1.5.Qərarların qəbul edilməsi məsələsi.
Yuxarıda göstərilən məsələlərin və bir çox başqa problemlərin həlli zamanı qarşıya qoyulan məqsədə çatmaq üçün müəyyən seçim aparmaq, nəticələri çıxarmaq və ya qərar qəbul etmək lazım gəlir. Ümumiyyətlə, bu tip məsələlər qərarların qəbul edilməsi məsələsi adlanır.
Qərarların qəbul edilməsi dedikdə verilmiş və ya əldə olunmuş həll variantları çoxluğundan bir və ya bir neçə daha uyğun və daha səmərəli olan alternativin seçilməsi başa düşülür. Qərarların qəbul edilməsi terminin ədəbiyyatlarda daha çox rast gəlinən təriflərinin təhlili onun aşağıdakı tərifi üzərində dayanmağa və onu daha düzgün tərif kimi təklif etməyə əsas verir.
Qərarların qəbul edilməsi prosesi müəyyən olunmuş göstəricilər və kriterilərə görə mövcud alternativlərdən birinin seçilməsini həyata keçirən xüsusi məqsədyönlü fəaliyyət formasıdır.
Qərarların qəbul edilməsi prosesinin ən vacib elementləri bunlardır:həll edilməsi tələb olunan məsələ (problem);məsələni həll edən adam və ya kollektiv orqan – qərar qəbul edən şəxs;seçimin hansı nəticələrin alınması üçün həyata keçirildiyini göstərən bir və ya bir neçə məqsəd;aralarından seçim edilən alternativ variantlar çoxluğu;variantların qiymətləndirilməsi və onlar arasında seçimin aparılması üçün lazım olan göstəricilər və ya kriterilər çoxluğu.
Qərarların qəbul edilməsi məsələsini aşağıdakı kimi ifadə etmək olar. Qoyulmuş məsələnin həll variantlarından ibarət çoxluq verilmişdir. Onların hər birinin reallaşdırılması müəyyən nəticələrə (sonluqlara) gətirib çıxarmalıdır. Alternativlər birmənalı olaraq kriterilərə və göstəricilərə görə nəticələrin təhlili və qiymətləndirilməsi ilə xarakterizə edilir. Onlar qoyulmuş məsələnin şərtlərini ödəyən və qarşıya qoyulan məqsədin əldə olunması üsulu olan, qərar variantlarından biri olub idarəedici təsir vasitəsi şəklində tətbiq edilir. Qərar qəbul edən şəxslər bütün kriteri və göstəricilərə görə hər bir alternativin üstünlük dərəcəsini müəyyənləşdirir. Bundan əlavə hər bir kriterinin və göstəricinin həll edilən məsələ, məqsəd və alternativ üçün əhəmiyyətlilik (vaciblik) dərəcəsi və qərar qəbul edən şəxslərin səriştəlilik (kompetentlik) səviyyələri təyin edilir. Qərar qəbul edən şəxslərin alternativlərə verdikləri üstünlük dərəcələrini öyrənməklə, hər hansı konkret mənada daha məqsədəuyğun (ən yaxşı) alternativin seçilməsi məsələsinin modelinin qurulması tələb olunur.
Alternativlərin üstünlüklərinin ifadə edilməsi və ən yaxşı alternativlərin seçilməsi zamanı qərar qəbul edən şəxslərin subyektiv mülahizələrinin (fikirlərinin) nəzərə alınması zərurəti qərarların qəbul edilməsi məsələlərinin vacib xüsusiyyətlərindən biridir. Bu o deməkdir ki, ayrı-ayrı qərar qəbul edən şəxslər qərarların qəbul edilməsi zamanı eyni vəziyyətdə və eyni model əsasında tamamilə müxtəlif nəticələr əldə edə bilərlər.
Qərarların qəbul edilməsi zamanı məsələlərin mühiti (predmet oblastı) onların həll edildiyi şərtlərlə müəyyən edilir. Mühiti müəyyən edən şərtlər məsələnin həllinin formalaşdırılması zamanı nəzərə alınmalıdır.
Qərarların qəbul edilməsi üçün daha çox tələb olunan mürəkkəb idarəetmə sistemlərinin quruluşu və fəaliyyət mexanizimləri ekspertlər (predmet sahəsində peşəkar mütəxəssislər) tərəfindən verilir. Ekspertlərin (peşəkar mütəxəssislərin) biliklərin formalaşdırılması prosesində ortaya qeyri-müəyyənlik, qeyri-dəqiqlik, natamamlıq, linqivistik ifadələrlə bağlı bir sıra çətinliklər çıxır. Bu çətinliklərə əsasən aşağıdakıları aid etmək olar:insan biliklərində təbii xüsusiyyətlərdən asılı olaraq qeyri-müəyyənliyin və təsadüfiliyin meydana çıxması; biliklərin vəziyyətdən asılılığı və onlarda ziddiyyətlərin olması;fərziyyə və ehtimallar nəticəsində biliklərin natamam olması;obyektin fəaliyyətinin müəyyən xüsusiyyətlərinin (incəliliklərinin) ekspertə məlum olmaması;obyekt, predmet oblastı və mühitlə bağlı qeyri-müəyyənliklərin olması;həll edilən məsələnin düzgün qoyulmaması; keyfiyyət xarakterli biliklərin linqivistik təsviri zamanı yol verilən qeyri-dəqiqliklər;biliklərin emalı zamanı sintaksis, semantik və praqmatik qaydalarda yol verilən xətalar.
Qeyd edildiyi kimi qeyri-müəyyənliklər qərarların qəbul edilməsinin bütün növ real proseslərində mövcud olur, ən yaxşı və yeganə obyektiv həllin tapılmasına imkan vermir. Bunları nəzərə alaraq demək olar ki, unikal vəziyyətlərdə qərarların qəbul edilməsi probleminin həlli zamanı aşağıdakı çətinliklərə rast gəlmək olar:alternativlərin xüsusiyyətlərinin qiymətləndirilməsinin çoxaspiektli xarakteri;alternativlərin müqayisəsi üçün bütün məqamların aydınlaşdırılmasının çətinliyi;alternativlərin müxtəlif tipli xüsusiyyətlərinin müqayisəsinin çətinliyi;alternativlərin xüsusiyyətlərinin bir çox qiymətlərinin subyektiv xarakterdə olması;ekspertlərlə ümumi işin təşkilinin çətinliyi;alternativlərin tam siyahısının müəyyən edilməsi ilə bağlı çətinliklər.
3. Müasir kompüter texnikası, təsnifatı, arxitekturası, qurğuları, xarakteristikaları.
4. Paylanmış sistemdə proqram agenti anlayışı.
5. Süni intellektin inkişafının əsas mərhələləri.
Dostları ilə paylaş: |