Elmi dünyagörüşü - təbii-elmi və sosial-tarixi biliklərə, dünyanın təbii-elmi
mənzərəsinə əsaslanan, gerçəklikdə hadisə və proseslərin inkişaf və dəyişməsinin elmi
səbəblərinə istinad edərək dünya haqqında elmi anlayış və qanunauyğunluqların
ümumiləşmiş in`ikasını ifadə edən baxış, ideya və prinsiplərin məcmusudur. Elmi
dünyagörüşü - öz müddəalarında müasiri olduğu elmin son nailiyyətlərinə istinadən insanı
9
əhatə edən gerçəkliyə insan münasibətini xüsusi elmi qanun və kateqoriyalar, təlim və
nəzəriyyələr vasitəsilə ifadə edir.
Fəlsəfi dünyagörüşü - elmi dünyagörüşün növ müxtəlifliyindən biridir. O, müəyyən
cəhətlərdən elmi dünyagörüşüilə qovuşur, eyniləşir, müəyyən cəhətlərdən isə ondan
fərqlənir, ayrılır.
Dünyagörüşünün strukturu. Dünyagörüşün strukturu zəngin və mürəkkəbdir.
Gerçəkliyin mənimsənilməsi səviyyəsinə, elmi əsaslandırılması dərəcəsinə uyğun olaraq
hər bir dünyagörüşün iki səviyyəsi vardır:
1)
Dünyagörüşün adi şüur səviyyəsinə uyğun gələn sağlam düşüncə, hissi-
obrazlı təfəkkürə, mifoloji təsəvvürlərə və gündəlik təcrübi biliyə əsaslanan empirik-
kütləvi (və ya adi-gündəlik) səviyyəsi. Bu səviyyədə dünyagörüşü sağlam təcrübəvi biliyə
istinad edib, çox vaxt faydalı və müsbət olsa da, ziddiyyətlərdən, məhdudluqlardan azad
deyildir. Bu səviyyədə dünyagörüşü üçün tərəddüdlər, inamsızlıq və s. xasdır.
2)
Elmi-nəzəri dünyagörüşü səviyyəsi. Dünyanın həqiqi təbii-elmi mənzərəsinə
və fəlsəfəyə istinad edən dünyagörüşü məhz elmi-nəzəri dünyagörüşü səviyyəsinə misal
ola bilər.
Dünyagörüşü struktur baxımından inteqral mütəşəkkillikdir. Burada əsas cəhət onun
struktur komponentlərini sintezinin, birliyinin əldə edilməsidir. Bu mənada dünyagörüşü
gerçəklik haqqında ancaq biliklərin toplusu deyildir. Dünyagörüşdə ideallar, əqidə,
fəaliyyətdə müəyyən rol oynayır. Lakin bitkin dünyagörüşü belə komponentlərin vəhdəti,
sintezi əsasında yaranır, bilik, sərvətlər, həyat oriyentiri (meyli), əqidə və fəaliyyəti
birləşdirərək insana nəzəri və əməli fəaliyyət üçün qüdrətli bir silah verir.
Dünyagörüşün strukturunda dünyanı dərketmə prosesinin müxtəlif səviyyələrini əks
etdirən
dünyaduyumu,
dünyanıqavrama,
dünyanıanlama
kateqoriyaları
da
fərqləndirilmişdir. Bu anlayışlara dünyagörüşün formalaşması mərhələləri də demək olar.
Ümumiyyətlə, insan idrakının əsasında duyğu, hiss üzvlərinin (görmə, eşitmə, iybilmə,
dadbilmə, lamisə) verdiyi məlumatlar seyr müşahidə durduğu kimi, dünyagörüşün də
əsasında dünyaduyumu durur. Dünyaduyumu gerçəkliyin bu və ya digər konkret tərəf və
cəhətləri, xüsusilə onun zahiri təzahürləri haqqında əldə edilən hiss, əhval-ruhiyyə, baxış,
duyumdur. Bu mərhələdə predmetin konkret, ayrı-ayrı cəhətləri haqqında görüşlər,
hisslər, emosional hal - dünyaduyumu formalaşır.
Dünyanı qavrama isə predmet və hadisəni hissi bütöv halında qavrama mərhələsidir,
gerçəklik haqqında qavranılan baxışlar, hisslər və təsəvvürlərin məcmusudur, dünyanı
dərketməyə aparan yoldur. Deməli, hisslər və əhval-ruhiyyə səviyyəsində dünyagörüşün
10
emosional-psixoloji cəhətini dünyaduyumu, gerçəkliyin hissi bütövünün əyanı
təsəvvürlər əsasında hissi-obrazlı qavranılmasını isə dünyanıqavrama təşkil edir. Məhz
duyma və qavramanın nəticəsində alınmış informasiyaların təhlili, ümumiləşdirilməsi
yolu ilə anlayışlar, mühakimələr, əqli nəticələr, ümumi nəzəri baxışlar yaradılır,
dünyagörüşün ıdraki-intellektual səviyyəsi olan dünyanıanlaına baş verir. Dünyagörüşdə
Dostları ilə paylaş: |