Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün İmtahan bileti №1



Yüklə 175,74 Kb.
səhifə3/23
tarix20.11.2023
ölçüsü175,74 Kb.
#163773
1   2   3   4   5   6   7   8   9   ...   23
biletlerin cavablari

İnformasiya sistemi (İS) müəyyən sahədə məsələlərin həllini təmin edən qərarların qəbul edilməsi ücün informasiyanın toplanması, saxlanması, axtarışı, emalı və istifadəcilərə catdırılmasını təmin etmək məqsədilə texniki, proqram, linqvistik, metodoloji və təşkilatı vasitələrdən ibarət kompleksdir.

  • Müasir informasiya sistemlərində informasiyanın emalı ücün əsas texniki vasitə kimi fərdi kompüterdən istifadə edirlər. Böyük təşkilatlarda və firmalarda texniki vasitələrə fərdi kompüterlə yanaşı, meynfreym və super kompüter də daxil edilə bilər. Paylanmış informasiya sistemlərində texniki təminat funksiyalarını kompüter şəbəkələri yerinə yetirir.

  • İnformasiya sistemlərinin yarandığı ilk vaxtlar (1970-1980çi illər) onlar «Avtomatlaşdırılmış informasiya sistemləri» adlandırılırdı [2]. İnformasiya sisteminin əsasını kompüter təşkil etdiyi ücün xariçdə cox vaxt «Kompüter informasiya sistemi» (Çomputer İnformation System-ÇIS) terminindən istifadə edilir. Bir cox avropa və MDB ölkələrində isə, o çümlədən, Rusiyada «İnformasiya sistemi» terminindən istifadə edilir.Biz də kitabda bu termini işlədirik.

  • İnformasiyanın saxlanmasını, axtarışını və emalını reallaşdırmaq üçün uyğun proqramlar olmalıdır ki, onlar da informasiya sisteminin proqram təminatını təşkil edirlər. İnformasiyanın və sorğuların kompüterin başa düşəcəyi formada təsviri, istifadəçilərlə sistem arasında ünsiyyətin qurulması üçün müəyyən linqvistik vasitələr (dillər) olmalıdır.

  • İnformasiya sistemi «insan-maşın (kompüter)» tipli sistemlər sinfinə daxildir. Bu tip sistemlərdə insanın sistemin fəaliyyətində iştirakı vaçib sayılır. İnsan bir tərəfdən sistemin istifadəcisi rolunda cıxış edir, digər tərəfdən isə sistemin fəaliyyətinə çavabdehlik edir (sistemin iş qabiliyyətli vəziyyətdə olması, istifadəci sorğularının ödənilməsi, sistemdə saxlanan informasiyanın aktuallığının təminatı və s.). Kompüterlə informasiya sisteminin fərqi də insan amili ilə bağlıdır. Xüsusi proqram vasitələri ilə təmin olunmuş kompüter informasiya sisteminin texniki bazasını və instrumentini təşkil edir. İnformasiya sistemini kompüterlə və telekomminikasıya vasitələri ilə qarşılıqlı əlaqə yaradan insansız təsəvvür etmək mümkün deyil.

    2. İdarəetmə sisteminin strukturu, keyfiyyəti.


    3. İdarəetmədə məqsəd funksiyaları.
    4. Qeyri-səlis mülahizə və predikat anlayışları.
    5. Obyektyönlü proqramlaşdırma. Siniflər və obyektlər, varislik interfeyslər.

    Proqramların ölçüsünün artması çoxlu sayda proqramçıların cəlb edilməsinə gətirib çıxartdı ki, bu da öz növbəsində onların qarşılıqlı fəaliyyətinin təşkil edilməsi üçün böyük resurslar tələb edirdi. Əlavələrin (tətbiqetmələrin) işlənilməsi prosesində sifarişçinin tez-tez iş tələbatını dəyişdirməsi də proqram təminatının yaradılması prosesini bir qədər də çətinləşdirirdi. Lakin kompüterlərin istifadəsində aksentlərin qarışdırılması ilə bağlı keyfiyyət dəyişiklikləri daha önəmli idi. “Böyük maşınlar” əsrində proqram təminatının əsas tələbatçıları böyük müəssisələr, maliyyə kompaniyaları, dövlət müəssisələri kimi iri sifarişçilər idi.Belə hesablama qurğularının qiyməti kiçik müəssisələr və təşkilatlar üçün həddindən artıq yüksək idi. Sonralar daha ucuz başa gələn və daha yığcam olan fərdi kompüterlər meydana çıxdı ki, bu da onlardan kiçik və orta biznesdə istifadə etməyə imkan verdi. Bu sahədə əsas məsələ verilənlərin emalı və manipulyasiyasıdır, ona görə də fərdi kompüterlərin yaranması ilə bağlı olaraq hesablama və hesab-alqoritmik məsələləri ikinci plana keçdi. Təcrübə göstərdi ki, prosedur proqramlaşdırmanın ənənəvi metodları proqramların getdikcə artan mürəkkəbliyi və ya onların etibarlılığını artırmaq ehtiyacının öhdəsindən gələ bilmir. 80-ci illərin ikinci yarısında bütün bu kompleks problemləri həll etməyə qadir yeni proqramlaşdırma metodologiyasına ciddi tələbat yarandı. Bu tələbat nəticəsində obyektyönümlü proqramlaşdırma (OYP) meydana gəldi.Texniki şərtlər tərtib edildikdən sonra gələcək sistemin layihələndirmə mərhələsi və ya dizaynı başlayır. Layihələndirməyə obyektyönlü yanaşma bir proqram sisteminin öz praqmatikası əsasında dildən asılı olmadan inkişafı üçün məsələnin predmet oblastınıbir sıra modellər şəklində təmsil etməyə əsaslanır.


    Obyektyönlü yanaşma aşağıdakı üstünlüklərə malikdir:
    proqram təminatının mürəkkəbliyinin azaldırması;
    proqram təminatının etibarlılığının artırılması;
    proqram təminatının ayrı-ayrı komponentlərinin digər komponentləri dəyişdirmədən modifikasiya imkanlarının təmini;
    proqram təminatının ayrı-ayrı komponentlərinin təkrar istifadə imkanlarının təmin edilməsi.

    Yüklə 175,74 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   23




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin