Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
1   ...   8   9   10   11   12   13   14   15   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi

Fəlsəfənin funksiyaları. İdraki (qnoseoloji) funksiyanı yerinə yetirərək fəlsəfə 
təbiət, cəmiyyət və təfəkkürün mahiyyətınin və qanuna-uyğunluqlarının dərk edilməsinə 
kömək edir. Müasir təbiətşünaslıq və ictimai elmlərlə sıx əlaqədə fəlsəfi dünya-görüşə 
yiyələnmiş insan, dünyanın təbiı-elmi mənzərəsini mənimsəyir, ətrafında baş verən 
çoxsaylı təbii və ictimai hadisələrin mahiyyəti və səbəbləri haqqında elmi-obyektiv 
nəticələrə gələ bilir, onların inkişaf qanunauyğunluqlarını dərk edir, cəmiyyətdə düzgün 
həyat proqramı tutur. Gerçəklik haqqında əldə etdiyi müxtəlif biliyi nəzəri sistem halında 
ümumiləşdirir, dünyagörüşü faktına çevirir.
Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi anlayışlar 
haqqında nəzəri müddəalarını işləyib hazırlayarkən özünün ontolojı funksiyasını 
(ontologiya - yunanca «ontos» (mövcudluq) və "loqos" (təlim) mənası yerinə yetirir.
İnsan fəaliyyəti haqqında təlim ilə fəlsəfə özünün praksioloji («praktikos» - yunanca 
fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) haqqında ideyaları ilə isə aksioloji 
(«aksios» - yunanca dəyər, sərvət deməkdir) fünksiyasını həyata keçirir. Məhz bunlar da 
göstərir ki, dünyagörüşün rasional-nəzəri forması olan fəlsəfənin qədim dövrdən 
indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya və təsəvvürləri, ən ümumi qanun və 
kateqoriyaları işləyib hazırlamaqdan ibarət olmuşdur.


19 
Metodoloji funksiya cəhətdən fəlsəfə, dialektik metod
prinsiplərinə
(ziddiyyətlilik, inkarlıq, yeninin qarşısıalınmazlığı, özüinkişaf və s.) istinadən insana təbii 
və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda 
və metod verir, ümumi nəzəri-fəlsəfi metodoloji prinsiplərlə onu silahlandırır.
Dünyagörüşü sistemində fəlsəfə həm də şəxsiyyətlə təbiət və cəmiyyət hadisələri 
arasında əlaqə və münasibətləri, insan təcrübəsinin bütün formalarını tənzim edərək 

Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin