Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»


Fəlsəfənin predmeti və funksiyaları



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
1   ...   8   9   10   11   12   13   14   15   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi

Fəlsəfənin predmeti və funksiyaları 
Fəlsəfənin predmeti. Fəlsəfənin predmeti nədir? Onun problem dairəsi hansılardır? 
Başqa elmlərlə onun nə kimi əlaqəsi vardır? Fəlsəfə tarixində bu suallara müxtəlif 
cavablar verilmişdir. Qədim dövrlərdə bütün elmi, bədii, fəlsəfi, dini, əxlaqi, siyasi və s. 
ideyaların sintezindən ibarət olan fəlsəfəyə «elmlər elmi», kainatı səciyyələndirən bütün 
elmi ideyalara isə fəlsəfə kimi baxılmışdır. Fəlsəfə kosmosentrik səciyyə daşımışdır.
Lakin get – gedə elmlərin ayrı –ayrı yeni sahələri (riyaziyyat, həndəsə, coğrafiya, 
astronomiya, tibb və s.) əmələ gələrək fəlsəfə «elmlər elmindən» ayrılmışdır. Bu zaman 
fəlsəfənin predmentində insanın dünya görüşü məsələsinin öyrənilməsi («ilkin əsas», 
substansiya haqqında ideya, varlıq, maddi və mənəvinin münasibəti və s.) mühüm yer 
tutmuşdur. 
Daha 
sonrakı 
dövrlərdə 
fiziki, 
mexaniki, 
kimyəvi 
hərəkət 
qanunauyğunluqlarının xüsusiyyətlərini öyrənən elmlərin yaranması və müstəqil elm 
sahələrinə çevrilməsi ilə fəlsəfənin predmet dairəsi daha da «məhdudlaşdı». Bioloji və 
ictimai elm sahələrinin yaranması və müstəqil inkişafı ilə sivilizasiya tarixində
«fəlsəfənin predmentinin yoxluğu», onun «elmlər sistemindən çıxarılması» haqqında 
ideyalar təbliğ olunmağa başladı. Son illərə qədər belə bir fikir yayılmışdır ki, fəlsəfənin 
predmeti və elmlər sistemində onun yeri yoxdur. Məs. B. Rasselin fikrincə fəlsəfə artıq
«sahibsiz torpaqdır», cəmiyyətdə dinin mövqeyi güclənəndə o, teologiyanın, elmin 
mövqeyi güclənəndə isə o, elmin təsirinə düşür.
Əlbəttə, bu fikirlə razılaşmaq olmaz.
1) 
ona görə ki, hər bir elm o zaman mövcud olur ki, onun heç bir elm tərəfindən 
öyrənilməyən öz predmeti və həmin predmeti əks etdirən qanunları olsun. Fəlsəfənin də 


15 
belə predmeti və qanunları vardır. Ən ümumi mənada fəlsəfənin predmetini insanı əhatə 
edən gerçəklik və onun inkişaf qanunauyğunluqlarının öyrənilməsi təşkil edir.
2) 
fəlsəfə gerçəkliyin, hərəkətin bu və ya digər sahəsini deyil, onu ümumi 
şəkildə, 
bütöv 
halda 
götürüb 
öyrənir, 
gerçəkliyin 
ən 
ümumi 
inkişaf 
qanunauyğunluqlarından və kateqoriyalarından bəhs edir.
Gerçəkliyin belə ən ümumi inkişaf qanunlarından heç bir başqa elm deyil, məhz 
fəlsəfə bəhs edir.
Hər bir elm kimi fəlsəfənin də öz tədqiqat obyekti, predmeti vardır. Onun obyekti 
varlıqdır, təbiətdir, cəmiyyətdir, insandır, real gerçəklikdir. Bunları fizika, kimya, 
biologiya, psixologiya və s.. elmlər də öyrənir. Həmin elmlərdən fəlsəfəni fərqləndirən 
başlıca xüsusiyyət ondan ibarətdir ki, o, təbiət hadisələri, cəmiyyətin inkişafı və insan 
təfəkkürü üçün ümumi olan cəhətləri və qanunauyğunluqları tədqiq edir.
Elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil, mövzularına, yəni 
predmetlərinə görə də fərqlənir. Elmin predmeti o deməkdir ki, o öz obyektindən ayırd 
etdiyi cəhətlərə hansı baxışdan, hansı nəzəri və praktiki aspektdən yanaşır. Elmin 
predmeti öz obyektinə yanaşma tərzini, tədqiqat metodlarını müəyyən edir və müvafiq 
anlayışlar vasitəsilə şərh olunur. Dəqiq elmlərin predmeti yığcam olduğu halda, 
fəlsəfənin predmeti çox genişdir. O, intellektual fəaliyyətin elə bir sahəsidir ki, onun 
əsasında insanın dünyaya başlıca münasibətləri durur.
Varlığın və idrakın ümumi prinsiplərinin öyrənilməsi zərurəti ictimai tələbatdan 
doğmuşdur. Fəlsəfi təfəkkürün tarixən birinci forması sayılan naturfəlsəfə (təbiət 
haqqında fəlsəfi təlim beləcə yaranmışdır. İlk antik yunan mütəfəkkirləri (Fales,
Anaksimsen, Anaksimandr, Parmenid ve b.) əsas etibarilə müxtəlif təbiət hadisələrinin
mənşəyini anlamağa cəhd etmişlər. Onlar dünyanın mənzərəsində kosmosu mərkəzdə
götürür, insana isə mikrokosmos kimi baxırdılar.
Təbiət hadisələri haqqında xüsusi elmi təsəvvürlər toplandıqca, nəzəri və tətbiqi 
biliklərin ayrı-ayrı sahələri arasında hədd yaranır, riyaziyyat, astronomiya, təbabət və s. 
fəlsəfədən ayrıldıqca onun məşğul olduğu problemlər dairəsi məhdudlaşır. Eyni zamanda
fəlsəfənin predmeti və spesifikası dəyişməklə, onun özünün mütərəqqi inkişaf, 
dərinləşmə, zənginləşmə prosesi baş verir, dünyanın və həyatın fəlsəfi anlamının müxtəlif 
"izmli" variantları, nəzəriyyələri və cərəyanları meydana gəlir. Varlıq haqqında təlim 
olan ontologiya, idrak nəzəriyyəsi kimi formalaşan qnoseologiya, məntiq, etika, estetika 
kimi fəlsəfi fənlər beləcə meydana gəlmişdir.


16 
Orta əsrlərdə Avropanın mədəni ənənələri zəminində dünyanın tamamilə başqa 
mənzərəsi yaranır. Allah ideyası nəzəri düşüncənin əsasını təşkil edir, artıq Kainatın, 
həyatın, insanın mənşəyi yox, onları yaradanın obrazı diqqət mərkəzində götürülür. 
Fəlsəfə əsasən bu istiqamətdə fəaliyyət göstərməli olur.
İntibah və ilkin kapitalizm dövrlərində dünyanın zehni mənzərəsinin
formalaşmasında mexaniki saatların, müxtəlif nəqliyyat və istehsalat maşınlarının ixtirası 
mühüm amil oldu.
XVII-XVIII əsrlərdən başlayaraq fəlsəfə ilə xüsusi elmlər arasında ayrılma prosesi 
sürətlənir, mexanika, fizika, kimya, biologiya, hüquqşünaslıq və s. elmi idrakın müstəqil 
sahələrinə çevrilirlər. Elmlər sistemində fəlsəfinin mövqeyi və rolu keyfiyyətcə dəyişir. 
Fəlsəfə artıq xüsusi elmlərin problemlərinin həlli ilə məşğul olmur. Lakin xüsusi elmlər 
qarşısında duran və onların imkanları dairəsində həll edilə bilməyən ümumi dünyagörüşü 
məsələlərinin tədqiqi ilə yenə fəlsəfə məşğul olur. Belə ki, insanın dünyaya və 

Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin