189
Elektrobatırma üsulu
ilə mina təbəqəsi çəkdikdə
(ETE) yüklü zərrəciklər (maye suspenziyada frit
hissəciklərin) suspenziya daxilində
elektrik sahəsinin
köməyi ilə nəql (elektroforez) olunur (şək. 10.10.).
Şəkil 10.10. Elektrobatırma üsulu ilə mina təbəqəsi çəkmə
(ETE).
Qurutma ya otaq şəraitində (məsələn, sobanın
yanında
yerləşdirmə, işıq şüasından istifadə) ya da
konveksiya və infraqırmızı şüalanma ilə yerinə yetirilə
bilər. Konveksiya ilə qurutmada sobanın / yandırıcının
istiliyini səmərəli istifadə etmək mümkündür.
Mina təbəqəsinin yandırılması zamanı tunel sobası
istifadə
edildikdə, hissələrin qızdırıcı kameraya nəqli
və geri hərəkəti üçün texniki
təchizat tətbiq olunur
(şək. 10.11.).
191
Qalvanik üsullarla
müqayisədə bu üsulun əsas
çatışmayan
cəhəti material sərfi və material
xərclərinin nisbətən yüksək olmasıdır. Belə ki,
vannadan çıxan detalları mərkəzdənqaçma və üfüləmə
ilə təmizlədikdə material itgiləri baş verir.
Nümunə
üçün şək. 11.1.- də əritmə vannasına batırılmış
hissələr təsvir olunmuşdur. Bu üsulla detalların
səthinə Zn, Al, Sn və Pb kimi ümumi, Zn-Al
korroziyaya davamlı legirli təbəqə, lehimlənə bilən Sn
və əsasən kimya sənayesində
tətbiq olunan Pb
örtükləri çəkilir.
Dostları ilə paylaş: