Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün İmtahan bileti №1


İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının 05.07.2023-cü il tarixli (Protokol №11) iclasında təsdiq edilmişdir



Yüklə 175,74 Kb.
səhifə17/23
tarix20.11.2023
ölçüsü175,74 Kb.
#163773
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
biletlerin cavablari

İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının 05.07.2023-cü il tarixli (Protokol №11) iclasında təsdiq edilmişdir.


Komissiyanın sədri: prof.R.S.Məmmədov


Komissiyanın üzvləri: prof.A.H.Hüseynov
dos.Ş.R.Rəhimov
dos. Ş.M.Cəfərova


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün
İMTAHAN BİLETİ №10


İxtisas: 3338.01- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi



  1. Obyektyönlü proqramlaşdırma dillərinin istifadəsi ilə HTML sənədlərin təsvir edilmə və baxış ssenarilərinin təşkili.

2. Təşkilatın səmərəli idarə edilməsi anlayışı: nəticə, səmərə, məhsuldarlıq.


3. Kompüterlərin proqram təminatı. Qrafik redaktorlar.
Kompüterin proqram təminatı dedikdə informasiya emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi başa düşülür.
Proqram Təminatı (PT) sistemini yerinə yetirdikləri funksiyalara görə iki hissəyə bölmək olar:
sistem proqram təminatı
tətbiqi proqram təminatı
Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin təşkili ilə yanaşı tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir hissəsi də hesab edirlər. SPT- yə aşağıdakılar daxildir.
əməliyyat sistemləri
servis proqramları
proqramlaşdırma sistemləri
texniki xidmət proqramları

Əməliyyat sistemləri (ƏS) – informasiya emalının idarə olunması və


aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS- nin əsas funksiyalarından biri informasiyanın daxiletmə - xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir.
ƏS – ləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:
birməsələli (biristifadəçili)
çoxməsələli (çox istifadəçilili)
şəbəkə
Birməsələli ƏS – müəyyən anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MS DOS – dur.
Çoxməsələli ƏS – kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip ƏS – yə UNIX, OS/2, Windows 95/98/2000 və s. misal göstərmək olar.
Şəbəkə ƏS – lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resuslarına istifadəçinin müraciətini təmin edir. Bu ƏS-yə Novell Net Ware, Windows NT, Banyan Vines, İBM LAN, UNİX, Solaris və s. misal göstərmək olar.
2.Servis proqramları
Servis proqramları istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və əməlyyat sisteminin imkanlarını genişləndirirlər.
Servis proqramlarının yerinə yetirdikləri əsas funksiyalar aşağıdakılardır:
- istifadəçi interfeysinin təkmilləşdirilməsi
- verilənlərin mühafizəsi
- verilənlərin bərpası
- xarici yaddaşla əməli yaddaş arasındakı informasiya mübadiləsinin
sürətləndirilməsi
- arxivləşdirmək- arxivi açmaq
- kompüter virusları ilə mübarizə
Servis proqramlarını təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri
funksiyalara görə aşağıdakı qruplara bölmək olar:
- örtük proqramlar
- utilitlər
- antivirus proqramlar
Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə
keyfiyytəcə yeni interfeys təqdim edir və onu ƏS – nin əmr və əməlyyatlarını dərindən bilməsindən azad edir.
MS DOS mühtində olan əksər örtüklərin funksiyası fayl və kataloqlarla işə əsaslanıb. Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş qurğuları (ƏYQ) haqqında məlumatların verilməsini təmin edir.
Bütün örtük proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü korlanma ehtimalını azaldır.
MS DOS mühitindəki örtük proqramlardan ən çox yayılanı NORTON COMMANDER – dir.
Utilitlər disk və fayl sisteminə xidmətə əsaslanaraq, istifadəçilərə əlavə imkanlar verirlər.
Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər:
- Disklərə xidmət etmək (formatlaşdırma və s.)
- İnformasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın
mümkünlüyü və s.
- fayl və kataloqlara xidmət etmək
- arxivlərin yaradılması və yeniləşdirilməsi
- kompüter resusları, disk sahəsi, proqramların ƏYQ – də paylanması
haqqında informasiyanın verilməsi
- müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı
- kompüteri viruslardan mühafizə
Antivirus proqram vasivəsitələri virusların neytrallaşdırılmasını və
kompüterin dianostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, lazımsız və ziyanlə müxtəlif əməliyyatları həyata keçirir.
Kompüter viruslarının geniş yayılması viruslarla mübarizədə istifadəçilərə bir çox çətinliklər yaradır. Buna görə də virusların yayılma xüsusiyyətlərinin və əmələ gəlmə xarakterinin öyrənilməsi viruslarla mübarizədə antivirus proqramlardan effektiv istifadəyə imkan verir.
Virus digər proqramlarla özbaşına qoşula bilən, öz surətini fayllarla, sistem sahəsinə, şəbəkələrə və s. yayan və kompüterin normal işnini pozan xüsusi proqramdır. Virus proqramlarının surəti də sonradan yaylır.

Qrafiki redaktorlar qrafiki sənədlərin, yəni diaqram, şəkil, cizgi və cədvəllərin emalı üçün tərtib olunub. Bu redaktorlar fiqur və şriftlərin ölçülərini idarə etməyə, fiqur və hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin yaradılmasına imkan verir. Fərdi kompüterlərdə çox istifadə olunan qrafiki redaktorlar: Paint, Boing Graf, Fanvision, CorelDraw, Adope PhotoShop, Adope İllustrator və s.


Nəşriyyat sistemləri mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir. Bu sistemlər sənədlərin nəşrə hazırlığını, yəni, çoxaldılmasını avtomatlaşdırır. Nəşriyyatda bu əməliyyat səhifələmə (verstka) adlandırılır. Nəşriyyat sistemlərinə Adope firmasının Page Maker, Corel korperasiyasının Ventura Publisher və QuarkXPress misal göstərmək olar
4. Ekspert sistemlərinin yaradılması metodologiyası.
5. Kollektiv qərarların qəbul edilməsi.



Yüklə 175,74 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin