F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə92/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
 
Şəkil 12.6. Periferiya ilə birlikdə universal elektron 
şüalandıran qurğu. 
Vakuum qurğusu 
Qoruyucu klapan 
Kanonda vakuum hissəsi 
Kanon 
Elektrik dolabı 
Yüksək gərginlik təchizatı 
CNC 
İdarəetmə lövhəsi 
İdarəetmə pultu 
Masanı idarə etmə 
Platforma 
İşçi Kamera 


206 
12.3. 
Sürətləndirmə gərginliyi və şüanın gücü 
Elektron 
şüa 
maşınlarında 
tətbiq 
olunan 
sürətləndirmə 
gərginliyi 
adətən 
30...150kV 
intervalında yerləşir. Bu gərginliyə uyğun olaraq
aşağı 
gərginlikli 
(<60kV), 
orta 
gərginlikli 
(60...100kV) və yüksək gərginlikli (>100kV) kanonlar 
fərqləndirilir. Aşağı gərginliklı kanonlar gödək və 
yüngül olduğundan asan idarə olunurlar. Yüksək 
gərginlikli kanonlar yüksək enerji sıxlığını və iş 
məsafəsinə imkan verirlər. Təcrübələr göstərir ki, hər 
iki sistemin güc fəaliyyətinin fərqi emal əməliyyatları 
zamanı 
çətinliklə 
aydınlaşdırılır. 
Həmçinin, 
elektronların optik sisteminin yaxşılaşdırılması 
hesabına, aşağı gərginliklərdə yüksək enerji sıxlığı 
almaq mümkündür.
Qeyd etmək lazımdır ki, >60kV sürətləndirmə 
gərginliyində işləyən elektronla emal maşınlarının 
qurğuşunla örtülməsı ilə onların yaratdığı rentgen 
şüalanmasının qarşısı alınmalıdır. 
Elektromaqnit linzası cərəyan axan həlqəvari 
dolaqdan ibarət olub, maqnit təsirini gücləndirmək 
üçün yüksək maqnit nüfuzluğuna malik olan dəmir 
içliklə əhatə olunmuşdur. Bu linzanın köməyi ilə 
elektron axınının enini <1mm ölçüdə tənzimləyirlər 
ki, bu da emal əməliyyatı zamanı yüksək enerji 
sıxlığını təmin edir. Dolağa verilən cərəyanın gücünü 
dəyişdirməklə, yandırma ölçüsünü (fokus məsafəsini) 
işçi məsafəyə görə nizamlamaq olur. Bununla yanaşı 


207 
elektron şüasının diametrini dəyişməklə, materialın 
səthinə düşən enerji sıxlığını dəyişmək və onun qızma 
və ya ərimə ilə emalını təmin etmək olar. Şəkil 12.7.- 
də elektron şüasının fokus nöqtəsindən aşağı və yuxarı 
hissəsində enerjinin paylanması təsvir olunmuşdur. 
Fokusdan əvvəl enerji axının kənarlarında, fokusdan 
sonra isə axının mərkəzində üstünlük təşkil edir ki, bu 
da material emalı zamanı vacib xüsusiyyətlərdən 
biridir. 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin