Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün İmtahan bileti №1


İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının 05.07.2023-cü il tarixli (Protokol №11) iclasında təsdiq edilmişdir



Yüklə 175,74 Kb.
səhifə23/23
tarix20.11.2023
ölçüsü175,74 Kb.
#163773
1   ...   15   16   17   18   19   20   21   22   23
biletlerin cavablari

İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının 05.07.2023-cü il tarixli (Protokol №11) iclasında təsdiq edilmişdir.


Komissiyanın sədri: prof.R.S.Məmmədov


Komissiyanın üzvləri: prof.A.H.Hüseynov
dos.Ş.R.Rəhimov
dos. Ş.M.Cəfərova


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün
İMTAHAN BİLETİ №15


İxtisas: 3338.01- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

1. İnformasiya sistemlərinin layihələndirilməsi, layihələndirmənin əsas mərhələləri və onların xarakteristikaları.


2. İdarəetmədə qərarların qəbulu.
3. Əməliyyat sistemlərinin nümunələri.
4. Biliklərin növləri və səviyyələri.
Süni intellekt nəzəriyyəsində biliklərin təsviri problemi mühüm yer tutur. Bilik nədir, veriləndən nə ilə fərqlənir? Bilik “individuum”un, cəmiyyətin, intellktual sistemin dünya haqqında, konkret predmet oblastı barədə, obyekt və ya obyektlər çoxluğuna dair məlumatlar, bu məlumatların obyektlərin xassələri, hadisə və proseslərin qanunauyğuluqları haqqında daşıdığı informasiya və bu informasiyanın qərar qəbulu üçün istifadə edilməsi qaydaları məcmusudur. İlk vaxtlar hesablayıcı texnika verilənlərin emalına yönəldilirdi. Bu, həm texnikanın və proqram təminatının inkişaf səviyyəsi ilə, həm də həll edilən məsələlərin spesifikası ilə bağlı idi. Həll edilməli olan məsələlərin mürəkkəbləşməsi, intellektuallaşması, hesablayıcı texnikanın inkişafı bilikləri emal edən maşın yaradılmasını tələb edir. Biliyin veriləndən əsas fərqi biliyin şərhediləbilənliyidir. Verilənləri şərh etmək üçün müvafiq proqram lazımdır. Çünki verilənin məzmunu yoxdur. Lakin bilik həmişə məzmunludur. Biliyin veriləndən digər fərqi bilikdə münasibətin50 mövcudluğudur. Bilik səbəb-nəticə əlaqələrini müəyyən etməyə imkan verən ayrı-ayrı hadisə və faktların situasion birgəliyini şərtləndirən situasion əlaqələrin mövcudluğu ilə xarakterizə olunur. Süni intellekt sistemlərində aşağıdakı bilik tipləri təsvir edilir: -obyektin strukturu, forması, xassələri, funksiyaları və mümkün vəziyyətləri; -obyektlər arasında mümkün olan münasibətlər, obyektin iştirak edə biləcəyi mümkün hadisələr; -fiziki qanunlar; -hərəkət və vəziyyətlərin mümkün effektləri, hadisə və vəziyyətlərin yaranma səbəbləri və şərtləri; -mümkün maraqlar, məqsədlər, planlar, razılaşmalar və s
Biliklərin təsviri modellərini şərti olaraq deklarativ və prosedur modellər kimi iki qrupa bölmək olar. Biliklərin təsvirinin deklarativ modeli belə bir fərziyyəyə əsaslanır ki, hər hansı predmet oblastının təqdim etdiyi problem bu biliyin necə istifadə ediləcəyindən asılı olmayaraq həll edilir. Buna görə də deklarativ model biliklərin strukturunun statik təsviri və məzmunundan praktiki olaraq asılı olmadan həmin strukturlarla işləyən nəticəçıxarma mexanizmi kimi iki hissədən ibarət olur. Bu halda biliyin sintaksisi ilə semantikası ayrılmış olur ki, bu da sözü gedən təsvir üsulunun universallıq baxımından böyük üstünlüyüdür. Deklarativ modellərdə icra edilən prosedurlar əyani şəkildə təsvir edilmir. Bu modellər adətən təsdiqlər çoxluğu kimi təqdim olunurlar. Predmet oblastı sintaksis təsvir formasında təqdim edilir. Qərar qəbulu əsasən vəziyyətlər fəzasında aparılan axtarış prosedurlarına əsaslanır. Spesifik situasiyalarda necə davranmağı təyin edən bir-sıra proqramlarda biliklər prosedurlarda saxlanır ki, buna da biliklərin prosedur təsviri deyilir. Bu halda nəticə çıxarmaq üçün mühitin və ya obyektin bütün mümkün vəziyyətlərini təsvir etmək lazım gəlmir. Lazımi situasiyaların və hərəkətlərin təsvirini yükləyən prosedurları və bəzi başlanğıc vəziyyətləri saxlmaq kifayətdir. Biliklərin prosedur təsviri zamanı semantika BB elementlərinin bilavasitə təsvirinə daxil edilir ki, bu da nəticə (qərar) axtarışının səmərəliliyini artırır.
5. Stoxastik proqramlaşdırma məsələləri.
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının 05.07.2023-cü il tarixli (Protokol №11) iclasında təsdiq edilmişdir.


Komissiyanın sədri: prof.R.S.Məmmədov


Komissiyanın üzvləri: prof.A.H.Hüseynov
dos.Ş.R.Rəhimov
dos. Ş.M.Cəfərova
Yüklə 175,74 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin