İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının 05.07.2023-cü il tarixli (Protokol №11) iclasında təsdiq edilmişdir.
Komissiyanın sədri: prof.R.S.Məmmədov
Komissiyanın üzvləri: prof.A.H.Hüseynov
dos.Ş.R.Rəhimov
dos. Ş.M.Cəfərova
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün
İMTAHAN BİLETİ №13
İxtisas: 3338.01- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi
1. Sistem proqram təminatı, əməliyyat sisteminin təyinatı, funksiyaları, strukturu.
2. İdarəetmənin Eşpi prinsipi.
3. Kompüterlərin proqram təminatı. Texniki xidmət proqramları.
Texniki xidmət proqramları
Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir.Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir.
Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür.
Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. Bütün hallrda nasazlıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında ekrana və ya çapa məlumat xaric edilir.
4. Biliklərin təşkil edilməsi prinsipləri, Freymlər.
TCP/İP protokollar steki, onların funksiyaları və formaları.
Kompüterlərin şəbəkədə qarşılıqlı fəaliyyət göstərməsi üçün şəbəkə topologiyasının və arxitekturasının seçilməsi, eləcə də kompüterlər arasında əlaqəni təmin edən qurğuların olması onların işləməsini təmin etmir. Bütün qeyd olunanlardan sonra şəbəkə proqramlarının bir-biri ilə “danışa bilmə”sini təmin etmək lazımdır. Başqa sözlə kompüterlər arasında kanal səviyyəsindən daha yuxarı səviyyələrdə verilənlər mübadiləsini həyata keçirən protokolların olması tələb edilir. Protokol dedikdə, şəbəkədə olan kompüterlər arasında informasiya mübadiləsinin ümumi qayda və qanunları yığımı nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, kanal səviyyəsindən yuxarıda olan səviyyələrin sayı bir neçədir, onda məlum olur ki, kompüterlər arasında informasiya mübadiləsini həyata keçirmək üçün bir deyil, bir neçə protokoldan istifadə olunması tələb olunur. Bu protokollar bir yığımda birləşdirilir və onlar stek adlandırılır. Biz daha çox istifadə olunan protokollar steklərini, o cümlədən ən geniş yayılmış TCP/İP stekini nəzərdən keçirəcəyik
Dostları ilə paylaş: |