Текущий статус доходов дохозяйств: анализ доходов от сельскохозяйственной деятельности.
Н. Н. Мамедов1
1Докторант, АГАУ
1mammadovniyaz@mail.ru
Резюме
В исследовании подчеркивалась важность домашних исследований, особенно актуальность исследования источников дохода домохозяйства в горных и предгорных районах. Ядром исследования является изучение источников дохода от сельскохозяйственной деятельности домохозяйств в горных и предгорных районах Азербайджана и Грузии. Была предоставлена информация о выборе домохозяйств для обследования в обеих странах и методологии проведения обследования на выбранных участках. При этом на основе данных, полученных в результате обследования, рассчитывались показатели доходов, расходов и рентабельности домохозяйств по видам сельскохозяйственной деятельности. Также предусмотрен расчет прибыли по соответствующим сельскохозяйственной деятельностиям. В результате сравнительного анализа были выявлены факторы, влияющие на доход домохозяйств обеих стран от сельскохозяйственной деятельности. В статье выявляются причины низких и высоких доходов из различных источников, а также исследуются возможности увеличения доходов дохозяйств. По полученным результатам были внесены соответствующие предложения. Ключевые слова: домохозяйства, сельское хозяйство, доход, прибыль, расходы, уровень рентабельности.
Giriş
Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı müxtəlif iqtisadi-statistik hesablamalarda: Ümumi Daxili Məhsulun hesablanmasında və onun bölüşdürülməsində, əhalinin real gəlirlərinin və istehlak qiymətləri indeksinin hesablanmasında, minimum istehlak səbətinin hesablanmasında və yoxsulluq səviyyəsinin ölçülməsində, kənd təsərrüfatı məhsullarının istehsalı və istifadə olunması balansının tərtib edilməsində, Milli Hesablar Sisteminin ev təsərrüfatları bölməsində bu göstəricilər geniş istifadə olunur. Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı Dünya Bankının metodologiyasına və Avropa Statistika Təşkilatının Avropa Birliyi ölkələri üçün tövsiyə etdiyi Avropa Uyğunlaşdırılmış Vaxtdan istifadə Sorğusu metodologiyasına əsasən həyata keçirilir. Əhalinin həyat səviyyəsinin dövlət tərəfindən statistik müşahidə metodudur və “Azərbaycanda statistik işlərin reqlamenti”nə uyğun olaraq dövlət statistika orqanları tərəfindən aparılır [1].
Ev təsərrüfatları tədqiqatı təkcə ev təsərrüfatlarının fəaliyyətini deyil, həmçinin bu fəaliyyətin nəticəsində formalaşan ev təsərrüfatlarının büdcələrinin strukturunu, quruluşunu və ona təsir edən amilləri öyrənir. Ümumiyyətlə ev təsərrüfatlarının tədqiqi öz xarakterinə görə müxtəlif istiqamətli və çoxşaxəlidir. Onun əsas vəzifəsi istehlak qiymətləri indeksinin hesablanması zamanı istifadə olunan mal, məhsul və xidmətlərin çəki göstəricilərinin əldə edilməsi və milli hesablar sistemində ev təsərrüfatları bölməsi hesablarının tərtib edilməsi üçün göstəricilərin alınmasından ibarətdir. Ənənəvi büdcə tədqiqatı həm də əhalinin maddi rifah durumuna görə bölünməsi, yoxsulluğun səviyyəsi və ərzaq malları istehlakı haqqında statistik məlumatların mənbəyidir. Eləcə də, bu tədqiqat istər coğrafi, istər demoqrafiq istərsə də ənənəvi amillərin təsiri ilə müxtəlif fəaliyyət sahələrinin ev təsərrüfalarının büdcəsinin formalaşmasında hansı çəki nisbətinə malik olduğu və bu büdcəyə necə və hansı formada təsir etdiyini müəyyən etməyə imkan verir.
Sözsüz ki, son zamanlar geosiyasi aləmdə və dünya iqtisadiyyatında baş verən hadisələr istər Azərbaycanda istərsə də dünyada ev təsərrüfatları və onların büdcələrinə öz təsirini göstərməkdədir və bundan sonra da göstərəcəyi istisna deyil. Belə ki, dünya əhalisinin və bunun müqabilində ev təsərrüfatlarının sürətlə artması fonunda onların yeni yaşayış sahələri ilə təmin olunması, artan qida və digər istehlak tələbatlarının ödənilməsi bütün dünya ölkələrinin, dövlətlərin qarşısında duran ən ümdə məsələlərdən biridir.
Ev təsərrüfatlarının tədqiqi həm “perspektiv” əhali və ev təsərrüfatlarının sayını müəyyən etməyə imkan verir, həm də bu artımın müqabilində ev təsərrüfatlarının istehlak tələbatının və sosial-iqtisadi vəziyyətinin hansı istiqamətdə dəyişdiyi müəyyənləşdirməyə şərait yaradır.
Bu fikirlər bizə ev təsərrüfatlarının ölkə iqtisadiyyatında əhəmiyyətini, və dövlətin iqtisadi siyasətinin təməlində ev təsərrüfatlarının sosial vəziyyətinin durduğunu qeyd etməyə imkan verir.
Ev təsərrüfatı büdcəsi əsasında ailə, yaşayış məntəqəsi, region və respublika üzrə, habelə sahələr, bölmələr, fəaliyyət növü və s. üzrə mühüm iqtisadi göstəriciləri hesablamaq məqsədilə tədqiqatlar aparılır. Xüsusi göstəricilərdən ümumi göstəricilərə keçilir. Nəticədə, ÜDM, milli gəlir, qiymət, yaşayış həddi, iqtisadi fəaliyyət və digər makrogöstəricilərin düzgün hesablanması, gizli iqtisadiyyatın müəyyən edilməsi üçün imkan yaranır [1].
Dostları ilə paylaş: |