****
Rafiq müəllim atası Balaca Abdullayevdən eşitdiyi bir xa-
tirəni də həmişə sevgiylə danışmağı xoşlayardı. Atası Balaca
kişi deyərmiş ki, Aslan bəyin general Semyonovla dostluğu
bütün Zəngəzurda ağız-ağız gəzərdi. Bu dostluğun təməli As-
lan bəy Ersevənikdə Semyonovu və onun ordusunu daşnak
mühasirəsindən xilas etdikdən sonra qoyulmuşdu. Aslan bəy
həmin mühasirədə Semyonovu real ölümdən xilas etmişdi.
Bu hadisədən sonra Semyonovla Aslan bəyin arasında çox
sıx dostluq münasibətləri qurulmuşdu.
Günlərin birində Aslan bəylə Semyonov ova çıxırlar. Me-
şənin dərinliyində olarkən onlar ceyran mələməsinin səsini
eşidirlər. Aslan bəy Semyonovdan soruşur:
– O səsi eşidirsənmi?
Semyonov cavabında:
– Eşidirəm,- deyir.
Фаиг Абдуллайев____________________________________
316
Aslan bəyin silahı qaldırıb hazır saxladığını görən Semyo-
nov maraqla xəbər alır:
– Nəyə güllə atmağa hazırlaşırsan?
Aslan bəy sakitcə:
– Ceyranın səsi bir də eşidiləndə onu vuracağam. Mən
onun səsini müşahidə edirəm.
Semyonovu gülmək tutur:
– Bu mümkün deyil, heç meşənin dərinliyində görünməz
olan bir heyvanı da səslə təyin edib vurmaq olar?- deyir.
Aslan bəy:
– Olar, mən onu başından vuracağam, – deyərək bu zaman
ceyranın səsinə doğru atəş açır.
Güllə səsindən sonra bir anlıq sükut olur. Aslan bəy Sem-
yonova deyir:
– Gedək ovumuzu götürək. Mən onu başından vurdum.
Semyonov dostunun bu sözlərini zarafat kimi başa düşür,
onun dediklərinə qəti inana bilmir. Onlar birlikdə bir qədər
əvvəl səsi eşidilən ceyrana doğru səmt alırlar. Azacıq vaxt
ötdükdən sonra onlar ceyranın yanına yetişirlər. Bu zaman
Semyonov gördüyü mənzərədən heyrətini gizlədə bilmir. Hər
şey Aslan bəyin dediyi kimi idi – ceyran başından cəmi bir
güllə ilə vurulmuşdu.
Bu mənzərəni görən Semyonov dostunun fitri atıcılıq
məharətinə heyranlığını gizlədə bilmir. Aslan bəy Semyonov-
la dostluğu boyu onu dəfələrlə belə heyrətamiz atıcılıq məha-
rəti ilə heyrətləndirə bilmişdi. Semyonov növbəti ovların
birində Aslan bəyin dediyi kimi, səmada uçan ördəyi dimdi-
yindən vurmasını təsadüf kimi qəbul etmişdi. Aslan bəy Sem-
yonova bunun təsadüf olmadığnı sübut etmək üçün dalbadal
səmada uçan üç ördəyi də dimdiyindən vuraraq yerə salmışdı,
bütün bunları görən Semyonov öz dostu Aslan bəy Sultanov
___________________Зянэязур асланы–Аслан бяй Султанов
317
haqqında bir fikir deyirdi: “Ona Allah tərəfindən mahir atıcı-
lıq istedadı verilib!”
****
Günlərin birində Aslan bəyin kəşfiyyatı iki daşnak zabiti
ələ keçirir. Onları istintaq etmək Aslan bəyə həvalə olunur.
Bu zaman Aslan bəy Semyonovla bir yerdə imiş. Söhbət əs-
nasında Aslan bəy Semyonova deyir ki, bunlar kəşfiyyatımı-
zın ələ keçirdiyi daşnak zabitləridir.
Aslan bəy daşnak zabitləri ilə erməni dilində sorğu-suala
başlayır. Sorğu-sual bitəndən sonra Semyonava işarə ilə bil-
dirir ki, mən öz işimi bitirdim, indi növbə sizindir.
Bu mənzərənin şahidi olan və əsirlərlə çətinlik çəkmədən
ermənicə danışdığını görən Semyonov daşnak zabitlərini rus
dilində danışdırmağa başlayarkən onlardan aldığı ilk sual onu
heyrətləndirir. Daşnak zabitləri maraqla xəbər alırlar:
– Bizi sorğu-sual edən o adam erməni idi?
Semyonov eşitdiyi sualdan heyrətlənir:
– Məgər siz onun danışığında heç bir ləhcə hiss etmədi-
niz?
Daşnaklar:
– Yox, qətiyyən, o təmiz erməni dilində danışırdı,- deyə-
rək, cavab verirlər.
Aslan bəyin həm rus, həm erməni dilində heç bir ləhcə
biruzə vermədən, sərbəst, səlis danışa bilməsi Semyonovda
ona qarşı daha böyük pərəstiş hissi oyadır. Semyonov Aslan
bəyin belə gözlənilməz xüsusiyyətlərini kəşf etdikcə ona daha
da sıx bağlanırdı.
Aslan bəy Semyonovun onun erməni dilində sərbəst danı-
şa bilməsinə təəccübləndiyini gördüyündə ona demişdi:
– Dostum, yadında saxla, düşmənini məhv etmək istəyir-
sənsə, ilk növbədə onun dilini yaxşıca bilməlisən!
Фаиг Абдуллайев____________________________________
318
****
Zəngəzur kəndlərindən birində maraqlı bir hadisə baş
vermişdi. Günlərin birində quldurlardan biri qolunun zoruna
arxayın olub camaatın mal-qarasını zorla günün günorta çağı
əlindən alır. Camaat onun bu hərəkətinə etiraz edərək ona
xəbərdarlıq ediblər ki, sənin bu hərəkətin barədə Aslan bəyə
çatdıracaıq. Quldur da arxayın-arxayın deyib ki, gedin kimə
nə deyirsiz deyin!
Mal-qarası oğurlanan adamlar özlərini ümid yerləri olan
Aslan bəyə çatdırırlar və hadisəni olduğu kimi ona danışırlar.
Bu xəbəri eşidən Aslan bəy bərk qəzəblənir və ona pənah gə-
tirən adamlara deyir ki, narahat olmayın, o elədiyi hərəkətin
cavabını alacaq.
Aslan bəy vaxt itirmədən elə həmin gecə bir-neçə yaxın
adamı ilə quldurun evinə yollanır. Qapı-baca bağlı, həyətdə
canavar kimi vəhşi itlər olan bir evin həyətinə girməyin
mümkün olmadığını düşünən quldur evində arvad-uşağı ilə
yatırmış. Aslan bəy əvvəlcə itləri zərərsizləşdirib, itlərin səsi
belə çıxmadan hamısı öldürülür. Evin qapısını açaraq evə gi-
rən Aslan bəy hazır saxladığı tüfəngin lüləsini onun başına
tuşlayır, bu zaman quldurun yanında yatan arvadını görəndə
tüfəngini geri çəkir, patrondaşdan iki patron çıxarıb quldurun
qulaqlarının dibinə qoyaraq evi tərk edir.
Səhər yuxudan ayılan quldurun arvadı yataqda olan pat-
ronları görəndə haray-həşir salır. Quldur yuxudan oyanıb pat-
ronlara baxanda məsələnin nə yerdə olduğunu anlayır. Bu
hərəkəti ancaq Aslan bəyin edəcəyini başa düşən quldur vaxt
itirmədən bir-neçə ağsaqqalını da götürüb Aslan bəyin görü-
şünə gedir. Quldur bəyin ayağına düşərək yalvarır və deyir:
– Bəy, məni öldürsəydin bundan yaxşı olardı. Mən sənin
igidliyinin qarşısında baş əyirəm. Sən ki, məni arvadımın
yanında vurub öldürmədin, ömrüm boyu sənə qulam.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
319
Aslan bəy də ona:
– Səni bu ağsaqqallara bağışlayıram, bir də belə qələt elə-
mə! Camaatın malını apar özünə qaytar.
O da verdiyi sözü tutaraq malını əlindən aldığı adamlarla
görüşüb, onlardan üzr istəyib və apardığı mal-qaranın hamısı-
nı onlara qaytarıb.
****
Deyilənlərə görə Zəngəzur kəndlərindən birində günlərin
birində çox murdar bir hadisə baş verib. Bir evin qadınla-
rının zivədən asılan bütün alt paltarlarını gecə ikən gəlib
oğurlayıb aparıblar. Bu fakt həmin dövrdə ailə üçün, bütün
nəsil üçün böyük bir biabırçılıq hesab olunurdu. Səhər tezdən
ev sahibi bu mənzərənin şahidi olur. Onlar bu hadisədən
başlarını itirir, məyus olur, nə edəcəklərini bilmirlər. Bu
şərəfsizliyi hansı düşmənlərinin onlara etdiyini yəqinləşdir-
məyə çalışırlar. Bu zaman oğlunun hadisədən az qala dəli
olacağını görən anası yerindən qalxaraq deyir:
– Gedirəm Aslan bəyə hər şeyi deyəm... Bu xainlərin cəza-
sını ancaq o verəcək! Oğlum, Allahdan ümid kəsilməz.
Qadın vaxt itirmədən Aslan bəyin yanına gedir, bu vaxt
Aslan bəy evdə yox imiş. Qadın hadisəni evdə olan yaşlı qa-
dınlardan birinə danışır. Az sonra Aslan bəy də gəlib çıxır,
evdə olan yad qadını gördükdə mehribanlıqla xəbər alır:
– Ay bacı, gəlişin xeyirdirmi?
Qadın cavab verməyə utandığından susur, bu vaxt evdəki
yaşlı qadın astaca Aslan bəyə yaxınlaşıb hadisəni eşitdiyi ki-
mi ona çatdırır, bu xəbərdən hiddətlənən bəy:
– Binamuslar! Biqeyrətlər! – deyərək ayağa qalxır, üzünü
qadına tutur və əlavə edir: – Narahat olma, bacı, onlar etdik-
ləri binamusluğun cavabını alacaqlar.
Фаиг Абдуллайев____________________________________
320
Aslan bəy dərhal yanındakı döyüşçülərinə “atlanın” əmrini
verir. Aslan bəyin kəşfiyyatı tez bir zamanda hadisənin kim-
lər tərəfindən törədildiyini müəyyənləşdirir. Aslan bəy dərhal
həmin adamları tapmağa yola çıxır. Şərəfsizlik edən adamla-
rın kəndlərinin girəcəyində, hündür bir təpənin üstünə çıxaraq
havaya bir-neçə güllə atır. Kənd camaatı təşvişə düşür, elə
zənn edirlər ki, kəndə basqın olub. Tez hər kəs silaha əl atıb
atlanaraq Aslan bəygilin qərar tutduqları təpəyə doğru çapıb-
lar. Bu zaman Aslan bəy uzaq məsafədən ona doğru gələn ilk
atın alnının ortasından vuraraq atı öldürür. Daha sönra növbə-
ti atları da eyni qayda ilə və eyni yerdən vuraraq öldürərək
atlıları yerə sərir. Bu zaman heyrət içində olan kənd adamları
bir-birlərinə sual edirlər ki, bu adam nədən bizi yox, atları-
mızı vurub öldürür, burda nəsə bir iş var.
Bu vaxt haraya yetişən kənd ağsaqqaları gəlib bir-neçə
atın eyni yerdən, eyni qayda ilə qaşqasından vurulduğunu
görən kimi, hadisəni anlayıblar və hər kəsə deyiblər ki:
– Bu Aslan bəydir, xəbərdarlıq edir, nəsə ciddi bir şey
olub!
Ağsaqqallar dərhal kənd camaatından xəbər alırlar ki, nə
olub ki, Aslan bəy belə qəzəblənib, hər şeyi bilməliyik, yoxsa
Aslan bəy hamımızı güllədən keçirdəcək.
Bu vaxt qorxu içində olan kənd adamları gecəki hadisəni
ağsaqqallara çatdırırlar. Ağsaqqallar əllərinə təslimçilik rəm-
zi sayılan ağ mələfəni başlarının üstünə qaldırıb Aslan bəyə
doğru gedirlər.
Aslan bəylə görüşən ağsaqqallar onun ayaqlarına düşüb
yalvarırlar ki:
– Bəy, kənd cavanlarının qanını bizim ağsaqqallığımıza
keç. Onları balalarının başına dola, bağışla. Pal-paltarları da
öz ağbirçəklərimizlə aparıb yiyəsinə çatdıracağıq...
___________________Зянэязур асланы–Аслан бяй Султанов
321
Aslan bəy ağsaqqalların bu yalvarışlarına cavab olaraq
deyir:
– Qoy qurban olsunlar sizə! Gedin camaatdan üzür istəyin,
pal-paltarı da öz ağbirçəklərinizlə yiyələrinə qaytarın.
Bu hadisədən sonra şərəfi ləkələnmək təhlükəsindən qur-
tulan qadın yenidən Aslan bəyin evinə gələrək ona minnət-
darlıq edir:
– Çox sağ ol, Aslan bəy, allah səni bu camaata çox görmə-
sin! Az qala oğlum dəli olacaqdı. Ömrümüz boyu bu yaxşılığı
itirmərik, dualarımız həmişə sizinlə olacaq.
****
Aslan bəyin uşaqlıq və yeniyetməlik illəri ilə bağlı da
maraqlı xatirələr az deyil. Onlardan biri də Zəngəzurun yaşlı
adamlarının indi də xatirində yaşayan bir əhvalatdır.
Bir gün kənd qadınlarından ikisi kəndin kənarındakı kol-
luqdan böyürtkən yığırmışlar. Bu zaman yekəpər bir erməni
dığası qadınların yanında heç kəsin olmadığını gördükdə
onlara sataşmaq fikrinə düşür, qadınlara hücum edir və təca-
vüz etməyə çalışır. Qadınlar da özlərini qorumaq üçün hay-
həşir salır, ona müqavimət göstərməyə çalışırlar. Dığa qadın-
lardan birini zorla tutub yerə çırpanda yaxınlıqdan keçən
doqquz yaşlı Aslan bunu görür, damarlarındakı qan coşur,
erməni dığasının bu hərəkətini cavabsız qoya bilməyərək
özünü itirmədən yerdəki iri payanı götürərək qadını yerə yıx-
mış dığanın peysərinə bir-neçə zərbə ilişdirir. Dığa qan içində
özündən gedir və kənara aşır. Bu hadisədən heyrətlənən qa-
dınlar balaca bir oğlan uşağının onların namusunu necə xilas
edə bilməsindən çaşıb qalırlar, qadınlar balaca Aslanı bağırla-
rına basıb öz xilaskarlarını öpürlər və hələ də qorxu, həyəcan
içində olan qadınlar deyirlər ki:
– Oğlum, gəl, qaçaq, yoxsa bu dığa durar bizi öldürər.
Фаиг Абдуллайев____________________________________
322
Balaca Aslan da cavabında onlara deyir ki:
– Daha o bizi öldürə bilməz! Çünki o özü ölüb...
Bu hadisə tez bir zamanda hər tərəfə yayılır. Doqquz yaşlı
Aslanın etdiyi qəhrəmanlıq dillər əzbəri olur. Hamı deyirmiş
ki, Kərbəlayi Hüseyn bəyin oğlu Aslan böyüyəndə qəhrəman
olacaq.
Bəli tarix bunu göstərdi. İlk düşmənini xəyanət üstündə
haqlayan balaca Aslan gələcək taleyini elə o vaxt seçmişdi.
Allah onu Zəngəzur camatının xilaskarı kimi göndərmişdi.
****
Aslan bəyin xaincəsinə həlak olmasından sonra bütün ailə
üzvləri və bütün qohum-əqrabası Azərbaycanın müxtəlif yer-
lərinə sürgün olunur. Ailənin özünü isə Nuxanın (indiki Şəki
rayonu) Daşburun kəndinə sürgünə göndərirlər. Oradan isə
onları Qazaxstana sürgün etmək planlaşdırılırmış. Ailə bir
müddət Nuxada yaşadıqdan sonra Nuxanın yerli hakimiyyət
nümayəndələri tərəfindən yayılan həyəcan dolu xəbərlər
eşidirlər. Tezliklə onları Qazaxıstana sürgün edəcəklər.
Bu xəbərdən az sonra Azərbaycan Fövqəladə Komissiyası-
nın sədri (o vaxtlar bu vəzifə Milli Təhlükəsizlik Nazirliyi sə-
viyyəsində bir orqan olub) Mircəfər Bağırovun Nuxaya gələ-
cəyi, sürgün olunmuş adamlarla görüşəcəyi barədə məlumat
dolaşır və xəbər yayılır ki, Mircəfər Bağırovun Qazaxıstana
sürgün olunacaq adamlarla görüşünün vaxtı barədə əlavə mə-
lumat veriləcək. Elə də olur, xəbər verilən vaxt Qazaxıstana
sürgün olunacaq adamlar meydana toplaşırlar. Bu zaman
Mircəfər Bağırov izdiham qarşısında çıxış etməyə başlayır.
Onun rus millətindən olan eynəkli yavəri adamlar arasında
dolaşarkən qəfildən gözü Aslan bəyin qardaşı Süleyman bəyə
sataşır. O çaşqın bir vəziyyətdə yaxınlaşaraq onu bərk-bərk
___________________Зянэязур асланы–Аслан бяй Султанов
323
bağrına basaraq qucaqlayır. Bu vəziyyət bir-neçə dəfə təkrar-
lanır. Heyrətlə xəbər alır:
- Sizi bura kim sürgün edib?
Aslan bəyin qardaşı Süleyman bəy vəziyəti olduğu kimi
ona danışır. Yavər iti addımlarla Mircəfər Bağırovun yanına
gələrək hərbi təzim edir və deyir:
– Yoldaş Bağırov, bizi Zəngəzurda banditlər mühasirəyə
alıb öldürmək istəyərkən real ölümün cəngindən bizi xilas
edən Aslan bəy Sultanovun qardaşı Süleyman bəyi də bura
sürgün ediblər. – Yavər əlavə edərək deyir ki: – Aslan bəy
bizi xilas edərkən onun dəstəsindən olan üç nəfər igid bandit-
lər tərəfindən öldürülmüşdü, o vaxt güllələrdən biri Aslan bə-
yə də dəyə bilərdi. O həyatına risk edərək bizi xilas etmişdi.
Bağırov bu xəbəri dinlədikdən sonra uca səslə deyir:
– Bu ola bilməz! Onun qardaşını təcili yanıma çağırın,-
əmrini verdi.
Yavər Aslan bəyin qardaşı Süleyman bəyin qoluna girərək
onu Mircəfər Bağırovun yanına gətirdi. Bu zaman Mirəfər
Bağırov onunla son dərəcə səmimiyyətlə görüşərək əlini bir-
neçə dəfə başının üstünə qaldırıb endirərək hadisənin necə ol-
duğunu bir daha xəbər alır.
Prezident Aparatı Siyasi Sənədlər Arxivi sənədləri təsdiq
edir ki, həmin dövrdə Mircəfər Bağırov da mərkəzi hakimiy-
yətin hədəfində olanlardan biriydi. Mərkəzi hökumət onu
başından etmək üçün Gürcüstana dəxli olmayan su təsərrüfatı
ilə bağlı bir adi işə göndərmişdilər. (Fond 1. Siyahı 8. İş 14)
Süleyman bəy Aslan bəyin ölümündən sonra baş verən
hadisələri dəqiqliyi ilə Mircəfər Bağırova çatdırır. Bağırov
onu diqqətlə dinlədikdən sonra əlini ərklə onun çiyninə to-
xunduraraq çox təəssüf etdiyini demiş, daha sonra da əmr
verib deyir ki, onları dərhal sürgündən azad etsinlər. Bu in-
sanların heç bir günahı yoxdur.
Фаиг Абдуллайев____________________________________
324
Daha sonra Mircəfər Bağırov Aslan bəyin qardaşı Süley-
man bəylə mehribanlıqla görüşərək ayrılır. Ayrılarkən Mircə-
fər Bağırov əmr etdiyi adamlara bildirir ki, bu məsələnin ic-
rasına şəxsən özüm nəzarət edirəm. Məsələ tam icra olunduq-
dan sonra mənə məlumat verin.
Bağırov getdikdən sonra Aslan bəyin ailə üzvləri bir-bir-
lərini təbrik ediblər və rus yavərin onları xilas etməsindən
məmnun qalıblar. Amma hər halda əmr icra olunana qədər iç-
lərində bir tərəddüd də var idi. Səhərin alatoranında qapıya
gələn iki yük maşınının və gələn faytonların atlarının səsi ev
adamlarını yuxudan oyadır. Gələn hökumət nümayəndələri
Mircəfər Bağırovun yazılı əmrini onlara təqdim edir. Bu əmri
alan ailə üzvlərinin sevincləri yerə-göyə sığmır.
Bu zaman Aslan bəyin qardaşı Süleyman bəyin bir qız
övladı dünyaya gəlir. Onun ayağı çox düşərli olduğuna görə
adını Sayalı qoyurlar. O vaxtkı Nuxada (indiki Şəkidə)
anadan olduğuna görə indi də hərdən zarafatla Sayalı xanımı
“Nuxalı” deyə çağırırlar.
Yeri gəlmişkən Aslan bəyin Nuxanın Daşburun kəndində
sürgün həyatı yaşayan ailə üzvləri həmişə Daşbulaq camaa-
tını sevgiylə xatırlayardı. Onlar deyərdilər ki, Daşbulaqlılar
bizə böyük hörmət göstərir, qayğımızı çəkir və ürək-dirək
verərək deyərdilər ki: “Pis günün ömrü az olar”. Aslan bəyin
ailə üzvləri bu gün də Şəki camaatına, xüsusilə də Daşbulaq
əhalisinə öz dərin minnətdarlığını bildirir.
Bu hadisəni xatırlayan Aslan bəyin qardaşı deyirdi ki, Ba-
ğırov və onu müşayiət edənləri quduz banditlərin caynağın-
dan xilas etdikdən sonra az öncə vəhşicəsinə öldürüləcəyi
xofundan hələ də özünə gələ bilməyən Mircəfər Bağırov As-
lan bəyi bağrına basaraq üzündən öpmüş, minnətdarlıq hissi
ilə bildirmişdi:
– Aslan bəy, sənə bir can borcum var.
___________________Зянэязур асланы–Аслан бяй Султанов
325
Bundan sonra süfrə açılmış, çörək kəsilmişdir. Yeməkdən
sonra Bağırovun yavəri ilə mən onlardan icazə alaraq meşəyə
çiyələk yeməyə getdik. Zəngəzur meşələrində çox ətirli yaba-
nı çiyələklər bitərdi. Biz bu çiyələkləri dərib yeyirdik. Mircə-
fər Bağırovun yavəri tez-tez məni qucaqlayaraq onları
ölümdən qurtardığımız üçün Aslan bəyə xüsusi minnətdarlı-
ğını bildirirdi. Bu zaman yavər Aslan bəyin necə qəhrəmanlıq
göstərməsini, necə dəqiq hərbi taktika seçməsini, bir göz qır-
pımında vəhşiləşmiş banditləri gəbərtməsini, həmin döyüşdə
Aslan bəyin cəsur döyüşçülərindən üçünün həlak olmasını
danışıb, bütün bunlara görə ömrü boyu Aslan bəyə borclu
olacağını bildirmişdi.
Bəli, zaman yetişdi və rus yavər Nuxada öz sədaqətini,
verdiyi sözü kişi kimi tutmasını sübut etdi. Onu da qeyd et-
mək yerinə düşər ki, Savalan Şirinov və qeyriləri Mircəfər
Bağırovun Aslan bəyin qəhrəmanlığına qibtə etdiyini və ona
xüsusi rəğbəti olduğunu deyərdilər.
Bu faktı arxiv sənədi (Fond 1. Siyahı 1. İş 126.) də təsdiq
edir. Mircəfər Bağırov 1920-ci ildə Qarabağda inqilab komi-
təsi sədrinin müavini işləyərkən Aslan bəy Sultanov Qaraba-
ğın və Zəngəzurun fövqəladə komissarı (ali rəhbəri) olub. Bu
da o deməkdir ki, o zaman Mircəfər Bağırov Aslan bəyin ta-
beçiliyində işləmiş və onun bütün fəaliyyətini, qəhrəmalıq-
larını, qeyri-adi sərkərdəlik istedadını şəxsən öz gözləri ilə
görmüş, bütün bunlara görə də ona pərəstiş etmişdir.
Mircəfər Bağırov sonrakı fəaliyyətində də Aslan bəyə olan
rəğbətini gizlətməmiş, belə ki, onları sürgündən azad etdik-
dən sonra nəslin ağsaqqalarına gizli olaraq tövsiyyə etmişdir
ki, soyadlarını dəyişsinlər. Ona görə də Aslan bəyin qohum-
Фаиг Абдуллайев____________________________________
326
larının əksəriyyəti Sultanov soyadından Abdullayev soyadına
keçmişdir. Bu soyadı da ona görə götürmüşdülər ki, Aslan
bəyin atası Kərbəlayi Hüseyin bəyin babasının adı Abdulla
bəy olmuşdur. Bu soyadı qəbul etdikdən sonra ailə sanki bəy
damğasından qismən də olsa canını qurtara bilmişdir.
Mircəfər Bağırovun razılığı, xeyir-duası olmadan heç kəs
bu soyadı dəyişməyə cürət etməzdi. Çünki birincisi Mircəfər
Bağırov bu nəsli çox yaxşıl tanıyırdı, bilirdi ki, bu nəsil Azər-
baycanın ən qədim zadəgan bəy nəsillərindən biridir. İkincisi
isə Mircəfər Bağırov hüquq-mühafizə orqanlarının başında
işləyən bir adam kimi kimin kimə necə bağlı olmağını də-
qiqliklə bilirdi.
Bu fikirlərin təsdiqi kimi 50-ci illərdə onu ölümdən qurta-
ran Aslan bəyin doğma bacısı oğlu və əmisi nəvəsi Canbaxış
Ab-
dullayevi maliyyə naziri, sonra Qutqaşen rayonunun (indiki
Qəbələ rayonu) birinci katibi, qardaşı oğlu professor, tarix
elmləri doktoru Həsi Abdullayevi Mərkəzi Komitənin şöbə
müdiri vəzifəsinə təyin etmişdi. Mircəfər Bağırov çox yaxşı
bilirdi ki, Həsi Abdullayevin atası Behbud bəy Sultanov hələ
1920-1921-ci illərdə Aslan Sultanovun işçisi olmuşdu. Can-
baxış Abdullayev isə Abış bəy Sultanovun oğlu idi, yəni
Aslan bəyin əmisi oğlunun oğlu idi. Bütün bunlar da Mircəfər
Bağırovun Aslan bəyin unudulmaz xatirəsinə və onun ruhu
qarşısında olan borcuna dərin hörmətin əksidir.
****
Deyilənlərə görə bir gün Aslan bəy Gürcüstana bir tədbirə
dəvət olunur. Tədbirdə öz dövrünün yüksək hərbi vəzifələrini
tutan adamlar işturak edirlər. Tədbirin sonunda bir yarışma
___________________Зянэязур асланы–Аслан бяй Султанов
327
təşkil olunur. Hədəfləri düzüb nişan almaq və hədfləri vur-
maq şərt qoyulur. Hər kəs öz atılıcılıq məharətini göstərməyə
çalışır. Atəş açanlar hədəfləri yüksən ustalıqla vura bilirlər-
miş. İşi belə görən Aslan bəy qərara alır ki, burada qeyri-adi
bir şücaət göstərsin. Ona görə də növbə ona çatanda tüfəngi
qaldırıb hədəfi nişan almaq əvəzinə hər kəsdən fərqli olaraq
öz yerini alaraq hədəfə diqqətlə baxmağa başlayır. Ətrafda
olanlar təəccüblərini gizlədə bilmirlər. Maraqla onun hərə-
kətlərinə göz qoyurlar. Bu zaman Aslan bəy arxasını hədəfə
sarı tutaraq tüfəngi çiyni üstən qaldırıb hədəfi arxası tərəfə
vurub aşırır. Onun hədəfi arxası tərəfə vurub aşırması ora
toplaşanların hamısını təəccübləndirir. Onun qeyri-adi atıcılıq
qabiliyyəninə həsəd aparırlar.
****
Bir gün Aslan bəyin atası Hüseyn bəy anası Mülkü Ca-
han xanımla birlikdə müqəddəs Kərbəlaya ziyarətə getməyi
qərara alırlar. Allah bu ziyarəti onlara qismət edir. Ziyarəti
başa vurduqdan sonra geri dönüb evlərinə qayıtdıqları vaxt
kənd adamlarından biri hər kəsi qabaqlayaraq bəyin atının
başından tutur və üzünü bəyə tutaraq deyir:
– Ay Kərbəlayi Hüseyn bəy, allah mənə də belə bir at qis-
mət eləsin, mən də Kərbəlanı ziyarət edim.
Bu vaxt Kərbəlayi Hüseyn bəy gülümsəyərək ona cavab
verir:
– Allah belə bir atı sənə qismət elədi. Bu at bu gündən
sənindir.
Sevincindən çaşıb qalan bu sadə kənd adamı üzünü mə-
yus-məyus Kərbəlayiyə tutaraq susur. Onun bu mənalı baxış-
larını görən Kərbəlayi Hüseyn bəy məsələnin nə yerdə oldu-
Фаиг Абдуллайев____________________________________
328
ğunu başa düşür. Yenə özünəməxsus bir təbəssümlə, həm də
zarafatla bildirir:
– Təkcə Kərbəlayi mən deyiləm ki... Qoy qalan tədarükü
də Kərbəlayi Mülki Cahan xanım eləsin!
Bəli... O sadə adamın sevincinin həddi-hüdudu yox idi.
Belə səxavətli və allahsevər bir insanların qarşısında olmasın-
dan, onlardan gördüyü xeyirxahlıqdan allaha şükür edirdi.
İlk növbədə qadir Allanın rizası və yerdə isə Kərbəlayi
Hüseyn bəylə Kərbəlayi Mülkü Cahan xanımın vasitəçiliyi
ilə Kərbəla ziyarəti arzusunda olan həmin adama Kərbəla
ziyarəti qismət oldu!
Bu yerdə əlavə etməyi vacib bilirik ki, Kərbəladan qayı-
dan Kərbəlayi Hüseyn bəy Mac kəndini öz pulu ilə alaraq öz
ətrafında ehtiyacı olan insanlara təmənnasız olaraq ehsan ki-
mi paylayıb. Mac kəndinin gözəlliyi və füsunkar təbiəti barə-
də isə o kəndi öz gözləri ilə görmüş Nuşirəvan Əsədovun
xatirələrində ətraflı məlumat verilmişdir.
Dostları ilə paylaş: |