Aristolelə görə kateqoriyalar bunlardır:
substansiya, kəmiyyət, keyfiyyət,
münasibət, yer (məkan), zaman, vəziyyət, hal, hərəkət və iztirab.
Bu bölgü uzun
zaman, yeni dövrə qədər fəlsəfədə dəyişməz qalmış, ancaq XV
II-
XVIII əsrlərdə
fəlsəfə və təbii elmi biliklərin inkişafı və nailiyyətləri əsasında onda müxtəlif
dəyişikliklər aparılmışdır. Bir cəhətə də diqqət yetirmək lazımdır ki, Aristoteldən
əvvəl də kateqoriyalar haqqında müəyyən fəlsəfi baxışlar olmuşdur. Bu baxışlar
əsasən idealist səciyyə daşımış, kateqoriyaların obyektiv məzmunu qəbul
edilməmiş, onlar subyektiv, “təfəkkür hadisəsi” kimi təhlil edilmişdir;
kateqoriyalara “ilkin əsas” kimi baxılmışdır: od, su, hava, atom və s.
Platon
isə bu
əsasda kateqoriyaların beş növünü qeyd etmişdir:
mahiyyət, hərəkət, sükunət,
eyniyyət, fərq
. Aristotel də kateqoriyalara dünya və onun dərk edilməsinin ümumi
formaları kimi baxsa da, o, “ilkin səbəb”, “ilkin forma”, “formalar forması” və s.
adlarla “ilkin səbəb” ideyasına qayıdır, çox vaxt onlar “Allah” anlayışı ilə
eyniləşdirilirdi.(Sonralar ilahiyyatçılar həmin ideyalardan Allahın varlığının sübutu
kimi istifadə etmişlər). Aristotel həmçinin kateqoriyalar arasındakı dərin daxili
əlaqələri, onların bir
-
birinə keçməsini, mütəhərrikliyini də axıradək ardıcıl izah
etmişdi.
Sonrakı dövrlərdə kateqoriyaların mahiyyətinin təhlil edilməsində İ.Kantın
xüsusi rolu olmuşdur. Kant kateqoriyalara “özündə şeylər” iddiasının
obyektivliyindən irəli gələn bir hadisə kimi deyil, subyektə, təfəkkürə xas olan bir
fenomen kimi baxmış, onları idrakın “aprior formaları” hesab etmişdir. Kant
kateqoriyaların məntiqi funksiyalarına, təfəkkürdəki roluna yüksək qiymət
vermişdir. 0, kateqoriyaların təsnifatını belə müəyyən etmişdir: keyfiyyət
(gerçəklik, inkar, məhdudluq); kəmiyyət (tək, gəm, bütöv, tam); münasibət
(substansiya, xassə, səbəb, təsir və qarşılıqlı təsir); modallıq (imkan və
imkansızlıq). Lakin o, bütövlükdə kateqoriyaları gerçəklikdən ayırır, onlara
təfəkkürün dəyişməz aprior formaları kimi baxırdı, onları obyektiv gerçəklikdən,
təcrübədən asılı olmayan mühakimənin məhsulu hesab edirdi.
Kateqoriyalar
haqqında
dialektik,
obyektiv
idealist
baxışı
Hegel
əsaslandırmışdır. Onun fikrincə, kateqoriyalar daxili hərəkət və dəyişmə
prosesinin əbədi atributu, anadangəlmə mütləq ideyalardır. Kateqoriyalar
möhkəm daxili qarşılıqlı əlaqədədir və bır
-
birinə keçə bilər. Hegel fəlsəfi
kateqoriyaların aşağıdakı təsnifatını vermişdir:
Dostları ilə paylaş: