Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»


hər üç ünsür - dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama vəhdət təşkil edir



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi

hər üç ünsür - dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama vəhdət təşkil edir.
Dünyagörüşü öz məzmununa daxil olan münasibətlər («təbiət-insan münasibətləri», 
«cəmiyyət-insan münasibətləri», «subyekt-obyekt münasibətləri» və s.) əsasında, 
xüsusilə aşağıdakı struktur komponentlərini üzvi vəhdətdə birləşdirir.
1) 
Həmin münasibətlərin doğurduğu və gerçəklikdə sınanıb ümumiləşdirilmiş 
biliklər sistemi. Gerçəklik haqqında dünyagörüşü xarakterli ümumiləşmiş biliklər
sisteminin yaranmasında, həqiqətə doğru can atılmasında, sosial-fəlsəfi elmlərlə
(fəlsəfə, etika, tarix, siyasi iqtisad və s.) yanaşı, dünyanın həqiqi təbii-elmi 
mənzərəsini verən xüsusi elmlər də (təbiətşünaslıq, texniki, insanşünaslıq elmləri və s.) 
iştirak edir.
2) 
Dünyagörüşün struktur komponentlərindən biri də bəşəri sərvətlərlə 
(dəyərlərlə) dünyagörüşün ümumi ideyaları və prinsiplərinin qovuşması, onlarla 
şərtlənməsidir. Bəşəri mənəvi sərvətlərə (xeyirxahlıq, insanpərvərlik, vicdan, şərəf, 
vətənpərvərlik və s.) uyğun gəlməyən və ya onlara qarşı çevrilmiş heç bir ideya və 
prinsıp dünyagörüşü amilinə çevrilə bilməz.
3) 
Dünyagörüşün
digər mühüm
struktur
komponenti olan əqidə
formalaşdırlmasında, alınmış biliyin əqidəyə çevrilməsində müasir elmi-texniki 
nailiyyətlərin həyata, istehsalata tətbiqi, onların sosial-mənəvi nəticələri mühüm rol 
oynayır. Əqidə isə əhval-ruhiyyə, iradə və hisslərlə daha çox bağlı olduğundan 
şəxsiyyətin mənəvi aləminə daha ciddi daxil olur, onu sosial fəallığa və yaradıcılığa sövq 
edir. Əqidə üçün meyar - insan fəaliyyətidir. Biliyin, ictimai şüurun dünyagörüşə 
çevrilməsi üçün onlar əqidə xarakteri kəsb etməlidir. Əqidə - insanın həyat fəaliyyətində
rəhbər tutduğu prinsip və idealların həqiqiliyinə, doğruluğuna dərindən və 
əsaslandırılmış inamdır, heç vaxt dönmədən, dərin, daxili inamdır. Bu isə o deməkdir
ki, şəxsiyyət öz ideya və əməllərinin doğruluğuna heç bir tərəddüd göstərmədən 
inanmalıdır. Möhkəm əqidə formalaşmasında isə insana düzgün ideallar, sosial-sinfi 
məqsədlər verilməlidir. Həmin sosıal-siyasi, mənəvi ideallar əsasında dünya haqqında 
baxışlar qiymətləndirilir, bilik əqidəyə çevrilir, dünyagörüşü xarakteri alır.


11 
4) 
Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə) 
də mühüm yer tutur. Dünyagörüşü ancaq insan fəaliyyəti ilə öz prinsip və ideyalarını 
maddiləşdirir, həyata keçirir. Məhz fəaliyyət prosesində dünyagörüşün bəşəri sərvətlərə 
(dəyərlərə) və sosial-mənəvi məqsədlərə uyğunluğu təmin olunur. Şəxsiyyət hadisələri 
öz dünyagörüşü baxımından qiymətləndirir və ona uyğun fəaliyyət göstərir.

Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin