Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün İmtahan bileti №1



Yüklə 175,74 Kb.
səhifə22/23
tarix20.11.2023
ölçüsü175,74 Kb.
#163773
1   ...   15   16   17   18   19   20   21   22   23
biletlerin cavablari

Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə yeni interfeys təqdim edir və onu ƏS – nin əmr və əməlyyatlarını dərindən bilməsindən azad edir. Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş qurğuları (ƏYQ) haqqında məlumatların verilməsini təmin edir.
Bütün örtük proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü korlanma ehtimalını azaldır.

Utilitlər disk və fayl sisteminə xidmətə əsaslanaraq, istifadəçilərə əlavə imkanlar verirlər. Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər:
- Disklərə xidmət etmək (formatlaşdırma və s.)
- İnformasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü və s.
- fayl və kataloqlara xidmət etmək
- arxivlərin yaradılması və yeniləşdirilməsi
- kompüter resusları, disk sahəsi, proqramların ƏYQ – də paylanması haqqında informasiyanın verilməsi
- müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı
- kompüteri viruslardan mühafizə
Antivirus proqram vasitələri virusların neytrallaşdırılmasını və kompüterin dianostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, lazımsız və ziyanlə müxtəlif əməliyyatları həyata keçirir.
Kompüter viruslarının geniş yayılması viruslarla mübarizədə istifadəçilərə bir çox çətinliklər yaradır. Buna görə də virusların yayılma xüsusiyyətlərinin və əmələ gəlmə xarakterinin öyrənilməsi viruslarla mübarizədə antivirus proqramlardan effektiv istifadəyə imkan verir.
Virus digər proqramlarla özbaşına qoşula bilən, öz surətini fayllarla, sistem sahəsinə, şəbəkələrə və s. yayan və kompüterin normal işnini pozan xüsusi proqramdır. Virus proqramlarının surəti də sonradan yayılır.
Viruslar aşağıdakı əlamətlərə görə təsnif olunur:
- yerləşdiyi mühitə görə
- yerləşdiyi mühitə yoluxma üsuluna görə
- aktivləşmə üsuluna görə
- desktruktiv imkanlarına görə
- alqoritimin xüsusiyyətlərinə görə
Viruslar yerləşdiyi mühitə görə fayllı, yükləyici və şəbəkəli olur.
-Fayllı viruslar əsasən icra olunan fayllar, mətn və cədvəl prosessorunun fayllarına yayılır.
-Yükləyici viruslar diskin yükləyici sektoruna və ya sərt diskin sistem yükləyici sektoruna yayılır.
-Şəbəkəli viruslar kompüter şəbəkələri üzrə yayılır. Həmçinin fayl və yükləyici sektorlara yoluxan fayllı yükləyici viruslar mövcuddur. Yerləşdiyi mühitdə yoluxma üsulu mühitin özündən asılıdır.

Verilənləri məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan proqramlar antivirus proqram adlanır. Antivirus proqramların aşağıdakı tipləri mövcuddur:


- filtr və ya keşikçi
- detektorlar
- həkimlər və ya faqi
- müfəttişlər
- immunizatorlar və ya vaksinlər
Filtr rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir. Bu əməliyyatlara əşağıdakılar aiddir:
- icra olunana proqram fayllarının dəyişməsi
- rezident proqramların yerləşdirilməsi
- mütləq ünvana görə diskə birbaşa yazmaq
- diskin yükliyici sektoruna yazmaq
- diskin formatlaşdırılması

Filtr proqramların əsas üstünlüyü ondan ibarətdir ki, onlar təhlükəli əməlyyatları daim izləyir və virusların ayılmamışdan əvvəl tapılması ehtimalını yüksəldir.


Direktorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.
Həkim antivurus proqramlar virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir.
Müfəttiş adlanan proqram kataloqların, proqramların, faylların və sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Müqayisə bir çox parametrlərə görə yerinə yetirlə bilər. Müfəttişin üstünlüyü ondadır ki, o, proqramda dəyişiklik edən virusları tapmaq xüsusiyyətinə malikdir. Müfəttişə misal olaraq Adinf proqramını göstərmək olar.
İmmunizator özü rezident proqram olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır. Vaksinləşdirmənin mahiyyəti ondan ibarətdir ki, proqram və ya diskin modifikasiyasında proqramın normal yerinə yetirliməsində əks olunmur. Eyni zamanda viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də yayılmaya təkid etmir. Bu proqramların çatışmayan cəhəti çoxlu sayda müxtəlif viruslara yoluxmanın qarşısını alınmağın imkanlarının məhdudluğudur.
Geniş yayılan antivurus proqramlar aşağıdakılardır: Doctor Web, McAfeeVirus Scan, Norton Antivirus, Avast və s.
Bu antivirus proqramlardan Symantec firması tərəfindən yaradılan Norton Antivirus daha çox istifadə olunur. Norton Antivirus proqramı Windows mühitində işləyərkən virusların tapılmasını və zərərsizləşdirilməsini yerinə yetirməklə aşağıdakıları avtomatik icra edir.
- sistem fayllardakı və yükləyici yazıdakı virusları yoxlayır
- icra olunana fayllardakı virusları yoxlayır
- şübhəli əməliyyatlara nəzarət edir
- İnternet-dən yüklənən faylları yoxlayır
- sərt diskə müraciətdə yükləyici virusları yoxlayır


  1. Biliklər və verilənlər.

5. Ekspert sistemlərinin təsnifatı və qurulma prinsipləri.



Yüklə 175,74 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin