208
13.
Lazerlər və lazerlə emalı texnikası
13.1.
Lazer şüalanmasının prinsipi və
tətbiqinin aktuallığı
Lazer ingilis dilində süni yaradılmiş
söz olub
(“
L
ight
A
mplification by
S
timulated
E
mission of
R
adiation”), mənası “məcburi şüalanma ilə işığın
gücləndirilməsi”- dir.
Lazer tətəfindən yayılan elektromaqnit şüalanması
başqa mənbələrin şüalarından fərqlənir. Belə ki, isti
maddələrdən (məsələn, közərmiş lampadan) və ya isti
qazlardan (qaz boşalma lampasından) verilən işıq
polixromatik olub, parallel deyildir (şək. 13.1.). Bu
işıq toplayici linza ilə
gücləndirildikdə müxtəlif
yandırma nöqtələri alınır.
Bunun əksinə olaraq,
lazer
monoxromatik (birrəngli) işıq olub, onun işıq
spektri
bir dalğa uzunluğuna (rəngə) malikdir.
Bundan əlavə
lazer şüası koherentdir, yəni işıq şüası
daxilində
elektromaqnit dalğa axınının fazaları
məkan və
zamanca eynidir. Bu xüsusiyyətlər lazer şüasının
toplanıb gücləndirilməsinə imkan verir ki, bununla da
vahid foks nöqtəsində yüksək enerji əldə olunur.
209
Şəkil 13.1. Közərmə və qaz boşalma lampalarının
işıqlarının lazerin işığı ilə müqayisəsi.
Dalğa uzunluğu və tezlikdən asılı olaraq,
elektromaqnit spektri böyük bir sahəni əhatə edir.
Görünən işıq isə bu sahənin yalnız kiçik bir hissəsinə
aid olub, 380…780nm intervalında dəyişir.
Lazer
şüalanması isə 2000Anqstrem (1A=10
-10
m)…0.7mm
intervalda yerləşir (şək. 13.2.).
Dostları ilə paylaş: