Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün İmtahan bileti №1



Yüklə 175,74 Kb.
səhifə4/23
tarix20.11.2023
ölçüsü175,74 Kb.
#163773
1   2   3   4   5   6   7   8   9   ...   23
biletlerin cavablari

Obyektlər
Anlayış, abstraksiya və ya dəqiq müəyyən edilmiş sərhədləri olan istənilən predmeti obyekt adlandıracağıq. Obyektlərin tətbiqi iki məqsəd daşıyır:
təcrübi məsələnin (tapşırığın) başa düşülməsi;
kompüterdə realizasiya üçün əsasların daxil edilməsi.
Obyektlərə nümunə: nəfəslik, Kapital Bank, Aydın Sabitli, 7461№li iş, əmanət kitabçası və s.
Hər obyekt müəyyən yaşama müddətinə malikdir. Proqramın yerinə yetirilməsi prosesində və ya hər hansı real sistemin fəaliyyətində yeni obyektlər yaradıla və köhnələr məhv edilə bilər.
Qradi Buç obyektlərin aşağıdakı təyinatını irəli sürür:
Obyekt – xarakter davranışa və fərqli xarakteristikaya malik olan və predmet oblastında mühüm olan, düşünülən və ya real mövcüdluqdur.
Hər obyekt vəziyyətə, dəqiq təyin edilmiş davranışa və bənzərsiz şəxsiyyətə sahibdir.
Klasslar
Əvvəlki nümunədəki bütün pullar eyni obyekt sinfinə aiddir (onların eyniliyi bununla bağlıdır). Pulun nominal dəyəri, onun hazırlandığı metaldır, forması – klassın rəmzidir.
Rəmzlərin (atributların) və onların qiymətlərinin birləşməsi obyekti xarakterizə edir. “Atribut” termini ilə yanaşı tez-tez obyektyönümlü proqramlaşdırmada simonim kimi işlədilən “xassə” və “sahə” terminlərindən istifadə edirlər.
Eyni klassın bütün obyektləri eyni atributlar toplusu ilə təsvir edilirlər. Lakin obyektlərin klassda birləşməsi atributlar toplusu ilə deyil, semantika ilə təyin olunur. Məsələn, “axur” və “at” obyektləri eyni atributlara malik ola bilərlər: qiymət və yaş. Məsələdə onlara yalnız mal kimi baxılırsa, o halda onları eyni klassa aid etmək olar, lakin əgər qoyulmuş məsələ çərçivəsində onlardan müxtəlif şəkildə istifadə olunursa, yəni onların üzərində fərqli hərəkətlər icra olunursa, müxtəlif klasslara aid edilirlər.
Obyektlər toplusu klasslarda məsələyə daha ümumi ampulada baxmağa imkan verir. Klass bu klassın bütün obyektlərinə aid olan ada (məsələn, “at”) malikdir. Bundan başqa, klassa obyektlər üçün təyin olunan atributlar daxildir. Bu baxımdan klassın təsviri prosedur proqramlaşdırmada geniş tətbiq olunan stukturun və ya yazılışın (record) təsvirinə bənzərdir; bu zaman hər obyekt strukturun bir nümunəsi ilə eyni mənaya malikdir (uyğun tipin dəyişəni və sabiti).
Formal olaraq, klass – vəziyyəti təyin edən parametrlərlə verilmiş müəyyən tipin obyektlərinin davranışlarının şablonudur. Bir klassın bütün nümunələri (eyni klassdan törəyən obyektlər) eyni xassələr toplusuna və eyni ümumi davranışlara malikdir, yəni eyni mesaja eyni cür cavab verir.

Yüklə 175,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin