Çovkan. Əvvəlcə, bu sözün transkripsiyası və izahı ilə
bağlı fikirlərə nəzər salaq: O.Ş.Gökyayın tərtib etdiyi lüğətdə belə
bir şərh verilib: “...başı əgri bir cirittir, meydanda onunla top
oynarlar ve at üzerinde degnek oynayanlar dahi kullanırlar, genel
olarak ucı egri degneğe denir” (İstanbul, 2000, səh.189). Bu qeyd-
lər onu göstərir ki, müəllif “çovkan”ın “Kitab”dakı üslubi-poetik
“Dədə Qorqud”un möcüzələr dünyası
480
xüsusiyyətlərindən bəhs etməyib; M.Erginin nəşrində “çevgen”
şəklindədir (Ankara, 1958, səh.98); Zeynalov-Əlizadə nəşrində
“çokan” formasındadır (Bakı, 1988, səh.49); S.Əlizadənin nəşrin-
də “çovkan” oxunuş forması əsas götürülüb (Bakı, 2000, səh.47);
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”nə “çovkan” sözü daxil
edilməyib (Bakı, 1999)... “Çövkən”lə (çovkanla) bağlı fikirləri
saf-çürük etdikdə bəlli olur ki, S.Əlizadənin transkripsiya və şərh-
ləri mətnin semantik tutumuna daha çox uyğun gəlir: “çovkan-
çövkan – burada qoyunları tutmaq üçün istifadə edilən, bucaqvari
ucluğu olan uzun ağac (Bakı, 1988, səh.141)...
“Çovkan” sözü “Kitab”ın dilində çox az, dəqiq desək, cəmi
bir dəfə Qaraca çobanın dilində işlənib: “Qılıcıηı nə ögərsən, mərə
kafir//Əgri başlu çovkanımca gəlməz maηa!” (D-41). Burada əyri
başlu çövkən kafir qılıncından üstün tutulur ki, bu da obrazlılığın
qüvvətləndirilməsindən başqa bir şey deyil. Bu mənada “çovkan”
sözünün silah adları sırasında verilməsini şərti olaraq qəbul etmək
lazımdır.
“Çövkən”lə bağlı bir cəhəti də xatırlatmağı gərəkli hesab
edirik: bu söz “Kitab”ın dilində “çovkan”, M.Kaşğarinin “Di-
van”ında “çögən” (ol çögən əgtürdi = o, çovkan əydirdi. I cild,
səh.263) şəklindədirsə, müasir Azərbaycan ədəbi dilində “çövkən”
şəklində sabitləşib.
Dəpər. “Balta” anlamlı “dəpər” sözü “Kitab”da üç dəfə
işlənib: dəpər. “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala (D-84); də-
pərə tutub çalmaq, təpərlə (balta tipli silahla) bərk vurmaq, başına
vurmaq. “Ol altmış batman gürzlə Qazılıq qocaya dəpərə tutıb
çaldı (D-209); Ol altmış batman gürz ilə Tondarı dəpərə tutub
çaldı (D-209).”Kitab”ın dilində işlənmiş basmaq, vurmaq anlamlı
“dəpmək”, “dəpələmək” feilləri də “dəpər” (balta) sözü ilə əlaqə-
ləndirilir (Kitabi-Dədə Qorqud Ensiklopediyası. II cild, Bakı,
2000, səh.85).”Dəpər” sözünün semantik tutumu bir sıra qorqud-
şünaslar, o cümlədən S.Əlizadə tərəfindən düzgün izah edilib:
“orta əsrlərdə balta tipli silah” (Bakı, 1988, səh.154). Bu izah
“KDQ” ensiklopediyasında, əsasən, eynilə təkrarlanıb: “...dəpər
“Dədə Qorqud”un möcüzələr dünyası
481
baltaya verilən addır və bu silah döyüşçünün yanında saxladığı
döyüş alətlərindən biridir” (Bakı, 2000, səh.85). Rus dilindəki
balta anlamlı “топор” sözünün türk mənşəli “dəpər” sözünün
fonetik deformasiyaya uğramış variantı olduğu göstərilir. Burada
M.Təkləlinin rus mənbələrinə istinadən söylədiyi fikirləri xatırlat-
maq yerinə düşür: “Qədim Rusda, I Pyotradək çar taxtının hər iki
tərəfində mühafizəçilər çiyinlərində topor durardılar. Onlar daha
çox yüksək sənətkarlıq nümunəsi sayılmışdır. Rus dilində onlara
“səfir toporları” deyərdilər. Çünki təntənəli qəbullarda əlində
qızılla işlənmiş toporlar olan mühafizəçilər görünərdilər”
1
. Bu fakt
da yuxarıda söylədiklərimizi arqumentləşdirir.
Mancılaq. Qurğu, dəzgah anlamlı “mancılaq” sözü “Ki-
tab”da iki dəfə işlənib: “Mancılağı ağır taşdan qızıldayub qatı
enən” (D-188); “Ağır mancılaq taşla atam, derdim” (D-233). Bi-
rinci nümunədə Qanturalının igidliyi, mərdliyi qabardılır: Manca-
naq daşıtək qıjıldayıb yerə enən... İkinci nümunədə igidliyin,
mərdliyin tərənnümü yox, bir məkr, hiylə müşahidə olunur: Man-
canaqla ağır daşlar atım, − deyirdim // Göydən başıma düşən daşla
ölüm, − deyirdim...
“Kitab”dakı döyüşlə bağlı parçalarda “mancılaq” sözünün
işlənməsinə təsadüf olunmur. Yuxarıdakı nümunələrdə işlənmiş
“mancılaq” isə poetik mənanı qüvvətləndirməyə xidmət edir. Bir
sıra tarixi mənbələrdə “mancanaq” mühasirə aləti, müharibədə
hasarın içinə daş atmaq üçün istifadə olunan alət, böyük sapand
və s. mənalarda izah olunur. Bu mənada “Kitab”dakı “mancılaq”
sözünün döyüş silahları sırasında verilməsini məqbul hesab etmək
olar.
Taraqa. “Kitab”da cəmi bir dəfə “taraqa çatlatmaq” ifadəsi
daxilində işlədilib: “Yüz adam seçilün, taraqa çatladıη, oğlanu
qorqudıη” (D-247). “Taraqa”nın semantik yükü ilə bağlı qorqud-
şünaslıqdakı izahlara nəzər salaq: gurultu etmək, yalandan gurultu
etmək... patıltı etmək (O.Ş.Gökyay); patlama, çatlama, patlama və
1
M.Təkləli. Rus dilində türk sözləri. Bakı, 2002, səh.190.
“Dədə Qorqud”un möcüzələr dünyası
482
çatlama səsi (M.Ergin); gurultu qoparmaq (Zeynalov-Əlizadə);
partlayış səsi (A.Məmmədova)... Bu şərhlərin hər birini düzgün
hesab etmək olar.
E.Əzizov “Kitab”ın dilindəki “taraqa” sözünün şivələrimiz-
də mühafizə olunduğunu göstərir: “Şuşa şivəsində taraqqa şəklin-
də eyni mənada işlənir: - Bayramda taraqqa atardıx... Ordubad şi-
vəsində “içərisində barıt qoyulmuş kağız, fişəng” mənasında mü-
şahidə edilmişdir”
1
. Bununla yanaşı, müəllif diqqəti Y.V.Çəmən-
zəminlinin “Həyatımızın 20 ili” əsərindəki “taraqqa” sözünə yö-
nəldir: “Sonra tonqal qalayıb üzərindən atılırdıq, fişəng – taraqqa
atardıq, toran qovuşanda da anam kiçicik piy şamlar yandırıb evin
iç və dış divarlarına yapışdırar, işıq aləmə yayılardı”. Bütün bunlar
onu deməyə əsas verir ki, “Kitab”ın dilindəki “taraqa” müasir
Azərbaycan dilində “taraqqa” şəklində işlənir. Deməli, müasir di-
limizdəki “taraqqa” “Kitab”dakı formasından yalnız bir “q” sami-
tinin artıq işlənməsinə (ikinci hecadakı “q” nəzərdə tutulur) görə
fərqlənir.
Qorqudşünaslıqda “taraqa” sözünün kök və şəkilçi mor-
femlərinə, demək olar ki, münasibət bildirilməyib. Bu mənada
bəzi detalları aydınlaşdırmaq lazım gəlir. Heç şübhəsiz ki, “fi-
şəng” anlamlı “taraqa” sözü “taraq+a” modeli daxilində öyrənil-
məlidir. Bu modeldə isə “taqqıltı, tıqqıltı” anlamlı “taraq” təqlidi
söz, -a təqlidi sözlərdən isim düzəldən şəkilçidir: taraq+a=taraqa”.
Yeri gəlmişkən, “taraq” sözünə müasir ədəbiyyatımızda da rast
gəlinir: Taraq-turuq atlılar, Atlılar qanadlılar (A.Şaiq) ...
Xəncər. Fars mənşəli “xəncər” sözünün intensivliyi çox
azdır. Daha dəqiqi, mətnlərdə cəmi iki dəfə təhkiyəçi dilində iş-
lənməsi müşahidə olunur: “Basatın xəncəri vardı”. Ədügini yardı,
içindən çıqdı” (D-226); “Dəpəgöz Basatın üzərinə qodı, xəncərdə
çaldı-kəsdi, sıçradı geη yerdə turdı” (D-229). Bu cümlələrin
semantik tutumu “xəncər”i bir döyüş silahı kimi səciyyələndirmə-
yə imkan verir. Şübhəsiz ki, “bıçaq” sözünə bu kontekstdə yanaş-
1
Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.253.
“Dədə Qorqud”un möcüzələr dünyası
483
maq olmaz. Belə ki, “Kitab”ın dilində “bıçaq” (kəsmək üçün alət)
sözü iki dəfə bir məişət əşyasının adı kimi həqiqi mənada, bir dəfə
isə təşbeh daxilində məcazi mənada işlənib: “Oğlan bıcağına əl
urdı. Buğanıη başını kəsdi” (D-17); “Bıçaq çıqarıb dərisini yüzdi”
(D-183); “Bıçaq alub qanadlarım qıran Qazan!” (D-149). Sonun-
cu nümunədə “bıçaq” sözü məhz təşbeh yaradan vasitələrdən biri
kimi çıxış edir. Burla xatunun dilindən verilmiş həmin təşbehin
semantikası isə çox dərindir: Oğul itirən ana qanadları qırılmış quş
kimidir.
Silah və silah hissələrinin adlarının tarixi-linqvistik müstə-
vidə təhlili bir daha göstərir ki, “Kitab”da bu tip vahidlər daha çox
həqiqi mənada işlənib. Bu da təsadüfi deyil. Çünki “Kitab”, hər
şeydən əvvəl, Oğuz türklərinin tarixini əks etdirən qəhrəmanlıq
eposudur. Amma bunu da vurğulamaq lazımdır ki, bir sıra obrazlı
ifadələr məhz silah adlarının assosiativliyi ilə yaradılıb.
Mətn daxilində təqdim etdiyimiz silah adları həm də silah-
la bağlı işlədilmiş feillərin lüğəvi məna qrupları barədə söz demə-
yə imkan verir. Bu tipli feillərin müəyyənləşdirilməsi isə, ilk növ-
bədə, silahla görülmüş və ya görüləcək işlərə işıq sala bilər. Mü-
qayisə və qarşılaşdırmalar silah adları ilə bağlı işlədilmiş feillər sı-
rasında iş və hal-vəziyyət feillərinin üstün mövqedə çıxış etdiyini
göstərir. Bu cür sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Silah adları və hal-vəziyyət feilləri:
qılıc - ovanmaq. “...qılıcları ovandı” (D-250);
yay – iηləmək. “Ağ tozluca qatı yayım zari-zari iηlər” (D-
248);
köndər – süsəlmək. “Ala-ala köndərlər süsəldi” (D-69);
bögürtmək . “...altmış tutam ala köndəriη ucında ər bögürdən ...
(D-60) ... ;
Silah adları və iş feilləri:
qılıc – baş kəsmək, qan tökmək. “Baş kəsmədiη, qan tök-
mədiη” (D-125); çalmaq. “...qılıc çalub baş kəsdügim yerləri gös-
tərəyim” (D-126); qılıclamaq. “...Beyrəgi oturduğı yerdə qılıcladı”
(D-300)...;
“Dədə Qorqud”un möcüzələr dünyası
484
yay – çəkmək. “Yay çəkmədüη...” (D-125);
ox – atmaq. “Ox atmadıη” (D-125); urmaq. “Dəpəgözüη
yağrına bir ox urdı” (D-225);
köndər - urmaq. “Aruza bir köndər urdı” (D-302);
dəpər – çalmaq. “...Dədəyi dəpərə çala” (D-84);
gürz – urmaq. “Altı bərli gürz ilə dəpəsinə qatı tuta urdı”
(D-64);
mancılaq – atmaq. “Ağır mancılaq taşla atam, derdim” (D-
233);
çomaq – yoğratmaq. “...qaba çomaq altında yoğradım səniη
içün” (D-129);
sügü – sancmaq. “Qarğu talı sügüηi maηa vergil//-
Köksündən ər sancayım səniη içün!” (D-246);
sapan – atmaq. “...sapanıη ayasına qor atar, kafəri yıqar”
(D-42)...
Yuxarıda qarşılaşdırmalar şəklində verdiyimiz nümunələr
silah adlarının “Kitab”dakı çəkisi barədə dolğun təəssürat yarat-
maq gücündədir. Fikrimizcə, “Kitab” linqvopoetik baxımdan təhlil
süzgəcindən keçirilərkən bu tip dil vahidlərinin cümlə daxilin-
dəki semantikası mütləq nəzərə alınmalıdır.
“DƏDƏ QORQUD KİTABI”NDA DÖYÜŞ
GEYİMLƏRİ VƏ DİGƏR DÖYÜŞ LƏVAZİMATLARININ
ADLARI TARİXİ-LİNQVİSTİK MÜSTƏVİDƏ
“Kitab”ın dilində qalxan, işıq, yaqa, dizcik, dəmir don və s.
kimi döyüş ləvazimatlarının adlarına rast gəlinir. Bu tip sözlərə
mətn daxilində diqqət yetirək:
Qalqan. “Döyüşdə qılınc, gürz, ox və s. kimi silahların
zərbəsindən qorunmaq üçün istifadə olunan alət” anlamlı “qalqan”
(qalxan) sözünün “Kitab”da işlənmə məqamları, əsasən, aşağıdakı
kimidir:
“Dədə Qorqud”un möcüzələr dünyası
485
ap-alaca qalqan (böyük qalxan). “Ap alaca qalqanıηı vergil
maηa” (D-49);
ala qalqan bağını qısa dügmək (böyük qalxan bağını qısa
düyünləmək, qalxanı köksünə sipər edərək döyüşə tam hazır
vəziyyətdə olmaq). “Ala qalqan bağını qısa dügdilər” (D-133);
qalqanı gürzə qarşı tutmaq (qalxanı gürzün qabağına
tutmaq). “Oğlan qalqanını gürzə qarşu tutdı” (D-250). Bu cümlədə
qalxandan təyinatı üzrə istifadə olunma açıq şəkildə ifadə edilir ki,
bu da döyüş səhnələrinin təsviri baxımından maraqlıdır;
qalqan yapınmaq (qalxan çəkmək, qalxanla sipərlənmək).
“Qazan qalqan yapındı, sügisin əlinə aldı” (D-302). Burada Oğuz
igidi Qazanın döyüşə tam hazır vəziyyətdə olması obrazlı şəkildə
ifadə olunub;
qalqan oynamaq (qalxan oynatmaq). “Yağrınında qalqan
oynar babasınıη qadir qoursa, başın kəsəyim” (D-176). Bu cümlə-
dəki deyimin semantikasından bəhs edən O.Ş.Gökyay yazır:
“yağrumda kalkan oynar deyiminin açıklanmasında savaşçıların
iri-yarı, güclü-küvvetli olduğunu belirtmek içün kullanılan bir söz
açıklamasının neye dayandığını bilmiyoruz” (İstanbul, 2000,
səh.CCCLXX). Fikrimizcə, “qalxan oynatma” ifadəsinə (jestinə)
“gürz tutma” ifadəsi (jesti) kontekstində aydınlıq gətirmək müm-
kündür. Belə ki, təhkiyəçi təsviri ilə reallaşan “gürzü göyə atıb,
onu yerə düşmədən tutma” jesti (ifadəsi) (...Qanturalı gürzin gögə
atar, enüb yerə düşmədin qarvar-tutar) Qanturalının dilində
kafirlərlə bağlı işlədilmiş “çiynində qalxan oynatma” jestinin (ifa-
dəsinin) məntiqi nəticəsi kimi görünür. Konkret desək, “çiynində
qalxan oynatma” jesti barədə deyilənlər Qanturalını nəinki qorxu-
dur, hətta o məhz həmin kafirin başını kəsməyə hazır olduğunu
qətiyyətlə ifadə edir, “gürz tutma” jesti ilə özünün məğlubedil-
məzliyini, igidliyini nümayiş etdirir. Bu mənada “qalxan oynat-
ma” və “gürz tutma” ifadələri eyni semantik yuvaya daxil olan
vahidlər hesab oluna bilər (bax: Əzizxan Tanrıverdi. “Dədə
Qorqud kitabı” nın obrazlar aləmi”. Bakı, 2013, səh.113). “Qalxan
oynatma” ifadəsinin hünər göstərmə, igidliyi nümayiş etdirmə mə-
“Dədə Qorqud”un möcüzələr dünyası
486
nasında çıxış etdiyini digər ifadələr də təsdiq edir: cida oynatmaq,
at oynatmaq, tüfəng oynatmaq... Bu ifadələrdən ikincisi (at oynat-
maq) “Kitab”, eyni zamanda digər şifahi və yazılı ədəbiyyat nü-
munələrində tez-tez təkrarlanan vahidlərdəndir.Burada “Kitab”dan
bir nümunəni təqdim etməklə kifayətlənmək olar: “Qırq yigit
bədəvi atın oynatdı, oğlanıη üzərinə yığnaq oldı” (D-34). “Cida
oynatmaq”. Bu ifadəyə həm “Kitab” (Altun cida oynadana, yarəb,
noldı?), həm də “Koroğlu” eposunda rast gəlinir: “Koroğlu əmud
vurur, cida oynadır, şeşpər atırdı”. “Tüfəng oynatmaq” ifadəsinə
isə “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağanın dilində
təsadüf olunur: “...Deyəsən, at çapıb tüfəng oynatmağın vaxtı
keçir, axı?!..”
Türk mənşəli “qalxan” sözü digər abidələrin dilində də
müşahidə olunur:
M.Kaşğarinin “Divan”ında:
Kalkan, sünqün çumşalım = Qalxanla süngü ilə vuruşaq
M.Füzulinin “Leyli və Məcnun” poemasında:
Səyyarədən aldı mehr meydan
Çaldı qılıcın, götürdü qalxan...
Müasir ədəbi dilimizdəki bir sıra düzəltmə və mürəkkəb
sözlər “qalxan” sözü əsasında yaranıb: qalxanlıca (quru yamaclar-
da bitən bitki), qalxancıq (örtü, qabıq...), qalxanabənzər, qalxana-
oxşar, qalxanvarı (qalxana oxşayan), qalxanqulaq (qulaqları
böyük, iri qulaqlı...)...
İşıq. Drezden nüsxəsində “aşıq” və “işıq” şəklində yazıl-
mış bu sözün məna yükü ilə bağlı müxtəlif fikirlərə rast gəlinir:
O.Ş.Gökyay “aşuk”, ışık” sözünün məna yükünü belə göstərir:
“tulğu, demir başlık, demir takke, miğfer” (İstanbul, 2000,
səh.225); A.Məmmədova “aşıq” sözünün omonimliyindən bəhs
edir: “I aşıq – oyun; II aşıq – dəbilqə. I . Altun aşıq oynar Sancı-
danıη bəgləri. II. Ağ aşıqlı alpları yanıma saldım”
1
; B.Abdullaya
1
A.Məmmədov. “Dədə Qorqud kitab”ının leksikası. Bakı, 2009, səh.98.
“Dədə Qorqud”un möcüzələr dünyası
487
görə, “işıq”, “güzgü” şəklinə salınmış döyüş ləvazimatıdır”.
Müəllif fikirlərini belə ümumiləşdirir: “Kitab”dakı “işıq” döyüş-
vuruşda rəqibin gözünü qamaşdırmaq üçün alına bağlanılan dö-
yüş ləvazimatlarındandır. Müxtəlif təyinli “işıq”ın adı elə “işıq”-
dır. Qılıncın adı qılınc, qalxanın adı qalxan, kamanın adı kaman,
oxun adı ox, nizənin adı nizə olan kimi. Onu dəbilqə, zireh, aşıq,
düymə və s. saymaq məntiqdən qıraqdır”
1
. “KDQ-nin izahlı
lüğəti”ndə “işuğ=işıq” şəklində verilib ki, bu da heç bir informasi-
ya vermir” (Bakı, 1999, səh.98); S.Əlizadə digər qorqudşünaslar-
dan fərqli olaraq “işıq” sözünün semantikasını tarixi-linqvistik
müstəvidə izah edib: “...Bunun səbəbi odur ki, “aşıq” sözü özünün
lüğəvi mənası ilə arxaikləşib, XV-XVI əsrlərin katibləri üçün
anlaşılmaz olmuşdur. Bu günün folklorçusu həmin sözü “Oğuz
igidlərinin alnına bərkidilən güzgüdən əks olunan işıq” kimi izah
edir. Halbuki XIII əsr lüğəti “əs-sihah əl-əcəmiyyə”də bu söz
“başa keçirilən zireh geyim” kimi izah olunmuşdur... XV əsrin əv-
vəllərində qələmə alınmış “Qissəsül-ənbiya” adlı əlyazmasında
həmin söz başqa fonetik variantda, lakin eyni mənada işlənmişdir:
Yaşıqnı başığa urdı... başından yaşıqın tüşürdi, alnı açıldı”
(Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild, Bakı, 2000, səh.28)...
Açığını deyək ki, yuxarıda təqdim etdiyimiz fikirlərdən bəzisi
dolaşıqdır. B.Abdullanın fikirləri isə yerinə düşmür. “İçıq”la bağlı
fikirlərə dil tarixi və “Kitab”ın ümumi semantik tutumu konteks-
tində yanaşdıqda bəlli olur ki, S.Əlizadənin fikirləri daha dolğun
və dəqiqdir, bütün parametrlərinə görə elmi və inandırıcıdır.
M.Kaşğarinin “Divan”ında işlənmiş “dəbilqə” anlamlı “yaşıklığ”
(“yaşıklığ ər= başına dəbilqə, dəmir başlıq qoymuş adam”. III
cild, səh.50) sözü də S.Əlizadənin fikirlərinin düzgün olduğunu
arqumentləşdirir.
“Kitab”ın dilindəki “işıq” sözünün işlənmə məqamlarına
nəzər salaq:
1
B.Abdulla. Salur Qazan. Bakı, 2005, səh.187.
“Dədə Qorqud”un möcüzələr dünyası
488
−qunt işıq (parlaq zireh, dəbilqə). “Başımda qunt işıqlar
saqlardım səniηçün” (D-129);
− ağ ışıqlı alplar (ağ dəbilqəli igidlər). “Ağ ışıqlı alpları
yanıma saldım” (D-206);
− altun işıq (qızıl işıq). “Alnuηda altun işıq cübbəsi yoq!”
(D-239);
− işıq (işıq Bəkilin – Bəkilin işığı, dəbilqəsi). “At, yaraq və
işıq Bəkiliη, Bəkil içində degil!” (D-247);
− “işıq” sözünə təşbeh daxilində rast gəlinir, daha dəqiqi,
“işıq” (zireh, dəbilqə) günün parlamasına bənzədilib: “Gün kimi
şılayub gələn//Kafəriη başında ışığıdır” (D-128).
Bu nümunələr bir daha sübut edir ki, “Kitab”ın dilindəki
“işıq” “başa keçirilən zireh geyim” mənasındadır. Nümunələrdəki
qunt, ağ və altun sözləri isə “işıq” sözünün təyinediciləridir.
Bütövlükdə isə “işıq”la bağlı işlədilmiş sözlərin hər biri qədim
türk hərb tarixinə işıq salan vahidlərdir.
Tuğulğa. Dəbilqə, dəmir başlıq, metal papaq və s. məna-
larda izah olunmuş “tuğulğa” sözü “Kitab”da cəmi iki dəfə işlə-
nib: “Başındağı tuğulğaηı nə ögərsən, mərə kafər?” (D-41); “Oğ-
lan qalqanını gürzə qarşu tutdı...Qalqanını ovatdı, tuğulğasını yo-
ğurdı...” (D-250). Sonuncu nümunədə gürzün zərbəsi ilə qalxanın
ovulması, tuğulğanın (dəbilqənin) əzilməsi elə canlı, elə təbii
təsvir olunub ki, sanki qədim dövrlərə aid müharibələri, qanlı dö-
yüşləri əks etdirən filmlərə baxırsan, özünü o döyüş meydanların-
da hiss edirsən... Türk döyüş sənətinin, hərb tarixinin zənginliyini
özündə yaşadan “Kitab”ımız bu nöqtələrdə daha sanballı görünür.
Müasir ədəbi dilimizdə işlənməyən “işıq” və “tuğulğa”
sözləri”Kitab”ın dilindəki çoxsaylı sinonimik cərgələrdən hesab
oluna bilər: birincisi ona görə ki, hər ikisi “dəbilqə” anlamlıdır;
ikincisi, hər ikisi “əzmək” anlamlı “yoğurmaq” feli ilə semantik-
sintaktik əlaqədə təqdim olunub: qunt işıqlar saqlardım... qaba ço-
maq altında yoğradım (parlaq zirehi saxlayırdım... toppuz altında
əzdirim); tuğulğasını yoğurdı (dəbilqəsini əzdi); üçüncüsü,
O.Ş.Gökyay tərtib etdiyi lüğətdə “ışık” sözünün qarşısında “tul-
“Dədə Qorqud”un möcüzələr dünyası
489
ğa” (tuğulğa – Ə.T.), “tuğulğa”nın da qarşısında “ışık” (işıq –
Ə.T.) yazıb (bu, müəllifin həmin sözlərlə bağlı verdiyi şərhlərin
bir qismidir) (İstanbul, 2000, səh.225, 295); dördüncüsü, hər ikisi
döyüşçünün başını zərbələrdən qoruyan geyimin adıdır.
Dizcik. “Kitab”da bir dəfə işlənib: “...geyimin geydi.
Dizcik, qarucıq bağlandı” (D-261). O.Ş.Gökyay “dizcik” sözünün
izahını verməyib, daha dəqiqi, həmin sözün qarşısında “dizcik
bağlanmak” ifadəsini yazmaqla kifayətlənib (İstanbul, 2000,
səh.197). M.Erginə görə, “dizcik” diz bağı, dizlik mənasındadır
(Ankara, 1963, səh.94). Zeynalov-Əlizadə nəşrində belə sadələşdi-
rilib: “Dizlərinə, qollarına zireh qapaqlar bağlandı” (Bakı, 1988,
səh.210). “KDQ-nin izahlı lüğəti”ndə geniş bir izahata rast gəlinir:
“Dizcik=dizlik. Döyüş zamanı zərbədən qorunmaq üçün dizlərə
geyilən hərbi forma” (Bakı, 1999, səh.76). Bu izahlardan üçüncü-
sü (Zeynalov-Əlizadə) daha məntiqlidir: “dizcik” “dizlərə bağla-
nan zireh qapaq” mənasındadır.
Qarucıq. “Kitab”da cəmi bir dəfə həm də “dizcik” sözün-
dən sonra işlənib: “...Dizcik, qarucıq bağlandı” (D-261). O.Ş.Gök-
yayın fikrincə, qarucıq bağlanmaq “qolbağı taxmaq”, “bazubənd
bağlamaq” mənasındadır (İstanbul, 2000). Zeynalov-Əlizadə nəş-
rində “...qollarına zireh qapaqlar bağlandı” şəklində sadələşdirilib
(Bakı, 1988,səh.210). Hər iki izahda “qarucıq”un “döyüşçü ge-
yimi” mənasında verilməsi düzgündür. Amma “qarucıq” sözünə
başqa bucaqlardan da yanaşmaq mümkündür: birincisi,“qaru-
cıq”sözünün kök morfemi Orxon-Yenisey abidələrində “karağ”
şəklindədir, əl, qol, qolun qarısı mənasını ifadə edir
1
; ikincisi, “qa-
rı” sözü Azərbaycan dilinin qərb şivələrində “qol”, “qolun qarısı”
mənasında işlənməkdədir; üçüncüsü, “Azərbaycan dilinin izahlı
lüğəti”ndə belə bir şərh verilib: “Qədim zamanlarda müharibələr-
də qollara taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlan-
mış geyim, qolu zərbədən qorumaq üçün ona keçirilən, ya sarılan
hər cür qoruyucu. Polad qolçaq qoluna //Dəlilər sağu soluma...
1
Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.130.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |