ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
  1   2   3   4   5   6   7   8   9   ...   53

 

          

        ƏZİZXAN TANRIVERDİ 

        

“Dədə Qorqud”un  

möcüzələr dünyası 

 

 

“Dədə Qorqud” eposunun elm aləminə  

bəlli olmasının 200 illiyinə həsr olunur 

 

 

 

 

 

 

Bakı - 2015 

 

 

        



         

 

 



 

 

 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

2

 

         



Elmi məsləhətçi: Nizami CƏFƏFROV 

                           AMEA-nın müxbir üzvü,  filologiya 

                            üzrə    elmlər doktoru, professor      

Redaktor:            Muxtar KAZIMOĞLU (İmanov) 



                          AMEA-nın müxbir üzvü,  filologiya 

                                 üzrə    elmlər doktoru       

 

Rəyçilər:            Ramazan QAFAROV,   



                           filologiya üzrə elmlər doktoru, professor 

 

 

Təyyar SALAMOĞLU,   

 filologiya üzrə elmlər doktoru, professor 

 

İlham TAHİROV,   

 filologiya üzrə elmlər doktoru 

 

Seyfəddin RZASOY,   

                           filologiya üzrə elmlər doktoru 

 

İlham ABBASOV   

                       

 

       Əzizxan Tanrıverdi. “Dədə Qorqud”un möcüzələr 

dünyası”. Bakı, 2015, 538 səh. 

       Monoqrafiyada “Dədə Qorqud” kitabının dilindəki qo-

humluq terminləri, zaman anlayışını ifadə edən vahidlər, 

silah və döyüş geyimlərinin adları tarixi-linqvistik müstəvi-

də araşdırılır, eyni zamanda bu tip vahidlərin poetiklik ya-

ratma imkanlarına mətn kontekstində işıq salınır. 



 

 

 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

3

 

MÜƏLLİFDƏN

 

Tarixdə çox kitablar olub, heç şübhəsiz ki, bundan sonra da 

olacaq. Hər kitabın da öz dünyası, öz dəyəri var: kitab var ki, onu 

əlinə almaq istəmirsən; kitab var ki, onu vərəqləməklə kifayətlə-

nirsən; kitab var ki, onun haqqında nəsə bir yazı yazır və bir daha 

ona müraciət etmirsən; kitab var ki, onu cəmi bircə dəfə oxumaqla 

mənəvi dünyanı zənginləşdirirsən...; kitab da var ki, ruhuna hakim 

kəsilir, ruhunu ovsunlayır, ruhunu silkələyərək səni daim onun 

haqqında yazı yazmağa, söz deməyə sövq edir. Mənim üçün,  həm 

də təkcə mənim üçün yox, hər bir türk üçün, hər bir ədəbiyyat bili-

cisi üçün belə bir nadir inci cəmi 154 səhifədən ibarət olan “səsi 

uzaq əsrlərdən gələn, gur işığı ilə tarixləri yarıb keçən... çiçəkləri 

solmaq bilməyən, əbədi təzə-tər qalan, zaman-zaman nəsilləri hey-

ran qoyan bir sənət gülşəni” (F.Zeynalov, S.Əlizadə) məhz “Kita-

bi-Dədəm Qorqud ala lisani-taifeyi-oğuzan”dır – “ulu babamın 

kitabıdır, babamızın kitabıdır – dədə-babalarımızın ölümsüz yadi-

garıdır” (Anar). Qorqudşünaslara yaxşı bəlli olan bu ad bəzən ey-

nilə, daha çox isə nisbətən dəyişikliyə  uğramış  şəkildə  işlədilir: 

“Kitabi-Dədəm Qorqud”, “Dədəm Qorqudun kitabı”, “Kitabi-

Dədə Qorqud”, “Dədə Qorqud dastanları”, “Dədə Qorqud” epo-

su, “Dədə Qorqud kitabı”, “Kitab”... Mənim üçün necə sadələşdi-

rilməsindən, hansı formada təqdimindən asılı olmayaraq, bu ideo-

nimlərin (adların) hər biri doğmadır. Qəribə də olsa, bu yaxınlıq, 

bu doğmalıq “Kitab”a həsr etdiyim 80-dən artıq məqalə  və 11 

monoqrafiyada da aydın  şəkildə görünür. Bir məqamı da qeyd 

etməyə bilmərəm:  əsərlərimin, demək olar ki, hər birində “Dədə 

Qorqud kitabı”na müraciət etmişəm. Dəqiq desəm, “Azərbaycan 

dilinin tarixi qrammatikası” dərsliyini  ərsəyə  gətirəndə  də, türk 

mənşəli Azərbaycan  şəxs adlarını tarixi-linqvistik müstəvidə  təd-

qiq edəndə  də,  İsmayıl  Şıxlı, Nəriman Həsənzadə, Zəlimxan Ya-

qub, Zahid Xəlil, Mətləb Nağı, Firuzə Məmmədli, Akif  Səməd kimi 

söz-sənət adamları barədə  tənqidi məqalələr çap etdirəndə  də, 

hətta dostlarım barədə yubiley yazıları yazanda da “Dədə Qorqud 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

4

 

kitabı”na istinad etmişəm, ucalardan uca abidəmizin ruhunu 



onlara hopdurmağa çalışmışam.  

Varlığıma, ruhuma hakim olan “Kitab”ı sevə-sevə    təbliğ 

edirəm. Bir neçə məqama diqqət yetirək: ailəmizin sonbeşiyi iyir-

mi iki ildir ki, Beyrək adını daşıyır, Oğuz igidi Beyrəyin adını ya-

şadır.  Şair dostum Mətləb Nağı  oğlum Beyrəyə  həsr  etdiyi “Ol-

sun”  şeirində bu hadisəni obrazlı  şəkildə canlandırıb: “...Dədə 

Qorqud adın verib Beyrəyin, Köhnə sözə bu ad təzə boy olsun!”; 

tələbələrimə “Kitab”ın dili ilə bağlı mühazirələr söyləyir, onun dil 

möcüzəsinin ən incə detallarını izah edərək sevdirməyə çalışıram. 

Artıq fəxrlə deyə bilərəm ki, tələbələrimin əksəriyyəti  “Kitab”dan 

onlarca parçanı əzbərdən bilir; iştirakçısı olduğum toylarda bəylə 

gəlini təbrik edərkən daha çox ulu abidəmizə  –  “Dədə Qorqud”a 

söykənirəm... 

Linqvopoetik baxımdan tam mənimsəyərək ruhumun bir  

parçasına çevirdiyim “Kitab” barədə yazdıqlarımı göz önünə 

gətirdim: konkret desəm, şəxs adlarının hər birini tarixi-linqvistik 

müstəvidə izah etdiyimi, müasir ədəbi dilimiz üçün arxaizm hesab 

olunan sözlərin şivələrimizdə mühafizə olunmasını müəyyənləşdir-

diyimi,  kişi və qadın obrazlarının dili üçün fərdi və  fərqli cə-

hətləri mətn semantikası kontekstində  dəqiqləşdirdiyimi, Drezden 

nüsxəsindəki bir sıra yazılış  şəkillərinin transkripsiyası ilə bağlı 

mülahizələr irəli sürdüyümü, assonans və alliterasiyaları, eləcə də 

alliterativ tipli qafiyələnmələri sintaktik bütövlər çərçivəsində 

təhlil süzgəcindən keçirdiyimi, at və dağ kultlarını digər qədim 

türk mənbələri ilə müqayisəli  şəkildə araşdırdığımı... assosiativ 

olaraq xatırladım, yeni yazmaq istədiyim kitabla bağlı görəcəyim 

işlərin ilkin konturlarını, koordinatlarını  cızmağa başladım... 

Amma yenə də “Kitab”ın hər sözü, hətta hər səsi belə məni rahat 

buraxmır, xəyallar aləminə aparır: yurd həsrətli “Qom qomlamım 

qoma yurdım!... Səni yağı nerədən darımış, gözəl yurdım!...” 

misraları əsəblərimi  tarıma çəksə də, bütöv Azərbaycan uğrunda 

mübari-zəmə güc-qüvvət verdi; “Oğul, oğul, ay oğul! Toquz ay tar 

qarnımda götürdigim oğul! On ay deyəndə dünyaya gətürdigim 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

5

 

oğul!” misraları  ruhumu tərpətdi, anam yadıma düşdü, özümü bir 



daha onun qucağında hiss etdim; “Salqum-salqum tan yelləri 

əsdigində, saqallu boz ac turğay sayradıqda” misraları məni san-

ki sirli-sehirli təbiətin ağuşuna atdı; “Əri muradına yetürər səniŋ 

arxacığıŋ, At diməzəm saŋa, qartaş deyərəm” misraları at belində 

Vətən  qoruyan türk ərənlərini yada saldı, mən də özümü at 

belində gördüm... Essevari yazımda “Ey türk, bulaq suyu kimi saf, 

ana südü kimi müqəddəs olan “Dədə Qorqud kitabı”na tez-tez 

müraciət et! Qopuz səsi, at kişnərtisi, dördnala çapılan atların 

ayaq tappıltısı ruhuna hopsun!... Dədə Qorqud müdrikliyi, 

Bayındır xan uzaqgörənliyi, Qazan xan təpəri daim səninlə 

olsun!...” (“Dədə Qorqud kitabı”nın obrazlar aləmi. Bakı, 2013) 

– deyərkən düşünürdüm ki, bir daha bu mövzuya qayıtmaya-

cağam... Amma “Dədə Qorqud”un möcüzələr dünyasına yenidən 

qayıtmalı oldum... 

  

 



 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

6

 

I HİSSƏ  



QOHUM SÖZÜ İŞIĞINDA, YAXUD FƏRQLİ  

ŞƏRH VƏ TRANSKRİPSİYALARA MÜNASİBƏT 

 

   “Kitab”da qohumluq münasibətlərinin sözlə ifadəsi qabarıq 



şəkildə görünür. Maraqlıdır ki, təhkiyəçi bu tip vahidlərin, daha 

dəqiqi, qohumluq bildirən sözlərin  əksəriyyətinin məna yükünü 

mətn daxilində ifadə etməyə çalışıb.  İki fakta diqqət yetirək: 

“dədə” sözünün təkcə yol göstərən, ağsaqqal, müdriklər  müdriki, 

ustad ozan yox (Dədəm Qorqut gəldi, oğlana ad qodı...),  həm də 

baba mənasında işlənməsi mətn kontekstində asanlıqla anlaşılır 

(“Mərə qavat, mənim babam Bayındır xan degilmidir?” Ayıtdı: 

“Yox, ol, anaŋın babasıdır, səniŋ  dədəŋdir”); yaxud “güyəgü” 

sözünün məhz kürəkən mənasında olmasına birbaşa işarə olunur: 

“Bəglər, Beyrək bizdən qız almışdır, güyəgümizdir. Əmma Qaza-

nıŋ inağıdır...” Bu cür detallar onu deməyə əsas verir ki, təhkiyəçi 

Oğuz cəmiyyəti üçün səciyyəvi olan nəsil və ailə toplumları 

daxilindəki qohumluq münasibətlərinin bütün tərəflərinə dərindən 

bələd olub... 

“Biri ilə qohumluq əlaqəsi olan adam” anlamlı “qohum” sö-

zü “Kitab”da ayrılıqda deyil, obrazlı ifadələr daxilində müşahidə 

olunur: qaum-qardaşa həsrət – Ataya-anaya, qauma-qardaşa həs-

rətəm; qövmlü qövmilə görklü – Qövmlü qövmilə görklü gördüm. 

        Qorqudşünaslıqda Drezden nüsxəsinin 44-cü səhifəsindəki  

ھق موق



ينم ل

 م

ق



و

ي ام


و

در

م



“ yazılış şəklinin aşağıdakı kimi transkripsiya-

sı müşahidə olunur: 

O.Ş.Gökyayın nəşrində: Kavım kabile benüm kama yurdum 

(İstanbul, 2000); 

M.Erginin nəşrində: Kavum kabile menüm kuma yurdum 

(Ankara, 1958); 

H.Araslının nəşrində: Qum qumlamayım quma yurdum! 

(Bakı, 1978); 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

7

 

F.Zeynalov və S.Əlizadənin nəşrində: Qom qomlamım qoma 



yurdum! (Bakı, 1988); 

S.Tezcan və H.Boeschotenin kitabında: Kavım kabla beküm 

kon(r) yurdum (İstanbul, 2001); 

S.Əlizadənin hazırladığı ensiklopedik nəşrdə: Qövm – qəbilə 

mənim quma yurdum (müəllif  “qom-qomla mənim qoma yur-

dum”  şəklində transkripsiyanı daha məqbul hesab edir) (Kitabi-

Dədə Qorqud Ensiklopediyası. I c., Bakı, 2000, s.47). 

Müqayisələr göstərir ki, O.Ş.Gökyay Drezden nüsxəsindəki 

müxtəlif yazılış şəkillərini eyni söz kimi oxuyub: موق     (D-44) ka-

vim;  موٲق  (D-98) – kavum. Burada aydın şəkildə  görünür ki, bi-

rinci yazılış şəklində əlif ( ا ) hərfi yoxdur. F.Zeynalov və S.Əli-

zadənin nəşrində isə  həmin yazılış  şəkillərinin transkripsiyası 

belədir: birinci yazılış şəkli “qom”;  ikinci yazılış şəkli “qaum”.  

 

Qom-qomla mənim qoma yurdum, 



Qulanla sığın-keyikə qoŋşı yurdum! 

Səni yağı nerədən darımış, gözəl yurdum?! 

Ağ ban evim dikiləndə yurdı qalmış. 

Qarıcıq anam oluranda yeri qalmış 

Oğlum Uruz ox atanda buta qalmış, 

Oğuz  bəgləri at çapanda meydan qalmış. 

Qara mudbaq dikiləndə ocaq qalmış. 

A.Hacıyev bu parçadakı birinci misranın məhz “Qom-qomla 

mənim qoma yurdum!” şəklində transkripsiyasını düzgün hesab 

edərkən iki arqument gətirir: 

1) Drezden nüsxəsindəki yazılış  şəkli; 2) H.Araslının 

transkripsiyası və O.Ş.Gökyaya açıq məktubu . Bir cəhəti də qeyd 

edək  ki, A.Hacıyev bu arqumentlərini S.Əlizadənin “həmin mis-

ranı “D”-yə (Drezden nüsxəsinə - Ə.T.) əsasən “Qom-qomla mə-

nim qoma  yurdum” şəklində oxumaq olar” fikri ilə qüvvətləndir-

məyi də unutmur 

1

. “Eynicinsli sait və samit səslərin ahəngdar dü-



                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.91-92. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

8

 

zümü əsasında yaranmış ilkin arxaizmlərin sıralandığı birinci mis-



ra uzun  müddətdir ki, qorqudşünaslığın fikir çək-çevirində öz hə-

qiqi yozumunu gözləməkdədir”

1

, – deyən  A.Hacıyev ilk olaraq 



həmin misra ilə bağlı qorqudşünasların fikirlərini saf-çürük edir. 

Konkret desək, aşağıdakı məsələlərə daha çox diqqət yetirir: 

– həmin misradakı başlanğıc sözləri O.Ş.Gökyayın “kavın” 

(qövm), kabilə (qəbilə) kimi anladığını, “koma” sözünün isə günəş 

düşməyən quzey, bolluq, rifah və s. kimi mənalarda açıqladığını 

göstərir; 

– M.Erginin, əsasən, O.Ş.Gökyayın mövqeyində dayan-

dığını, “kuma” sözünü isə “ortaq qocaları eyni olan qadınlar” 

mənalı  ərəb mənşəli söz kimi izah etdiyini qeyd edir. Eyni 

zamanda T.Tekinin də məhz bu iddiada olduğunu bildirir; 

– yuxarıda təqdim etdiyimiz sintaktik bütövdəki birinci 

misraya V.V.Bartoldun tərcüməsində diqqət yetirir:  “Хоть  тебя 

не засыпал песок, ты покинуто, мое жилище”.  Müəllifin tərcü-

məsindəki uyğunsuzluqları göstərir: “belə çıxır ki, böyük türkoloq 

birinci sözü “qum”, ikinci sözü “qumlamaq” felinin inkar forması, 

üçüncü sözü isə “tərk edilmiş, boşaldılmış” mənalarında dərk et-

mişdir”. Digər tərəfdən, həmin tərcüməni (birinci misranın tər-

cüməsi nəzərdə tutulur) A.N.Kononovun qəbul etmədiyini, əksinə, 

digər mənbələri, daha dəqiqi, O.Ş.Gökyay və M.Erginin variantla-

rını əsas götürərək “ (o) народ, (о) племя, о мое крепкое жили-

ще!» tərcümə variantını məqbul hesab etdiyini açıqlayır; 

– S.Tezcanın ilk iki sözün ərəb mənşəli olması fikri ilə razı-

laşmasını, “qoma” sözünü isə yazılış  xətası hesab etməsini, daha 

doğrusu, bu sözü “konar”  fonetik qabığında, həm də “qonaqlanan 

yurd, obanın hər zaman gəlib qonaqladığı yurd yeri” anlamında 

açıqladığını şərh edir; 

– H.Araslı, M.Təhmasib,  Ş.Cəmşidov kimi alimlərin həmin 

misranın semantik yükünə münasibət bildirmədiklərini diqqətə 

çatdırır; 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007,  s.91. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

9

 

– P.Xəlilovun “Qədim türk sözlüyü”ndəki “güclü həyəcanla 



vuruşmaq” anlamlı “quma ur” ifadəsinin məna yükünə söykənərək 

həmin misranı “Necə  qəzəblənməyim, necə  həyəcanlanmayım, 

yurdum; Necə  bərk həyəcanlanmayım, yurdum” şəklində yoz-

masını diqqəti çəkən mülahizələrdən hesab edir; 

– mübahisə obyektinə çevrilmiş birinci misradakı sözlərin 

F.Zeynalov və S.Əlizadə  tərəfindən “Qohum qəbiləli komam – 

yurdum!” variantında müasirləşdirilməsini xüsusi olaraq qeyd 

edir... 


Yuxarıdakı fikirlərin əksəriyyətinin daha çox güman üzərin-

də qurulduğunu  əsas götürən qorqudşünas A.Hacıyev məsələyə 

tam başqa kontekstdə yanaşır ki, bu da, əsasən, aşağıdakıları əhatə 

edir:  


– abidənin dilində “yurd” sözü bir neçə mənada, o cümlədən 

geniş  mənada vətən, dar mənada isə yaşayış yeri, dayanacaq, ev 

mənalarında işlənmişdir...: “Bir  gün Qamğan oğlı xan Bayındır 

yerindən durmışdı.  Şami günlügi yer yüzinə tikdirmişdi. Ala 

sayvanı gög yüzinə aşanmışdı...”; 

– canlı xalq dilində “qom-qom” ifadəsi indi də  işlənmək-

dədir. “Topa-topa”, “dəstə-dəstə” mənasını verən bu kəlmə əksər 

hallarda qarışqa yuvalarını xarakterizə etmək üçün söylənilir. Ma-

raqlıdır ki, qarışqaya qədim türk yazılı abidələrinin birində “ko-

mursğa” da deyilir. Əgər qarışqa adı “qarışmaq” feli ilə bağlıdırsa, 

“komursğa” adı “qom” (topa) yaşamaqla əlaqədardır; 

–...oğuzlar yurdlarını torpaq üzərinə asanlıqla “dikib”, yəni 

sancıb qura bilirlər. Bu isə onun “qoyma yurd, qurma yurd” adlan-

masına səbəb olmuşdur... “qoma” sözünün Osmanlı türkcəsində 

“qoyulma, qurulma, basdırılma” mənalarını ifadə etdiyi bildirilir;  

– bəzi dialektizmdə “tayfa, nəsil” mənasında işlənən “com” 

sözü də məhz arxaik “qom” sözünün çoxmənalılıq qazanması yolu 

ilə yaranmışdır. İlkin mənada “çadır”, “alaçıq” mənasında işlənən 

bu söz sonradan həmin yurd yerlərində yaşayan nəsli, tayfanı 

adlandırmağa xidmət edib... Bizim com kəndin bir tərəfindəki 

(İmişli)... q – c//ç səs əvəzlənməsi “Kitab”ın dili üçün də xarakte-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

10

 

rik sayılan dil hadisələrindəndir (qağırdı – çağırdı. Beyrəgin baba-



sı Baybörə bəg dəxi bazırganları qağırdı)... Burada bir cəhəti xatır-

latmaq lazım gəlir: “qoma” sözünün alaçıq  mənasında işlənmə-

sindən ilk dəfə O.Ş.Gökyay bəhs edib: “Kəlime kuma deye okun-

duğuna göre isə başka bir anlama gelir. Alaçık veyahut kuma. Bu, 

yontulmuş uzun “Palıt” çubuklarıyla kurulurmuş. Bunlara “alaçık 

çubuğu” namı verilir” (Dedem Korkudun kitabı.  İstanbul, 2000, 

s.232). 

– “qom arxaizmi müasir  türk dilləri və dialektlərində “kom”, 

“com”, “cum” şəklində yaşayan sözün arxetip formasıdır. Veril-

miş nümunədə “qom” sözünün təkrarlanaraq işlənməsi çoxluq, 

topluluq anlamını ifadə etməyə xidmət edir...; 

– “Kitab”ın Drezden nüsxəsində aydınca yazılmış bu 

arxaizmi  ərəb  mənşəli sözlərlə qarışdırmağa  lüzum yoxdur, -la 

morfemi isə “ilə” qoşmasının ahəng qanununa tabe edilərək bitişik 

yazılmış formasıdır; 

Qorqudşünas A.Hacıyev bu cür şərhlərdən sonra yazır: 

“Beləliklə, Qazan xanın çadır-çadır salınmış alaçıq yurdunu xa-

rakterizə edən bir soylama parçası  qədim oğuz məişətinin mü-

qayisəli təhlili fonunda aydın dərk olunur və uydurma yozumlara 

ehtiyac duyulmur”

1

. Bu fikirlərlə, eyni zamanda yuxarıdakı qeyd-



lərlə müəyyən mənada razılaşmaq da olar. Amma “Qom-qomla 

mənim qoma yurdum” (bu cür transkripsiya daha məqbul hesab 

olunur) misrasına qədərki sintaktik bütövlərin semantik yükü, eyni 

zamanda M.Kaşğarinin “Divanı”ndakı  həsrət duymaq anlamlı 

“komı” sözü həmin  misranı tam yeni müstəvidə  izah etməyə 

imkan verir. Bu mənada aşağıdakılara diqqət yetirək: 

“Kitab”da “Tatlu mənim canımı alur oldu” tipli nümu-nələr-

də ikinci tərəfə aid olan təyinlərin söz birləşməsinin əvvəlində iş-

lənməsi və bu zaman fikrin düzgün ifadəsinin intonasiya ilə ni-

zamlanması qorqudşünaslıqda xüsusi olaraq qeyd olunur. Bu ba-

xımdan “Qom-qomla mənim qoma yurdum” misrasını  məhz 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud Kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.96. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

11

 

“Mənim qom-qomla qoma yurdum” şəklində  təhlilə  cəlb etmək 



lazım gəlir.  

Maraqlıdır ki, bərpa etdiyimiz “qom-qomla qoma” modeli 

formasına görə “Kitab”dakı digər vahidlərlə birbaşa bağlanır: quş 

quşlamaq, quv quvlamaq, diŋ diŋləmək, siŋ-siŋ siŋləmək... Bu sis-

temə müasir  dilimizdə mühafizə olunan oxşar modelləri də əlavə 

etmək olar: ağlam-ağlam ağlar, göynəm-göynəm göynər, oynam-

oynam oynar... 

Qeyd etdiyimiz kimi, qorqudşünaslıqda “qoma” sözü çadır, 

alaçıq mənasında da izah olunur. “Kitab”ın poetik strukturu, 

xüsusən də ümumi semantik yükü isə belə bir fikri reallaşdırır: 

“Dastan”da otaq, çadır, ev tipli sözlərin intensivliyi, hətta ev sözü-

nün həmin boyun adında (Salur Qazanıŋ evi yağmalandığı boyı 

bəyan edər) işlənməsi “qoma” sözünün çadır, alaçıq anlamında 

olmadığını deməyə əsas verir. 

“Qom-qomla mənim qoma yurdum” misrasındakı “qoma” 

sözünün, həm də bütövlükdə  həmin misranın semantik yükü 

Qazanın yuxuda qarma-qarışıq  əhvalatlar görməsi kontekstində 

izah olunmalıdır: “Bilürmisin, qarındaşım Qaragünə düşimdə  nə 

göründi? Qara qayğılu vaqeə gördüm. Yumruğımda talbınan şahin 

bənim quşımı alur gördüm. Gögdən ildırım ağban evim üzərinə 

şaqır gördüm. Düm qara pusarıq ordımıŋ üzərinə  tökülü gördüm. 

Quduz  qurtlar evimi dəlir gördüm. Qara dəvə  əŋsəmdən qarvar 

gördüm...” (“Kitab”da bu parçanın “Qom-qomla mənim qoma 

yurdum” misrası ilə başlanan sintaktik bütövdən əvvəl verilməsini 

nəzərdən qaçırmaq olmaz). Heç şübhəsiz ki, yuxuda qarma-qarışıq 

əhvalatlar görmə birbaşa insanın psixikası ilə bağlıdır. Yəni insan 

nədənsə narahat olduqda, darıxdıqda, nəyinsə  həsrətini çəkdikdə 

onun yuxusu da Dədə Qorqudun dili ilə desək, “qara qayğılı” olur. 

Bu mənada Qazanın yuxusunun assosiativliyi istər-istəməz “qo-

ma” sözünün məhz darıxmaq, həsrətini çəkmək mənasında işlən-

diyini yada salır. Qarşılaşdırmalar Qazanın yurdu ilə soraqlaşması 

səhnəsinin birbaşa yuxuda gördüklərinin məntiqi nəticəsi kimi 

çıxış etdiyini açıq-aydın göstərir. Amma bu müstəvidə ən əsas ar-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin