Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
1   ...   8   9   10   11   12   13   14   15   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi

Fəlsəfə və sinergetika. Son illər elmdə sinergetika adlanan yeni istiqamət diqqəti 
cəlb edir. Sinergetika mürəkkəbliklər, müəyyən qaydanın xaos şəraitində necə yaranması 
və sonra necə dağılması haqqında elmdir. Qədim yunan dilindən götürülmüş "sinergetika"
termini açıq sistemlərdə çox sayda altsistemlərin qarşılıqlı təsirinin tamlıq effektidir.
Sinergetika ilə sıx əlaqədar olan fəlsəfi prinsiplər sırasına, ilk növbədə, özü hərəkət 
edən materiyanın hissələrinin qarşılıqlı təsiri prinsipi aid edilməlidir. Sinergetika 
metodundan istifadə edilməklə universal evolyusionizm həm canlı və sosial materiyanı 
qarşılıqlı əlaqədə nəzərdən keçirməyə, həm də qeyri-üzvi materiyanı inkişaf etməkdə olan 
dünyanın, o cümlədən bəşər sivilizasiyasının bütöv kontekstinə daxil etməyə imkan verir. 
O, insana kosmik təkamül obyekti kimi baxmağa zəmin yaradır.
Sinergetika mürəkkəb quruluşlu dinamik sistemlərdə elementlərin qarşılıqlı təsir 
mexanizmlərinə tətbiqən sistemli yanaşmanı inkişaf etdirir. Həmin elementlərin özünü 
təşkili məhz bu cür qarşılıqlı təsir nəticəsində yaranır. Sinergetika komponentlərin 
nizamlanmasına və davamlı struktur yaradılmasına gətirib çıxaran konkret qarşılıqlı 
mexanizmləri açıqlamağa çalışaraq yeni özünütəşkil konsepsiyası irəli sürür.
Obyektlər əvvəlcə özlərini tam müstəqil aparır və onların hərəkətində heç bir 
qarşılıqlı nizamlama müşahidə olunmur. Bu cür başlanğıc vəziyyət "xaos" və ya 
"nizamsızlıq" anlayışları ilə xarakterizə olunur. Sonra kənardan müəyyən təsirlər 
nəticəsində obyektlər arasında qarşılıqlı fəaliyyət yaranır, onlar uzlaşdırılmış hərəkətdə 
işlənməyə başlayır və sistem bəzi hallarda nizamlılıq kəsb edir, digər hallarda nizamlılığın 
pozulması nəticəsində davamsız vəziyyətə düşür. Bu halda nəzərə almaq lazımdır ki, 
nizamlanmış strukturlar yaranması və sistemin özünütəşkili tədrici, rəvan proses deyil, 
qəflətən baş verən sıçrayış şəklində prosesdir. Məsələn, mayeni aşağıdan qızdıranda 
temperaturun müəyyən qradiyent qiymətindən başlayaraq konveksiya sayəsində həmin 
mayedə özünütəşkil prosesi baş verir, bu isə həmin hadisəni kəşf etmiş alimin şərəfinə 
Benar oyuqları adlanan nizamlanmış struktur yaranmasına gətirib çıxarır.
Sinergetikanın fəlsəfi mənası ondan ibarətdir ki, o, cansız bioloji sistemlərdən canlı 
sistemlər yaranması proseslərinə yeni mövqedən baxmaq imkanı verir, Bunların 
sayəsində biz ulduzların, planetlərin, insan birliyinin həyatının necə yaranması sualına 
cavab tapırıq. Sinergetikada əldə edilmiş ideyalar və nəticələr materiyanın öz-özünə 
hərəkətindən ibarət fundamental prinsipin təbii-elmi təsdiqidir. Sinergetika "xətti" 
təfəkkürdən elmin inkişafının yeni mərhələsinə müvafiq olan qeyri-xətti təfəkkürə 
keçməyə imkan verir. O, öyrəndiyi obyektlərin əksəriyyətini qeyri-xətti qanunlarla idarə 


14 
edilən açıq, qeyri-taraz sistemlərə aid edir. Bu sistemlərin hər biri özünütəşkil 
qabiliyyətinə malikdir, davranışları isə onların əvvəlki təkamül tarixi ilə müəyyənləşir.
Sinergetika müxtəlif elmlər arasında əsas prinsiplərin intensiv mübadiləsi üçün şərait 
yaratmışdır. Sinergetikanın inkişafı ilə əlaqədar fəlsəfənin və riyaziyyatın qarşılıqlı 
yaxınlaşması müşahidə olunur. Bu isə fəlsəfi və riyazi metodların inteqrasiya gücünü 
artırır. Sinergetika elmi biliyin təşkilinin elə səviyyələrini aşkar etməyə imkan verir ki
orada fəlsəfə inteqrasiyanın zəruri amillərindən biri kimi çıxış edir. Alimlər inteqrativ 
amillərin aşağıdakı iyerarxiyasını aşkar etmişlər: fəlsəfə - qanun - metod - prinsip - 
nəzəriyyə - ideya - metanəzəriyyə - konkret elm - metaelm - qonşu elm - kompleks elm - 
dünyanın elmi mənzərəsi - fəlsəfə. Bu iyerarxiyada fəlsəfə ən ümumi inteqratordur.

Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin