varislik əlaqəsi yaranır, yeni köhnə zəmin üzərində yüksəlir, inkişaf edir. Bu qanunauyğun prosesi
mədəniyyətin inkişafı tarixi tam aydınlığı ilə əks etdirir. Əgər varislik, köhnədən
istifadə ənənələri olmasaydı, onda bəşəriyyətin yaratdığı mədəniyyət nümunələri
-
yazı, musiqi, heykəltəraşlıq nümunələri, elm, bədii ədəbiyyat və s. bır kənara
atılmalı, rədd edilməli idi; hər gələn yeni nəsil üçün yeni mədəniyyət yaratmalı idi.
Bu isə ən böyük çətinlik və həlledilməz problemlər törədə bilərdi.
Beliliklə, i
nkarın dialektik anlayışına görə: a) inkarı
-inkar obyektivdir,
“özüinkar” səciyyəsi daşıyır, konkretdir, kənardan gətirilə bilməz; b) inkişaf heç də
köhnənin məhv edilməsi, atılması yolu ilə deyil, köhnə əsasında, köhnə zəmin
üzərində meydana çıxır, onu tam yox etmək mənasında inkar etmir; c) inkişafa
inkarı
-inkar kimi b
axılır, yəni öz dövrünü başa vurduqdan sonra bu gün inkar edən
yeni özü də inkar olunur, inkarı
-
inkar baş verir; ç) inkarı
-
inkar inkişafında düz xətt
üzrə getmədiyini, onun geriyə qayıtmağa meylli olduğunu, ilkin anı yeni əsaslarda
təkrar etdiyini, inkişafında “əlaqə momenti” olduğunu, inkişafın “spiralabənzər
xarakterini” ifadə edir; d)inkarı
-
inkar, köhnənin mütərəqqi cəhətlərinin
mənimsənilməsini, köhnə ilə yeni arasında varislik əlaqəsinin olduğunu ifadə edir,
belə varisliyi inkişaf amili hesab edir; e) inkarı
-
inkar, nəhayət, inkişafın mütərəqqi
xarakterini, yeninin qarşısıalınmazlığı, tənəzzül, geriləmələrin nisbiliyini, inkişaf və
tərəqqinin mütləqliyini və əbədiliyini ifadə və təsdiq edir; j) bu qanun həmçinin
onu da göstərir ki, inkişaf prosesində köhnə içərisindən meydana çıxan yeni,
köhnə ilə varislik yaradarkən, köhnənin nisbi sabitliyi əsasında, ondan mütərəqqi
cəhətləri alıb mənimsədiyi kimi, onun zərərli meyl və ənənələrini də
“mənimsəyib” nəsildən
-
nəsilə verir.