437) Kollaps nədir?
A) Böyrək çatışmazlığı
B) Qida çatışmazlığı
C) Kəskin damar çatışmazlığı
D) Mübadilə pozğunluğu
E) Qaraciyər çatışmazlığı
Kollaps arterial təzyiqin kəskin surətdə aşağı düşməsi, pereferik qan dövranının pozulması ilə müşahidə edilən, həyat üçün təhlükəli olan kəskin damar çatışmazlığıdır.
Ədəbiyyat: Л,.A.Исaevа,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр218
438) Alimentar anemiyaya uşaq yaşının hansı dövründə rast gəlinir?
A) Məktəb yaşında
B) Südəmər dövrdə
C) 3 yaşdan böyük uşaqlarda
D) Yeni doğulma dövründə
E) 1-3 yaşlı uşaqlarda
Uşaqlarda erkən yaş dövründə qan yaranma prosesi çox sürətli gedir, qan yaradan orqanlar çoxlu miqdarda zülal, vitaminlər, mikroelementlər sərf edir. Ona görə də qidalanma və qulluğun pozulması infeksion amillər və s uşaqlarda tezliklə anemiyaya gətirib çıxarır.
Ədəbiyyat: Л.A.Исaeва,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр 176
Dostları ilə paylaş: |