Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»


dünyanın insana münasibətini ayrıca bir problem kimi xüsusi elmlərdən heç birisi



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
1   ...   8   9   10   11   12   13   14   15   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi

dünyanın insana münasibətini ayrıca bir problem kimi xüsusi elmlərdən heç birisi 
öyrənmir. Bu problem fəlsəfənin predmetini təşkil edir. Geniş mənada fəlsəfə varlıq 
və şüurun, maddi və mənəvinin insan və dünya münasibətini, qarşılıqlı əlaqəsini, obyektiv 
reallığın, idrakın ən ümumi inkişaf qanunlarını öyrənir. Fəlsəfənin biliklər sistemində yeri 
və rolu aləmə ümumi və bütöv halında yanaşması ilə, müəyyən dünyagörüşü verməsi ilə 
müəyyən olunur. Bəşər cəmiyyətinin mənəvi tərəqqisində fəlsəfə məhz dünyagörüşünün 
xüsusi forması kimi mühüm əhəmiyyətə malikdir.
Fəlsəfənin əsas məsələsi və onun iki tərəfi. Bir halda ki, fəlsəfi dünyagörüşü 
sistemində «dünya-insan münasibətləri» aparıcıdır, onda fəlsəfənin də əsas məsələsini 
«insanın dünyaya münasibəti» təşkil edir demək daha düzgün olardı. Daha konkret 
şəkildə, fəlsəfənin əsas məsələsi nədır? sualına «insan»-deyə qəti cavab vermək olar. 
Fəlsəfənin əsas məsələsinin «təfəkkürün varlığa, şüuran materiyaya münasibətindən» 
ibarət olduğunu təsdıqləyən filosoflar da insana, onun mənəvi dünyasına istinad edir, 
mənəvinin (insan idraki, şüur, təfəkkür və s.) maddiyə münasibətini əsas tuturdular. 
Filosofların böyük qismi fəlsəfənin əsas məsələsindən bəhs edərkən qeyd edirdilər ki, 
dünyagörüşü üçün «təfəkkür» və «varlıq», «mənəvi olan və maddi olanın» qarşılıqlı 
münasibətindən başqa daha ümumi anlayışlar tapmaq qeyri-mümkündür: mənəvinin 
maddiyə münasibəti (və ya insanın gerçəkliyə münasibəti) və onların müqayisəsi fəlsəfi 
dünyagörüşün başlıca məsələsidir. Digər bütün məsələlər məhz əsas məsələyə münasibət 
baxımından həll olunur, elmi-fəlsəfi qiymətini alır.


17 
F.Engels vaxtilə fəlsəfənin əsas məsələsindən bəhs edərək yazmışdır: “Bütün 
fəlsəfənin, xüsusən ən yeni fəlsəfənin, böyük əsas məsələsi, təfəkkürün varlığa münasibəti 
məsələsidi”. Bu mövqedən çıxış edənlər fəlsəfənin əsas məsələsinin iki tərəfi olduğunu 
qeyd etmiş və göstərmişdilər ki, birinci tərəfin mahiyyəti belə bir alternativ məzmun 
daşıyan suala cavab verməkdən ibarətdir ki, nə nədən əzəlidir? Nə ilkindir, əsasdır, 
müəyyənedicidir, nə törəmədir, ikincidir? Ruhmu təbiəti, yoxsa təbiətmi ruhu, varlıqını 
təfəkkürü, yoxsa təfəkkürmü varlığı müəyyən edir? Fəlsəfənin əsas məsələsinin ikinci 
tərəfi isə insan idrakının gerçəkliyə münasibəti necədir? Dünya və onun qanunları dərk 
edilə bilərmi? Sualına cavab verməkdən ibarətdir. Birinci tərəf əsas məsələnin ontoloji 
aspektini, ikinci tərəf isə qnoseoloji aspektini ifadə edir.
Düzdür, hazırda həmin müddəa, yəni fəlsəfənin əsas məsələsinin «təfəkkürün varlığa 
münasibəti» ideyası bu və ya başqa şəkildə ya tam inkar olunur, ya da ziddiyyətli təhlil 
edilir.
Əlbəttə, bu ideyanın tam inkar edilməsini düzgün mövqe hesab etmək olmaz. 
Əslində «təfəkkürün varlığa münasibəti» müddəası elə bu və ya başqa tərzdə «insanın 
dünyaya münasibəti» fikri ilə eyniləşir. Odur ki, bu iki müddəa arasında tənqid xatirinə, 
ciddi fərq axtarmaq da düzgün deyildir. Lakin «təfəkkürün varlığa münasibəti» müddəası 
daha mücərrədir, əslində müəyyən «söz güləşdirməsidir». İkinci müddəa isə daha real, 
konkret və ağlabatandır. Odur ki, fəlsəfi dünyagörüşün əsas məsələsi nədir? - sualına 

Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin