Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»


bütövlükdə dünya, varlıq təşkil edir. Dünyagörüşün predmetini isə təbiət aləmi ilə



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
1   2   3   4   5   6   7   8   9   ...   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi

bütövlükdə dünya, varlıq təşkil edir. Dünyagörüşün predmetini isə təbiət aləmi ilə 
insan aləminin qarşılıqlı münasibəti və həmin münasibətlərdən yaranan ideya və 
baxışların sistemi təşkil edir. «Onunla» (dünya binası) «bız» (insanlar) arasındakı 
qarşılıqlı münasibət dünyagörüşün predmetini və ya əsas məsələsini təşkil edir.
Dünyagörüşün məzmunundan aydın olur ki, onun iki əsas sahəsi və ya aspekti vardır: 
təbii gerçəkliyə insan münasibətinin inikası olan təbii-elmi ideyalar və sosialictimai 



gerçəkliyə insan münasibətini əks etdirən siyasi, iqtisadi, mənəvi və s. baxışlar. Bu 
cəhətlərə dünyagörüşün təbii-inlellektual və sosial-qnoseoloji aspektləri də göstərmək 
olar. Lakin onu da qeyd etmək lazımdır ki, çox vaxt dünyagörüşü problemləri 
öyrənilərkən əsas diqqət birinci aspektə verilmiş, ikinci istiqamət isə əsasən diqqətdən 
kənarda qalmışdır. Dünyagörüşünü özünün inkişaf ardıcıllığı, inikas dərinliyi, 
əsaslandırılmış olub-olmaması cəhətdən ən ümumi şəkildə dörd mühüm tarixi növə 
ayırmaq olar: mifoloji, dini, elmi, fəlsəfi.
Mifoloji dünyagörüşü iki sözün birləşməsindən əmələ gəlib: (yunanca «mif» - əsatir, 
əfsanə, rəvayət mənasındadır, «loqos» isə - şöz, təlim, anlayış deməkdir) ibtidai 
cəmiyyətdə, bəşər mədəniyyəti inkişafının ilkin dövrlərində meydana gəlmişdir. 
Mifologıya - qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai cəmiyyətdə universal ictimai 
şüur forması olmuşdur. Qədim miflər dünyanın bütün xalqlarında olmuşdur. Mifik 
təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, Allahlar və onların fəaliyyəti, qəhrəmanların 
möcüzələri və s. haqqındakı inamlar, ideya və baxışlar durur. Miflər çox müxtəlif olsalar 
da, onlarda bır sıra motivlər təkrar olunur. Dünyanın bir çox xalqlarının miflərində kosmik 
mövzular xüsusi yer tutur. Bu miflərlə ibtidai insan dünyanın mənşəyi və quruluşu, bir 
çox təbiət hadisələri, məqsədəuyğunluq və s. haqqında özünü düşündürən suallara cavab 
verməyə çalışmışdır. Bır sıra miflərdə dünyanın sonu, bəşəriyyətin məhvi və yenidən 
dirilməsi haqqında təsəvvürlər öz əksinı tapmışdır.
Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun həyat 
inkişafının mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi öyrənməsi və s. 
mövzular da geniş yer tutur, Müxtəlif xalqların mifləri bir-birilə əlaqədar və uyğundur, 
vahid sistem təşkil edirlər.
Mif - sinkretik, vahid, universal dünyagörüşü və şüur forması olmuşdur. Mifoloji 
dünyagörüşü özündə dövrünün dünyaduyumunu, dünyanı qavramanı, dünyanı anlamanı 
əks etdirmiş, bədiilik və müdriklik baxımından çox zəngin olmuşdur. Miflərdə təbiət və 
mədəniyyət hadisələri qovuşmuş, təbii cisim və hadisələr canlaşdırılmış, insana 
bənzərləşdirilmiş, mifoloji obrazlara çevrilmişdir. Reallıq və fantaziya, hiss və fikirlər
bilik və bədii obraz obyektiv və subyektiv olan miflərdə vəhdət halında birləşmişdir, 
bütöv dünya mənzərəsi yaradılmışdır, Dünyanın mifoloji mənzərəsində reallıq və 
fantaziya, təbii və fövqəltəbii, bilik və inam çulğaşmışdır. Mifık obrazlar əsasında bir sıra 
bədii əsərlər, incəsənət, musiqi, heykəltəraşlıq nümunələri yaradılmışdır. Xristianlıq, 
islam, buddizm və b. dinlər mifoloji nümunələrlə zəngindir.




Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin