Şəkil 6.16. Əriməyən volfram elektrodla təsirsiz qaz
mühitində əritmədə tətbiq olunan və su ilə soyudulan
yandırıcı başlığın sxematik təsviri.
Emal zamanı yüksək tezlikli cərəyanın təsiri ilə qaz
volfram elektrod və emal olunan material arasında
ionlaşaraq cərəyanı keçirir. Buradan axan elektrik
cərəyanı istilik enerjisinə və materialın qızmasına/
əriməsinə səbəb olur. Volfram elektrodun yaxınlığında
temperatur 30000K- ə qədər arta bilər. Temperaturun
çox olması ilə yanaşı, həmçinin uyğun plazma
Sıxıcı oymaq
Kipləşdirici qapaq
Tutqac
İdarəedici açar
İdarəetmə naqili
Qoruyucu qaz
Soyuducu su
Soyuducu su və cərəyan
kabeli
Sıxıcı oymaq gövdəsi
Volfram elektrod
Qaz ucluğu
Soyuducu quruluşa
malik gövdə
130
elektroqövs yüksək enerji sıxlığına malikdir
(
2
6
/
10
sm
Vt
P
W
).
Digər üsullarla müqayisədə, bu üsulun bir sıra
üstünlükləri vardır:
-
üsul bütün qaynaq olunan materiallara tətbiq
oluna bilər;
-
enerjinin miqdarı (qaynaq parametrləri) örtük
materialının miqdarından asılı deyildir;
-
yüksək keyfiyyət tələb olunan yerlərdə tətbiq
olunur;
-
səthləri örtük materialı tətbiq etmədən, termik
emal etmək mümkündür;
-
konsentrasiya olunmuş, stabil elektrik qövsü
keyfiyyətli və hamar örtük almağa imkan verir,
metal sıçramaları və posa əmələ gəlmir;
-
əritmə zamanı əmələ gələn qazların sağlamlıq
əleyhinə az təsirli olması.
Üsul həm əl, həm də tam mexanikləşdirilmiş üsulla
tətbiq oluna bilər. Mexanikləşdirmə ilə örtükçəkmədə
məftil formalı örtük materialı ərimə vannasına əlavə
qurğunun köməyi ilə verilir. Qeyd etmək lazımdır ki,
məftil soyuq (soyuq qaynaq üsulu) və əlavə olaraq
qızdırılaraq (isti qaynaq üsulu), ərimə vannasına verilə
bilər. İkinci halda ərimə məhsuldarlığı yüksəlir.
Səthində çətin əriyən oksid təbəqəsi olan
materialların emalı zamanı bu material mənfi qutbə,
elektrod isə müsbət qütbə qoşulub, səth emal oluna
bilər. Amma, belə olan halda elektrod həddən artıq
131
qızır və onun uzunömürlülüyü azalır. Bunun qarşısını
almaq üçün, dəyişən cərəyan tətbiq olunur.
Bir qayda olaraq, yüngül metallar- alüminium və
maqnezium həmçinin, onların ərintiləri- bürünc,
berillium, mis dəyişən cərəyanla, qalan materiallar isə
sabit cərəyanla emal olunur (müstəsna olaraq,
heliumun yüksək ionlaşma potensialı hesabına, onun
tətbiqi ilə alüminiumun səthini sabit cərəyanla da
emal etmək olar). Bu zaman dəyişən cərəyanla iş
zamanı, cərəyanın müsbət hissəsi səthi oksid
təbəqəsindən təmizləyir və əsasən cərəyanın mənfi
tərəfi materialı əridir. Mənfi qütbün elektroda keçməsi
ilə o həmçinin soyumağa macal tapır.
Sabit cərəyanla iş zamanı, volfram elektrodun
həddən artıq qızmasının qarşısını almaq üçün,
cərəyanın mənfi qütbü volfram elektroda, müsbət
qütbü isə emal olunan materiala qoşulur. Bu zaman
plazma mühitində sürətlənən elektrodların kinetik
enerjisi anoda – emal olunan materiala verilərək onun
əlavə qızmasına səbəb olur. Əks halda bu kinetik
enerji volfram elektrodun əlavə qızmasına və iş
müddətinin azalmasına səbəb olar.
Cərəyanın gücü, gərginlik və qövsün hərəkət sürəti
örtüklərin keyfiyyətinə əhəmiyyətli təsir edir. Ərimiş
materialı atmosferin mənfi təsirlərindən qorumaq
üçün, qövsün uzunluğu və beləliklə də gərginlik
mümkün qədər az olmalıdır. Qövsün sürəti ərimənin
keyfiyyətindən (yan tikişlərin əriyib birləşməsi,
132
materialın axması, səthin hamarlığı) asılı olaraq
dəyişdirilir.
Əl ilə ənənəvi örtükçəkmədə cərəyanın maximal
qiyməti qurğuda verilir və əritmə məhsuldarlığına
qövsün uzunluğunu (gərginliyi) dəyişməklə nəzarət
olunur. Bir çox müasir aparatlarda cərəyanı
nizamlamaq üçün əlavə köməkçi vasitələr (ayaqla
idarə olunan cərəyan nizamlayicisi) vardır ki, bununla
cərəyanın gücünü və əritmə/qızdırma sürətinə daha
yaxşı nəzarət etmək olur.
Aşağı örtükçəkmə sürəti və ərimə məhsuldarlığı ilə
bu üsul iqtisadi baxımdan daha çox səmərəli deyildir
və əsasən yüksək keyfiyyət tələb olunan hallarda
tətbiq olunur. Əl ilə örtükçəkmə zamanı, qoruyucu qaz
mühitində metal əritmə üsullarının genişlənməsi ilə
əlaqədar olaraq, əriyən çubuqşəkilli elektrod və TİG
üsullarının tətbiqi məhdudlaşır.
TİG üsulunun işləmə prinsipinə əsaslanan plazma
tətbiqi ilə tozla səthə örtükçəkmə əməliyyatını
nəzərdən keçirək. Plazma qaynağının normal TİG
üsulundan fərqi ondan ibarətdir ki, elektrik qövsü su
ilə soyudulan, əlavə misdən hazırlanan həlqəvari
ucluqla güclü sıxılaraq enrjinin sıxlığı artırılır. Bu cür
yüksək ionlaşmış plazma axını əlavə olaraq, qoruyucu
qaz mühiti ilə örtülür. İlkin olaraq volfram elektrodla
mis ucluq arasında köməkçi elektrik qövsü (pilot
elektrik qövsü) alışdırılır ki, bu da qövs uzunluğu
boyu qazı ionlaşdırır və alışma o vaxta qədər davam
edir ki, əsas elektrik qövsü alışsın. Üsul örtük
133
materialı istifadə olunmadan birləşdirmə, materialların
səthinin emalı və örtükçəkmə məqsədi ilə də tətbiq
olunur.
Dostları ilə paylaş: |