FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə113/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   109   110   111   112   113   114   115   116   ...   132
Fəlsəfə mühazirə

Qeyri-
əsas ziddiyyət 
inkişaf 
üçün aparıcı olmasa da, müəyyən təsiredici ziddiyyətlərdir, onların da mühüm 
əhəmiyyəti vardır. Məsələn, cəmiyyət miqyasında iqtisadi ziddiyyətlərin həll 
edilməsi əsas olsa da, sosial
-
siyasi, mənəvi, məişət və s. kimi ziddiyyətlərin də həll 
edilməsi, qeyri
-
əsas olsa belə çox əhəmiyyətli və təsirlidir. Hansı cəmiyyətdə 
qeyri-
əsas ziddiyyətləri az əhəmiyyətli hesab edirlərsə, onlara laqeydlik 
göstərirlər, orada cəmiyyətin bütövlükdə hərtərəfli tərəqqisi və inkişafından 
söhbət gedə bilməz.
Başlıca və başlıca olmayan ziddiyyətlər
də mahiyyət etibarilə əsas və qeyri
-
əsas ziddiyyətlərə yaxındır, onlara bənzəyirlər. Lakin burada əsasən bir cəhətə 
(fərqə) diqqət yetirilməlidir. Başlıca ziddiyyət daxili və xarici, əsas və qeyri
-
əsas 
olmasından asılı olmayaraq, müəyyən zaman daxilində birinci yerə çıxan, həllini 
tələb edən ziddiyyətdir. 
Ziddiyyətlərin növlərindən birini də 
antaqonist və qeyri
-antaqonist 
ziddiyyətlər
təşkil edir. Bunlar təbiətdə bu və ya digər ziddiyyətlərdir, 
cəmiyyətdəki müxtəlif ictimai və sosial
-
siyasi mənafeləri olan siniflər, sosial 
təbəqələr, qruplar, xalq və millətlər, ictimai hərəkatlar partiyalar və i.a. arasında 
mövcud olan qarşılıqlı əlaqə
və münasibətləri əks etdirən ziddiyyətlərdir.
Antaqonist ziddiyyətlər
- ictimai-
iqtisadi və sosial
-
siyasi mənafeləri bir
-
birinə 
əks olan siniflər, sosial qruplar və təbəqələr arasındakı ziddiyyətlərdir. Bu 
ziddiyyətlərin əsas xüsusiyyəti odur ki, onlar 
çox
 
hallarda münaqişəyə
toqquşmaya gətirib çıxarır, bu toqquşmada ziddiyyətə girən tərəflərdən biri və ya 
hər ikisi sıradan çıxır: onları yeni ictimai qüvvələr əvəz edir. Və ya bu ziddiyyətlər 
tənzimetmə, idarəçilik, islahat yolu ilə deyil, münaqişə yolu ilə həll olunur. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin