Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
1   2   3   4   5   6   7   8   9   10   ...   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi

Dini dünyagörüşü - dünyagörüşün ikinci tarixi növüdür. Şüurun gerçəkliyı 
ümumiləşdirərək anlayışlar vasitəsilə əks etdirməsi (məsələn, Allah, ruh, axirət və s.) 
formalarından biridir, gerçəkliyin fövqəltəbii qüvvələrə inam əsasında in`ikasıdır. Tarixi-
sosial şərait üzündən din ibtidaı icma, quldarlıq və xüsusilə, feodalizm dövründə ictimai 
şüurun bütün başqa formalarını öz təsirinə almış, cəmiyyətın mənəvi dünyagörüşünün 
əsaslarını təşkil etmışdir.
Dini dünyagörüşə görə dünya ikili səciyyə daşıyır: «yer üzü», «bu dünya» - təbii, 
hiss üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii, «göy üzü» - fövqəlhissi dünya. 
Dinə görə əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəqqətidir.
Din insanın qeyriadi təbii və sosial qüvvələr qarşısında acizliyi əsasında yaransa da, 
müəyyən tarixi şəraitdə ümumbəşəri dəyərlər, sosial ədalət uğrunda çıxış etmiş, 
normaların tənzimləyicisi funksiyasını yerinə yetirmişdir. İnsanların əxlaq və davranışını, 
hissi tərzini və fikirlərini normalaşdırıb sistemə salan din, cəmiyyətdə sosial-mənəvi 
tənzimetmənin, adət-ənənə və mənəviyyat normalanrın hifz edilməsi və yaşadıqları 
nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış etmiş və edir. Hazırda bəşəriyyətin 
yaşaması, sülh və sosial tərəqqi uğrunda, müharibə əleyhinə fəal çıxış edən din özünün 
çoxsaylı hökm və mərasimləri vasitəsilə insanlar arasında məhəbbət, xeyirxahlıq, 
dözümlülük, rəhmdillik, əl tutmaq, vicdan, borc, ədalət və s. kimı bəşəri hissələri tərbiyə 
edir.
Dinləri monoteist və politeist, ibtidai və müasir, milli və dünyəvi olmaqla müxtəlif 
qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, bütpərəstlik yə s.), 
politeist (çoxallahlılıq) dinlər, müasır dunya dinləri (xristianlıq, islam, buddizm və s.), 
monoteist dinlər (xristianlıq, islam və s.) misal ola bilər.
Dini dünyagörüşü mürəkkəb struktura malikdir. Hər bir dinin strukturuna bu ünsürlər 
daxildir: dini ideya və təsəvvürlər; dini hiss və əhval-ruhiyyə; dini ayinçilik (kult) yə dini 
fəaliyyət. Bunlardan başqa, dini təsisatlar da vardır ki, (dini icmalar, birliklər, kilsələr, 
məscidlər və s.), onların fəaliyyətindən yaranan normalar, qaydalar və prinsiplər dinı 
dünyagörüşü sistemində mühüm yer tutur.

Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin