baş  çəkərəm .  Ə gər  salam athqdırsa, 
axşam   olm adan  yeno  sənin  yanm a  gələrəm .  Oradakılar  sağ-salam at 
deyilsə,  başınıza  çarə  edin.  M ən  daha  getdim.  Qazan  bəy  Qonur  atını 
m ahm ızladı, yola çıxdı.  G əlib-gəlib yurduna çatdı.  Gördü ki, yurdunda 
bir  tazı  qalıb,  quzğun  dolaşır.  Qazan  bəy  burada  yurdu  ilə  xoborloşib, 
görək  xanım,  neco  xəbərləşib,  nə demişdir:
Q ohum -qobiləli  komam -yurdum !
Qulanla  sığına-keyikə  qonşu  yurdum!
Səni  düşm ən  haradan  talayıb,  gözəl  yurdum!
Uca  eviınin  tikilisi,  yurdu qalmış,
Qoca  anamın  oturduğu  yer də  qalmış.
Oğlum  Uruzun  ox  atdığı  nişan  qalmış.
Boylərin  at çapdırdığı  meydan qalmış.
Qara  motboxin  ycrində  ocaq qalmış...
Bu  lıalı  gördükdo  Qazanın  qara  qıyıq  gözləri  qan-yaş  doldıı.  Qanı 
daınarlarında qaynadı.  Qara bağrı  sarsıldı.  Qonur atını  dizlori  ilo vurub, 
kafirin  keçdiyi  yola düşdü, getdi.  Qazanın qarşısına bir su  çıxdı.  Qazan 
dedi:  “Su,  Allahın  üziinü  görmüşdür.  M ən  bu  su  ilo  xoborloşim !” . 
Görok,  xanım ,  ncco  xoborləşdi.  Qazan  deyir:
Çağlayaraq  qayalardan  çıxan  su!
Ağac  gom ilori  atıb-tutan  su!
Hoson  ilo  Hüseynin  hosrəti  su!
Bağ  ilə  bostanın  zinəti  su!
Ayişo  ilo  Fatimonin  baxışı  su!
Şahano  atların  içdiyi  su!

Qızıl  dəvələrin  gəlib  keçdiyi  su!
Ç evrəsində  ağ qoyunların yatdığı  su!
Yurdumdan bir x əbər bilirsənsə,  de  m ənə!
Dərdli  başım  qurban  olsun,  suyum,  sənə!
Su  necə  xəb ər versin?!  Sudan  keçdi,  bu  dəfə  bir  qurda  rast  gəldi. 
“Q urd  üzü  uğurludur,  qurdla  bir  xəbərləşim ” ,  -   dedi.  G örək,  xanım, 
necə  xəbərləşdi:
Qaranlıq axşam  olanda günü  doğulan!
Qarla yağış yağanda ər kimi  duran!
Qaracıq  atları  kişnəşdirən!
Qızıl  dəvə  gördükdə  inləşdirən!
Ağca qoyun  görəndə  quyruğuyla qamçı çəkən!
Arxasıyla vurub,  bərk ağılın  ardını  sökən!
B urm a-axta kök qoçları  alıb-tutan!
Qanlı  quyruq üzüb  şap-şap  udan 
Ulaşm ası köpəkləri  təşvişə  salan!
Ə ldə  m əşəl  çobanları  gecə  vaxtı yüyürdən!
Yurdumdan  bir x əb ə r bilirsənsə,  de  m ənə!
Dərdli  başım qurban olsun,  qurdum,  sənə!  -  dedi.
Qurd necə  xəbər versin?!  Qurddan da  ötüb-keçdi.  Qaraca  çobanın 
qara  köpəyi  Qazanın  qarşısına  gəldi.  Qazan  qara  köpəklə  xəbərləşdi, 
görək,  xanım,  necə xəbərləşdi:
Qaranlıq  axşam  olanda  hav-hav  hürən!
Turş  ayran  töküləndə  şap-şap  içən!
G ələn  yadı,  oğrunu  qorxudan!
H ürm əyiylə  qorxudaraq  hürküdən!
Yurdum un  xəbərini  bilirsənsə,  de  mənə!
Dərdli  başım  sağ olduqca 
yaxşılıqlar edim,  köpək,  sənə!  -  dedi.
K öpək  neco  xobor  versin?!  Köpək  Qazanın  atının  ayağına  atılıb- 
düşür,  zing-zing  zingildoyir.  Qazan  qamçı  ilə  köpəyi  vurdu.  Köpək 
çəkildi,  gəldiyi  yolla  getdi.  Qazan  köpəyi  qovlayıb,  Qaraca  çobanın
~S#8192gjSS~
yanına  gəldi.  Ç obanı  gördükdə  xəbərləşdi,  görək,  xanım ,  necə 
xəbərləşdi:
Q aranlıq  axşam  olanda qayğılı  çoban!
Qarla yağış yağanda  od-ocaqlı  çoban!
Səsim i  anla,  sözüm ü  dinlə!
Evim in  buradan  keçdiyini gördünm ü,  de  m ənə!
D ərdli  başım   qurban  olsun,  çoban  sənə!  -dedi.
Ç oban  deyir:
Ö lm üşdünm ü,  itmişdinmi,  a Qazan!
H arda  gəzirdin, haradaydın,  a Qazan!
D ünən  yox,  o  biri  gün evin  buradan keçdi.
Qoca  anan  qara dəvə  boynundan asılı  keçdi.
Qırx  incə  belli  qızla  arvadın -
Boyu  uzun  Burla  xatun ağlayıb  burdan  keçdi.
Qırx  igidlə  oğlun  Uruz başı  açıq,  ayağı yalın
kafırlərin  yanınca dustaq  getdi.
T övlə-tövlə  atlarım  kafır minmiş.
Q atar-qatar qızıl  dəvələrini  kafır yedəkləm iş,
Q ızıl-güm üş,  pul  xəzinəni  kafir talamışdır!..
Çoban belə deyərkən Q azan ah çəkdi,  ağlı  başm dan çıxdı.  D ünya- 
aləm   başına  qaranlıq  oldu.  Dedi:  “Ağzın  qurusun,  çoban!  Dilin  çürü- 
sün,  çoban!  Allah  sənin  alnına  bəla  yazsın,  çoban!” .  Qazan  belə  de- 
y ə n d ə   çoban  deyir:
No  danlayırsan  m əni,  ağam  Qazan?
Yoxsa  heç  köksündə  yoxmudur iman?
A ltı  yüz  kafır  də  ınənim   üstümə  gəldi.  İki  qardaşım   həlak  oldu. 
Üç  yüz  kafıri  öldürdüm ,  cəzasm a  çatdırdım .  Sənin  qapından  bir  kök 
qoyun,  arıq  toğlu  da  kafirlərə  vermədim.  Üç  yerdən  yaralandım , 
dərdli  başım  dum anlandı,  yalqız  qaldım.  Günahım   budurm u?” .  Sonra 
çoban  deyir:
Q onur atını  m ənə  ver!
Altmış  tutam lıq  nizəni  m ənə  ver!
At o  böyük  qalxanını,  m ənə  ver!

Böyük,  iti, polad qılıncını  m ənə  ver!
Oxqabından səksən oxunu m ənə  ver!
Ağ  tozluca tutacaqlı  bərk yayını  m ənə ver!
Gedim   kafırin  qolundakı  şahinini  öldürüm.
Paltarımın  qolu  ilə  alnımın  qanını  silim.
Ö lərsəm ,  qoy  sənin uğrunda m ən  ölüm!
Allah qoyarsa,  evini  m ən xilas  eləyim!
Çoban  belə  dedikdə  Qazan  qəhərləndi.  Yola  düzəlib  götürüldü. 
Çoban da Qazanın ardından yetişdi. Qazan dönüb baxdı, soruşdu:  “Oğul 
çoban, hara gedirsən?” Çoban dedi:  “Ağam  Qazan,  sən evini-ailəni xi- 
las  etm əyə  gedirsən, m ən də  qardaşımın qanını  alm ağa  g edi-rəm ” .
B elə  dedikdə  Qazan  soruşdu:  “Oğul  çoban,  qarmm  acdır.  Y em əyə 
bir şeyin vardırm ı?” Çoban dedi:  “Bəli, ağam Qazan, gecədən bir quzu 
bişirib  qoymuşam.  Gəl bu  ağacın  dibində  oturaq,  y eyək” .
Endilər. Çoban dağarcığım çıxardı.  Yedilər.  Qazan fıkirləşdi,  dedi: 
“Ə gar çobanla getm əli olsam,  Qalın O ğuz bəyləri bunu başım a qaxınc 
edərlər.  Ç obanla olmasaydı,  Qazan  kafıri  məğlub  etm əzdi  d ey ə rlər” .
Qazana  qeyrət  gəldi.  Çobanı  bir böyük  ağaca  sanya-sanya  möhkəm 
bağladı. Atlandı getdi. Çobana dedi: “Ədə, çoban! Qamın acmamış, gözün 
qaralmamışkən bu ağacı qopar!  Yoxsa səni burda qurd-quş yeyər” .
Q araca çoban güc elədi, iri  ağacı yeriylə-yurduyla  qopardı,  arxası- 
na  alıb  Q azam n  ardınca  düşdü.
Qazan baxdı gördü, çoban ağacı arxasına alıb gəlir.  Qazan soruşdu: 
“Ə də,  çoban,  bu  ağac  nədir?” .  Çoban  deyir:  “Ağam  Qazan,  bu  ağac 
ona görədir ki,  sən  kafıri  basarsan,  qarnın  acar,  mən  də  sənə bu ağacla 
yem ək bişirərəm ” .
Bu  söz  Q azana  xoş  gəldi.  Atından  endi,  çobanın  əllərini  açdı.  Bir 
dəfə  alm ndan öpüb dedi:  “Allah m ənim  evimi  bəladan qurtararsa,  səni 
bütün  ilxılarım a başçı  qoyaram .” .  İkisi  birlikdə  yola  düzəldi.
Bu yanda  Şöklü M əlik  keyfı  kök,  kafırlərlə  yeyib-içib  oturmuşdu. 
Dedi:  “B əylər,  bilirsizmi,  Q azana  necə  heyif vurmaq  lazımdır?  Boyu 
uzun  Burla xatununu gətirdək,  badə  paylasın!” .
B oyu  uzun  Burla bunu  eşitdi,  ürəyinə-canına  od  düşdü.  Qırx  incə 
belli  qızın  içinə  girib, m əsləhət  verdi,  dedi:  “Qazan  bəyin  xatunu han- 
sınızdır?” -d e y ə  hansınıza yapışarlarsa,  qırx yerdən  səs  verərsiz” .
Şöklü  M əlikdən  adam  gəldi:  “Qazan  bəyin  xatunu  hansınızdır?” 
deyə  soruşdu.  Qırx  yerdən  səs  gəldi.  Hansıdır,  bilm ədilər.  Kaflrə  xə-
b ə r verdilər:  “B irinə  yapışdıq,  qırx  yerdən  avaz  gəldi.  Bilmədik,  han- 
sıdır” , -  dedilər.
K afır dedi:  “Ə də, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. 
Ağ  ətindən  qıym a-qıym a  çəkin;  qara  qovurma  bişirib,  qırx  bəy qızına 
apann.  H ər  kim  yedi,  o  deyil,  hər  kim  yem ədi,  odur.  G ötürün-gəlin, 
şərab  paylasın!” .
B oyu  uzun  Burla xatun  oğlunun yanına gəldi.  Çağırıb oğlunu  soy- 
layır,  görək,  xanım ,  nə  soylayır:
Oğul,  oğul,  ay oğul!
B ilirsənm i,  nələr oldu?
Söyləşdilər xısm -xısın,
Duydum  işini  kafırin.
Qızıl  tağlı  uca evimin  dirəyi  oğul!
Qaza  bənzər qız-gəlinim in  çiçəyi  oğul!
Oğul,  oğul,  ay oğul!
Doqquz  ay  dar qam ım da gəzdirdiyim   oğul!
On  ay  deyəndə  dünyaya gətirdiyim   oğul!
B ələyini  beşikdə  bələdiyim   oğul!
K afırlər fıkirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uruzu h əb s- 
d ə n   çıxarıb,  örkənlə  boğazından  asın.  İki  kürəyinden  çəngələ  sancın, 
qıym a-qıym a  ağ  ətindən  çəkin.  Qara  qovurm a  edib,  qırx  bəy  qızına 
aparın.  H ər  kim  yedi,  o  deyil.  H ər kim  yem ədi,  o  Qazanın  xatunudur; 
çə k in -g ətirin ,  döşəyim izə salaq, şərab paylatdıraq!  “Sənin  ətindən,  ay 
oğul,  yeyim m i?  Yoxsa  iyrənc  dinli  kafırin  döşeyino  girimmi?  Ağan 
Q azanın  namusunu  tapdayımrm? N eyləyim ,  ay oğul?!”  -  dedi.
U ruz deyir:  “Ağzın qurusun,  ana!  Dilin çürüsün,  ana!  “Ana haqqı -  
Tanrı  h aqqı”  -  deyilm əsəydi,  qalxıb  yerim dən  durardım,  yaxandan- 
boğazından  tutardım.  Qaba  dizimin  altına  salardım.  Ağ  üzünü  qara 
yerə  çırpardım .  A ğzından-üzündən  qan  şoruldayardı.  Can  şirinliyini 
sənə  göstərərdim .  Bu  nə  sözdür?  Saqın,  xanım   ana!  M enim   üzorim ə 
g əlm əyəsən!  M ənim   üçün  ağlamayasan!  Qoy  məni,  xanım  ana,  çə n - 
g ələ  sancsınlar!  Q oy  ətim dən  çəksinlər;  qara  qovurma  edib,  qırx  bəy 
qızının  önünə  aparsınlar.  Onlar  bir yeyende,  sen  iki  defə  ye.  K afirlər 
duym asınlar,  səni  tamm asınlar.  Teki  m urdar  dinli  kafırin  döşəyine 
diişm əyəsən.  O nlara  şərab  paylayıb,  atam  Qazanın  nam usunu  sındır- 
m ayasan.  Saqın!” .

Oğlan  belə  deyəndə  gözünün  yaşı  gildir-gildir  axdı.  B oyu  uzun, 
beli  incə  Burla  xatun boyun-qulağm ı  tutdu,  yıxıldı.  Payız  alm ası  kimi 
al  yanağını  yırtdı-dağıtdı.  Qarğı  kim i  qara  saçını  yoldu.  “O ğul!” , 
“O ğul!”  deyib,  zar-zar ağladı.  Uruz  deyir:
Xanım  ana!  Qabağımı  kəsib nə  inləyirsən?
N iyə  zarıyırsan, niyə  ağlayırsan?
B ağnm ı,  ürəyimi  nə  dağlayırsan?
Keçmiş  günlərimi  nə andırırsan?
Ay ana!  Ərəb  atları  olan yerdə 
bir qulunu tapılmazmı?
Qızıl  dəvələr olan yerdə 
bir köşək tapılmazmı?
Ağca  qoyunlar olan yerdə 
bir quzusu tapılmazmı?
Sən  sağ ol,  xanım  ana!  Atam  sağ olsun!
Bir m ənim  kimi  oğul tapılmazmı?!
B elə  dedikdə  anası  dözə  bilmədi.  Ana  gedib,  qırx  incə  belli  qızm 
arasm a girdi.
K afirlər  Uruzu  tutub  qənarə  dibinə  gətirdilər.  Uruz  dedi:  “Ay 
kafir, amandır, Tanrının birliyinə şübhə yoxdur! Qoyun m əni, bu ağac- 
la danışım ” .  Çağırıb ağaca  soylamış,  görək, xanım,  necə  soylamışdır:
Sənə  “A ğac!”,  “A ğac!”  deyirəm sə,  öyünm ə,  ağac!
M əkkə  ilə M ədinənin qapısı  ağac!
M useyi-K əlim in  əsası  ağac!
Böyük-böyük  suların  körpüsü  ağac!
N əhəng-nəhəng dənizlərin  gəm isi  ağac!
Əlinin Düldülünün  yəhəri  ağac!
Əlinin  qılıncının  qım yla dəstəyi  ağac!
İm am H əsənlə  H üseynin beşiyi  ağac!
Ə r də  olsa,  arvad da olsa,  qorxusu ağac!
Başını  tutub  baxarsam,  başsız  ağacsan!
Dibini  tutub baxarsam,  dibsiz  ağacsan!
M əni  səndən asarlar,  götürm ə,  ağac!
G ötürsən,  igidliyim  səni  tutsun,  ağac!
G ərək bizim   eldə  olaydın,  ağac!
Qara hindu  qullarım a buyuraydım,
Səni  p ara-para doğrayaydılar,  ağac!
Sonra dedi:
T ö v lə-tö v lə  bağlanan  atlarımdan  heyf!
“Q ardaş”  deyə  sızlayan yoldaşlarımdan heyf!
Y um ruğum da qanad  çalan şahin  quşumdan  heyf!
Y etər  ilə  Tutan kim i  tazılanm dan heyP.
B əylikdən  doym adım ,  özümdən  heyf!
İgidlikdən  yorulm ayan canımdan  heyf!
U ruz hönkür-hönkür ağladı,  yanıq ciyərini  dağladı.
Bu  zaman,  sultanım,  Salur  Qazanla  Qaraca  çoban  çaparaq  yetdi. 
Ç obanın sapandmın daşlığı üçyaşar dana dərisindən, sapandının qolları 
isə  üç  keçi  tükündən düzəlm işdi.  Sapandın çatısı bir keçi tükündən  idi. 
H ə r  atanda  on  iki  batman  daş  atardı.  Atdığı  daş  yerə  düşməzdi.  Yerə 
düşsə  də,  toz  kimi  sovrular,  kül  kimi  ovulardı.  Üç  ilədək  daşının  düş- 
düyü yerin otu bitm əzdi.  Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı, 
sapandın qorxusundan qurd  gəlib yeməzdi.
Sultanım ,  Q araca  çoban  çatan  kimi,  sapandını  işə  saldı.  D ünya- 
aləm   kafirin  gözündə  qaraldı.  Qazan  dedi:  “Qaraca  çoban,  qoy  anamı 
kaflrdən  istəyim,  at  ayağı  altında qalmasın” .
A t  ayağı  iti,  ozan  dili  çevik  olur.  Qazan  kafiri  çağırıb  soylamış, 
görək,  xanım,  nə  soylamışdır:
Ay  Şöklü  Məlik!
Qızıl  tağlı  uca  evlərim i  götürüb  gəlm isən, 
sənə  kölgəlik  olsun!
Q iym ətli  xəzinəm i,  bol  gümüşümü  götürmüsən, 
sənə  xərciik  olsun!
Qırx  incə  belli  qızla  Burla xatunu  gətirm isən, 
sənə  ə sir olsun!
Qırx  igidlə  oğlum   Uruzu  gətirib  gəlm isən, 
sənin  qulun  olsun!
T övlə-tövlə  şahanə  atlarımı  gətirib  gəlm isən,

sənin  miniyin  olsun!
Q atar-qatar dəvələrim i  gətirib  gəlm isən, 
sənin  yükünü  daşısın.
Qoca  anamı gətirm isən,  ay  kafır, 
anamı  ver mənə!
Savaşm adan-vuruşm adan qayıdım  geri, 
dönüb  gedim!
K afırlər dedilər:
Qızıl  tağlı  uca evini  gətirm işik,  bizimdir!
Şöklü  M əlik qırx  incə belli  qızla  Burla xatunu 
gətirm işdir,  bizimdir!
Q ırx  igidlə  oğlun Uruzu gətirm işdir,  bizimdir.
T övlə-tövlə  atlarını,  qatar-qatar dəvələrini 
gətirm işdir,  bizimdir!
Q ancıq ananı  gətirm işiksə,  bizimdir,
S ən ə  vermərik;  Y ayxan keşiş  oğluna verərik,
Y ayxan keşiş  oğlundan oğlu  doğular,
Biz  onu sənə  əv əz qoyarıq!
Belə dedikdə Qaraca çobanın acığı tutdu, dodaqlan səyridi. Çoban dedi:
Ehey,  dinsiz,  huşsuz  kafır!
Ağılsız,  başsız  kafır!
Qarşıdakı  qarlı  dağlar 
Qarıyıbdır,  otu bitməz.
Q an-qadalı  irm aqlar 
Quruyubdur,  suyu  gəlm əz.
Ş ahanə-şahbaz  atlar 
Q anyıbdır,  qulun  verməz.
Q ızıl-qızıl dəv ələr də 
Qarıyıbdır, köşək verməz.
A kafır,  Qazanın  anası 
Qocalıbdır,  oğul verm əz.
Şöklü M əlik, cins toxum a meylin varsa, qara gözlü qızım gətir Q a- 
zana ver!  A y kafir,  sənin qızından oğlu doğulsun,  siz onu Qazan  bəyin 
xidm etinə  göndəresiniz!
Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi, xanım, görək kim lər gəldi:
Q aradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı 
tutanda qara daşı  kül  eyləyən,  bığını  boynu dalında yeddi  dəfə düyün- 
ləyən,  igidlər  igidi,  Qazan  bəyin  qardaşı  Q aragünə  çaparaq  yetişdi: 
“Çal  qılıncım,  qardaşım   Qazan,  yetdiın!”  -  dedi.
Bunun  ardınca,  görək,  kim lər yetişdi.
D əm ir qapı D ərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq 
böyük  nizəsinin  ucunda  igidləri  böyürdən  Qıyan  Səlcik  oğlu  Dəli 
D ondaz çaparaq yetişdi:  “Çal  qılıncını,  ağam Qazan,  yetdim !” -  dedi.
B unun  ardınca,  xanım ,  görək, kim lər yetişdi:
A m idlə  M ərdin  qalasm ı  vurub-yıxan,  D əm ir yaylı  Qıpçaq  M əlikə 
qan  qusduran,  g ə lə rə k   Qazanın  qızını  m ərdliklə  alan,  oğuzun  ağ  saq- 
qallı  qocaları  görəndə  o  igidə  “əhsən”  deyən,  al  m əxm ər  şalvarlı,  atı 
m avi  qotazlı  Q aragünə  oğlu  Qarabudaq çaparaq yetişdi:  “Çal  qılıncını, 
ağam   Qazan,  y etdim !” -  dedi.
Bunun  ardınca  görək,  xanım,  kimlər yetişdi:
İcazəsiz  Bayındır  xanın  düşmənini  basan,  altmış  min  kafirə  qan 
qusduran,  ağ-boz  atının  yah  iizorində  qar  yığılan  Q əflət  qoca  oğlu  Şir 
Şəm səddin çaparaq yetişdi:  “Çal qılıncını, ağam Qazan, çatdım!” -  dedi.
Bunun  ardınca,  görək  xanım,  kimlər yetişdi:
Parasarın  B ayburd  hasarından sıçrayıb  aşan,  al  rəngli  gəlin otağına 
qarşı  gələn,  yeddi  qızın  ümidi,  Qalın  Oğuzun  müjdəçisi,  Qazan  bəyin 
silahdaşı,  Boz  ayğırlı  Beyrok  çaparaq  yetişdi:  “Çal  qılıncını,  ağam 
Q azan,  çatdım !”  -  dedi.
Bunun  ardınca,  xanım,  görək  kimlər yetdi:
Ç ahm -çarp az  çalm ah,  çal  qaraquş  ərdəm li,  quram a  qurşaqlı, 
qulağı  qızıl  küpəli,  Qalın  Oğuz  bəylərini  b ir-bir atından  yıxan,  Qazlıq 
Q oca  oğlu  Y egnək  bəy  çaparaq  yetişdi:  “Çal  qılıncım ,  ağam  Qazan, 
ça td ım !”  -   dedi.
Bunun  ardınca,  görok,  xanım,  kimlər yetişdi:
Altm ış tək ə dərisindən olan  kürkü topuqlarını  örtm əyən, altı  erkək 
dərisindən  papağı  qulağını  örtmoyən,  qolu-budu  uzunca,  baldırları 
incə  Qazan  bəyin  dayısı  At  ağızlı  Aruz Qoca çaparaq  yetişdi:  “Çal  qı- 
Iıncını,  bəyim   Q azan,  çatdım !”  -  dedi.
Bunun  ardınca,  görək,  kim lər yetişdi:
Gedib  peyğəm borin  üzünü  görən,  gələrək  oğuzlar  içində  ona 
tə rə fd a r çıxan,  acığı  tutanda  bığlarından  qan  çıxan,  bığı  qanlı  Bükdüz 
Ə m ən  çaparaq  yetişdi:  “Çal  qılıncını,  ağam  Qazan,  çatdım !” -  dedi.

Bunun  ardınca,  görək,  kim lər yetişdi:
K afırləri  it ardına qoşub-alçaldan,  eldən çıxıb Ayğırgözlü suyunda 
at  üzdürən,  əlli  yeddi  qalanın  açarını  alan,  Ağ  M əliyin  Ç eşm ə  qızm a 
evlənən  Sufı  Sandal  M əlikə  qan  qusduran,  qırx  cübbə  bürünüb  otuz 
yeddi  qala  bəyinin  gözəl  qızlarını  oğurlayıb  b ir-b ir  boynunu  qucan, 
üzündən-dodağm dan  öpən  İlək  qoca  oğlu  Alp  Ə rən  çaparaq  yetişdi: 
“Çal  qılıncım ,  ağam  Qazan,  çatdım !” -  dedi.
Sayılmaqla  oğuz  bəyləri  tükənm əz.  Hamı  yetişdi.  T əm iz  suda 
yuyundular.  A ğ  alınlanm   yerə  qoydular.  İki  rükət nam az  qıldılar.  Adı 
əziz M əhəm m ədə  salavat gətirdilər.  Sakitcə  kafirin üstünə  at  saldılar, 
qılınc  çaldılar.  G um bur-gum bur nağaralar döyüldü.  Burması  qızıl tunc 
borular çalındı.
O gün cəsur ə r igidlər bəlli oldu.  O gün nam ərdlər gizlənm əyə yer 
axtardı.  O gün bir qiyam ət savaş oldu,  meydan başla  doldu;  başlar top 
kimi  kəsildi.  Şahanə  atlar  qaçanda  nalı  düşdü.  B öyük-uzun  nizələr 
sancılıb  süstəldi.  Böyük,  iti  polad  qılınclar çalındı,  tiyəsi  korşaldı.  Üç 
lələkli qayın oxlar atıldı, dəm ir ucluğu düşdü. O gün, elə bil, qiyam ətin 
bir günü  idi.  B əy  nökərindən,  nökər bəyindən ayrıldı.
Daş Oğuz bəyləri ilə D eli Dondaz sağdan, cəsur igidlərlə Qaragünə 
oğlu  Dəli  Budaq  sol  yandan  hücum  etdi.  İç  Oğuz  bəyləri  ilə  Qazan 
m ərkəzdə  düşm ənlərin  topasına  hücum  etdi.  Şöklü  M əlikə  çatdı,  bö- 
yürdüb  atdan yerə  saldı,  qəfilcə tutub başını kəsdi.  Bir zərbə  ilə  al  qa- 
nını  yer  üzünə  tökdü.  Sağ  tərəfdə  Qara  Tükən  M əliklə  Qıyan  Səlcik 
oğlu  D əli  D ondaz  qarşılaşdı.  Sağ  yanım  qılınclayıb  yerə  saldı.  Sol  tə- 
rəfdə Buğacıq M əliklə Qaragünə oğlu Dəli  Budaq qarşılaşdı.  Altı pərli 
gürz  ilə təpəsinə  m öhkəm  zərbə  vurdu.  D ünya-aləm   Buğacıq  M əlikin 
gözündə qaraldı:  atın boynunu qucaqlayıb,  yerə düşdü.
Q azan  bəyin  qardaşı  kafırin  bayrağını  qılınclayıb  yerə  saldı. 
D ərələrdə, təp ələrd ə kafırlərə qırğın düşdü,  leşlərinə quzğun toplaşdı. 
On  iki  min  kafır  qılıncdan  keçdi.  Oğuz  igidlərindən  beş  yüzü  həlak 
oldu.  Q azan  bəy  qaçam  qovmadı,  “am an”  deyəni  öldürm ədi.  Qalın 
Oğuz  bəyləri  böyük qənim ət əldə  etdilər.
Qazan  bəy  öz  ordusunu,  arvad-uşağını,  xəzinəsini  geri  aldı,  qızıl 
taxtında  geri  döndü.  Yenə  evlərini  tikdirdi.  Qaraca  çobam  əm iraxur 
etdi.  Yeddi  gün,  yeddi  gecə  y em ək-içm ək oldu.  Qırx  n əfər qulu,  qırx 
kənizi  oğlu D ra za  göra  azad  elədi.  C əsur qoç  igidlərə  çoxlu  torpaqlar 
verdi:  şalvar,  çuxa,  arxaliq  verdi...
D ədəm   Qorqud  gəlib  boy  boyladı,  soy  soyladı.  Bu  oğuznaməni 
qoşdu-düzdü, belə  dedi:
Hanı  dediyim   boy  ərənlər?
Dünya  m ənim dir deyənlər?
Ə cəl  aldı,  yer gizlədi,
Fani  dünya  kim ə  qaldı?
G əlim li-gedim li  dünya,
Son  ucu  ölüm lü  dünya!
X ey ir-d u a verək,  xanım:
Qarlı  uca  dağların  yıxılmasın!
Kölgəlik  hündür ağacın  kəsilməsin!
Coşğun  axan  gözəl  suyun  qurumasın!
Tanrı  səni  nam ərdə  möhtac  etməsin!
Çaparkən  ağ-boz  atın  büdrəməsin!
Vuruşanda  iti  polad  qılıncın  gödəlməsin!
Sancılarkən  uzun  nizən  əyilməsin!
Ağ  saqqallı  atan  yeri  cənnət olsun!
Ağ  birçəkli  anan  yeri  behişt olsun!
Son  gündə  təm iz  imandan  ayırmasın!
“ A m in!”  deyənlərin  üzünü  görsün!
Ağ  alnımızı  yerə  qoyub,  beş kəlm ə  dua qıldıq, 
qobul  olunsun!
Allah  verən  ümidin  üzülməsin!
Yığışdırsın,  saxlasın  günahlarını 
Adı  gözəl  M əhom m od  Mustafanın 
üzü  suyuna  bağışlasın,  xanım,  hey!..

Yüklə 139,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin