Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi



Yüklə 112,74 Kb.
səhifə30/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   33
Peşə etikasının mühazirələri-1

Adekvatlığ anlayışı -  insanların, cinsi mənsubiyyətindən asılı olaraq, sosial davranışını determinə edən gender identikliyinin xarakteristikasını öyrənən psixologiya sahəsidir. Bu sahədəki tədqiqatlarda kişi və qadın cinsinə mənsub insanların şəxsiyyət keyfiyyətləri

nin müqayisəli tədqiqinə diqqət yönəldilir. Gender psixologiyası differensial psixologiya ilə inkişaf psixologiyasının qovşağında və əsasında formalaşmış psixoloji bilik sahəsidir. Gender psixologiyasının əsasını differensial psixologiyanın "cins psixologiyası" bölməsi və inkişaf psixologiyasının şəxsiyyətin psixososial inkişafı (insanların cinsi mənsubiyyəti ilə şərtlənən) bölməsi təşkil etmişdir. Psixologiya elminin göstərilən bölmələri gender psixologiyasının əsas strukturunu müəyyən etmişdir ki, bu da iki əsas məlumat bloku ilə təqdim edilir: cinsi fərqlər psixologiyası (cins psixologiyası bölməsinin əsas tematikası) və gender sosiallaşması. Cinsi fərqlər bölməsində kişi və qadın cinsinin nümayəndələri arasında psixoloji fərqlərin bütöv spektri nəzərdən keçirilir, bu şəxsiyyətin koqnitiv, motivasiya, emosional, davranış və digər sferaları arasındakı fərqlərdir. Bu zaman psixologiya üçün ənənəvi olan anlayışlar aparatı, şəxsiyyətin strukturunu açmaq üçün istifadə edilən psixoloji məhfumlar istifadə edilir. Yeni olan "maskulinlik", "femininlik", "androginlik" və "gender stereotipləri" anlayışlarıdır. Gender sosiallaşması bölməsində oğlan və qızların, kişi və qadınların cins-rol inkişafında sosial institutların rolu təhlil olunur. Əsas anlayışlar cinsi rollar və onların adekvatlığı anlayışlarıdır. Gender psixologiyasının əsas tədqiqat metodologiyası cins-rol yanaşmasıdır. Bu yanaşma çərçivəsində qadın və kişi rolları məzmununa görə fərqli olsalar da, eyni dərəcədə əhəmiyyətli kimi qəbul edilirlər. Rolların bioloji determinizmi və insanda qadın və kişi başlanğıcının anadangəlmə olması haqqında psixoanalitik düşüncə çıxış nöqtəsini təşkil edir. Gender psixologiyası sahəsinə aid olan tədqiqatların böyük əksəriyyəti üçün vahid metodik üsul xarakterikdir. Onun mahiyyəti bir-biri ilə müqayisə edilməsi üçün iki müxtəlif cinsli tədqiq olunanlar qrupunun ayrılmasından və konkret psixoloji xarakteristikaların diaqnostikasından ibarətdir. Bu zaman ənənəvi psixoloji metod və metodikalardan istifadə olunur. Gender psixologiyasında perspektiv tədqiqatlar kimi kişi və qadınların psixoloji xarakteristikaları və davranış xüsusiyyətlərindəki fərqlərin axtarılmasına yönəlmiş tədqiqatlar deyil, psixoloji oxşarlığın axtarışına yönəlmiş tədqiqatlar qəbul edilməlidir. Onlar kişi və qadınlar tərəfindən ənənəvi gender stereotiplərinin aradan qaldırılması üçün produktiv strategiya və davranış taktikalarının öyrənilməsi, eyni zamanda, qadınların professional, kişilərin isə, ailə sferasında uğurlu özünüreallaşdırmasının şəxsi amillərinin təhlilinə yönəlməlidir. Gender psixologiyası mədəniyyətlər arasında cins anlayışının və bu anlayışların davranış, sağlamlıq, şəxsiyyətlərarası münasibətlər və psixoloji proseslərə təsirlərinin öyrənilməsidir. Gender tez-tez müəyyən bir cins (kişi və ya qadın) ilə əlaqəli bir xarakter və ya xüsusiyyət olaraq düşünülür. Bəzi qərb olmayan ölkələrdə də gender həmişə ikili sayılır və ya gender və bioloji cins eyni hesab edilmir. Nəticədə, bəzi mədəniyyətlərin üçüncü, dördüncü, beşinci və ya daha çox cinsi mövcuddur. Ümumiyyətlə genderi təyin edən xüsusiyyətlərə kişilik və ya qadınlıq deyilir.Genderin formalaşması psixologiya da daxil olmaqla bir çox elmi sahədə olduqca mübahisəlidir. Konkret olaraq tədqiqatçılar və nəzəriyyəçilər cinsiyyətin biologiyadan, neyrokimyəvi və təkamül faktorlarından və ya mədəniyyət və sosiallaşma nəticələrindən nə qədər asılı olduğuna dair fərqli baxışlar qururlar. Bu, dünyaya gətirənə qarşı çoxalma şəraitinin mübahisəsi kimi tanınır. Psixologiyanın alt sahələri, onların dünyaya gətirənə qarşı tərbiyə şərtlərinin mübahisəsi perspektivinə əsaslanaraq hər bir genderin xüsusiyyətləri arasındakı müəyyən fərqləri qeyd edir.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin