Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»


düşüncəsinin ən böyük nailiyyətlərindən birinə çevrilmişdir



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
1   2   3   4   5   6   7   8   9   ...   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi

düşüncəsinin ən böyük nailiyyətlərindən birinə çevrilmişdir.  
Fəlsəfənin başlıca mənası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və onlara 
dair cavabların axtarılmasındadır. Bunların nəzəri mənimsənilməsinin insanlar üçün 
həyatı əhəmiyyəti mühümdür. İstər təbiətdə, istərsə də cəmiyyətdə baş verən hadisələrin 
fəlsəfi anlamı tarix boyu vacib olmuşdur. Müasir zamanədə bu həmişəkindən daha böyük 
əhamiyyət kəsb edir. Bunun səbəbi müasir dünyanın elmi-texniki, sosial və siyasi 
tərəqqiyə nail olmasıdır. Fəlsəfə izah etməli olduğu məsələlərin birdəfəlik həllini təklif 
etmir. Onun əsl mahiyyəti həqiqəti dərk etməyin əbədi axtarışında olmasındadır. Təbiət 
elmləri – fizika, riyaziyyat, kimya və s. məsələnin son, həm də bitmiş həllini axtarıllar. 
Lakin varlığa, təfəkkürə, həyata, mənəvi dəyərlərə və s. aid məsələlərinin birdəfəlik və 
həmişəlik həllini vermək qeyri-mümkündur. Onlar daima geniş müzakirə və mübahisələr 
obyekti olmuş və olacaqdır. Belə sualların araşdırılması fəlsəfənin işidir. Fəlsəfə həm də 
«əbədi məsələlərin» dərk olunmasının prinsip və metodlarını işləyib hazırlayır. Bu 
cəhətdən müasir dünyaya üzünü tutan fəlsəfə xüsusi maraq doğurur.
Dünya, kainat necə qurulub? Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir? 
Mənəvi və maddini, ideal və real olanın birbirinə münasibəti necədir? İnsanın dünyadakı 
yeri nədən ibarətdir? O, dünyanı dərk etməyə və dəyişdirməyə qadirdimi? Həqiqət nədir?
Xeyir və şər, gözəllik və eybəcərlik nə deməkdir? İnsan zəkasını həmişə düşündürən bu 
kimi əbədi suallar insanın dünyadakı mövqeyini müəyyən etmək zərurətindən irəli gəlir. 
Yarandığı gündən indiyə kimi fəlsəfə bu cür başlıca dünyagörüşü mahiyyətli suallara 
cavab verməyə çalışıb. Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə də müasir elmi-
tədqiqat ədəbiyyatlarında fəlsəfənin müxtəlif tərifləri verilir. Onların hamısında, xüsusilə 
XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, 



insanın dünyaya münasibətlərinin ən ümumi prinsipləri haqqında elm kimi tərif 
verilmişdir.

Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin