218
da qısa müddətə lazer üçün aktiv olan atomların nasos
tezliyi ilə vurulan enerji hesabına güclü intensivlik
yaranır. Yəni, həyəcanlandırılmış atomun aşağı enerji
səviyyəsinə keçməsi ilə azad olunan enerji nəticəsində
təbii foton rezonator içərisində hərəkət edir. Belə
fotonlar öz tezlik və fazalarına
sinxron olaraq, aktiv
maddə daxılındə yeni hayacanlanmalar yaradırlar.
Rezonatorun güzgüləri arasında əks olunan dayanmış
dalğa fasiləsiz əks olunaraq, öz – özünü gücləndirir.
Dayanan dalğanın
uzunluğu ilə çoxlu sayda
dalğaların uzunluqları arasında mütənasiblik vardır.
Bu cür dayanan rəqslər optik rezonatorun „oxboyu
sərbəst rəqslər“-i (longitudinalen Eigenschwingungen)
və ya „Rejimlər“-i (Moden) adlandırılır.
Həyəcanlandırılmış emissiya nəticəsində əmələ
gələn işıq dalğası o halda gücləndirilə bilər ki, onun
tezliyi rezonatorun sərbəst tezliyi ilə üst-üstə düşsün.
Güzgülərdə kifayət qədər olmayan əks olunma və bir
mühitdən başqa bir mühitə
keçmə və təbii emissiya
hesabına itgilər baş verir ki, bu da istilik əmələ
gəlməsi ilə nəticələnir.
Lazer mühitində gücləndirmə
bütün itgiləri üstələdikdə öz-özünü həyəcanlandırma
hesabına lazer osillasiyası (generasiyası) baş verir.
Hər iki güzgüdən biri nisbətən şəffafdır. Belə ki,
yüksək enerji sıxlığına və koherentliyə malik lazer
şüası kənara çıxa bilir. Bu o halda baş verir ki,
dayanan dalğanın intensivliyi
nisbətən şəffaf
güzgünün sərhəd qiymətini keçir. Yəni, gücləndirilmiş
işıq lazerin şəffaf güzgüsündən əks oluna bilməyib,
219
kənara çıxır. Lazerin aktiv elementinin ölçüsünün
artırılması ilə onun gücünü daha da yüksəltmək olar.
Dostları ilə paylaş: