67
Şəkil 3.11. Yüksək legirli poladlar və legirləyici
elementlərin struktura təsiri.
Cədvəl
3.2.
Legirləyici
elementlərin
materialın
xüsusiyyətlərinə təsiri.
Karbon
Güclü austenit əmələgətirəndir, möhkəmliyi artırır, korroziyaya
qarşı davamlılığı azaldan birləşmələrin ayrılmasına
şərait
yaradır.
Xrom
Ferrit əmələgətirəndir. Oksidləşməyə və korroziyaya qarşı
davamlılığı artırır (>12% paslanmaya davmlıdır).
Nikel
Austenit əmələgətirəndir. İstiliyə və korroziyaya davamlılığı
artırır.
Azot
Güclü austenit əmələgətirəndir. Austenit möhkəmliyi artırır,
korroziyaya qarşı davamlılığı yaxşılaşdırır.
Niob
Ferrit əmələgətirəndir. Karbonla birləşərək kristallararası
korroziyanı azaldır, narın dənəciklərin alınmasına təsir edir.
Manqan
Austenit əmələgətirəndir. Formaverilməni yaxşılaşdırır, MnS-
in əmələ gəlməsi ilə isti çatlamaya meylin qarşısını alır.
Molibden
Ferrit əmələgətirəndir. İstiliyə və korroziyaya qarşı davamlılığı
artırır.
Silisium
Ferrit əmələgətirəndir. Temperatura qarşı davamlılığı artırır və
deoksidasia edicidir,
yəni oksigenlə birləşib,
onun materiala
olan mənfi təsirlərini azaldır.
Titan
Ferrit əmələgətirəndir. Karbonla birləşərək kristallararası
korroziyanı azaldır, narın dənəciklərin alınmasına təsir edir.
Dostları ilə paylaş: