FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə107/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   103   104   105   106   107   108   109   110   ...   132
Fəlsəfə mühazirə

həmin çərçivə daxilində 
mütləq cismin keyfiyyəti də mövcud olur. 
Ölçü pozulduqda, onun “sərhəddi 
keçildikdə”, necə deyərlər, cisim köhnə halında qala bilmir, o başqa cismə çevrilir. 
Ölçü - 
kəmiyyətlə keyfiyyətin vəhdətidir, 
onun pozulması isə kəmiyyət 
dəyişikliklərindən keyfiyyətə keçilməsidir. Məsələn, civə 
-
39 dərəcədən aşağı 
temperaturda bərkiyir, +357 dərəcədən yuxarıda isə qaynayır, yeni keyfiyyət 
halına keçir. +100 dərəcə temperaturadək istilikdə su köhnə keyfiyyət halında 
qalır, bundan daha yüksək temperaturda ölçü pozulur, su buxara çevrilir, yeni 
keyfiyyət halına keçir. Məhz bu proses kəmiyyət dəyişikliklərindən ölçü daxilində 
yığılması, nəhayət, ölçünün pozulması və yeni keyfiyyətə keçilməsi kimi 
səciyyələnir.
Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Lakin 
onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və 
artmaya, kiçilmə və böyüməyə səbəb olur,
müəyyən ölçü daxilində yeni keyfiyyət 
halı doğurmursa, cismin keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət 
balının əmələ gəlməsi ilə nəticələnir. Bütöv inkişaf məhz kəmiyyət dəyişmələrinin 
müəyyən səviyyədə ölçünü pozması, yeni keyfiyyət dəyişikliklərinin baş verməsi 
prosesidir, kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı bir
-
birinə keçməsindən 
ibarətdir. Bu inkişafın ən ümumi, obyektiv, dialektik qanunudur. Bu, ona görə ən 
ümumi
 
qanundur ki, bütün real gerçəklikdə 

təbiətdə, cəmiyyətdə və təfəkkür 
prosesində fəaliyyət göstərir, inkişafı səciyyələndirir. Bu əsasda bərk cisim 
mayeyə, elementar hissəciklər bir
-
birinə, atom çəkisi dəyişməklə kimyəvi 
elementlər bir başqasına və s. çevrilirlər. Məhz
 
bu mənada F.Engels qeyd edirdi ki, 
“kimyanı kəmiyyət tərkibinin dəyişilməsi təsiri altında cisimlərin keyfiyyət 
dəyişmələrinə keçməsi haqqında elm adlandırmaq olar”. 
Kəmiyyət dəyişmələrinin ölçünü pozaraq müəyyən səviyyədə keyfiyyət 
dəyişmələri doğurması, köhnə keyfiyyətdən yeni keyfiyyətə keçilməsi də düzxətli, 


birbaşa baş verən proses deyildir. Burada kəsilməzlik və kəsilənlik, tədricilik və 
sıçrayışlı inkişaf formaları vəhdət halında özünü göstərir. 
Kəsilməzlik 
(və ya 
fasiləsizlik, tədricilik) 

yavaş
-
yavaş baş verən, çox az nəzərə çarpan, kəmiyyət 
yığımı prosesidir. Bu mərhələdə mövcud olan artır və ya azalır, lakin keyfiyyət 
dəyişmir, cisim və hadisə köhnə halında qalır. 
Kəsilənlik 
(və ya sıçrayışlı inkişaf) 
mərhələsində (ona fasiləlik də deyilir) cisim və hadisənin keyfiyyətində dəyişiklik 
əmələ gəlir, köhnə keyfiyyətin mövcudluğu sanki kəsilir, yeni keyfiyyət halına 
keçilir, köhnə keyfiyyət artıq köhnə forma və şəraitdə mövcud ola bilmir.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin