214
Bunu daha da aydın
başa düşmək üçün Rubin-
lazerlərini nümunə olaraq nəzərdən keçirək. Rubin
xrom oksidi ilə (CrO
3
) legirlənmiş alüminium oksiddir
(Al
2
O
3
).
Alüminium
oksidin kristal qəfəsində
mümkün qədər bərabər paylanmış xrom ionları lazer
prosesinə təsir edirlər. Aşağıdakı şəkildə göstərilmiş
E1 və E2 səviyyələri uyğun olaraq, xrom atomlarının
ilkin və birinci həyəcanlanmış
vəziyyətlərini ifadə
edir. E3 vəziyyətində isə çoxlu həyəcanlanmış
vəziyyətdə atomlarda yüksək enerji səviyyəsində olan
elektronlar vardır.
Şəkil 13.5. Rubin lazerin iş prinsipinin sxematik təsviri.
İşığın şüalanması zamanı, uyğun tezliyə malik işıq
dalğası atomları həyəcanlandırır və elektron E1 ilkin
t
31
=
1
0
-6
sa
n
t
21
=
1
0
-3
sa
n
t
32
=
10
-8
sa
n
İlkin vəziyyət – Atomun aşağı enerji vəziyyəti
Ener
ji
Hə
yə
ca
nlan
dırma
işığ
ı
Yüksək enerji səviyyəsi
Yuxarı enerji səviyyəsi
E2
E1
E3
Lazer şüası
0.69mkm
Kristala şüalanma
enerjisinin verilməsi
(istilik)
215
vəziyyətdən E2 həyəcanlanmış vəziyyətinə keçir. Eyni
proses E2- və E3 arasında da baş verir. Elektronu 1
vəziyyətindən 2 vəziyyətinə induksiya edən işıq
dalğası, həmçinin 2 dən 1- ə keçidi təmin edə bilər.
Çoxlu sayda elektronların eyni zamanda 2
vəziyyətindən 1 vəziyyətinə keçməsi nəticəsində lazer
şüalanması baş verir. Bu hadisə zamanı aktiv maddə
üzərinə
düşən
və
eyni
zamanda
atomları
həyəcanlandıra bilən işıq gücləndirilir. Rubində
həyəcanlandırılmış atomların E3
vəziyyətindən olan
atomların
ilkin
vəziyyətə
qayıtmasının
iki
mümkünlüyü vardır. Ya elektronlar birbaşa E3
vəziyyətindən E1 ilkin vəziyyətə, ya da ki, dolayı
yolla əvvəlcə nisbətən aşağı səviyyəyə, yəni E2
vəyiyyətinə sonra isə E1 vəziyyətinə keçə bilər. Yolun
seçilməsi keçid vaxtından asılıdır. Göstərilmiş
nümunəyə əsasən, atom 10
-6
saniyə (keçid vaxtı t31)
gözləməlidir ki, E1 vəziyyətinə keçə bilsin. Amma E2
enerji səviyyəsinə keçə bilməsi üçün yalnız t32~10
-8
san vaxt gərəkdir. Təxminən 99%
atomlar daha tez
nail oluna bilən enerji səviyyəsini (E2) seçirlər.
E2 səviyyəsində elektronların gecikmə vaxtı başqa
səviyyələrlə müqayisədə çox uzundur. Atomun belə
uzun müddətli, amma qismən stabil vəziyyəti
metastabil qəbul olunur. Bu arada həyəcanlandırıcı
işıq vasitəsi ilə fasiləsiz olaraq elektronlar E1
vəziyyətindən E3 vəziyyətinə və buradan da onlar
daha da uzun müddətli E2 səviyyəsinə keçirlər.
216
Əgər işığın intensivliyi
kifayət qədər yüksək
olarsa, onda E2 səviyyəsinə gələn elektronların sayı
onaların təbii proseslə ilkin səviyyəsinə düşən
elektronların sayından çox olacaqdır. İşığın kifayət
qədər təsir müddətində atomların kifayət dərəcədə
həyəcanlanmış
vəziyyəti
təmin
olunur
və
həyəcanlanmış atomların sayı ilkin vəziyyətdə olan
atomların sayından çox olur.
Belə vəziyyətdə olan
atomlar müəyyən tezliyə malik işığı təkanverici
emissiyanın daxil olması ilə gücləndirə bilirlər.
Həyəcanlandırma
enerjisinin
bir
hissəsi
gücləndirmə əməliyyatı zamanı itir və istilik şəklində
kristala verilir. Həyəcanlandırıcı işıq bir nasos rolunu
oynayır və atomları E2 vəziyyətindən E3 vəziyyətinə
vurur. Buna lazer texnikasında „optik nasoslama“,
həyəcanlandırıcı işığa isə „Nasos işığı“ deyirlər.
Həyəcanlanmış vəziyyət sistemə enerji axınının
qurtarmasına qədər davam edir. Həyəcanlandırıcı işıq
mənbəyinin dayanması
ilə sistem yenidən ilkin
vəziyyətinə qayidir (burada, 10
-3
san müddətində).
Lazer işıq gücləndiricisi olub, alınan lazer şüasını
yenidən geri aktiv mühitə yönəltməklə, işıq osillatoru
(generatoru) alırıq. Osillator (generator) halında -
alınan işığın bir hissəsi yenidən geri aktiv mühitə
göndərilir və sistem öz – özünü həyəcanlandıraraq,
rəqsedici gücləndirmə vəziyyətində olur. Başqa sözlə
desək, bu o mənanı verir ki, aktiv maddənin yerləşdiyi
rezonatorda lazerin təkrar şüalanması atomları bir
daha həyəcanlandırır. Əgər bu osillator qabaqcadan
217
verilmiş
tezliklə rəqs etməlidirsə, onda burada
rezonator
quraşdırılmalıdır.
Lazer
osilatoruna
(generatoruna) hər hansı bir tezliklə həyəcanlandırma
sistemi ilə yanaşı, həmçinin rezonator və geri
əlaqələndirici də aiddir. Belə bir aparat lazer kimi
təsvir olunur və onun prinsipial quruluşu aşağıdakı
şəkildə verilmişdir.
Dostları ilə paylaş: