Müəyyən məsələ barədə məsuliyyətli qərarların qəbul olunması məqsədilə araşdırmalar etmək, məsləhətlər vermək, qərarlar, rəylər hazırlamaq, ekspertiza aparmaq üçün həmin sahə üzrə təcrübəli ixtisaslı mütəxəssislər — ekspertlər (experts) dəvət olunur. (Latın dilində «expertus» sözü «təcrübəli» deməkdir.) Ekspertlər qoyulan problemi həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Deməli, hər hansı sahənin eksperti, ilk növbədə, həmin sahə üzrə xüsusi biliklərə, digər tərəfdən məntiqi mühakimə yürütmək qabiliyyətinə malik olmalıdır.
İntellektual informasiya sistemlərinin növlərindən biri də ekspert sistemləridir (expert Systems). Bu növ proqramlar müəyyən faktlara və tətbiq olunduğu sahənin (maliyyə, tibb və s.) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanır. Ekspert sistemləri tətbiq olunduğu sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən sistemlərdir. Yuxarıda qeyd edildiyi kimi, ekspert-insanlar problemləri həll edərkən həmin sahəyə aid faktoqrafik biliklərinə və mühakimə yürütmək qabiliyyətlərinə əsaslanırlar.
Ekspert sistemlərində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilir: biliklər bazası və məntiqi nəticəçıxarma mexanizmi. Biliklər bazası (knowledge base) verilmiş mövzuya aid xüsusi fakt və qaydaları təqdim edir. Başqa sözlə, biliklər bazası müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Məntiqi nəticəçıxarma mexanizmi (inference engine) isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Məntiqi nəticəçıxarma mexanizmi ekspertiza sahəsindəki məlum faktları və qaydaları özündə saxlayır; sonradan ekspert sisteminin əsaslandığı nəticələri almaq üçün daxil edilən informasiya onun (məntiqi nəticəçıxarma mexanizminin) köməyi ilə bu faktlar və qaydalarla tutuşdurulur.
Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. Başqa tətbiqi proqramlarda olduğu kimi, istifadəçi interfeysi sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə rahat yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərinin ən maraqlı komponentlərindən biri olan açıqlama modulunun (explanation module) köməyi ilə sistem çıxardığı nəticələri izah edir; bu modul sistemi hazırlayanlara onun işini yoxlamaq imkanı verir.
İlk ekspert sistemləri 1960-cı illərdə meydana çıxıb; onlar kimya, geologiya, tibb, bank işi və investisiya, sığorta sistemi kimi sahələrdə tətbiq olunur.
5. Paylanmış sistemdə proqram agenti anlayışı. Multiagent sistemlər.
Agent dedikdə, ətraf mühitdə baş verən hadisələri, fəaliyyət göstəricilərini əks etdirən məlumatları qəbul edən proqram-texniki təchizat obyekti başa düşülür, bundan sonra alınan məlumatların təfsiri nəticəsində proqram-texniki təminat obyekti müəyyən edilmiş məqsəd üzrə fiziki mühitə təsir göstərən əmrləri yerinə yetirir.
Multi-agent sistemlər Agent sözü latınca agere sözündən götürülüb, fəaliyyət göstərmək mənasını bildirir. Belə ki, fəaliyyət göstərən hər bir şey agent hesab oluna bilər. Ancaq kompüter agentlərinin fəaliyyət göstərən adi “kompüter proqramlardan” fərqləndirən bir sıra atributları var. Məsələn, avtonom idarəetmə mühitində fəaliyyət göstərmək, ətraf mühiti dərk etmək, uzun müddət mövcud olmaq, ətrafda baş verən dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti və kənardan qarşıya qoyulan məqsədlərə çatmaq bacarığına malik olmaq kimi atributlarını göstərmək olar. Agent xarici mühitdə yerləşdirilmiş və onunla qarşılıqlı əlaqədə olmağa qadir olan, qarşıya qoyulan məqsədə çatmaq üçün müəyyən rasional hərəkətləri həyata keçirən ağıllı varlıqdır. İntellekual agent aşağıdakı xüsusiyyətlərə malik olan agentdir: 1) reaktivlik (reactivity) - agent xarici mühiti hiss edir və onda baş verən dəyişikliklərə reaksiya verir, məqsədə çatmaq üçün əməliyyatlar həyata keçirir; 2) proaktivlik (pro-activeness) - agent məqsədlərə nail olmağa yönəlmiş hərəkətləri etməklə, təşəbbüs göstərməklə, məqsədlərlə idarə olunan hərəkətləri göstərir; 3) sosiallıq (social ability) - agent məqsədə çatmaq üçün xarici mühititn digər varlıqları ilə (digər agentlərlə, insanlarla və s.) qarşılıqlı əlaqədə olur. Hərəkətlər məqsədyönlü şəkildə planlaşdırılmadan, xaricdən gələn stimullara ancaq reaksiya ilə məhdudlaşarsa, onda qeyri-effektiv olacaq. Sosiallıq sadəcə verilənlər mübadiləsi deyil. Kommunikasiyadan başqa, sosial davranışa digər varlıqlarla əməkdaşlıq da daxil olmalıdır. Əməkdaşlıq məqsədin ayrı-ayrı varlıqlar arasında bölünməsi, birgə planlaşdırma və ümümi məqsədə çatmaq üçün hərəkətlərin koordinasiyasından ibarətdir. Sosial davranış heç olmasa agentin digər varlıqların məqsədləri və bu məqsədlərə çatmaq üçün planları haqqında təsəffürün olmasını nəzərdə tutur. Süni agentlər arasındakı kommunikasiya seçilmiş protokoldan asılıdır. Protokol vacib və düzgün məlumatların sintezi qaydaları çoxluğunu müəyyən edir. Ümumi məqsədə çatmaq üçün əməkdaşlıq edən agentlərdən ibarət qrupların fundamental xüsusiyyətləri sosial strukturun olması və rolların agentlər arasında paylanmasıdır. Agentin arxitekturunun əsası kontekst və ya onun yerinə yetirildiyi server mühitindən ibarətdir. Hər bir agent daimi identifikatora - ada malikdir. Server mühitində təkcə ilkin agent deyil, həmçinin onun surəti yerinə yetirilə bilər. Agentlər müstəqil olaraq öz surətlərini yarada və işin yerinə yetirilməsi üçün onları müxtəlif serverlərə göndərə bilərlər. Agent növbəti serverə çatdıqda, onun kodu və verilənləri yeni kontekstə keçirilir və əvvəlki yerindən silinir. Agent yeni kontekstdə qadağan olmayan hər şeyi edə bilər. Kontekstdə iş başa çatdıqda, agent özünü digər kontekstə və ya göndərənin ünvanına göndərə bilər. Agentlər həmçinin özləri və ya serverin əmri ilə fəaliyyətlərini dayandıra bilərlər. Bundan sonra server onları kontekstdən saxlanılması üçün ayrılmış xüsusi yerə daşıyır. Sistemlər yaradılarkən ilk iki xüsusiyyətlərdən hər birinə çox asanlıqla nail olunur. Əsas çətinlik sistemdə hər iki xüsusiyyətin lazımi nisbətlərdə birləşdirilməsidir. Əgər agent xarici mühitdə baş verən dəyişikliklərə reaksiya vermədən məqsədə çatmaq ssenarisinə sərt şəkildə əməl edirsə və plana dəyişikliklərin edilməsinin lazım olduğunu görmək qabiliyətinə malik deyilsə, onda o, o qədər də effektiv olmayacaq. Rasional agent öz fəaliyyətini həm müəyyənlik, həm də qeyri-müəyyənlik şəraitində ən yaxşı gözlənilən nəticənin təyini üzərində qurur. “Təfəkkür qanunları” əsasında süni intellektin yaradılması düzgün məntiqi nəticələrin formalaşdırılmasına diqqət yetirilirdi. Əlbəttə ki, bəzən düzgün məntiqi nəticələrin formalaşması rasional agentin fəaliyyətinin bir hissəsinə çevrilir, çünki öz hərəkətlərini rasional şəkildə təşkil etməyin yollarından biri məntiqi nəticəyə gəlməkdir ki, bu xüsusi hərəkət müəyyən edilmiş məqsədlərə çatmağa imkan verir və sonra hərəkət edir. qəbul edilmiş qərara uyğun olaraq. Multiagent texnologiyaları Həm multiagent sistemlərinin (MAS) idarəedilməsi və tətbiqi, həm də multiagent idarəetmə multiagent texnologiyalarını təşkil edir. Multiagent sistem bir neçə agentlərin ünsiyyət edə biləcəyi, bir-birinə bəzi informasiya göndərə biləcəyi və qoyulan məsələni həll edə biləcəyi sistemdir. Son zamanlar dinamik sistem şəbəkələrində paylanmış idarəetmə və qarşılıqlı əlaqə məsələlərinin həllində multiagent texnologiyasından istifadə edilir. Həmçinin, paylanmış informasiya sistemlərində informasiyanın avtomatik toplanması, süzülməsi, axtarışı məsələlərində multiagent texnologiyasından geniş istifadə edilir. Multiagent sistemləri müxtəlif sahələrdə: tanıma neyron şəbəkələrinin parametrlərinin avtomatik tənzilmlənməsi, formasiyaların idarə olunması, paylanmış sensor şəbəkələrində, rabitə şəbəkələrində yüklənmələrin idarə edilməsi, pilotsuz uçan aparatlar qrupunun qarşılıqlı əlaqəsinin yaradılması, peyklər qrupunun nisbi düzülüşü, mobil robotlar qrupunun hərəkətinin idarəedilməsi, enerji sistemlərinin sinxronlaşdırması və s. sahələrdə istifadə edilir. Multiagent yanaşmanın əsasında mobil proqram agent anlayışı durur və o müstəqil ixtsaslaşmış kompüter proqramı və ya süni intellektin elementi kimi yaradılır və fəaliyyət göstərir. Əvvəlcə, müvafiq informasiya texnologiyaları yaranana qədər “agent” insan idi və ona həm konkret funksiyaların yerinə yetirilməsi, həm də qərarların qəbul edilməsi üzrə səlahiyyətlər verilirdi. Birincisi, qeyri-kompüter multiagent sistemlərdə agentlər şirkətlərin əməkdaşlarından ibarət olur və onların adından və tapşırığına əsasən müəyyən məsələnin həlli zamanı öz aralarında qarşılıqlı əlaqədə olurdular, məsələn, alıcı və satıcı nümayəndələri ticarət şəbəkəsində və digər biznes növlərində. və çatdırılması ilə məşğul olurdu.