162
qövsündə dissosiasiya olunur və istiliyin verilməsi ilə
yenidən H
2
əmələ gətirir. Bununla çoxlu istilik
materiala
verilir.
Güclü
qabarcıqlar
əmələ
gətirdiyindən alüminiumun qaynağında
tətbiq olunmur
və yüksək legirlı poladların qaynağında miqdarı 7%-
dən çox olmamalıdır. Legirsiz və azlegirli poladlarda
hidrogen materialın kövrəkləşməsinə səbəb olur. Bu
baxımdan hidrogenin birləşdirmə əməliyyatı zamanı
qoruyucu qaz kimi tətbiqi az əhəmiyyətlidir.
Oksigen
qarışıq qaz komponenti kimi, poladın
səthindəki gərginlikləri
azaltmaq üçün az miqdarda
tətbiq olunur. Bu zaman metal damcı narın alınır və
qaynaq tikişi hamar olur. Həmçinin, oksigen elektrik
qövsündə
dissosasiya olaraq, legirləyici elementləri
yandırır. TİG qaynağı zamanı ərimə mühitində kiçik
miqdarda oksigenin olması,
volfram elektrodun
oksidləşərək dağılmasına gətirib çıxarır.
Karbondioksid
(CO
2
)
- yüksək istilik keçirməyə
malikdir. Bundan əlavə CO
2
elektrik qövsündə
dissosiasiya
edərək yenidən birləşdikdə, istilik
verdiyindən yanma dərinliyi artır (2CO
2
↔2CO+O
2
).
CO
2
- nin tətbiqi zamanı qaz artması nəticəsində
qaynaq vannası daha da yaxşı müdafiə olunur. Enli
yanma və qaz qabarcıqsız təbəqə alınır. Amma,
sərbəst oksigen legirləyici
elementlərlə birləşərək,
onların yanması ilə elektrik qövsündən metal
damcısına qarşı zərbə vurur və bu da metal
sıçramalarının baş verməsinə səbəb olur.