F. Köçərli adına Respublika Uşaq Kitabxanası Xalqa aşırımın o üzündəki həqiqəti



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix13.11.2022
ölçüsü0,7 Mb.
#68897
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   16
II aparıcı: - Ədəbiyyata iki səhifəlik “41 nömrəli ayaqqabı” 
hekayəsi ilə gəlmiş, sonra böyük tarixi hadisələri qələmə alaraq 
gözəl romanlar müəllifi kimi tanınmışdı Fərman Kərimzadə. 
Onun hər uğurlu əsərinin əsasında Azərbaycanın tarixi 
həqiqətləri, qəhrəmanlıq səhifələri dayanırdı. 


26 
I aparıcı:
Deyirlər, Fərman Kərimzadə bahar çağı çiçəkləyən şaftalı
ağacını çox sevərdi. Bəlkə ona görə ki, çiçəkləyən şaftalı 
ağacı insanın çəhrayı arzularına bənzəyir. O, ömrü boyu ağlı-
qaralı dünyadan çəhrayı rəngə doğru can atırdı. 
Arzuları, əməlləri, istəkləri şaftalı ağacının çiçəkləri kimi işıq 
saçdı.Meyarlar dəyişsə də,o öz zirvəsində necə varsa, eləcə də 
əzəmətli qaldı.Baharda dünyaya gələnsənətkar elə baharda da 
1989-cu il mayın 17-də dünyasını dəyişdi.
II aparıcı: - Fərman Kərimzadə zəngin tarixi romanlar 
yaratmış sənətkar, yüksək ideyalı hekayələr, povestlər
etnoqrafik eskizlər, oçerklər, məqalələr, insan qəlbini təlatümə 
gətirən poetik əsərlər müəllifidir. Onun bədii yaradıcılığı və 
rəssamlığı bir-birini tamamlayır, ona dərin hörmət qazandırırdı. 
I aparıcı: - Fərman Kərimzadə mütaliəni çox sevirdi. O, hər 
şeyi real həyatla vəhdətdə qəbul edirdi. Onu əbədiyaşar edən 
tarixi romanları, povest və hekayələridir. F. Kərimzadə 
Azərbaycan xarakterinin mahir yaradıcısı, əsl vətəndaş kimi 
Azərbaycan namusunun bir parçası idi. Fərman Kərimzadə 
bədii yaradıcılığı ilə pedoqoji fəaliyyətini vəhdətdə inkişaf 
etdirmiş, tarixi sənədləri, arxiv materiallarını, memuarları, 
səyahətnamələri, 
monoqrafiyaları, 
tədqiqat 
əsərlərini, 
dissertasiyaları, əlyazmalarını, şəxsi məktubları axtarıb tapmış, 
çox diqqətlə nəzərdən keçirmiş və tarixi romanlar yazmaqdan 
ötrü zəngin mənbə toplamışdır. Ixtisasca rəssam olan 
F.Kərimzadə maddi-mədəniyyət abidələrinə böyük maraq 
göstərirdi. Onun topladığı materialllar zəngin salnamə 
mahiyyətli misilsiz xəzinə olmuşdur. Buna görə də Fərman 
Kərimzadənin əsərləri ədəbi-tarixi salnamə təsiri bağışlayıb 
yaşayır və müdrik sənətkarı milyonların qəlbində yaşadır.
II aparıcı: - Fərman Kərimzadə həyatı ədəbiyyata 
gətirdiyindən yaradıcılığında obrazlar qalereyası da olduqca 
real və zəngindir. Həmkarları yaşadığı dövrlə bağlı ədəbi 
əsərlərini yazanda o, yaddaşımızın üstünə çökmüş hisi, pası bir 


27 
kənara atıb əsl ədəbiyyat nümunələri yaratdı. Fərman 
Kərimzadə maraqlı yazıçı olduğu kimi, həyatda da 
özünəməxsus insan idi. 
I aparıcı: - Fərman Kərimzadə ədəbiyyatda, dostlarının 
xatirəsində həmişə yaşayir. Həyatı boyu o, çox aşırımlardan 
keçdi, çox maneələrlə üzləşdi, amma axırıncı aşırımı – 
xalqının, əzizləri vedililərin böyük dərdləri qalaqlanan axırıncı 
aşırımı keçə bilmədi. O aşırımda F.Kərimzadə heykələ döndü. 
Cəmi 52 il ömür sürmüş gözəl ədibin, qeyrətli vətəndaşın 
yaradıcılığı, xüsusən milli yaddaşımızın oyanmasında mühüm 
rol oynamış tarixi romanları ona ölməzlik qazandırdı. Bizə 
qalan da onun əsərləri və “Qarlı aşırım” romanı əsasında 
rejissor Kamil Rüstəmbəyovun 1971-ci ildə yazıçının öz 
ssenarisi əsasında ekranlaşdırdığı “Axırıncı aşırım” filmi oldu. 
O film ki, Azərbaycan kinosunun şah əsərlərindən biridir.
Fərman Kərimzadənin əsərləri bundan sonra da tarixin 
aşırımlarını inamla aşacaq və ədəbiyyatımızda özünəməxsus, 
təkrarsız söz-sənət inciləri kimi yaçayacaq. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin