5. İnkarı inkar qanunu
İnkarı inkar
-
dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın
perspektivlərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. İnkarı
inkar -
gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə və idrakda)
fəaliyyət
təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks
etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir çox
cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur. İnkişaf
prosesində inkar yeninin köhnəni əvəz etməsidir; ölüb getməkdə olanın yeni
yaranmaqda olanla əvəz olunmasıdır, köhnəlik zəminində yaranan yeninin
tədricən
möhkəmlənməsi, inkişaf etməsi və qələbəsidir, eyni zamanda köhnənin
bir çox cəhətlərinin yenidən təkrarlanmasıdır. “
İnkar”
terminini fəlsəfəyə ilk dəfə
Hegel gətirmiş, “inkarı inkar” bir ümumi dialektik qanun şəklində də Hegel
işlətmişdir. Lakin obyektiv idealizm mövqelərində
duran Hegel bu qanunun
fəaliyyət mənbəyini və mahiyyətini də idealistcəsinə mənalandırmışdır. Hegelin
dialektik sistemində inkişaf məntiqi ziddiyyətlərin əmələ gəlməsi və aradan
qaldırılmasından ibarətdir. Bu mənada inkişaf köhnə mərhələnin daxilən inkar
edilməsidir, sonra isə həmin inkar edən yenə də bir müddət inkişafından sonra
inkar olunur: inkarı inkar baş verir. Bu inkarlı inkişafda
isə köhnə tamam yox
olmur, sanki inkar olunan həm də bərpa olunur, yenidən təkrar edilir. Hegelin
fikrincə, inkarın əsasında ideyanın, fikrin inkişafı və dəyişməsi durur, gerçəklikdəki
inkarlılıq fikri inkarın əşya və hadisələrdə özünü göstərmə
sidir. Lakin bu qanunun
məzmununa daxil olan bir sıra məsələlər
-
yeninin qarşısıalınmazlığı, köhnənin inkar
edilməsi, inkişafda varislik əlaqəsi, inkişafın düz xətt üzrə getməməsi və s. fəlsəfə
tarixində Hegeldən çox əvvəllər də məlum idi.
İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır, o hadisələrə
kənardan gətirilə bilməz, obyektivdir, maddi hadisələrin inkişafının real
momentidir. “Heç bir sahədə öz əvvəlki mövcudluq formalarını
inkar etməyən
inkişaf baş verə bilməz” (K.Marks). Təbiət, cəmiyyət və təfəkkür inkişafının verdiyi
çoxsaylı və hətta sadə, adi məlumatlar belə inkarı inkarın ən ümumi qanun
olduğunu aydın sübut edir. Neçə milyon illərlə davam edən Yer qabığının inkişafı
və formalaşması bir neçə geoloji dövrlərdən keçmişdir. Əvvəlki mərhələ üzərində
əmələ gələn hər bir yeni dövr köhnədən özünə zamin götürərək onu əvəz etmiş,
bu prosesin təkrarı üzrə inkarlı inkişaf baş vermişdir. Elmi məlumatlara görə Yer
üzərində insanın əmələ gəlməsindən indiyədək təqribən 55
-
ə yaxın nəsil bir
-birini
əvəz etmiş, bəşəriyyətin inkişafı mümkün olmuşdur. Lakin hər nəsl köhnə nəslin
yaratdığı maddi və mənəvi sərvətlərdən özünə faydalı olanları
mənimsəmiş,
ümumi varislik yaradaraq köhnəni inkar edə
-
edə inkişaf etmişdir. F.Engels “Anti
Dürinq” əsərində arpa dəninin timsalında inkarı
-
inkarı belə izah etmişdir: “Əlverişli
iqlim şəraitində, rütubət və Günəş şüaları altında torpağa düşmüş arpa dəni
cücərir, həmin cücərti üçün əlverişli nə varsa “götürülür”, sonra əmələ gələn arpa
gövdəni inkar edir, lakin toxum “yox olmur”, onda cücərti üçün əlverişli
nə varsa
“götürülür”, sonra əmələ gələn arpa gövdəni inkar edir, inkarı
-
inkar
baş verir,
inkişaf davam edir”. Cəmiyyət və idrak hadisələri də belədir. Köhnə zəminə
əsaslanmayan və onu inkar etməyən heç bır sosial
-
siyasi hadisə (sinif, dövlət,
istehsal, mədəniyyət və s.) baş verib inkişaf edə bilməz. Biliklərimiz biliksizlikdən
az biliyə, az bilikdən daha zəngin, daha dərin biliyə doğru sonsuz inkarlı
bir yol
keçir.
Lakin inkarı
-
inkar nə qədər ilkin ana qayıtma, köhnənin təkrar edilməsi olsa
da, bu heç köhnəyə sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək
deyildir; onun yeni əsaslarda inkişafı, daha da zənginləşməsi, yüksəldilməsidir. Bu,
“yeni anlayışdır, lakin köhnəyə nisbətən daha yüksək, daha zəngin anlayışdır.
Köhnə onun inkarı və ziddiyyətləri ilə zənginləşmişdir: inkar edən özündə köhnəni
də əks etdirir,
lakin daha çox, onun özündə olandan daha artıq əks etdirir. Bu,
onun vəhdəti və əkslikləridir”.
İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır:
Dostları ilə paylaş: