Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün İmtahan bileti №1


Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 175,74 Kb.
səhifə2/23
tarix20.11.2023
ölçüsü175,74 Kb.
#163773
1   2   3   4   5   6   7   8   9   ...   23
biletlerin cavablari

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün
İMTAHAN BİLETİ №2


İxtisas: 3338.01- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi



  1. İnformasiya texnologiyalarının təsnifatı. İdarəetmənin informasiya texnologiyaları. Sistem, onun tərifi, təsnifatı, əlamətləri, əsas xassələri. Süni və təbii sistemlər.

Infоrmasiya tеxnоlоgiyası nədir? Tеxnоlоgiya sözü yunanca «tеchnе» (ustalıq, bacarıq) və «lоgоs» (öyrənmə, idrak) sözlərinin birləĢməsindən yaranmıĢdır və istеhsal prоsеslərinin yеrinə yеtirilməsi üçün üsullar və vasitələr haqqında biliklər tоplusunun və həmin prоsеslərin özlərini ifadə еdir.
Nеft, qaz, faydalı qazıntılar və s. tipli matеrial rеsursları ilə yanaĢı infоrmasiya da cəmiyyətin vacib rеsurslarından biridir. Оdur ki, infоrmasiyanın еmalı prоsеsini də matеrial rеsurslarının еmalı prоsеsinə analоji оlaraq infоrmasiya tеxnоlоgiyası adlandırırlar.

Bеləliklə, infоrmasiya tеxnоldоgiyası- vеrilənlərin tоplanması, ötürülməsi və еmalı üçün mеtоd və vasitələrdən istifadə еtməklə tədqiq оlunan оbyеktin, prоsеsin, hadisənin vəziyyəti haqqında infоrmasiyanın (infоrmasiya məhsulunun) alınması prоsеsidir.
Cəmiyyətin infоrmasiya rеsusrlarından istifadə еtməsi prоsеsinin vacib tərkib hissəsi infоrmasiya tеxnоlоgiyası hеsab оlunur. Infоrmasiya tеxnоlоgiyası еlmi- tеxniki tərəqqinin inkiĢafı, infоrmasiya еmalı üçün yеni tеxniki vasitələrin yaradılması ilə təyin оlunan bir nеçə təkamül mərhələsi kеçmiĢdir. Müasir cəmiyyətdə infоrmasiya еmalı tеxnоlоgiyasının əsas tеxniki vasitəsi tеxnоlоji prоsеslərin iĢlənib hazırlanması və istifadə оlunması kоnsеpsiyasına, həmçinin nəticəvi infоrmasiyanın kеyfiyyətinə ciddi təsir еtmiĢ fərdi kоmpütеr hеsab оlunur. Fərdi kоmpütеrin infоrmasiya mühitində tətbiqi və tеlеkоmmunikasiya vasitələrindən istifadə оlunması infоrmasiya tеxnоlоgiyasının inkiĢafını yеni mərhələyə çatdırdı. Bununla da Infоrmasiya tехnоlоgiyası Vеrilənlər Infоrmasiya məhsulu 18 «infоrmasiya tеxnоlоgiyası» söz birləĢməsinə «yеni» sözü əlavə оlundu: yеni infоrmasiya tеxnоlоgiyası.
Sistem dedikdə müəyyən məqsədə nail olmaq ücün bir-birilə əlaqələndirilmiş müxtəlif elementlərdən ibarət obyekt başa düşülür və həmin obyektə vahid tam kimi baxılır. Sistemlər bir-birindən həm onların qarşısına qoyulan məqsədlərə, həm də tərkiblərinə görə fərqlənirlər. Çədvəl 1.1-də müxtəlif elementlərdən ibarət olan və müxtəlif məqsədləri reallaşdıran sistemlərə aid misallar göstərilmişdir.
Sistemə aid misallar Çədvəl 1.1.

Sistem

Sistemin elementləri

Sistemin əsas məqsədi

Firma

İnsanlar, avadanlıq, mate-riallar, binalar və s.

Məhsul istehsalı

Kompüter

Elektron və elektromexaniki elementlər, əlaqə xətləri və s.

Verilənlərin emalı

Telekommunikasiya sistemi

Komputerlər, modemlər, rabitə kanalları, şəbəkə proqram təminatı və s.

İnformasiyanın ötürülməsi

İnformasiya sistemi

Kompüterlər, kompüter şəbəkələri, insanlar, infor-masiya, proqram və linq-vistik təminatı

Professional informasiya-nın istehsalı


İnformatikada «sistem» anlayışı geniş yayılmışdır və bir neçə mənada işlədilir. Ən cox texniki vasitələrin və proqramların toplusu mənasında işlədilir. Məsələn, müəyyən sinfə aid məsələləri həll edən proqramlar və onlarla işləmək ücün sənədlər toplusuna sistem kimi baxılır.

  1. «Sistem» sözünə «informasiya» sözünün əlavə edilməsi onun yaradılmasında və fəaliyyətində məqsədi göstərir..


  2. Yüklə 175,74 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin