Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "



Yüklə 139,49 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix16.02.2017
ölçüsü139,49 Kb.
#9068
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

- İ
s
* 8 2 3 7 S İ
b
~

Bu  günüm də  köm ək  ol  m ənə!
Q ala-ö lk ə  verim  sənə!
Burla xatun  deyir:
Qarşım ı  alıb,  igid,  m əni  nə  saxlayırsan?
M ənim  keçmiş  günüm ü nə  yadım a  salırsan?
Qalxıb  yerindən  duran  Qazan!
Q aragöz  atın belinə  yatan Qazan!
A pararaq uca dağımı  yıxan Qazan!
K ölgəsi  tək iri  ağacım ı  kəsən Qazan!
B ıçaq alıb  qanadlanm ı  qıran  Qazan!
Yalnız  oğlum U nıza  qıyan  Qazan!
A t üstündə  oturmayıb,  ayaq üstə  çapan  Qazan!
Ü zəngiyə yığışmazdı  dizin  sənin
Xan  qızını, -  arvadım tanım ayır gözün sənin!
Nə  olm uşdur sənə  belə, öz  huşunu itirm isən?
Çal  qılıncını,  yetdim ,  Qazan!
B u  zaman  oğuz  igidləri  bir-bir  yetişdi.  G örək,  xanım ,  kim lər 
yetişdi:
Q aradərə  ağzında  Allah  verən,  qara  buğa  dərisindən  beşiyinin 
örtüyü  olan,  acığı  tutanda qara  daşı  kül  eyləyən,  qara bığım   ənsəsində 
düyünləyən,  Q azanın  qardaşı  Qaragünə  çapar  yetdi:  “Çal  qıhncını, 
Qazan  qardaş,  çatdım !” -  dedi.
O nun  ardm ca  görək, xanım ,  kim lər yetişdi:
D əm ir qapı  D ərbənddəki  dəm ir qapım   alan, altm ış tutam lıq böyük 
nizəsinin ucunda  igidləri  böyürdən,  Q azan kimi  pəhləvanı  bir savaşda 
üç  d əfə  atından  yıxan  Qıyan  Səlcik  oğlu  Dəli  D ondaz  çaparaq  yetdi: 
“Çal  qılıncını,  ağam   Qazan,  çatdım !”  -  dedi.
O nun  ardınca,  görək kim lər yetdi:
Gedib  B aym dır xanın  düşm ənini  icazəsiz basan,  altm ış  m in  kafırə 
qan  qusduran Q əflət qoca oğlu  Şir Şəm səddin  çaparaq  yetdi:  “Çal  qı- 
lıncını,  ağam  Qazan,  çatdım !”  -  dedi.
O nun  ardınca,  görək,  kim lər yetdi:
Parasarm   Bayburd  hasanndan  sıçrayıb  aşan,  atı  böyük  gəlin  ota- 
ğının  qarşısına  gələn,  Qalın  Oğuz  sevim lisi,  Qazan  bəyin  dostu  -  
silahdaşı  Boz  ayğırlı  Beyrək  çaparaq  yetişdi:  “Çal  qıhncm ı,  xanım 
Qazan,  çatdım !”  -  dedi.
2 3 8 ^ ^ " '
Onun  ardm ca,  görək,  kim lər yetişdi:
Ç aya  baxsa,  qılınc  çalan,  qaraquş  ərd əm li,  quram a  qurşaqlı, 
qulağı  qızıl  küpəli,  Q alın  Oğuz  bəylərini  b ir-b ir  atdan  yıxan  Q azılıq 
qoca  oğlu  Y eynək  b əy   çaparaq  yetdi:  “Çal  qılıncını,  ağam   Q azan, 
çatdım !”  -   dedi.
O nun  ardm ca,  görək,  kim lər yetişdi:
İyirm i  dörd  boyunu  tə rif edib  oxşayan  D əli  Dondaz  yetdi.  Onun 
ardınca m in n əfərin başçısı Düyər yetdi. Onun ardınca m inbaşı B ügdüz 
Ə m ən yetdi.  O nun ardınca doqquz tayfanm başçısı A ruz yetdi.  S aydıq- 
ca  O ğuz  bəyləri  tükənən  deyil.
Q azanın  bütün  bəyləri  yetdi,  ətrafına  yığıldılar.  T əm iz  suda 
yuyundular.  İki  rükət  nam az  qıldılar.  Adı  gözəl  M əhəm m ədə  salavat 
g ətird ilər.  C əsarətlə  kafırin  üstünə  at  saldılar,  qılınc  çaldılar.  O  gün 
ciy ərli,  cəsu r  igidlər  bəlli  oldu.  O  gün  nam ərdlər  gizlənm əyə  yer 
axtardı.  B ir qiyam ət savaş oldu, m eydan başla doldu.  Bir qiyam ət günü 
oldu,  bəy nökərdən,  nökər bəydən  aynldı.
O ğuz  bəyləri  ilə  Dəli  Dondaz  sağdan  hücum  etdi.  C əsur  igidlərlə 
Q arabudaq  soldan  hücum  etdi.  Qazan  özü  düşm ən  qoşununun  m ərk ə - 
z in ə   hücuın  etdi.  Təkur  ilə  Şöklü  M əlikə  çatdı.  Böyürdüb  atdan  saldı. 
A1  qanını  yer üzərinə  tökdü.
Sağ  tə rə fd ə   Dondaz  Q ara  Tükənə  qarşı  gəldi.  Q ıhnclayıb  yero 
saldı.  Sol  tə rə fd ə   Buğacıq  M əlikə  qarşı  Q arabudaq  gəldi.  N izəsiylə 
sancıb  yerə  çaldı,  bir anda başın kəsdi.
B oyu  uzun Burla xatun kafırin qara bayrağını  qılıncladı, y erə saldı. 
T ək u r  basıldı,  qalan  düşm ənlər  qaçdı.  D ərələrdə  kafırlərə  qırğın 
düşdü.  On  beş  min  kafirdən  kimi  qırıldı,  kimisi  tutuldu.
Q azan,  oğlunun  yam na gəldi.  Atından  düşüb,  əllərini  açdı.  A ta  ilə 
oğul qucaqlaşıb görüşdülər. Oğuzlardan üç yüz igid həlak oldu.  Qazan, 
öz oğlunu xilas edib geri döndü. Hamı bir-birini təbrik etdi. O ğuz b əy- 
ləri  sevindilər,  böyük qənim ət əldə  etdilər.
Qazan  A ğca  qala  Sürm əüyə  gəlib,  qırx  otaq  tikdirdi.  Yeddi  gün, 
yeddi gecə yem ək -içm ək  oldu. Qazan qırx evli qulla qırx xidm ətçi qızı 
oğlunun  başına  çevirib  azad  eylədi.  Q əhrəm anlıq  göstərənlərə  böyük 
ölkə  verdi,  cübbə-çuxa verdi.
D ədəm   Q orqud  gəlib  qopuz  çaldı,  oxudu:  bu  Oğuznam əni  düzdü 
qoşdu.  Belə  dedi:
• * ^ 2 3 9 8 £ ~ * -

İndi  hanı  o  dediyim  bəy  ərənlər?
D ünya m ənim dir deyənlər!
Ə cəl  aldı,  yer gizlədi,
Fani  dünya kim ə  qaldı?
G əlim li-gedim li  dünya,
Son ucu ölümlü dünya!
X eyir-dua verək,  xanım:
Y erli  uca dağın yıxılmasın!
K ölgəli  iri  ağacın  kəsilm əsin!
C oşğun axan gözəl  suyun  qurumasın!
Qanadlarının ucu qırılmasın!
A llah  seni nam ərdə  möhtac  etməsin!
Ç aparkən ağ-boz  atın büdrəm əsin!
V uruşanda iti polad qılıncın  gödəlm əsin!
A llah verən üm idin üzülm əsin!
A xır gündə  a n   imandan  ayırmasın!
A ğ almmızı yerə  qoyub  beş kəlm ə  dua etdik,  qəbul  olsun! 
U lu T ann yığışdırsın,  saxlasm  günahınızı,
Adı  gözəl M əhəm m ədə bağışlasın, xanım ,  hey!!!
D U X A   Q O C A   O Ğ L U   D Ə L İ 
D O M R U L B O Y U
D eyilənə  görə,  xam m ,  oğuzlarm   arasında  D uxa  qoca  oğlu  Dəli 
Dom rul  deyilən  bir  igid  vardı.  Quru  bir  çaym   üzərində  bir  körpü 
saldırm ışdı.  K örpüdən  keçəndən  otuz  üç  axça,  keçm ək  istəm əyəndən 
qırx  axça  alırdı.  B unu n iy ə  belə  edirdi?  Ona  görə  ki,  “M əndən  cəsur, 
m ən d ən   güclü  b ir  igid  varm ı  ki,  çıxıb  m ənim lə  savaşsın?  -   deyirdi; 
m ənim  cəsurluğum un pəhləvanlıq və  igidliyim in  şöhrəti R um a,  Şama 
gedib  çatm ışdır” , -  deyirdi.
B ir  gün  körpünün  yanında  obanın  bir  bölük  cam aatı  çadır 
qurm uşdu.  H əm in obada bir gözəl igid xəstələnm işdi. Allahın əm ri  ilə 
o  igid öldü.  K im i  “oğul” -  deyə, kimi “qardaş” -  deyə ağladı.  O igidin 
ü stü n d ə  bərk  qara  şivən  qopdu.  G özlənilm ədən  D əli  Domrul  çaparaq 
yetişdi,  dedi:  “A y  əbləhlər,  nə  ağlayırsız?  M ənim   körpüm ün  yanında 
bu h ay -k ü y  nədir, niyə şivən salm ısız?” .  “Xan, bir yaxşı igidim iz öldü, 
ona  ağlayırıq” ,  -   dedilər.  Dəli  Dom rul  deyir:  “Aya,  igidinizi  kimi 
öld ü rd ü ?” .  D edilər:  “Vallah,  igid bəy, A llah-taaladan buyruq oldu.  A1 
qanadlı  Ə zrayıl  o  igidin  canını  aldı” .  D əli  Domrul  deyir:  “Eh,  Əzrayıl 
dediyiniz  nə  kişidir  ki,  adamın  canını  ahr?  Ya  qadir  Allah,  birliyin, 
varlığm   xatirinə,  Əzrayılı  m ənim   gözüm ə  göstər,  vuruşum,  güləşim , 
döyüşüm   -   yaxşı  igidlərin  canını  qurtarım.  Bir  daha  yaxşı  igidlərin 
canını  alm asın” .  D əli  D om rul  qayıtdı,  evinə  gəldi.
A llah -taalay a  D om rulun  sözü xoş  gəlm ədi.
“B ax  bir,  d əli  axm aq  m ənim   birliyim i  tanım ır,  k ö m əy im ə- 
k ərəm im ə  şükür  eləm ir.  M ənim   böyük  sarayım da  gəzib  m əğrurluq 
eləy ir?” -  dedi.  Ə zrayıla  əm r etdi ki,  ey  Əzrayıl,  get o dəli  əbləhin də 
gözünə  görün,  bənizini  saralt,  xırıldadıb  canını  al!
Dəli  D om rul  qırx  igidlə  yeyib-içib  oturarkən  birdən  Əzrayıl  gəlib 
çıxdı.  Əzrayılı  n ə qapıçı  gördü, nə gözətçi.  Dəli  Domrulun görən gözü 
görm ədi,  tutan  əllərin d ə  qüvvət qalmadı.  D ünya-aləm  Dəli  Domrulun 
gözündə  qaraldı.  Dəli  Dom rul  çağırıb  soylayır,  görək,  xam m ,  nə 
soylayır, -  deyir:
Vay,  nə  heybətli  qocasan?
Q apıçılar səni  görmədi.

G özətçilər də  duymadı.
G örən  gözüm qaraldı,
Tutan  əlim  yoruldu.
Canım a titrətm ə  düşdü,
Qızıl  qədəh  əlim dən yerə  düşdü.
Ağzım   dondu buz kimi,
Süm üklərim  ovuldu duz kimi,
Ay  saqqallı  ağ qoca,
Gözləri  domba qoca,
Vay,  nə  qorxunc  qocasan,  de  mənə!
Qadam -balam  toxunar bu gün  sənə!
Belə  deyəndə  Əzrayıhn  acığı  tutdu.  Deyir:
Ədə,  dəli  əbləh!
Gözüm ün dom bahğını  nə  bəyənm irsən?
G öyçək gözlü  qızların-gəlinlərin,  canım  çox  almışam! 
Saqqalım m  ağlığmı  nə bəyənm irsən?
Ağsaqqal,  qarasaqqal  igidlərin canım  çox  almışam! 
Saqqahm m  ağardığınm m ənası  budur!
Ay  dəli  axm aq,  öyünüb  deyirdin  “al  qanadlı  Əzrayıl  m ənim   əlim ə 
düşəydi,  öldürəydim;  yaxşı  igidin  camnı  onun  əlindən  qurtaraydım ” . 
İndi,  ay  dəli,  gəlm işəm   ki,  sənin  canını  alım.  V erirsənm i,  yoxsa 
m ənim lə  döyüşürsən?
D əli  Dom rul  deyir:  “Aya,  al  qanadlı  Əzrayıl  sənsənm i?” .  “Bəli, 
m ənəm !”  -   dedi.  “Bu  yaxşı  igidlərin  canını  sənm i  alırsan?”  -   dedi. 
“Bəli,  mən alıram ”, -  dedi.  Dəli  Dom rul deyir:  “Ə də,  qapıçılar, qapını 
örtün!  Ay  Əzrayıl,  mən  səni  gen  yerdə  axtarırdım,  dar  yerdə  yaxşı 
əlim ə  keçm isən,  deyəsən?  M ən  indi  səni  öldürüm,  yaxşı  igidlərin 
canını  qurtarım !” .  Böyük  qıhncım   siyirdi,  əlinə  aldı.  Hücum   etdi  ki, 
Ə zrayıh  vursun.  Əzrayıl bir göyərçin  olub,  p əncərədən uçdu-getdi.
İgid  D əli  D om rul  əlini  əlin ə  çaldı,  q a h -q a h   güldü.  Dedi: 
“İgidlərim ,  Əzrayılın  gözünü  elə  qorxutdum   ki,  gen  qapını  qoydu,  dar 
bacadan  qaçdı.  M ənim  əlim dən  göyərçin  kimi  bir  quş  olub  uçdu.  Ay 
hay,  m ən  onu  qızılquşa  aldırm ayınca  qoyarammı  camnı  qurtarsın?!” 
Durdu,  atına  mindi.  Şahini  əlinə  alıb,  ardınca  düşdü.  B ir-iki  göyərçin 
öldürdü,  döndü  evinə  gələrkən  Əzrayıl  onun  atmın  gözünə  göründü.
A t ürkdü.  D əli  Dom rulu götürüb yerə vurdu.  Q ara başı fırlandı, huşsuz 
qaldı.  Əzrayıl  ağ  köksünün  üstünə  qondu.  Dəli  Domrula  m ırıldam rdı. 
Sonra onu boğm ağa başladı.
Dəli  D om rul deyir:
A y  Ə zrayıl,  aman!
T anrm ın birliyinə  şübhə yox,  inan!
M ən  səni  belə  bilm əz  idim.
O ğru  kimi  can  aldığım   duymaz  idim.
B izim   böyük  sahəli  dağlarımız olur,
O  dağlarım ızda  bağlarımız olur.
O bağların  qara  salxımh  üzüm ü olur.
O  üzüm ü  sıxırlar,  al  şərabı  olur.
O  şərabdan  içən sərxoş olur.
Sərxoşdum ,  duymadım;  nə  dediyimi  bilmədim .
B əylikdən usanm adım,  igidlikdən doymadım.
Canımı  alma,  Əzrayıl,  aman ver!
Əzrayıl deyir:  “Ay dəli  axmaq, m ənə nə yalvarırsan, A llah-taalaya 
yalvar.  M ənim   əlim də  nə  var?  M ən  buyruq  quluyam ” .  D əli  Domrul 
deyir:  “B əs  can  verən,  can  alan  da  A llahdırm ı?” .  “Bəli,  o dur!”  dedi. 
Ə zrayıla  dönüb  dedi:  “B əs  sən  nə  iş  görürsən?  S ən  aradan  çıx,  m ən 
A llah-taala  ilə  xəbərləşim ” .  Dəli  Domrul  burada  soylamış,  görək, 
xanım,  nə  soylamışdır:
U calardan ucasan,
K im sə  bilm əz necəsən.
G özəl  Tanrı!
N eçə  cahillər səni
G öydə  arar,  yerdə  istər.
Sən  m öm inlər könlündəsən.
S en böyüksən,  qüdrətlisən,
Əbədi  sirr sahibisən.
Canım ı  alsan,  özün  al.
Qoym a,  Əzrayıl  alsın!
Dəli  D om rulun  sözü  burada  A llah-taalaya  xoş  gəldi.  Əzrayılı 
çağırıb  dedi  ki,  bu  dəli  m ənim  birliyimi  bildiyi,  birliyim ə  şükür etdiyi 
üçün  onun canı  əv əzin ə  can  tap;  qoy D əli  Dom rulun  canı  azad  olsun!
-* ~ § 8 2 4 3 g g ~

Əzrayıl  deyir:  “A y  D əli  Domrul,  Allahın  əm ri  belə  oldu  ki,  Dəli 
Dom rul öz cam yerinə can tapsın, onun canı azad olsun!” . D əli Domrul 
deyir:  “M ən  cam  necə  tapım ?  Bir  qoca  atam,  bir  q an   anam   var,  gəl 
gedək,  ikisindən biri bəlkə  canım verdi,  al, m ənim   canım  qalsm !” .
D əli  Dom rul  durub  atasmın  yanına  gəldi.  A tasım n  əlini  öpüb 
soylamış,  görək,  xanım,  n ə  soylamışdır;  dedi:
Ağ saqqallı əziz, hörm ətli,  canım  ata!
B ilirsənmi,  n ələr oldu?
Günah  söz  söylədim, -  
A llaha xoş gəlm ədi,
G öydə  al qanadlı  Əzrayıla 
Ə m r elədi, uçub  gəldi.
Basıb  qonmuş  ağ köksümə,
Şirin  canı  alır m əndən.
Ata,  səndən can istərəm ,  verərsənm i?
Y oxsa “oğul,  D om rul!”  deyə  ağlarsanm ı?
Atası  deyir:
Oğul,  oğul,  ay oğul!
Canımm bir parası  oğul!
Doğulanda doqquz buğra öldürdüyüm   aslan  oğul!
Qızıl  tağlı uca  evimin dirəyi  oğul!
Qaza bənzər qız-gəlinim in  çiçəyi  oğul!
Qarşı  yatan uca dağım gərəksə,
Söylə,  olsun Ə zrayıhn yaylağı!
Soyuq-soyuq bulaqlarım   gərəksə,
Onlar olsun  Əzrayılm bulağı!
Tövlə-tövlə  şah  atlarım  gərəksə,  onun  m iniyi  olsun! 
Q atar-qatar dəvələrim  g ərək sə,  onun yüklüyü  olsun! 
Yaylaqdakı  ağ qoyunum  gərəksə,
M ətbəxlərdə  olsun ona şülənlik!
Qızıl-güm üş pul  gərəksə,
Xərcləsin,  qursun  böyük  bir şənlik!
Dünya  şirin,  can  əzizdir,
Canım ı  qıya bilm ərəm !
M əndən əziz,  m əndən yaxm  
Anan  vardır,  get yanma!
Dəli  Dom rul,  atasından  ümidi  üzülüb,  atını  sürdü,  anasınm   yanma 
gəldi.  Deyir:
Ana,  bilirsənm i  n ələr oldu?
A1  qanadlı  Ə zrayıl  göy üzündən  uçub  gəldi.
M ənim   ağca  köksüm ü basıb  qondu,
X ırıldadıb  canım ı  alır indi.
A tam dan  can  istədim ,  amma vermədi.
S ən d ən   can istəyirəm ,  ana,  canım  m ənə verərsənm i, 
yoxsa “Oğul,  D om rul!” -  deyə  ağlarsan?
Ağ  üzünə  iti  d ım aq çalarsan?
Q arğı  kimi  qara  saçını  yolarsan,  ana?
A nası burada  soylam ış,  görək, xanım, nə  soylam ışdır.  Anası  dedi:
Oğul,  oğul,  ay  oğul!
D oqquz  ay  dar qam ım da gəzdirdiyim   oğul!
B ələyini  beşiklərdə  bələdiyim   oğul!
On  ay  deyəndə  yer üzünə  gətirdiyim   oğul!
D oyunca ağ südüm ü  əm izdirdiyim   oğul!
A ğca bürclü hasarlarda tutulsaydın,  oğul!
İyrənc  dinli  kafır əlində  dustaq  olsaydın,  oğul,
Q ızıl-güm üş  gücünə  səni qurtarardım ,  oğul!
Yaman  yerə gedibsən;  gedə  bilm ərəm ,
Dünya  şirin,  can  əzizdir,
Canımı  qıya bilm ərəm ,  yəqin  bil!-dedi.
Anası  da  canım   verm ədi.  Belə  deyəndə  Əzrayıl  Dəli  Domrulun 
canını  alm ağa  gəldi.  Dəli  Domrul  deyir:
Ay  Ə zrayıl,  aman!
Allahın  birliyinə  yox  şübhə,  inan.
Əzrayıl  deyir:  “Ay  dəli  axmaq!  Daha  nə  am an  istəyirsən?  Ağ 
saqqallı  atanm   yanına  getdin,  canını  vermədi.  A ğ  birçəkli  ananın 
yanına getdin,  can verm ədi.  Daha kim verəcəkdir?  Dəli  Domrul  deyir: 
“H əsrətlim  vardır,  onunla görüşüm ” .  Əzrayıl deyir:  “Ay dəli,  həsrətlin 
kim dir?”  Deyir:  “Yad  qızı  arvadım  var,  ondan  iki  oğlum   var;  əm an ə- 
tim   var,  onlara  tapşırım ,  ondan  sonra  m ənim   canım ı  alarsan” .  Atını 
sürüb  arvadınm yanm a  gəldi.  Dedi:

B ilirsənm i  n ələr oldu?
A1 qanadlı Əzrayıl  göy üzündən uçub  gəldi.
M ənim   ağca köksümü basıb  qondu.
M ənim   şirin cammı  alır indi.
A tam a dedim,  canını  vermədi,
A nam a dedim,  canını vermədi,
“D ünya şirin,  can  şirin!”  -  dedilər.
İndi  uca-uca dağlanm  yaylağm  olsun!
Soyuq-soyuq sularım  bulağın olsun!
T övlə-tövlə  şahanə  atlarım  sənin m iniyin  olsun!
Q ızıl  tağlı uca evim  sənin kölgəliyin  olsun!
Q atar-qatar dəvələrim  sənin  yüklüyün olsun!
Yaylaqdakı  ağ qoyunum  sənin şülənliyin  olsun!
G özün kimi tutursa,
K önlün kimi  sevirsə,  ona ərə  get!
İki  oğlancığı  yetim  qoyma!
A rvad  burada  soylam ışdır,  görək,  xanım ,  nə  soylam ışdır 
demişdir:
N ə  deyirsən, n ə ötürsən,
G öz  açaraq gördüyüm!
K önül  verib  sevdiyim!
Qoç  igidim,  şah  igidim,
Şirin  dam ağ verib  öpüşdüyüm,
B ir yasdıqda baş  qoyduğum,
Qarşı  yatan uca dağları 
S əndən sonra m ən  neylərəm ?
Y aylayarsam ,  gorum  olsun!
Soyuq-soyuq  sularını  m ən  içərsəm ,  m ənim   qanım   olsun! 
Q ızılım -güm üşünü  xərcləsəm ,  kəfənliyim   olsun! 
T övlə-tövlə  atlarım   mən  m insəm ,  m ənim   tabutum   olsun! 
S əndən sonra bir igidi  sevib  seçsəm, 
ərə  getsəm ,  birgə  yatsam,
B ir əjdaha ilan  olub,  m əni  çalsın!
O  m üxənnət,  etibarsız  atan-anan 
Can  nədir ki,  sənə  qıya bilm əm işlər?
-**si€ 2468*8*»-
Y erlər şahid  olsun,  göy  şahid  olsun,
Q üdrətli  Allah  şahid  olsun,  qurbanam   sənə,
M ənim   cam m   qurban  olsun  sənin  canına!
Əzrayıl  razılaşdı,  qadının  canını  almağa  gəldi.  İgid  Dom rul  öm ür 
yoldaşına qıya bilm ədi.  B urada Allaha yalvarmış,  görək,  necə  yalvar- 
mışdır,  deyir:
U calardan  ucasan,
K im sə  bilm əz  necəsən!
G özəl  Tanrı,  çox  cahillər 
Səni  göydə  arar,  yerdə  arzular.
Sən  m öm inlərin  könlündəsən.
Sən  əbədi  hökmransan.
Böyük yollar üzərində 
İm arətlər yapım -qurum   səninçin.
Harda  görsəm ,  ac  doyurum  səninçin.
Ç ılpaq  görsəm ,  don  geydirim  səninçin.
A lırsansa,  ikimizin  canını  birgə  al!
Sağ qoyursan,  ikim izə  də  rəhm   et!
K ərəm i  çox,  Q adir Allah!
Dəli  D om rulun  sözü  Allaha  xoş  gəldi.  Ə zrayıla  əm r  etdi:  “Dəli 
D om rulun ata-anasınm  canmı al!  Dəli  Domrula və arvadına yüz qırx il 
öm ür verdim ” , -  dedi.  Əzrayıl  da dərhal  onun  atasım n-anasının  canını 
aldı.  Dəli  Dom rul  öm ür yoldaşı  ilə  yüz  qırx  il  də  yaşadı.
D ədə  Q orqud  gəlib  boy  boyladı,  soy  soyladı.  “Bu  dastan  Dəli 
D om rulun  olsun.  M əndən  sonra  igid  ozanlar  söyləsinlər!  Alnıaçıq, 
əliaçıq  igid  şəx slər dinləsinlər!” -  dedi.
X eyir-dua  verək,  xanım:
K öklü  uca dağların  yıxılmasın!
K ölgəli  iri  ağacın  kəsilməsin!
C oşğun  axan  gözəl  suyun  qurumasın!
Allah  səni  nam ərdə  möhtac  etməsin!
Ağ  üzün  qarşısında  beş  kəlm ə  dua qıldıq qəbul,  olunsun! 
Yığışdırıb  saxlasm   günahımzı,
G özəl  adlı  M əhəm m ədə  bağışlasın,  xanım,  hey!!!
—a§®J247g&H«-

QANLI  Q O CA  O Ğ LU  Q ANTURALI BOYU
Oğuzlann  vaxtında  Qanlı  qoca  deyilən  bir  müdrik  kişi  vardı.  B ir 
yetişmiş  igid  oğlu  vardı.  Adına  Qanturalı  deyirdilər.  Qanlı  qoca  deyir: 
“Dostlar,  atam  öldü,  m ən  qaldım.  Yerini-yurdunu  tutdum.  Sabahkı  gün 
m ən ölərəm, oğlum qalar. Bundan yaxşı nə ola bilər ki, oğul, nə qədər ki, 
sağam,  gəl  səni  evləndirim!” .  Oğlan  deyir:  “Ata,  məni  evləndirmək 
istəyirsənsə,  bilirsənmi m ənə  layiq qız necə  olmahdır?...  M ən yerimdən 
durmadan  o  durmuş  olsun!  Mən  Qaracıq  atıma  m inm ədən  o  minmiş 
olsun! M ən qanlı kafır elinə getməmiş o gedib m ənə baş gətirmiş olsun!” .
Qanlı qoea deyir: “Oğul,  sən qız istəm irsənm iş, bir cəsur pəhləvan 
istəyirsənm iş,  onun  arxasm da  yeyəsən-içəsən,  gününü  xoş  k eçirə- 
sə n !” .  Dedi:  “B əli,  ata  ean,  eləsini  istəyirəm!  B əs  gedəsən,  bir  cici- 
m ici  türkm an  qızını  alasan,  birdən  sürüşüb  üzərinə  düşəm ,  qam ı  y ır- 
tıla?” .  Qanlı  qoca  deyir:  “Oğul,  qız  görm ək  səndən,  m al-pul  x ərclə- 
m ək m ən d en !” .
Atası  belə  deyəndə  igidlər  igidi  Qanturalı  durdu.  Qırx  igidini  özü 
ile  götürdü.  İç Oğuzu gəzdi, qız tapa bilmədi, qayıtdı,  geri  döndü.  E v - 
lərinə  gəldi.  Atası  deyir:  “Oğul,  qız tapdınm ı?” .  Q anturalı  deyir:  “Y ı- 
xılsın Oğuz elləri, m ənə yarayan qız tapa bilm ədim , ata!” .  Atası deyir: 
“Hey,  oğul!  Qız  almaq  üçün  gedən  bele  getm əz” .  Qanturah  deyir: 
“B əs  necə  gedər,  ata?” .  Qanlı  Qoca  deyir:  “Oğul,  səhər  vaxtı  gedib 
günorta g əlm ek  olmaz.  Günorta gedib axşam gəlm ək olmaz.  Oğul, sən 
tələs,  mal  yığ,  m ən sənə  gedim  qız  axtarım !” .
Qanlı  Q oca  sevincək,  fərəhlə  ayağa  durdu.  A ğ  saqqallı  pirani 
qocalan  da  yanm a  saldı.  İç  Oğuzu  axtardı,  qız  tapmadı.  Dolandı,  Daş 
O ğuza  gəldi,  tapa  bilmədi.  Dolandı,  Trabzona  gəldi.  Sən  demə, 
Trabzon  təkurunun  bir  gözəl-göyçək,  yaraşıqlı  qızı  varmış.  Sağına- 
soluna  iki  qoşa  yay  çəkərdi.  Atdığı  ox  yerə  düşm əzdi.  O  qızın 
“q ahnhğı-qaftanlığı”  üçün üç heyvan  saxlamrdı.  Atası  vəd  etm işdi  ki, 
h ə r  kim   o  üç  heyvanı  basıb  qalib  gəlsə,  öld ü rsə,  qızım ı  ona 
verəcəyəm .  Basa  bilm əyənin  başını  kəsirdi.  B eləliklə,  otuz  iki  kafir 
bəyinin  oğlanlarının  başı  kəsilib  qala  bürcündən  asılmışdı.  H əm in  üç 
heyvanın biri  quduz aslandı;  biri  qara buğa, biri  də  buğra  idi.  Bunlann 
h ər  birisi  bir  əjdahaya  bəraberdi.  Başları  asılan  otuz  iki  nəfər,  quduz 
aslanla  qara  buğranın  üzünü  görm əm işdi,  ancaq  buğa  buynuzunda 
həlak  olmuşdu.
Qanlı  qoca  bu  başları  və  heyvanları  görəndə  başındakı  bit  ayağına 
daraşdı.  Dedi:  “G edim ,  oğluma  düzünü  deyim,  hünəri  varsa,  gəlib 
alsın,  yoxdursa,  kim i  alsaq,  razı  olsun” .
At  ayağı  iti,  ozan  dili  çevik  olur.  Qanlı  qoca  qayıdıb  gəldi,  oğuz 
yurduna  çatdı.  Q anturalıya  xəbər  verdilər,  “atan  gəldi”  -   dedilər.  O, 
qırx  igidlə  atasım n  qarşısına  gəldi.  Əlini  öpdü,  dedi:  “Ata  can,  m enə 
yarayan qız tapdınm ı?” .  Dedi:  “Oğul, hünərin varsa, tapdım ” .  Q antura- 
lı  deyir:  “Q ızıl-güm üşm ü  istəyir?  Qatır,  dəvəm i  istəyir?” .  Atası  deyir: 
“Oğul, h ü n ər lazımdır,  hünər!” .  Qanturalı deyir:  “Ata, qarayallı Qazılıq 
atımı yəhərləyim ,  qanlı  kafır elinə hücum edim, baş kəsim,  qan töküm, 
kafıre  qan  qusdurum.  Q ul-qaravaş  gətirim, hünər göstərim ” .
Qanlı qoca deyir: “H ay-hay, oğul can!  H ünər dediyin o deyil. O qız 
üçün  vəhşi  heyvan  saxlayıblar.  Kim o  üç heyvanı  basıb öldürsə,  o  qızı 
ona verirlər.  Ö ldürm əsə,  onun başını  kəsib  bürcdən  asırlar” .
Qanturalı  deyir:  “Ata,  bu sözü  sən  m ənə  dem əm əli  idin.  Bir halda 
ki,  dedin,  əlb əttə,  getm əliyəm .  Başıma  qaxınc,  üzüm ə  rişxənd  olm a- 
sın.  Xanım   ana,  bəy  ata,  salamat  qalın!” .  Qanlı  qoca  fıkirləşdi:  “G ör- 
dünm ü  m ən  özüm ə  nə  etdim ?  Oğlana  qorxunc  xəbərlər  verim ,  bəlkə 
getm əsiıı,  dönsün” , -  dedi.
Qanlı qoca bu zaman soylamış, görək, xanım, nə soylayıb-demişdir:
Oğul,  sənin  gedəcəyin o yerin 
D olam bac-dolam bac yolları  vardır.
A tlılar batdıqca çıxa bilm əyən 
K eçilm əz palçıqlıq,  çamurluqlardır.
Ə jdaha  ilanlar d ələ bilm əyən 
Q alın  m eşələrdir,  sıx  ormanlardır.
G öy lərə  baş  çəkən  dik  qalalardır.
G öz  vurub  könül  alan gözəli  varsa,
”H a y !”  dem əm iş  baş  kəsən cəlladı  da  var.
Y iyəsinin  çiynində  qalxan  oynayar...
Y am an  yerə  gedirsən, qayıt,  dön  geri!
Q ocalm ış  ananı  ağlatma belə,
Atanı  inlətm ə,  qayıt,  dön  bəri!
Qanturah  hirslənib  dedi:
N ə  söyləyir,  nə  deyirsən,  ata can?
Bu şeylərdən  qorxan  adam  igidmi  olar?
-«•s§^249§Ş«*»-

İgid  ərə  qorxu verm ək eyib  sayılar.
O  dolambac  yolları  Allah  qoysa,  gecə  keçim.
Atlı  batan palçığma  qum lar töküm,  döşəyim.
Əjdahanın  sökmədiyi  orm anm a 
çaxm aq çaxıb,  od vurum.
G öylərə  baş vuran  qalalarını  Allah  qoysa,  vurum -yıxım . 
O ğrun  baxıb  könül  alan gözəlinin  boynun  öpüm.
Ç iynində  qalxan oynadan  atasının başın  kəsim.
İndi  gedim,  getm əyim ?
G edərəm !  Ya gələm ,  ya  gəlm əyəm ;
Ya  qara buğranm köksü  altmda qalam,
Ya buğanm  buynuzuna sancılam,
Y a quduz aslamn  caynağında  didilim...
Gedim , getm əyim ?  Gedim,  ya gəlim,  ya  gəlm əyim !... 
Y enidən görüşüncə bəy ata, xanım ana, sağ-salam at qalm siz!
G ördülər ki,  namus  güc  gəlir,  əyilm ir,  dedilər:  “Oğul,  yolun  açıq- 
uğurlu olsun!  Sağ-salam at g ed ib -g ə ləsən !”.
Qanturalı  ata-anasınm   əllərini  öpdü.  Qırx  igidini  yanına  saldı. 
Yeddi  gün  yeddi  gecə  at  çapdılar.  Kafirin  sərhədinə  çatddar.  Çadır 
qurdular.  Qanturalı  yüyrək  atını  çaparaq  gürzünü  göyə  atır,  yerə  düş- 
m ədən  qapıb  tutur,  deyirdi:
Hey,  qırx  dostum,  yoldaşım!
Q açan  olsaydı,  yarışsaydım,
Güclü  olsaydı,  qapışsaydım,
Allah  köm ək  etsəydi,
O  üç  heyvanı  öldürsəydim ,
G özəllərin başı  Sarı  donlu 
Selcan  xanımı  alsaydım,
Evim izə  qayıtsaydım,
D ərdim   olmaz,  qırx  yoldaşım!
Sizə  qurban  m ənim   başım!
B unlar belə danışarkən təkura x əb ə r çatdı:  “O ğuz yurdundan Qan- 
turalı  deyilən  bir  igid  var,  qızım   istəm əyə  gəlm işd ir” ,-dedilər. 
K afirlər yeddi  ağac54 gəlib onları  qarşıladılar,  dedilər:  “İgid, de  görək
niyə gəlm isiz?” .  “A lışm ağa-verişm əyə  gəlm işik” , -  dedilər.  H örm ət- 
izzət  elədilər.  A ğ  çadır  qurdular,  iri  xalı  döşədilər,  ağ  qoyunlar  k əs- 
dilər, yeddiillik al  şərab  içirdilər.  Onları  götürüb təkurun yanına g ətir- 
dilər. T əkur taxt üzərində oturmuşdu.  Yüz kafır altdan yaraqlam b,  üst- 
dən geyinm işdi.  Q anturah  meydam  yeddi  dəfə  dolanıb gəldi.
Qız  m eydanda  bir  köşk düzəltdirmişdi.  Y anm da  olan bütün  qızlar 
al  geyinm iş,  tək cə  özü  sarı  rəngli  don  geymişdi.  Y uxarıdan  tamaşa 
edirdi.  Q anturalı gəldi,  böyük quldur dəstəli təkura salam verdi.  Təkur 
salam  aldı.  İri  xalı  döşədilər,  oturdu.  Təkur deyir:  “İgid,  hardan  g əlir- 
sən ?” .  Q anturah yerindən durub gəldi.  İrəli sıçrayıb, ağ alnını açdı.  Ağ 
biləklərini  sığallayıb  dedi  ki:
Q arşıdakı  uca  dağını  aşmağa  gəlm işəm !
A şqın-daşqın  sulannı  keçm əyə  gəlm işəm !
D ar ətəyinə,  gen  qoltuğuna  sığımb  gəlm ışəm !
A llahın  əm ri  ilə, peyğem bərin  rəyi  ilə
Qızm   Selcan  xanımı  almağa  gəlm işəm !
Təkur deyir: “Bu igidin sözü ötkəmdir, əg ər əlində hünəri də varsa... 
Bu  igidi  anadangəlm ə  soyundurun!”.  Soyundurdular.  Qanturalı  qızılı 
incə kətan  bezini  belinə  sarıdı.  Qanturahnı çəkib  meydana gətirdilər.
Qanturalı  gözəl və  ağıllı  bir igid  idi.  O ğuzlarda dörd  igid üzörtüyü 
ilə gəzirdi.  Biri  Qanturah, biri Qaraçəkir və oğlu Qırxqınıq, bir də Boz 
ayğırlı  B eyrək  idi.  Qanturalı  niqabını  yana  atdı.  Q ız  köşkdən  baxırdı. 
B elbağısı boşaldı, ehtirasdan övsəl olmuş dana kim i ağzının suyu axdı. 
Yanındakı  qızlara dedi:  “Kaş A llah-T əala atam ın könlünə rəhm  salsın, 
kəbin  kəsdirib  m əni  o  igidə  versin.  Bunun  kim i  igid  heyfdir  ki,  o 
heyvanların  əlin d ə  həlak ola!” .
Bu  zam an  dəm ir  zəncirli  buğanı  gətirdilər.  Buğa  diz  üstə  çökdü, 
buynuzu  ilə  b ir  m ərm ər  daşı  ovdu,  pendir  kimi  diddi.  K afırlər  deyir: 
“İndi  igidi  atıb-yıxacaq,  yerə  sərib  pırtdanağım   çıxaracaq.  Yıxılsın 
Oğuz  elləri!  B ir  qızdan  ötrü  qırx  igidlə  bir  bəy  oğlunun  ölm əsi  nəyə 
lazım dır?” .  B unu  eşidəndə  qırx  igid  ağlaşdı.  Qanturalı  sağına  baxdı, 
qırx  igidini  ağlar  gördü.  Soluna  baxdı,  yenə  ağlayırdılar.  Dedi:  “ Hey, 
qırx  dostum,  qırx  yoldaşım ,  niyə  ağlayırsm ız?  K öklənm iş  qopuzum u 
götürün,  tərifləy in ,  m ən i!” .  Burada  qırx  igid  Q anturahm   öyüb- 
tərifləm iş,  görək,  xanım ,  necə tərifləmişdir:

Sultanımız  Qanturalı,  qalxıb yerindən  durm adınm ı? 
Qarayallı Qazlıq atmı m inm ədinm i?
Arqubeldə, A la dağda quş  ovlayıb,
Atanm  ev-eşiyinə qayıdan baş 
Qaravaşlan  inək sağanda  görm ədinm i?
“Buğa, buğa!”  dedikləri  qara inəyin  buzovu deyildirmi?
İgid ərlər sənin döyüşündən qorxurdu...
Odur,  San  donlu  Selcan  xanım  köşkdən  baxır,
K im ə baxsa,  öz eşqiylə  oda yaxır!
Qanturalı  Sarı  donlu  qızın  eşqi  ilə  bir  “hu!”  dedi.  “Ə yə,  buğamzı 
buraxın  g əlsin ”,  -   dedi.  Buğanın  zəncirini  açıb  boş  buraxdılar. 
Buynuzu alm az süngü kimi  olan buğa,  Q anturalının üstünə  cumdu.
Qanturalı  M əhəm m ədin  əziz  adm a  salavat  çəkdı.  Buğanın  alnına 
elə bir yum ruq vurdu ki, dalı üstə çökdürdü.  Yum ruğunu almna dayadı, 
sürüb meydamn başma çıxardı. Çox çalışdılar:  nə buğa, nə də Qantura- 
lı üstün  gəlirdi.  Buğa yavaş-yavaş yorulm ağa başladı.  Ağzı  köpüklən- 
di.  Qanturalı  deyir:  “Bu  dünyanı  igidlər ağılla tapmışlar.  Bunun  önün- 
dən  sıçrayım,  nə  hünərim  varsa,  bundan  sonra  göstərim !” .  Adı  gözəl 
M əhəm m ədə  salavat çəkdi.  Buğamn  qabağından  qaçdı,  buğa  buynuzu 
üstündə qalxdı.  Qanturalı buğanı quyruğundan tutub,  üç dəfə yerə vur- 
du.  Buğanm  sümükləri  smdı.  Basıb  boğazladı.  B ıçaq  çıxarıb  dərisini 
soydu.  Ətini  meydanda  qoyub,  dərisini  təkurun  qabağına gətirdi,  dedi: 
“Sabah  qızmı  m ənə  verirsən” .  Təkur  dedi:  “Aya,  qızı  verin,  şəhərdən 
qovun, çıxsm -getsin!”.  Təkurun qardaşı oğlu vardı, dedi: “Heyvanlann 
başı  aslandır,  onunla da oyun göstərsin,  qızı ondan  sonra verək!”.
G etdilər,  aslam  çıxarıb  m eydana  gətird ilər.  A slan  hayqırdı, 
meydanda nə  qədər at vardısa,  qan  qaşandı.  İgidlər dedilər:  “Buğadan 
qurtardı,  aslandan  necə  qurtulacaq?” .  Ağlaşdılar.  Qanturalı  igidlərini 
ağlar  gördü,  dedi:  “Əyə,  al  qopuzum u  ələ  alıb,  m əni  tərifləyin!  Sarı- 
donlu qızm eşqi  ilə bir aslandan dönüm m ü?” Y oldaşları burada soyla- 
mış,  görək,  xanım,  nə  soylamışlar:
Sultanımız Qanturalı,
A ğ qam ışlıq içində 
Sarı gönlü daylar basan,
Şah dam arım  dəlib,  qam n soran,
Böyük,  iti polad  qılıncdan qayıtm ayan,
D əstəyi  ağ tozlu  bərk yaydan  çəkinm əyən,
A ğ  lələkli  kəskin  oxdan  qorxmayan 
H eyvanların başçısı  quduz  aslam  qıran 
İri  k ö p ək  itinə  özünü daladarmı?
İgid  ə rlə r döyüş  günü ölüm ündən qorxarm ı?
S a n   donlu Selcan xamm köşkdən baxır,
K im ə baxsa,  öz  eşqiylə  oda yaxır!
Sarı  donlu  qızın  eşqi  ilə  hay  çəkən  Q anturalı  dedı:  “Ay  kafır, 
aslanını  burax  gəlsin!” .  Sonra  fıkirləşib:  “B öyük  polad  ıtı  qıhncım  
yoxdur ki,  çarpışarkən iki biçəydim.  S ənə sığınıram , ulu T an n , kom ək
e t!” - d e d i.  
_
Aslanı  buraxdılar;  cum du  gəldi.  Qanturalı  bır  yapıncını  dız  qapa
eına  doladı,  aslanm   pəncəsinə  verdi.  Əziz  adlı  M əhəm m ədə  salavat 
gətirdi.  A slan.n  alnm.  gözləyib  elə  bir  yum ruq  vurdu  k.  yumruq 
heyvanın  çən əsin ə  dəyib  parçaladı.  Boynundan  tutub,  belını  uzdu. 
O ndan sonra götürüb yerə vurdu; aslanın süm üklən sındı. Q anturalı tə 
kurun  qabağına  gəldi.  Dedi:  “Sabah  qızım   m ənə  ver!” .  T əkur  deyır: 
“ Qızı  gətirin  verin,  bu  igidi  gözüm  gördü,  könlüm   sevdı.  Istəyır  dur 
sun, istəm ir, getsin!” Y enə qardaşı oğlu dedi: “Heyvanlarm  başçısı də 
vədir.  Onunla da  oyun  göstərsin,  ondan  sonra  qızı  verək!” .
A llahın  köm əyi  ilə bəylər, paşalar Qanturalıya  xeyır-dua verdılər. 
T əkur  dedi  ki,  dəvənin  ağzını  yeddi  yerdən  bağlayın.  Lakm  kafırlər 
paxılhqdan  bağlam adılar,  yüyən  qayışım  açıb  buraxdılar.  Q anturah 
fırlanıb  dəvənin  qoltuğundan  girir-çıxırdı.  Başı  qızışmış  ıgıd  artıq  ıkı 
heyvanJa  savaşm .şd.,  Sürüşüb  y.x.ld.,  Alt.  cəllad  tez  baş.n.n  ustunu 
aldı.  Yalın  qılınc  tutdular.  Burada  yoldaşlar.  soylam .ş,  görək,  xanım, 
nə  soylam ışlar:
Q anturah, yerindən qalxıb  gəldin,
Q arayallı  gözəl  Q azhq atım  mindin.
A la gözlü  igidlərini  gətirdin.
A rqubeli,  Ala  dağı  gecə  aşdın.
A şqın-daşqın  sulardan  gecə  keçdin.
Qanlı  kafır elinə  gecə girdin.
Q ara buğa g ələn d ə  xurd-xəşil  etdin.

Q uduz aslan gələndə belini bükdün.
Q ara buğra gələndə nə yorulub-düşdün?
U ca-uca dağlardan xəbər aşar,
Qanlı,  daşqın  sulardan h ənir keçər,
Qalın  Oğuz ellərinə xəb ər gedər,
Qanlı  qoca oğlunun ne etdiyini  deyərlər:
Q ara buğaya diz çökdürməm iş,
Q uduz  aslan  gələndə belini bükmüş,
Q ara buğra gələndə nə döyükmüş?!.
B öyük-kiçik arasında söz-söhbət olar,
Q arı-qoca qalmaz, -  şayiə yayılar.
A ğ  saqqallı  atanın beli  bükülər,
Q arıcıq olmuş  anan qan-yaş  tökər.
A y xan,  qalxıb  yerindən durmasan,
C əllad qılıncının altm dadır ənsən.
Q əflətən gözəl  başını  kəserlər.
Aşağıdan yuxarıya baxmırsanmı?
Q arşına iri qaz  gəlib,  şahini  atmırsanmı?
Selcan xanımın  işarəsini  görm ürsənm i?
“D ə v ə bum unda əzilər”  dedilər, -  bilm irsənm i?
S an  donlu Selcan xanım  köşkdən baxar,
K im  ona baxsa,  eşqiylə oda yaxar!
Qanturalı  Sarı  donlu  qız  eşqinə  bir  “hu!”  deyib  ayağa  durdu. 
Fikirləşdi:  “A ya,  m ən  bu  dəvənin  bum undan  yapışsam ,  qızın  sözü  ilə 
yapışdı, -  deyərlər.  Sabahı  Oğuz ellərinə x əbər gedər ki,  d əvə  əlində 
girinc  olm uşdu,  qız  xilas  eləd i” .  Sonra  dedi:  “A ya,  qolca  qopuzumu 
çahn,  tərifləy in   məni!.  Yaradan  A llaha  sığındım .  B ir  buğradan 
dönümm ü?  A llah  qoysa,  bunun  da başını  kəsim !” .
İgidləri Qanturalım öyüb-tərifləm iş, görək,  xanım , nə soylamışlar:
S ərt qayalar başında yuva  quran,
Ulu  Tanrıya yaxın  uçub qanad  vuran,
M ancanaq daşı  tək qıjıldayıb  yerə  enən,
D uru gölün ördəyini  şığıyıb  alan,
Su dibinə girən quşu dartıb üzən,
Q am ı  acan zaman qalxıb  süzən,
Bütün  quşların sultanı  çal  qaraquş
Ö zünü  heç  sağsağana vurdurarmı?
İgid  ə rlə r döyüş  günü ölüm ündən  qorxarm ı?
Sarı  donlu  Selcan  xanım köşkdən baxar,
K im ə  baxsa,  öz  eşqiylə  oda yaxar!..
Sarı  donlu  qız  eşqinə  hayqıran  Qanturalı  adı  gözəl  M əh əm m əd ə 
salavat  çəkdi.  D əv əy ə  çiyni  ilə  bir  zərbə  vurdu,  dəvə  bağırdı.  B ir  də 
vurdu, d əv ə  ayaq üstə dura bilmədi, yıxıldı. Q anturalı dəvəni basıb,  iki 
yerdən  kəsdi,  doğradı.  Arxasmdan  iki  qayış  çıxartdı,  təkurun  qabağına 
tulladı.  Dedi:  “D öyüşçülərin  oxqabısının  bağı,  üzəngisinin  qayışı 
ü züləndə  tik m əy ə  g ərək   olar” .
T əkur  deyir:  “Vallah,  bu  igidi  gözüm   gördü,  könlüm  sevdi” .  Qırx 
y erd ə otaq qurdurdu. Q ırx yerdə böyük, qırmızı b əy -g əlin  otağı tikdir- 
di.  Q anturalı  ilə  qızı  gətirib otağa saldılar.
Ozan  gəldi,  gəlin  havası  çaldı.  Oğuz  igidinin  sinəsi  qabardı, 
qılıncını  çıxarıb  yeri  çaldı-çapdı.  Dedi  ki,  yer  kimi  çatlayım ,  torpaq 
kim i  sovrulum,  qılıncım la  doğranım,  oxum a  sancılım,  oğlum   doğul- 
masın,  doğularsa,  on  günlük olmasın,  ə g ə r bəy  atam ın  və  xanım   ana- 
m m   üzünü  görm əm iş  bu  otağa  girib  yatsam.  Çadırının  iplərini  açdı. 
D əvələrini nərildətdi, atlarını kişnətdi.  Gecəni  gündüzə qatdı,  köçdü...
Yeddi  gün  yeddi  gecə  gedib,  oğuz  yurdunun  sərhədinə  çıxdılar. 
Ç adır qurdular.  Qanturalı  deyir:
Hey,  qırx dostum ,  yoldaşım!
Q urban  sizə  m enim  başım!
A llah-taala yol  verdi,  getdim.
O  üç  quduz heyvanı  öldürdüm.
Sarı  donlu  Selcan  xanımı  alıb  gəldim.
X ə b ə r verin,  atam   məni  qarşılasın!
Q anturalı  baxdı  gördü  ki,  bu  dayandıqları  yerdə  ququ  quşları, 
dum alar,  turaclar,  kəkliklər  uçurlar.  S oyuq-soyuq  sular,  çayırlar- 
çəm ənlər...  Selcan xanım bu yeri sevdi, bəyəndi.  Düşdülər, k e f m əclisi 
qurdular.  Y edilər,  içdilər
O  za m an lar  oğuz  igidlərinə  nə  bəla  g əlird isə,  yuxudan  -  
yatm aqdan  g əü ıd i.  Qanturalının  yuxusu  gəldi,  yatdı.  O,  yatarkən  qız 
fıkirləşdi.  “M ənim   aşiqlərim   çoxdur.  B irdən  x əlvətcə  gəlib,  igidimi 
tutub  öldürərlər!  Ağ  üzlü  m ən  gəlini  tutub  yenə  ata-anam ın  evinə 
apararlar!” .  Ona  görə  də  Qanturahnm  atını  gizlicə  yəhərlətdi.  Özü  də

altdan yaraqlanıb üstdən geyindi.  Süngüsünü əlinə aldı, bir yüksək y e- 
rə  çıxıb  gözlədi.
X anım ,  deyəsən,  tək u r  peşm an  olm uşdu.  “E lə  üç  heyvan 
öldürdüyü  üçün  təkcə-b ircə  qızcığazımı  aldı  getdi” ,-  deyə  fıkirləşdi. 
G izlincə  qara  donlu,  göy  dəm ir  qılınch  altı  yüz  kafır  seçdi.  G ecə- 
gündüz  at  sürdülər.  B irdən  gəlib  Qanturalıgil  düşən  yerə  çatdılar.  Qız 
hazır  idi.  Baxdı,  lap  irəli  gəlm işdilər.  Atmı  oynadıb,  Qanturalm ın 
üstünə gəldi.  Soyladı,  görək,  xanım,  nə  soylayıb  dedi:
Qafil  olma,  qara başım  qaldır,  igid!
A la-qıym a, gözəl  gözünü  aç,  dur,  igid!
Q olların və  ağ əllərin bağlanmadan,
A ğ  alnın qara yerlərə  çırpılmadan,
B ircə  anda gözəl  başın kəsilm ədən,
Qızıl  qanın yer üzünə  tökülm ədən,
D üşm en çatdı,  yaxındadır,
N ə  yatırsan,  ayağa qalx!
Sərt qayalar oynam adan yer ovuldu.
Q oca bəylər heç  ölm ədən el  boşaldı.
Q oşularaq-qovuşaraq dağdan  endi,
B ir sırada düzülərək üzərinə  düşm ən  gəldi.
Y atm ağa yer-yurdm u tapdın,  senə  nə  oldu?
-  
deyə  çağırdı.  Qanturah  gəm əşib  oyandı,  durdu.  Deyir:  “Nə 
söylərsən,  gözəlim !” .  Selcan  xanım:  “İgidim,  üstünə  düşm ən  gəlib. 
O yatm aq  m əndən,  savaşıb  hünər göstərm ək  sən d ən !”  dedi.  Qanturah 
gözünü açdı,  göz qapaqlarını  qaldırıb  baxdı.  Gördü  gəlin  at üzərində- 
dir;  geyinm iş,  süngüsü  də  əlində.  Yeri  öpdü.  Dedi:  “A m ənna  və  səd- 
dəqna!  Allahm   qapısında  m ətləbim iz  yerinə  yetdi” .  T əm iz  suda  yu- 
yundu.  Ağ  alnını  yerə  qoydu,  iki  rükət  namaz  qıldı,  atına  mindi.  Adı 
gözəl  M əhəm m ədə  salavat  çəkdi.  Q ara  donlu  kafırin  üstünə  at  sürdü, 
irəli  getdi.  Selcan xanım  at oynatdı.  Qanturalının önünə  keçdi.  Qantu- 
ralı deyir: “G özəlim , hara gedirsən?” . Deyir: “İgid bəy, baş salamat ol- 
sa, papaq tapılm azm ı? Bu gələn düşm ən qatı düşm əndir. Vuruşaq, dö- 
yüşək:  ölənim iz ölsün,  diri  qalanım ız evə gəlsin!” .  Burada  Selcan xa- 
nım   at saldı,  qırılanı qırdı,  qaçanı  qovm adı,  “am an”  deyəni  öldürmədi. 
E lə  sandı  ki,  düşm ən  basıldı.  Q ıhncınm   qəbzəsi  qan  çadıra  gəldi. 
Q anturalını  tapa bilmədi.
Elə  bu  zam an  Q anturalm ın  ata-anası  gəlib  çıxdı.  G ördülər  ki,  bu 
“gəlin”  deyilən adam ın qılıncım n qəbzəsi qanlıdır, oğulları  görünmür. 
X əbər bildilər,  görək,  necə  xəbərləşdilər.  Anası  deyir:
A nam   gəlin,  qızım  gəlin,
Sübh  tezdən öz yerindən durub  gəldin,
oğlum uzu tutdurdunmu?
X ə b ərsizc ə gözəl  başını  kəsdirdinm i?
“X anım   ana,  b əy   ata!”  deyib  inlətdinm i?
S ən  gəlirsən,  bir balam görünmür,
B ağrım  yanır,  öz dilinlə  x əb ə r ver m ənə!
D ərdli  başım   qurban olsun,  gəlin,  sənə!
Qız  bildi  ki,  gələnlər  qayınanası  və  qayınatasıdır.  Qamçı  ilə  işarə 
elədi  ki,  otağa  keçin,  harada  qarmaqanşıqlıq  varsa,  toz  varsa,  harada 
qarğa-quzğun dolaşırsa, Qanturalını orada axtanm. Atını mahmızladı. Bir 
yüksək  yerə  çıxdı,  gözlədi;  gördü  ki,  bir  dərənin  içində  toz  gah  yığılır, 
gah dağılır. Oraya gəldi; gördü ki, Qanturalının atmı oxlamışlar. Gözünün 
qapağı  sıynlmış,  üzünü  qan  bürümüşdür.  Axm aqda  olan  qanını  silir. 
K afirlər qılınc siyirib üstünə  toplaşır, o isə onlan qabağına qatıb qovur.
Selcan  xanım   bunu  belə  gördü,  içinə  od  düşdü.  Bir  bölük  qaza 
şahin girən  kimi  kafırlərin üstünə  at saldı.  K afırlərin bir ucundan  qırıb 
o biri  ucuna çıxdı.  Q anturalı baxdı gördü ki, kim  isə düşməni  qabağına 
qatıb  qovur.  Selcan  olduğunu  bilmədi,  qəzəbləndi.  Bu  vaxt  soylamış, 
görək,  xanım ,  n ə  soylayıb-dem işdir:
Q alxıb  yerindən  duran  igid,  nə  igidsən?
Q arayallı  Qazlıq  ata minən  igid,  ne  igidsən?
Q əfıldən  başlar kesən,
İzinsiz  döyüşə  girən  igid,  nə  igidsən?
İzinsiz  döyüşə  girm ək bizim eldə  eyibdir.
Çıx,  get!  Qızılquş  olaraq uçumm u?
Saqqalından,  boğazından tutumm u?
Q əfıldən  sənin  başını  kəsimm i?
AI  qanını  yer üzünə tökümmü?
Q ara başını  atınm   tərkindən  asımmı?
Ay  xatası  çatm ış  igid,  nə  igidsən,  qayıt,  dön geri!

Selcan  xanım   burada  soylamış,  görək,  xamm,  nə  soylamışdır:
H ey igidim,  bəy igidim!
N ə r dəvələr köşəyindən dönərmi?
Heç  Qaracıq,  Qazlıq  atlar qulununu əzərm i?
Yaylaqdakı  ağ qoyunlar quzusundan bezərm i?
Ə r igidlər,  igid ərlər sevdiyinə  qıyarmı?
İgidim ,  bəy  igidim,
Bu  düşmənin bir ucu m ənim, bir ucu  sənin!
Qanturalı  bildi  ki,  bu düşməni  basıb-dağıdan  Selcan  xanımdır.  Bir 
tərəfd ən   də  özü  qoşuna  girib  qılınc  çəkdi.  Kafirin  başını  kəsdi.  D üş- 
m ən  basılıb m əğlub oldu.
Selcan  xanım  Qanturalmı  ata mindirib,  yedəyinə  aldı,  geri  qayıtdı. 
G edərkən  Qanturalı  öz-özünə  fıkirləşdi:
Selcan xamm,  yerindən  qalxıb-durub,
Q arayallı  Qazlıq  atma minib,
Atam m  ev-eşiyinə gələndə,
O ğuzun ala  gözlü qız-gəlini  biləndə,
ətrafına yığışaraq  güləndə,
H ə r kəs öz  sözünü  söyləyəndə 
Sən  də  durub  öyünəsən,
“ Qanturah yarahydı,
at belinə  aldım,  çıxdım ”  deyəsən! 
Gözüm  doydu,  könlüm  döndü,  öldürürəm   səni!  -  dedi.
Selcan xanım  işin nə yerdə olduğunu bilib, soylam ış, görək, xanım, 
nə  soylamışdır:
İgid bəy,  öyünərsə,  ə r öyünsün, -  aslandır!
Lovğalanmaq  arvad üçün  nöqsandır.
Öyünm əklə  arvaddan  kişi  olmaz...
İri  yorğan altında qucaqlaşmadıq,
Şirin  damaq  tutaraq  öpüşm ədik,
A1  duvağım  altında danışmadıq.
T ez sevdin,  tez  də bezdin,  əbləh  oğlu,  əbləh!
B ir Allah bilir ki,  m ən  sənə  sirdaşam,  yaram ,  qıym a  mənə!
-c,sİs3258g&»-
Q anturah  deyir:  “Yox,  əlbəttə,  ö ldürm əliyəm !” .  Qız  hirslənib 
dedi:  “Ay  əb ləh   oğlu,  əbləh!  Mən  aşağı  qulpa  yapışıram,  sən  yuxarı 
qulpa yapışırsan.  Ay əbləh  oğlu,  oxla ya qılıncla vuruşursan?  Bəri  gəl, 
danışaq!” .  A tını  sürüb bir yüksək yerə çıxdı.  Oxqabından doxsan oxu- 
nu  yerə  tökdü.  İki  ox  seçib,  dəm ir  ucluqlarını  çıxardı:  birini  gizlətdi, 
birini  əlinə  götürdü.  D əm ir ucluqlu  oxla  atm ağa ürəyi  gəlm ədi.  Dedi: 
“İgid, oxunu  at!”  Qanturalı  dedi:  “Q ızların yolu birincidir, əvvəlcə sən 
a t ! Q ı z  bir oxu elə atdı  ki,  Qanturalınm başındakı  bit ayağına yığıldı. 
Qanturalı  ox  atmadı,  irəli  gəlib  Selcan  xanım ı  qucaqlayıb  barışdı; 
öpüşdülər.  Q anturalı  soylamış,  görək,  nə  soylamışdır:
P a r-p a r yanan,  parıldayan  incə  donlum!
Y eriyəndə  yerə  qədəm  basmayan,
Q ar üstünə  qan  dammış tək al  yanaqlım !
Q oşa badam   sığmayan dar ağızlım!
Q ələm   ilə  rəssam   çəkən  qara  qaşlım!
H örükləri  qırx tutamlıq qara saçlım!
A slan  nəsli,  sultan  qızı,
Heç  m ən  səni  öldürm əyə  qıyardım m ı?
Ö z  canım a qıyardım,  sənə  qıymazdım;
m ən  səni  sınayırdım,  -dedi.
Selcan  xanım   burada  soylamış,  görək,  xam m ,  nə  soylamışdır:
Q alxaraq  yerim dən durardım,
Q arayalh  Qazlıq atıma minərdim.
A tam ın  dik  çadırından  çıxardım.
A rqubeldə,  Ala  dağda ov  ovlardım.
O  yerlərdə  sığın-keyik qovardım.
Y ay  dartanda  bir oxla neyləyərdim ?
D əm ir ucluqsuz  oxla,  igid,  səni  sınardım,
M ən  səni  öldürm əyə,  igidim,  heç  qıyardım ?..
Onlar  yaxına  gəldilər.  Qucaqlaşıb  qol-boyun  oldular,  şirin-şirin 
öpüşdülər.  A ğ -b o z atlarım  minib çapdılar, bəy atasının yanına çatdılar. 
Atası oğlunu gördü, Allaha şükürlər elədi.  Qanlı qoca öz oğlu və gəlini 
ilə  oğuz  yurduna  girdi.  Böyük  və  gözəl  çəm ənlikde  çadır  qurdurdu. 
A tdan  ayğır,  dəvədən  buğra,  qoyundan  qoç  kəsdirdi.  Toy  etdi.  Qalın 
O ğuz bəylərini  çağırıb  əzizlədi...
Yüklə 139,49 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin