əlaqələrindən, qanun və qanunauyğunluq anlayışlarından ifadə olunan səbəbiyyət
münasibətlərində müəyyənedici xarakter
is
tika kimi çıxış
edir. Eyni zamanda
determinizmin hər bir konsepsiyasında təsadüflər dünyasında mövcudluğa onun
münasibətinin aydınlaşdırılması da tələb olunur.
Zərurət
–
müəyyən şərait
olduqda hökmən baş verən hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən
çox müxt
əlif hadisələr içərisində elələri də vardır ki, bunlar müəyyən şeyin və ya
baş verə bilən, amma baş verməyə də bilən, bu və ya digər bir şəkildə baş verə
bilən müəyyən hadisələr silsiləsinin qanunauyğun inkişafından heç də zəruri
olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr deyilir. Fəlsəfi determinizmin
mühüm məsələlərindən biri təsadüf kateqoriyasının obyektiv idrakı statusudur.
Təsadüf və zərurət bir
-
birindən təcrid olunmuş halda, “saf” şəkildə mövcud
deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti, meyli kimi
meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında yol açır.
Təsadüf
zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxasında həmişə
obyektiv zərurət, qanunauyğunluq gizlənir.
Zərurəti və təsadüfi düzgün başa düşmək üçün nəinki bunların arasındakı
fərqləri, həmçinin bunların arasındakı əlaqəni də görə bilmək lazımdır. Zərurət və
təsadüfün dialektikası bundan ibarətdir ki, təsadüf zərurətin təzahür formasıdır.
Deməli, zəruri proses daxilində də təsadüflər olur. Bundan əlavə təsadüflər zəruri
prosesin inkişafı gedişinə təsir göstərir, bunlar həmin prosesi ya surətləndirər, ya
da yavaşıda bilər. Çox vaxt inkişafın gedişində təsadüflər zəruri prosesə o
dərəcədə qarışır ki, özləri zərurətə çevrilir. Bu, o deməkdir ki, zərurət ilə təsadüf
arasında heç də keçilməz bir uçurum yoxdur, inkişaf prosesində bunlar bir
-
birinə
təsir göstərir, bir
-
birinə keçir.
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi
hadisələr də müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar
öyrənilib dərk edilə bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində
mühüm olduqlarından onları qarşı
-
qarşıya qoymaq düz deyildir.
Fəlsəfə tarixində bu vəziyyətdən çıxış üçün 2 yol təklif olunur: ya təsadüf
determinizm prinsipinin hərəkəti çərçivəsindən çıxarılır və mütləq təsadüfin
determinə edilməyən hadisə, təzahür və proses kimi verilməsi qəbul olunur,
yaxud da təsadüf bu və ya digər hadisənin səbəbini bilməməyimizin məhsulu kimi
göstərilir. Biri
n
cisi, determinizm prinsipini inkara aparırdısa, ikincisi, təsadüfilik
kateqoriyasının obyektiv idrakı əhəmiyyətini heçə endirir.
Dostları ilə paylaş: