Esmira Fuad (Şükürova) Güney Azərbaycanda 2013-cü ilin ədəbi yekunları



Yüklə 142,9 Kb.
səhifə5/5
tarix28.01.2017
ölçüsü142,9 Kb.
#6542
1   2   3   4   5
“Üç qədəm o yana! Üç qədəm bu yana! Səhər açılıncaq addımladı... üç nəfərin addım səsini eşidib, dayandı. qapıya zillənərkən, titrədi bədəni. Addımlar yaxınlaşdıqca, bütün bədəninə yayılırdı qorxu. Bir addım! İki addım! Üç addım! Birinci qapının açılmasının səsi, beyninə düşdü.

Bir addım! İki addım! Üç addım! İkinci qapının səsini eşidib, qulaqlarını tutdu. Gözlərini yumub, ağladı.  Bir addım! İki addım! Üç addım! Bir an addımların səsi kəsildi. Sonuncu qapı açıldı. Üç nəfər içəri keçdı. Gözləri, gözlərinə sataşdı. Udxunub yerində qurudu, gom – göy oldu. Dərin skuta gedərkən, gözləri doldu. Üzünü tutub o üç nəfərə, Özünü sındırmadı. Sinəsini qabağa verib başını dik tutdu - mən hazıram, apara bilərsiz!-dedi.”

Xosrov Barışanın şifahi xalq yaradıcılığı nümunəsi əsasında yazdığı “Balta” hekayəsini 2013-cü ildə uşaqlar üçün nəzərdə tutulmuş nəsr əsərləri içərisində ən uğurlusu hesab etmək olar. Əfsanənin məzmununa yeni çalarlar əlavə edən Xosrov meşənin ən qoca ağacı olan “Girdəkən dədə”nin dili ilə balaca oxucularını insanı məhvə sürükləyən paxıllıq, həsəd, xəbislik, lovğalıq, etibarsızlıq kimi hisslərdən uzaq olmağa səsləyir, sanki onlara yaşayış, həyat dərsi verir, davranışlarında düşüncəli olmağı, dost və düşməni yaxşı tanımağı, öz soydaşlarına, doğmalarına, eyni zamanda xalqına arxa çevirməməyi, yalan vədlərə aldanmamağı, el malına göz dikməməyi tövsiyə edir...

Qadir Cəfərinin “Tuva türklərinin musiqisini dinlədikdən sonra” (36) adlı essevari öykü-hekayəsində isə türkün qədim və şanlı tarixinə bir nəzər var: “Demirəm ən doğmamsan mənim. Ancaq bir parçam. Hardasa yaddaşımda izin var, bilirəm. Hansı uzaqlar burulğanında itirmişdimsə də, yenidən tapılır, cücərirsən. Hardan doğuldun yenə məndə sən? Nayman məni buraxsana! Burası şaxtadır. donuq bağırtılar sarayıdır. Səsim üşüdü. Sızıltılarımı Vərziqana qusdum, ağılarımı Qarabağa. Artıq, Aral quruluğundan Urmu gölünə dammağına inanmışam. Bu nə coşğudu səndə? Bir an dayan mən unutqanam. Yuvanyuvanlar qəbiləsinə Yalamanam. Çoxdandı ormanlara yadırğamı-şam. Beləcə kişnərtmə atını ərənlər sayaq. Qışqırmaq Koroğlu dolu nostalogyamdı mənim. Şaha qalxırsa ilk yıxılan mənəm.”

Rәsul Mәlikoğlu "Yeddi" adlı kiçik həcmli hekayәsinə Bәxtiyar Vahabzadәnin “Vaxtsız açan çiçәk, xar olmalıymış...” misrasını epiqraf seçmiş və elə bu epiqraf əsərin ideyası, mövzusu və müəllifin hədəfi bəlləyir...



Əksər tədqiqatçılar və yazarlar, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tarixən poeziyanın üstünlük təşkil etdiyini dönə-dönə vurğulamış, səbəblərini şərh etməyə çalışmışlar. Bu mənzərə “Azərbaycan xalqı şair xalqdır” istilahında da qorunur. Ancaq böyük Vətənimizin Quzey parçasında durum fərqlidir və güclü nasirlərimizin roman yaradıcılığı burada nəsrin hansı səviyyədə inkişaf etdiyinin göstərgəsidir. Güneydə isə, göründüyü kimi, nəsr yaradıcılığında bir lənglik, gecikmə olmuşdur. Nəsrdə mövcud olan boşluğu hələ sağlığında ikən ustad Şəhriyar da hiss etmiş, bu boşluğu doldurmaq üçün roman janrında qələmini sınamaq istəmiş, ancaq məlum səbəblər üzündən məqsədinə çata bilməmişdir. G.Gəncalp, Nazlı və Yüksəlin ustad şairlə müsahibələrində durumun səbəbləri Şəhriyarın öz dili ilə açıqlanır: “Anamdan, nənəmdən, ağsaqqallardan eşitdiyim nağıllar əsasında roman yazmaq istəyirdim. Dilimizdə nəsr yazmaq fürsətini bizə tanımadılar. O qədər ədəbi yaradıcılıq arzularım içimdə dəfn olundu ki. Siz çox gəncsiniz və bir də tanınmırsınız. Tanınmış olsanız, sizlərə də əziyət edərlər. Qoymazlar ana dilinizdə yazasınız. “Heydər babaya salam” əsərinə görə məni çox incitdilər. Kimsə bilmir bunları. Həm incitdilər, həm də sosial imkanlardan məhrum etdilər. Ancaq mənim milli vicdanım o əsərləri (Azərbaycan türkcəsində olanları) yazmağa əmr çıxarmışdı öz içimdə. Mən əlimdən gələn xidməti dilimizə etdim. Bu qədərini başardım. Bəlkə ana dilmizdə az yazdım, bunun uzun səbəbləri var. Ancaq elə bir mərhələ gəlmiş ki, dilimiz nəsrdə də təcrübə qazanmalıdır. Ancaq bəzi millətlər nəsrə çox gec keçirlər. Hətta bu gün də elə millətlər var ki, onların dili mənsur ədəbiyatda hələ təcrübə qazanmamışdır. Ancaq şeirdə demək olar ki, bütün dünya dillərinin təcrübəsi var. Bizim də dilimizin ən azından İran mühitində nəsr sahəsində təcrübəsi yoxdur (37).”

Elşən Böyükvəndin Azərbaycan türkcəsində Güneydə roman yaradıcılığının zəif inkişaf etdiyini açıqlayan fikirləri də bir gerçəkdir: Elşən Böyükvənd “Ana dilində yazmamaq, yaxud iki və bir neçə dildə yazmaq məsələsi Batı ölkələrində olduğu kimi, Doğu ölkələrində də görünən məsələdir. Güney Azərbaycanda 1360(1981)-cı illərə qədər təkcə 5 cild boşqaba qoymalı roman kitabının olmamasının əsas səbəbini Rza Bərahəni, Səməd Behrəngi və Qulamhüseyn Saedinin bacarıqsızlığı, laqeydliyi və Ana dillərinə "sevgi və şuur" bəsləməməyin sonucu kimi görmək, İranın çağdaş siyasi-ictimai tarixini yaxşı oxumamaq və bu məsələyə qərəzli və qeyri-elmi yanaşmağın sonucudur. 1360-cı ilə qədər Ana dilimizdə roman yazmaq istəyən yazıçı Türk dili dənizində dalğıclıq (qəvvaslıq) etməli idi, amma pəhləvilərin Ana dilimizə tutduqları divanın içində roman yazmağa heç bir imkanatın olmaması və Ana dilimizdə roman kitablarının yoxluğunu unutmamalıyıq. Enis Batur, "Ana dil, ögey dil və ötəki dil" başlıqlı məqaləsində Dante,  Petrark, Cioran, Beckett, Pound, Nabokov, Conrad və Kundara kimi öz Ana dillərində yazıb-yazmayan, ikidilli və çoxdilli yazarlardan danışır, amma Güney Azərbaycan yazıçıları kimi yazısından öfkəli bir qoxu duyulmur. Osmanlı dövrü və çağdaş Türkiyə yazarları barədə danışırkən məsələyə ideolojik xarakter verməkdən çəkinir. Güney Azərbaycandan fərqli olaraq hər iki dövrün yazarları (Osmanlı və  yeni Türkiyə dövrü) öz Ana dillərində təhsil almaq imkanına malik olduqlarına heç bir şübhə yoxdur (38).

Digər yazarlar kimi Elşənin də toxunduğu Ana dilində təhsil almaq imkanının olmaması və bu durumdan çıxış yollarının axtarılması məsələsi zaman-zaman ziyalıları ən çox düşündürən problemlərdən biri olmuşdur. Vaxtilə bu problemin çıxış yollarından birini Ana dilində dərsliklərin yazılıb çap edilməsində görən Səməd Behrəngi Mir Mehdi Etimad, Mirzə Həsən Rüşdiyyə, Həbib Sahir kimi öndərlərin qutsal işini davam etdirməyə qalxışmış, uşaqların anlaya biləcəyi sadə türkcədə “Əlifba” kitabı yazmış, lakin İranın rəsmi qurumları tərəfindən bu dərslik geri qaytarılaraq çap olunmasına razılıq verilməmişdir. Bu etirazın əsas səbəbi isə Azərbaycan türklərinin Ana dilində təhsil almasının qarşısına çəkilən sədlərdən biri idi. Bu addımı Səmədin qardaşı siyasi akt kimi qiymətləndirirdi. Çünki ona ünvanladığı: “Мən imzаmı хаlqın zehninə cəfəngiyat verən bir çox müəlliflər kimi kitabın üstünə yaza bilmərəm. Мən ömrümdə bir dəfə olsun “Ş” hərfini uşaqlara “Şah” sözü ilə öyrətməmişəm. “Şahbanu” və “Vəliəhd” sözlərinin üstündən atılıb keçmişəm. Мən kitabımın birinci səhifəsini onlara necə həsr edə bilərəm? Qoy evimizin damı uçsun. Мən “Ş” hərfini “Şah”, “Şahbanu” sözləri ilə, “ə” hərfini “Vəliəhd” kəlməsi ilə öyrədə bilmərəm. Bəli, qardaşım, onlar mənə bunu təklif edirdilər. De görüm, nə etməliyəm? Bütün həqiqətləri və şərəfimi bu kitabın yolundamı qoyum? Bəs onda şagirdlərimə, uşaqlara nə cavab verə bilərəm? “24 sааt yuxuda və ayıqlıqda” hekayəsini məşğuliyyət üçün yazmamışam. Оna görə yazmışam ki, sən dünyanın hər yerində yaşayan öz balaca qardaşlarını yaxşı tanıyasan. Оnların dərdlərinin çarəsi haqqında düşünəsən...(39)” sözlərində, təbii, həmin qadağanın sirri və əsl mətləbin də gizləndiyi göz qabağındadır...


Güney Azərbaycanda bir tərcümə hərəkatı yaranmalıydı...
Tərcümə işi, dünya ədəbiyyatından, tarix və mədəniyyətin müxtəlif sahələrini əhatə edən örnək əsərlərin milli dilə çevrilərək oxuculara sunulması ədəbi prosesin hər zaman diqqət mərkəzində olmuşdur. Tərcümə əsərləri xalqların bir-birini daha yaxından tanımasına vəsilə olur. Deyə bilərik ki, Güney Azərbaycanda bu sahədə də çox iş görülüb. Ancaq Məlihə xanım Güney Azərbaycanda bu gün qlobal düşünüb milli dildə yazıb-yaratmağın, eyni zamanda xarici ölkələrdə meydana çıxan dəyərli ədəbi nümunələrin Azərbaycan türkcəsinə çevrilərək oxunmasının da ədəbiyyatın inkişafı üçün çox önəmli olduğunu düşünür və vurğulayır ki, “milli dilimizdə yaranan yeni ədəbiyyat dalğasının alt yapısı hazırlanmaqdadır. Bu olayı daha da gücləndirmək üçün tərcümə işinə diqqət yetirmək gərəklidir, yəni dünyanı öz dilimizdə oxumaq çox vacibdir. Çağdaş düşüncələri oxuyub öyrənmək və dünya sənətinin əldə etdiyi uğurlardan faydalanmaq bu yolda əlimizdən tutacaqdır (33).” Dr.Hüseyn Süleymanzadə də Güneydə tərcümə hərəkatının yaranmasının vacib olduğunu bildirir... İslam, fəlsəfə və uyqarlıq tarixi açıq bir örnəkdir buna. Dördüncü hicrini islam renessansı kimi dəyərləndirirlər. Bu renessans isə çevirmə hərəkatı ilə gerçəkləşmişdir. Türkan Urmulu isə “Öz dilimdə herfeyi əsər azdır. Modern ədəbiyatım daha körpədir! Dünyanın profesional çalışmalarından uzaq olduğumuz bir gerçəkdir,- deyərək dünya ədəbiyyatından nümunələrin tərcümə edərək xalqın ixtiyarına verməyin gərəkliliyini vurğulayır.

2012-2013-cü illərdə Məhəmməd Müctəhid Şəbistərinin “Varlığın peyğəmbəranə oxunuşu teorisi”nin 1,2 və 5-ci hissələrini, “Molla Sərdarın tənqidi”, “Mənə qarşı təxriblər” və “Teoriləri tənqidetmə yerinə təxribetmə” əsərlərini, eyni zamanda "Abbas Mirzə və Azərbaycan", "Pərdə arxasında gizlədilən tarix" kitablarını da Azərbaycan türkcəsinə çevirmişdir.

Əziz Səlaminin də tərcümə işində çox böyük təcrübəsi vardır. Alman dilini ana dili kimi mükəmməl öyrənən yazar ruhuna doğma, düşüncələrinə yaxın olan şairlərin əsərlərini Azərbaycan türkcəsinə çevirməyi və soydaşlarına sunmağı gərəkli saymışdır. Deyə bilərik ki, Əziz bəy bu əsərləri uğurla tərcümə etmiş, doğma türkcənin ladlarına yatımlı bir dildə çox maraqlı və orijinal tərcümələri araya-ərsəyə gətirmişdir. Onun çevirisində “Çin şeirləri-“Şaftalı çiçəyi”, Yapon şeirləri - “Hayku”, Xuan Ramon Ximenez.“Mahnın kimidir ölümün də”, Sönməz ulduzlardır sözlərin-Qızıldərililərdən mahnılar və dualar”, “Ulu mahnı-Mahnılar mahnısı. Süleymanın mahnısı”, yəhudi əsilli alman şairi Else Lasker Şülerin “Alovlar kimi açılacaq qolların” kimi şeir topluları geniş oxucu auditoriyasının məhəbbətini qazan-mışdır.

Nigar Xiyavi isə Qulamhüseyn Səidinin “Bəyəl Əzalıları” (Təbriz: 2003.Əxtər nəşriyyatı) və “Top” (Təbriz, 2003) əsərlərini dilimizə çevirmiş, uşaqlıq illərindən bəri arzuladığı bir işi həyata keçirmişdir.

Ramin Cabbarlı və Türkan Urmulu Səməd Behrənginin hekayələrini və Abdulla Şaiqin uşaq ədəbiyyatı seriyasından olan əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdırmış-lar. 20 cildə yaxın əsər olan tərcümələr çap edilməyə başlamışdır. Bunlardan “Küçük Kara Balık”, “Telhun”, “Ulduz və Kargalar”, “Bir şeftali, bin şeftali”, “Sevgi Masalı” əsərləri İstanbulda Kaynak yayınları tərəfindən nəşr edillmişdir.

Nəşr sahəsində real durum və çapa təqdim olunmuş əsərlər...

Bu gün Güneydə bir sıra şeir məclisləri fəaliyyət göstərir. Seyid Heydәr Bayat və qələmdaşları “Füzuli gecәlәri” adlı dәrnәkdә, eləcə də yeni yaratdıqları "Qara Dәrnәk" adlı cәmiyәtlәrindә hәr hәftә klassik әdәbiyatla, eyni zamanda modern әdәbiyyatla bağlı söhbәtlәr aparır, yeni şeirlərini oxuyurlar. Son dönəmlərdə Güney ədəbiyyatını zənginləşdirən kitablar sırasında “Mavilər”, “Talanmış Günəş”, “Gözü yaşlı küçələr”, “Günəş tonqalı”, “Bəlkə daha deyənmədım”, “Hər rəngdən”, “Zəncirdə sevda”nın adları öncül mövqedədir.

2013-cü ilin çap məhsulları içərisində Türk Dil Qurumunun buraxdığı Nabi Kobotarianın “İran Azerbaycanı Aşık destanları. Şikari destanı” Güneydə xalqın yaratdığı böyük türk mədəniyyəti xəzinəsinin ən dəyərli incilərindən sayıla bilər. “Dədə Qorqud” ənənələrini davam etdirən və dörd nəsil aşığın sinəsindən qopub günümüzədək gəlib çatmış “Şikari dastanı” motif və mövzu zənginliyilə də diqqət çəkir. Türk dünyasının ən iri həcmli dastanı kimi dəyərləndirilən “Şikari dastanı” mövzu dairəsinə görə də Türkiyənin Anadolu bölgəsində yaranmış iki söz sənəti nümunəsi-“Battalnamə” və “Danişməndnamə” dastanları ilə bənzərdir və əsas hədəfi Türkləşdirmək və İslamdırmaqdır.



Güneydə 2013-cü ildə onlarla kitab çapa hazırlanmış və nəşr üçün mətbəələrə təqdim olunmuşdur. Seyid Heydәr Bayatın “Alma Yolu” adlı şeirlәr toplusu, Ruqiyyə Kəbiri hekayələri toplanmış iki kitabını (“İçimdəki qız” və “Bu qapı heç döyülməyəcək”) yayım izni almaq üçün Təbrizin İrşad nazirliyinə təqdim etmişdir. “Ağ Atım”, “Günəş” adlı kitabları ilə sevilən və çağımızın milli şairi kimi tanınan Huşəng Cəfərinin isə üçüncü kitabı “Qanlı Çiçəklər” Zəncan Nikan Kitab Yayın evində nəşr sırasını gözləmək- dədir. 

2013-cü ildə “Varlıq”, “Yarpaq”, “Xudafərin”, “Yaşmaq”, “Ban” jurnallarının sırasına yeni bir ədəbiyyat tribunası-“Ban” dərgisi də qoşuldu. “Ban” adlı dərginin (112 s.üç aylıq) məqalə, öykü və şeirlərdən ibarət ilk sayının İstanbul şəhərində yayımlanması ilin ən mühüm ədəbi və mətbu hadisələrindən biridir... “Ban”ın amacı Çağdaş Güney Azərbaycan ədəbiyyatı haqqında yazılar dərc etmək, Güney Azərbaycanda yazıb-yaradan sənətkarların ədəbi yaradıcılığını tanıtmaq, həmçinin burada artan sürətlə inkişaf edən ədəbi prosesi ardıcıl şəkildə izləməkdir. “Ban” dərgisinin yayımı yığcam bir kollektivin-redaksiya heyətinin fədakar əməyi sayəsində gerçıkləşməkdədir. Belə ki, Türkan Urmulu-Yazı işləri müdiri, dərginin redaktoru olan türkoloq və ədəbiyyatşünas Toğrul Atabay həm də öykü-nəsr, Hadi Qaraçay-poeziya, Ramin Cabbarlı publisistika bölümləri üzrə, dizaynerlər Atabay Tikantəpəli-üz qabığının, Tural Sirdaş isə iç səhifələrinin tərtibatından sorumludurlar. “Ban” dərgisinin ilk sayında Hümmət Şahbazi, Ülkər Ucqar, Yrd.Doç.Dr.Gülara Yenisey və Ərsan Ərelin məqalələri, Rasim Qaraca ilə söyləşi-müsahibə (“söyləşi” daha doğal səslənir), Rüqəyyə Kəbiri və Kiyan Xiyavın öyküləri, Andre Breton, Pol Eluar, Lui Araqon, Heydər Bayat, İbrahim Savalan, Kiyan Xiyav, Ramin Cabbarlı, Türkan Urmulu, İsmayıl Mədədi, Fətullah Zövqi, Aydın Araz, Leyla Rəhimi, Fəriba Həyati, Elyad Musəvi, Əlirza Ağazadə, Ərsan Ərelin isə şeirləri çap olunmuşdur. Rüqiyyə Kəbiri, Ülkər Ucqar, Gülara Yenisey, Leyla Rəhimi, Fəriba Həyati və dərginin Yazı işləri müdiri Türkan Urmulunun məqalə və şeirlərinin də yer aldığı bu sayda yaradıcı qadınların əsərləri nisbətən üstünlük təşkil edir. Yazar və tərcüməçi Ülkər Ucqarın “Ağ Alma” və ədəbiyyat: Dilin erkək zatı” adlı məqaləsində bir sıra dillərdə kişilərin dominantlığı məsələsinə tənqidi nəzər salınmışdır.



Cəmil Meriç “Qərb kültürün vətənidir, şərq irfanın. Nə qərbi tanıyırıq, nə şərqi, ən az tanıdığımız isə özümüz...(40.s.11)" deyirdi... Güney Azərbaycanda 2013-cü ilin ədəbi yekunlarına nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır.
Sonuc

  1. Güney Azərbaycanda bu gün ənənəvi şeir, Modern və postmodern ədəbiyyat, “Avangard şeir” dinamik inkişaf etməkdədir...

  2. Güneydə inkişaf edən ədəbi prosesin bir qolu da ədəbi tənqiddir.

  3. Çağdaş dövrdə yazarlar Uşaq ədəbiyyatının inkişafına və araşdırılmasına daha çox əhəmiyyət verirlər.

  4. Güney ədəbiyyatında Feminizm-Qadın hərəkatı da ayrıca bir xətdir...

  5. Qarabağ problemi və Urmu gölü hadisələri Güney ədəbiyyatında son dövrün aparıcı mövzularına çevrilmişdir.

  6. Ana dilində təhsil almaq imkanının olmaması və bu durumdan çıxış yollarının axtarılması məsələsi Güney ziyalılarını və yazarları ən çox düşündürən problemlərdəndir.

  7. Bu gün Güney Azərbaycanda böyük bir tərcümə hərəkatı yaranmaqdadır.

  8. Ana dilində çap imkanı mövcud rejim tərəfindən məhdudlaşdırılmışdır...


Qaynaqça

  1. Mahatma Qandi. Bütün insanlar qardaşdır, Bakı: “Qanun” nəşriyyatı, 2012, 248 s., Çevirisi: Güntay Gəncalpındır.

  2. “Azadistan”, 15 Hordad 1299, s.1

  3. Yusuf Akçura, Türklüyün Tarihi, İstanbul, 1998.

  4. Y.Abrahimyan, İran Beyne do Enqelab, Tehran 1378, s. 85; Güneyin Səsi, №04, 2011,

  5. www.asif ata.com

  6. http://www.azadliq.org/

  7. www.alatoran.org › Jurnal  2004/№4

  8. anlam.biz.Berlin, 27 mars 2013.

  9. http://www.adyazar.az/

  10. Nyus.Azetreml.com

  11. baymedia.az/news.

  12. www.azadliq.org

  13. www.alatoran.org. Jurnal.2004/№4.

  14. dusharge.azeriblog.com; www.sozunsozu.com

  15. http://www.bilgicik.com

  16. www.pitraq.blogfa.com/

  17. http:www.eyvaz.org. 2013/03/23

  18. Jean Paul Sartre, Hürr Olmak, Emin Türk Elçin çevirisi,Toplumsal Dönüşüm Yayınları, 2.Baskı, Nisan 1995.

  19. Məsud Haray.Facebook.com

  20. www.sarigelin.net; www.frequency.com/ 

  21. www.trt.net.tr/trtWorld/az/news

  22. Xosrov Barışan. İçdim Təbrizin işıqlarını, Təbriz, 1349(2013).

  23. “İrəvan yek vilayəte muselman neşin bud”. Tehran, Enteşarate Zufa, 1379, 247 s., Sübhan Talıblı. Güney Azərbaycan institutunu yaradan insan. Güneyin səsi, 2011/Aprel.

  24. Şərifə Cəfəri-Dəniz. Facebook.com

  25. barishan.blogsky.com

  26. profliqa.blogspot.com/..

  27. http:www.eyvaz.org. 2013/03/23

  28. Rəşid Təhməzoğlu.Nazim Hikmətin yaradıcılığında Şərq.B.”Təhsil”,2007, 156s.

  29. mbasic.facebook.com.

  30. www.amerikaninsesi.org

  31. https://az-az.facebook.com/

  32. qadin.net/index.php?cstart

  33. http:meliheezizpur.blogfa.com.

  34. Güntay Gəncalp. “Yolatayın xatirələri”, Bakı, “Qanun”, 2013.

  35. Ruqiyyə Kəbiri, Evim, Təbriz, 2013.

  36. profliqa.blogspot.com

  37. kult.az.guntay gencalp.sehriyarla gorus xatireleri

  38. oyrenci-sesi.info/site/xeber; www.dayaq.info

  39. Səməd Behrəngi. Məhəbbət nağılı, Bakı, 19

  40. Meriç Cemil. Kültürdən İrfana. İstanbul: İnsan Yayınları, 1986.

  41. saidmatinpur.com

  42. tutsaqyazarlar.blogspot.com

  43. Kult.az



Yüklə 142,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin